Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə4/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   27

İslam dini Azərbaycanın cənub torpaqlarında, şimalda isə — Muğanda, Mildə və digər
bölgələrdə nisbətən sürətlə yayılırdı. Qədim türklərin təkallahlı dininin — Tanrıçılığın — tək
Tanrıya sitayişin güclü olduğu bu yerlərdə əhali İslamı rəğbətlə qarşılayırdı. Yoxsul təbəqədən
olanlar İslamı tərəddüdsüz və könüllü qəbul edirdilər. Lakin Albaniyanın qərbində — xristian
dininin nisbətən geniş yayıldığı bəzi dağlıq və dağətəyi yerlərdə isə yeni dinin yayılması prosesi
ləng gedirdi.


Tapşırıq
«Azərbaycanda
İslamın yayılması»
adlı hekayə qur.
Ərəb işğalları və İslam dininin Azərbaycanın bütün ərazisində yayılması
əvvəlki dinləri tam sıxışdırıb çıxara bilmədi. Lakin İslam dininin
yayılması xalqın taleyində misilsiz dönüş yaratdı. İqtisadi və siyasi
sabitlik yarandı. Bu sabitlik təsərrüfatın canlanmasına və Azərbaycan
mədəniyyətinin inkişafına təkan verdi. İslamaqədərki mədəniyyət
məzmununu dəyişərək yeni keyfiyyət qazandı.
İslam dininin qəbul olunması nəticəsində ölkə əhalisinin əksəriyyətini
təşkil edən çoxsaylı türk tayfaları ilə qeyri-türk əhalinin qaynayıb-
qarışması prosesi daha da sürətləndi. Bu, vahid Azərbaycan xalqının və
Azərbaycan türk dilinin formalaşması prosesinə müsbət təsir göstərdi.


Beləliklə, İslamın dəyərlərindən Azərbaycan xalqı da faydalandı. Ölkə
ərazisinin böyük hissəsində dini birliyin yaranması vahid adət-
ənənələrin formalaşmasına səbəb oldu. Azərbaycanın İslam dünyası ilə
əlaqələri genişləndi. Xalqımız ümumislam mədəniyyətinin və müsəlman
intibahının inkişafında mühüm rol oynadı.
Xəzər-ərəb
müharibəsi (qədim
şəkil) 
Hazırda Azərbaycan
əhalisinin əksəriyyəti
hansı dinə etiqad
edir? Xalqımız
müxtəlif dinlərə
tolerant* yanaşırmı?
Münasibətini bildir.
1.  Ərəb istilalarının hansı nəticələri
olmuşdu?
2.  Orta əsrlərdə din birliyi olmadıqda
hansı hadisələr baş verə bilərdi?
3.  Nəyə görə İslam dini atəşpərəstlik dinini
sıxışdıra bildi?
4.  Türk xalqlarının mədəniyyətinin
formalaşmasında İslam dininin rolu
nədən ibarət idi?
1.  Müharibələrin ağır nəticələri haqqında
təqdimat hazırla.
2.  Xəzər-ərəb müharibələrində döyüş
meydanının Azərbaycan olmasının
səbəbini əsaslandır.
3.  Ərəblərin yerli əhaliyə münasibətini
mətnə əsasən təhlil et.
2
Biz eşitmişik ki, qənimət — bu, müslimlərin döyüşdə, silah vasitəsilə ələ keçirdikləri şeylərdir,
pay isə (sülhün) müqavilənin şərtlərinə görə aldıqları şeylərdir...
... Qənimətə gəldikdə isə onun beşdə bir hissəsi xüms — Allaha ... məxsusdur — Allah onu
(aşağıda) sadalananlara: «həm elçisinə, həm qohumlarına, həm yetimlərə, həm yoxsullara, həm də
yolda qalanlara qaytarmışdır*.
*Tolerant — başqalarının fikrinə, düşüncə tərzinə, dinlərə və müxtəlif adət- ənənələrə
dözümlü yanaşmaq deməkdir


4. BABƏKİN BAŞÇILIĞI ALTINDA AZADLIQ HƏRƏKATI
Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik
məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü
olmuşdur.
— Heydər ƏLİYEV
Yusif Azərbaycanın xalq artisti Rasim Balayevlə qonşuluqda yaşayır. O, demək olar ki, hər gün
bu aktyorla rastlaşır. Aktyorun çəkildiyi «Babək» filminə baxandan sonra Yusif o qədər
təsirlənmişdi ki, bütün günü Babək haqqında düşünürdü. O da böyüyüb Babək kimi qəhrəmanlıq
etmək, əsgər olub Qarabağ uğrunda vuruşmaq, düşmənləri doğma yurdumuzdan qovub çıxarmaq
haqqında fikirləşirdi.
Yusifi bu qədər həyəcanlandıran «Babək» filmi nədən bəhs edir? Babəkin tarixdəki rolu nədən
ibarətdir? Müzakirədən sonra gəldiyiniz nəticələri ümumiləşdirin.
Xürrəmi, Babək,
Bəzz qalası, Afşin,
Xilafət
Tapşırıq
Səncə, biz Qarabağı
hansı yolla azad edə
bilərik — sülh,
yoxsa müharibə?
Böyük sərkərdənin mübarizəsi. Ərəb mənşəli əhalinin Azərbaycana
köçürülməsi, Xilafətin vergi siyasəti və məmurların özbaşınalığı əhali
arasında narazılığı artırdı. Yerli feodalların mülklərinin və
imtiyazlarının məhdudlaşdırılması onların da ərəblərdən üz
döndərməsinə səbəb oldu. Azərbaycan əhalisinin yadelli ağalara qarşı
qəzəbi artdı.
Ərəblərə qarşı azadlıq mübarizəsinin ən parlaq mərhələlərindən biri
xürrəmilər* hərəkatıdır. Təqribən 60 ildən artıq mübarizə aparan
xürrəmilər vətəni azad etməklə yanaşı, insanlar arasında bərabərliyə
nail olmağa çalışırdılar.
*Xürrəm — şad, firavan deməkdir, pəhləvi dilində isə od, günəş mənasında işlənirdi


Xürrəmiləri məzdəkilərin ideya davamçıları hesab edirlər.
Lakin xürrəmilərin məqsədləri daha ali idi. Onlar Azərbaycanı
yadellilərin əsarətindən azad etməyə çalışırdılar.
816-cı ildən etibarən xürrəmilərin başçısı xalq qəhrəmanı
Babək olmuşdur. O, ətrafına güclü sərkərdələr topladı.
Müaviyə, Abdulla (hər ikisi Babəkin qardaşları idilər), Tarxan,
Adin və başqaları xürrəmi dəstələrinə başçılıq edirdilər.
Hərəkatın iştirakçıları arasında kəndlilər və şəhər yoxsulları ilə
yanaşı, iri və orta feodallar da az deyildi. Babəkin iqamətgahı
Azərbaycanın Bəzz qalası idi.
Babəkin gördüyü tədbirlər öz bəhrəsini verdi. Xalqımızın
azadlıq müharibəsi geniş vüsət alaraq Xilafət üçün qorxulu
qüvvəyə çevrildi. Xürrəmilər IX əsrin 20-ci illərində Süniki,
Bərdəni, Beyləqanı, Qarabağı, Arranın bir sıra digər əyalət və
şəhərlərini azad etdilər.
819-cu ildə xəlifə xürrəmilərə qarşı ilk nizami ordu göndərdi.
Üsyançılar ərəblərin ordusunu məğlubiyyətə uğratdılar. Bu
qələbədən sonra xürrəmilər Xilafətin bir neçə nizami ordusunu
darmadağın etdilər.
Azadlıq mübarizəsinin geniş vüsət aldığını görən xəlifə
Azərbaycana yeni ordu göndərdi. İki il ciddi hazırlıqdan sonra,
829-cu ilin iyun ayında Həşdadsər dağı yaxınlığında ərəblərlə
xürrəmilər arasında şiddətli döyüş baş verdi. Düşmənin
məqsədi Bəzz qalasını ələ keçirmək idi. Lakin Babəkin hərbi
səriştəsi nəticəsində ərəb ordusu məğlub edildi.
830-cu ildə növbəti döyüşdə parlaq qələbə qazanan xürrəmilər
Həmədan şəhərini tutdular. Həmədan ərəblər üçün strateji
əhəmiyyət kəsb etdiyindən onların vəziyyəti daha da ağırlaşdı.
Həmədan şəhəri uğrunda növbəti döyüş 833-cü ilin sonunda baş
verdi. Bu döyüşdə Babəkin qoşunları ilk dəfə ağır məğlubiyyətə
uğradı.
Xalq qəhrəmanı Babək 
Xürrəmilərin üstünlüyü nədə
idi? Fikrini əsaslandır.


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə