Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə6/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   27

*Xürrəm — şad, firavan deməkdir, pəhləvi dilində isə od, günəş mənasında işlənirdi


Tapşırıq
Müasir xəritədə
Şirvanşahlar
dövlətinin ərazisini
müəyyən et.
«Şirvanşah» titulu necə yarandı? Azərbaycanda yaranmış müstəqil
feodal dövlətləri içərisində Şirvanşahlar dövləti uzun müddət öz
müstəqilliyini qorumuşdur. Bu dövlətin ərazisi Dərbənddən Kür çayına
qədər olan Azərbaycan torpaqlarını əhatə edirdi. 861-ci ildə Heysam
ibn Xalid (861—908) Şirvanı müstəqil elan edərək, «Şirvanşah»
titulunu qəbul etdi. O, Şirvanın birinci rəsmi hakimi Yəzid ibn Məzyədin
nəvəsi idi. Yəzid ibn Məzyəd ərəb mənşəli Şeybani qəbiləsindən idi. Bu
sülalə tarixi ədəbiyyatda Məzyədilər adlandırılır.
Dövlətin ilk paytaxtı Şirvan şəhəri oldu. 918-ci ildə Şirvanşah Əbu
Tahir əlverişli mövqedə yerləşən Şamaxını bərpa edib, paytaxtı bura
köçürtdü. Məzyədilərin uğurlu siyasəti nəticəsində müxtəlif dövrlərdə
Şəki, Beyləqan, Qəbələ, Bərdə, Şabran və digər ərazilər də
Şirvanşahlar dövlətinə tabe edildi.


Lakin dövlətin sərhədləri siyasi hadisələrlə əlaqədar tez-tez dəyişirdi.
Hərbi-strateji əhəmiyyətə malik Dərbənd əmirliyi Şirvanşahlar
dövlətinə birləşdirildi. Şirvanşahlar Dərbənd səddini və şəhərin qala
qapılarını təmir etdirib möhkəmləndirdilər.
IX əsrin sonu — X əsrin ortalarında Şirvanşahlar əvvəlcə Sacilərə,
sonra isə Salarilərə tabe olmuşdu. Daxili idarəçilikdə müstəqilliyi
qoruyan Məzyədilər həmin dövlətlərə yalnız xərac ödəyirdilər.
Şirvanşahlar XI-XII əsrlərdə. Səlcuq türklərinin axınları zamanı
Şirvanşahların uzunmüddətli müqaviməti heç bir nəticə vermədi. 1066-
cı ildə səlcuqlara tabe olan I Fəribürz (1063— 1096) Şirvanşah
titulundan məhrum edildi. Lakin Şirvanşahlar dövləti süqut etmədi,
daxili müstəqilliyini qoruyub saxladı.
Dərbənd qalası 
Şirvanşahlar
dövlətinin gümüş
pulu dirhəm. X—XI
əsrlər
Tapşırıq
Dərbənd səddinin
çəkilməsinin
səbəblərini xatırla.
Bu səddin
əhəmiyyətini
əsaslandır.


Şirvanşah iI
Mənuçöhr dövrünə
aid mis pul
Hazırda vətənimizin
hansı əraziləri işğal
altındadır?
Müasir dövrdə
Gürcüstan
Respublikası ilə
münasibətlərimiz
necədir? Müzakirə
edin.
1192-ci ildə Şamaxı
zəlzələsindən sonra
paytaxt Bakıya
köçürüldü
Hər il Səlcuq imperatorluğuna xərac ödəyən Şirvanşahlar XII əsrin
əvvəllərində xarici siyasəti dəyişdilər. III Mənuçöhr (1120—1160) İraq
Səlcuq sultanlığının zəifləməsindən istifadə edib, illik xəracı
ödəməkdən imtina etdi. Gürcülərlə yaxın əlaqələr yaratdı. Bu zaman
Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan gürcü çarı IV
David təcavüzkar siyasət yeridir, tez-tez Şirvana basqın edirdi. III
Mənuçöhr gürcü çarının qızı ilə evlənmişdi. Qohumluq əlaqələrinə
baxmayaraq, gürcülərin yürüşləri ara vermirdi. IV Davidin ölümündən
sonra Şirvana olan basqınlar dayandı. Şirvanşahlar dövlətində sabitlik
yarandı.
1160-cı ildə Atabəy Şəmsəddin Eldənizin köməyi ilə hakimiyyətə gələn
I Axsitan atasından fərqli olaraq, səlcuqlarla dostluq münasibəti yaratdı.
Həm gürcülərlə, həm Eldənizlərlə dinc münasibətlərini qoruyub saxlaya
bilən I Axsitan Şirvanşahların qüdrətini artırdı. Dərbənd hakimliyi
yenidən Şirvanşahlardan asılı vəziyyətə salındı. Dərbənd keçidi təmir
edilərək möhkəmləndirildi. Ölkə ərazisində çoxlu qalalar, qüllələr,
sədlər tikildi və bərpa edildi. 1175-ci ildə slavyan donanmasının
hücumuna məruz qalan Şirvanşahlar düşməni ölkədən qovdular.


Bu zaman gürcülər Şirvanşahlara hərbi kömək etdilər. I Axsitanın və
varislərinin hakimiyyəti illərində yaranmış siyasi sabitlik Şirvanşahlar
dövlətində iqtisadiyyatın, mədəniyyətin inkişafına səbəb oldu.
Qonşu dövlətlərin
hərbi cəhətdən bir-
birinə kömək
etməsini necə
qiymətləndirirsən?
1.  Ərəb xilafətinin zəifləməsinin səbəbləri
nə idi? Səncə, bu zəifləmədə xürrəmilər
hərəkatının rolu nədən ibarət olub?
2.  Şirvanşahlar müxtəlif dövrlərdə hansı
dövlətlərdən asılı olub?
3.  Şirvanşahlar dövlətinin sərhədlərinin
dəyişməsi nə ilə bağlı idi?
4.  Şirvanşahların Eldənizlərlə münasibəti
necə idi?
1.  Daxili müstəqillik ifadəsini izah et.
2.  Xəritədə mətndə verilmiş coğrafi
məkanların yerini müəyyən et.
3.  Mətnə əsasən Şirvanşah hökmdarlarının
dövründə dövlətin müstəqil olub-
olmadığını oxla (yuxarı istiqamətli ox —
müstəqil, aşağı istiqamətli ox —
yarımasılı deməkdir) göstər. Məsələn:
Heysam ibn Xalid
4.  Şirvanşahlar dövlətinin tarixinə dair
xronoloji cədvəl qur.
3
 ŞAMAXI ADININ İZAHI HAQQINDA XALQ RƏVAYƏTLƏRİ
Belə deyirlər ki, lap uzaq keçmişdə Şam şəhərinin hökmdarı Şamaxıya qonaq gəlir. Şəhərin
böyüklüyü, gözəlliyi, möhtəşəmliyi hökmdara Şam şəhərini xatırladır. Odur ki, Şam hökmdarı
Şamaxı hökmdarına deyir:
— Neçə vaxtdır ki, səninlə dostluq edirəm. Birinci dəfədir ki, sizə qonaq gəlirəm. Şəhəriniz
bizim Şama çox oxşayır. Dostluğumuz, qardaşlığımız xatirinə sizin şəhəri bu gündən «Şam əxi»
adlandıraq. Yəni «Şamın qardaşı».
... Başqa bir rəvayətdə deyilir ki, bu diyarda vaxtilə çox adamlar hökmdarlıq etmişlər. Yaradılan
şəhəri də hökmdarlar, şahlar şərəfinə ilk dəfə «Şahmah» adlandırmışlar. «Şah» sözü böyük,
«mah» isə şəhər mənasını ifadə edir. Yəni «Şah şəhəri». «Şahmah» sözü tələffüzdə getdikcə
dəyişilmiş və Şamaxı formasına düşmüşdür... Bəli, rəvayət olsa da, maraqlıdır.


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə