Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə8/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

Tapşırıq
Azərbaycan
ərazisində yaşayan
türkdilli tayfaları
sadala.
Dirhəm. Şəddadilər
dövlətinin gümüş
pulu 
Təbriz şəhəri XVI
əsrdə (qədim təsvir)
O, ilk paytaxtı Ərdəbil şəhəri olan Rəvvadilər dövlətini yaratdı. Bütün
Cənubi Azərbaycanı tabeliyində saxlayan Rəvvadilər Muğanı da
özlərindən asılı hala saldılar. Belə bir vaxtda paytaxt Ərdəbildən
Təbrizə köçürüldü. Təbriz şəhəri ticarət yollarının qovşağında
yerləşdiyi üçün sürətlə inkişaf edirdi. Şəhər abadlaşdırılır və
böyüyürdü.
Rəvvadilər ərəb mənşəli olsalar da, artıq türkləşmişdilər. Onların
dövründə yerli türk tayfalarının mövqeyi gücləndi. Hətta 1028-ci ildə
Rəvvadi Vəhsudan (1020—1059) Xorasandan köç etmiş yeni oğuz-türk
nəsillərinə Azərbaycanda məskunlaşmağa icazə vermişdi. Oğuz
tayfalarının yeni axını Azərbaycanda yerli türk tayfalarının daha da
möhkəmlənməsinə səbəb oldu.
Gəncənin qala qapıları, qala kimi möhkəm dövlət. Hələ Salarilərin
zəiflədiyi bir dövrdə Azərbaycanın şimalında — Dəbil ətrafında
yaşayan Şəddadi nəsli fəallaşmağa başladı. Məhəmməd ibn Şəddad
Dəbildə müstəqil əmirliyin əsasını qoydu.


Daha sonra Gəncəni ələ keçirən Şəddadilər 971-ci ildə öz dövlətlərini yaratdılar. Gəncə dövlətin
paytaxtı oldu. Fəzl ibn Məhəmmədin dövründə (985—1030) Şəddadilər dövləti daha da
qüvvətləndi. Mərkəzi hakimiyyət gücləndirildi. İtaət göstərməyən xırda feodallar mərkəzi
hakimiyyətə tabe edildi. O, gürcülərə və xəzərlərə qarşı uğurlu mübarizə apararaq ölkənin
sərhədlərini möhkəmləndirməyə çalışırdı.


Gəncə 
darvazası
Hazırda sənin
yaşadığın şəhərdə
(rayonda, kənddə)
abadlıq işləri
aparılırmı? Körpülər
tikilirmi? Bu
tikintinin əhəmiyyəti
haqqında fikrini izah
et.
Fəzl ibn Məhəmməd 1027-ci ildə Araz çayı üzərində Xudafərin
körpüsünü tikdirdi. Bu körpünün tikilməsi Azərbaycanın şimalı ilə
cənubu arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsinə səbəb
oldu.
Şəddadi Fəzl ibn Məhəmmədin hakimiyyəti dövründə Şirvanşahlarla
dostluq münasibətləri qurulmuşdu. Sülalələr arasında qohumluq əlaqəsi
də yaranmışdı. Fəzl ibn Məhəmməd Cənubi Azərbaycanda mövcud olan
Rəvvadilər və Azərbaycanın şimalındakı Tiflis əmirliyi ilə sıx iqtisadi
və mədəni əlaqələr qurmuşdu.
Oğuz türklərinin yeni axınları Şəddadilərin hərbi qüdrətinin artmasına
səbəb oldu. 1037-ci ildə Dəbili ələ keçirmək istəyən Bizans qoşunlarına
zərbə vuruldu. Bunun ardınca Bizans və gürcü feodallarının Tiflis
müsəlman əmirliyini məğlub etmək və Tiflisi ələ keçirmək cəhdl əri də
boşa çıxdı.


Şəddadilərin gücü Əbüləsvar Şavurun dövründə (1049—1067) daha da
artdı. Bundan narahat olan gürcülər Azərbaycan torpaqlarına hücumlar
etməyə başladılar. Əbüləsvar Şavur paytaxt Gəncəni möhkəmləndirmək
üçün şəhər ətrafına xəndəklər qazdırıb, qala divarları çəkdirdi.
Əbüləsvar Şavur 1063-cü ildə usta İbrahim Osmanogluya Gəncənin qala
qapılarını düzəltdirdi. Şəhərin müdafiəsi gücləndi.
Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü
feodalları Bizans imperiyasına arxalanırdılar. Şəddadilər onların
birləşmiş qüvvələrinə qarşı yerli türk tayfaları ilə, həmçinin
Azərbaycana axın etmiş səlcuq türkləri ilə əlbir mübarizə aparırdılar.
Hazırda dövlətimiz
türk dünyasının hansı
dövlətləri ilə əlaqə
saxlayır?
1.  Rəvvadilər nə üçün məhz Təbrizi paytaxt
seçdilər?
2.  Azərbaycan ərazisinə oğuz axınlarının
müsbət tərəfi nədir?
3.  Xudafərin körpüsünün tarixi əhəmiyyəti
nadir?
4.  Gəncə darvazaları hansı məqsədlə inşa
edilmişdi?
1.  Rəvvadi nəsli dövrün siyasi
hadisələrindən necə istifadə etdi? Esse
yaz.
2.  Azərbaycanın şimalında mövcud olan
Şəddadilərin ölkə üçün gördükləri işləri
təhlil et.
3.  Rəvvadilər va Şəddadilar dövlətlərinin
tarixi rolunu müəyyən et.


8. SLAVYANLARIN HÜCUMLARI
Tarixi Azərbaycan torpaqları tez-tez yadellilərin hücumuna məruz qalırdı. Bugünkü erməni
təcavüzü, əslində, keçmişdə ölkəmizə qarşı baş vermiş yadelli basqınlarından heç nə ilə
fərqlənmir. Yadellilərin bizim ərazilərə gəlməsi tarixin yaddaşına yazılıb. Bəs slavyan-rus
basqınları necə baş verdi? Onların torpaqlarımıza yol açmasına səbəb nə oldu? Tarixi araşdırıb
faktları bilmək bu torpağın övladı kimi haqqımız və borcumuzdur.
Yoldaşlarınla sualların müzakirəsini keçir. Ehtimal etdiyin səbəbləri dəftərinə qeyd et.
Slavyanlar, Arran,
Xəzər dənizinin
adaları, hərbi
donanma
Tapşırıq
Ərəb mənbələrində
verilən məlumatı
müzakirə edin.
Talanlara yol açan tamah. Ərəb xilafətinin dağılması slavyanların
Xəzəryanı vilayətlərə hücum etmələrinə imkan yaratdı. Don—Volqa—
Xəzər vasitəsilə ticarət aparan slavyanlara bu ərazilər yaxşı tanışdı.
Münbit və məhsuldar torpaqları olan Azərbaycan onlar üçün «qənimət
mənbəyi» idi. O dövrdə Kiyev knyazlarının hərbi drujinalarının üzvləri
mənbələrdə «rus» adlandırılırdı. Ərəb müəllifləri də slavyanları
mənbələrdə «ruslar» kimi göstərmişlər.
Slavyanların Azərbaycan torpaqlarına basqınları IX əsrin sonlarından
başlamışdı. X əsrin əvvəllərində isə onlar daha tez-tez yürüşlər, talanlar
edirdilər.
Slavyanlar 914-cü ildə yenidən Xəzər sahillərinə hərbi yürüş etdilər.
Böyük və nizamlı hərbi dəstələrlə ərazilərimizə soxulan slavyanların
hücumu əvvəlkindən fərqlənirdi. Onlar bu dəfə daha böyük donanma ilə
yürüş etmişdilər. Xəzər xaqanlığının ərazisindən keçdikləri üçün
slavyanlar onlara vəd verdilər ki, əldə olunacaq qənimətin yarısı
xaqanlığa veriləcək. Vədə görə arxayın olan slavyanlar hücuma
keçdilər. Abşeron sahilindəki ərazilərdə dəhşətli talanlar törətdilər.
Slavyanlar Pirallahı, Zirə, Zənbilə, Sarı və s. adalarda mökəmlənərək
basqınlar edirdilər.


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə