Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə3/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   27

Tapşırıq
Albaniyanın mühüm
strateji mövqeyə
malik olduğunu
müəyyən et.
Əməvilər müharibələri gücləndirdilər. Bizans bu müharibələrdə
zəiflədi. Albaniya tək likdə çoxsaylı ərəb qoşunları ilə döyüşdə uğur
qazana bilməzdi. Şimaldan xəzərlərin yürüşü, cənubdan isə iran
feodallarının hücumu Cavanşirin Xilafətə qarşı münasibətini dəyişdi.
Albaniya hökmdarı Xilafətlə münasibətləri diplomatik yolla nizama
salmağı qərara aldı. 667-ci və 670-ci illərdə iki dəfə Dəməşq şəhərinə
gedərək Ərəb xəlifəsi Müaviyə ilə görüşdü. Danışıqlar uğurla
nəticələndi. Xəlifə Azərbaycan Albaniya dövlətinin daxili
müstəqilliyinə toxunmadı. Cavanşirin xahişi ilə əhalidən alınan
vergilərin üçdə bir hissəsi azaldıldı. Xəlifənin güzəştə getməsinin bir
neçə səbəbi vardı. Albaniya hərbi-strateji və coğrafi mövqeyinə, zəngin
sərvətlərinə görə böyük əhəmiyyətə malik idi. Eyni zamanda mənbələrdə
qeyd edildiyi kimi, Cavanşirin şəxsi nüfuzu və dərin biliyi xəlifəni
heyrətə salmışdı.



Cavanşir uzaqgörən xarici siyasəti ilə Azərbaycanın şimal torpaqlarını
— Albaniyanı Ərəb xilafətinin, Bizansın, Sasanilərin və xəzərlərin
işğallarından xilas etdi. Ölkədə təsərrüfatın və mədəniyyətin inkişafına
şərait yarandı. Cavanşir paytaxtın abadlığına diqqət yetirdi, alimləri,
şairləri himayə etdi. O, mərkəzi hakimiyyəti möhkəmləndirməyə
çalışırdı. Lakin müstəqilliyə can atan bizanspərəst feodallar sui-qəsd
təşkil edərək 681-ci ildə Cavanşiri qətlə yetirdilər. Onun varisləri isə
Albaniyanın müstəqilliyini qoruya bilmədilər. 705-ci ildə ərəblərin
hücumu nəticəsində Albaniyanın daxili müstəqilliyi ləğv edildi.
İdarəçilik xəlifənin təyin etdiyi canişinə tapşırıldı.
Sən hökmdar
olsaydın, belə bir
çətin vəziyyətdə
hansı addımlar
atardın? Sinif
yoldaşlarınla
müzakirədən sonra
fikrini dəftərinə yaz.
1.  Girdiman dövlətinin əsası nə zaman
qoyuldu?
2.  Cavanşirin hakimiyyətə gəldiyi dövrdə
ölkədə vəziyyət necə idi?
3.  Albaniyanın süqutunu sürətləndirən
səbəb nə idi?
1.  Cavanşirin xarici siyasətinin
istiqamətlərini müəyyənləşdir.
2.  Cavanşirin Azərbaycan-Albaniya
hökmdarı olduğunu əsaslandır.
3.  Cavanşiri Ərəb xilafəti ilə danışıqlara
vadar edən səbəbləri müəyyənləşdir.
1
 Ağvan hökmdarı Cavanşirin hökmranlığı; iranlıların basılması
... ərəblər qalxanlarını birləşdirib İran qoşunlarını darmadağın etmək üçün özləri qabaqcadan
hücuma keçdilər.
Albaniya sərkərdəsi Cavanşir öz igid döyüşçüləri ilə onların səfləri içərisinə soxulub
düşmənlərdən ikisini yerə sərdi, özü üç ağır yara aldı, atı isə dörd yerdən yaralandı. Düşmən onu
... Fərat çayınadək təqib etdi, o isə həmlələri dəf edərək çayı üzüb keçdi. Onun üst-başı qan
içində idi, ... Şaha Cavanşirin şücaətindən və aldığı ağır yaralardan danışanda şah deyilənləri
dəbdəbə ilə qəbul edib əmr etdi ki, ona şah sarayında yer ayırıb yanına həkimlərini göndərsinlər.
... bir qədər sağalandan sonra Cavanşir şahın yanına gəldi... şah onun belinə mirvari ilə işlənmiş
qızıl kəmər və qızıl saplı qılınc bağladı...


3. İSLAM DİNİNİN QƏBUL OLUNMASI
Azərbaycan dili dərsi idi. Şagirdlər sözün mənşəyi barədə müzakirələr aparırdılar. Müəllimin
«Adlarınızın mənasını bilirsinizmi?» — sualı sinfi daha da canlandırdı. Şagirdlər arasında ən çox
diqqəti cəlb edən Minarənin adı idi. Minarə adının ərəb mənşəli olduğunu bildirdi. Müəllim
Minarənin fikrini təsdiqləyərək dedi ki, dilimizdə ərəblərdən keçmə çoxlu adlar və sözlər var.
Səncə, dilimizdə ərəb mənşəli sözlərin olmasına səbəb nədir? Bunun tariximizlə bağlılığı
vardırmı? Bu mövzu barədə müzakirə aparıb dəftərinizə yazın.
Bədəvilər, xəzərlər,
humanizm, ehkam,
tanrıçılıq
Tapşırıq
Ərəblərin yürüşü
ərəfəsində
Azərbaycandakı
vəziyyəti şərh edin.
Tapşırıq
Xəritəyə əsasən
Savalan dağının
yerləşdiyi ərazini
müəyyən edin.
Din bayrağı altında işğal. VII əsrin 40-cı illərində ərəb qoşunları
Azərbaycana yürüşə başladılar. Sasani imperiyası dağıldıqdan sonra
ərəblər Azərbaycanın işğalını genişləndirdilər. Ölkənin cənub
torpaqlarının — Atropatenanın işğalı zamanı Ərdəbildə ciddi
müqavimətlə rastlaşdılar. Burada da qələbə qazanan ərəblər şimala —
Azərbaycan Albaniya dövlətinin ərazisinə doğru irəlilədilər.
VII əsrdə Azərbaycan uğrunda ərəblərlə xəzər türkləri arasında başlayan
müharibələr VIII əsrdə daha da şiddətləndi. Ərəblər Azərbaycanda
möhkəmləndikdən sonra xəzərərə qarşı daha mütəşəkkil müharibəyə
başladılar. Buna baxmayaraq, döyüşlərdə hərbi üstünlük gah xəzərlərin,
gah da ərəblərin əlinə keçirdi.
Növbəti hücum zamanı xəzərlər ərəbləri sıxışdıraraq Ərdəbilə çatdılar.
Onlar Savalan dağı yaxınlığında ərəb ordusuna qalib gəldilər. Daha
sonra xəzərlər Diyarbəkiri və Mosulu ələ keçirdilər. Xəlifə köməyə
böyük bir ordu göndərdi. Ərəb ordusu Van gölü yaxınlığındakı Hilat
şəhəri ətrafında xəzərlərin hücumunu dayandıra bildi. Hərbi üstünlüyü
ələ keçirən ərəblər xəzərləri Azərbaycandan çıxartdılar. Bu hadisədən
sonra xəzərlər ərəblərlə sülh bağladı.


Onların bir hissəsi İslam dinini qəbul etdi.
Xəzər—ərəb müharibələri Azərbaycana hədsiz dağıntı və fəlakət
gətirdi. Təqribən yüz ilə yaxın davam edən bu müharibələr VIII əsrin
sonlarında başa çatdı.
Əhali yadellilərin dağıdıcı basqınlarından, Bizans—Sasani
müharibələrindən də hədsiz dərəcədə əziyyət çəkmişdi. Ona görə də
yadelli ərəblər əhalinin güclü müqaviməti ilə qarşılaşdılar. Cənubda
Ərdəbil, şimalda isə Bərdə şəhərinin əhalisi daha ciddi müqavimət
göstərirdi.
İslam bayrağı altında hücuma keçən ərəblər yerli əhali ilə mülayim
davranırdı. İnsanların şəxsiyyətinə və əmlakına toxunmur, adət-
ənənələrə hörmətlə yanaşırdılar. Ərəblərin hücumu ərəfəsində
Azərbaycanda müxtəlif dini etiqadlar mövcud olduğu üçün ümumi
düşmənə qarşı birlik və siyasi sabitlik mümkün deyildi. Azərbaycan
əhalisi isə yalnız vahid din ətrafında birləşərək siyasi sabitliyə və milli
birliyə nail ola bilərdi. Beləliklə, Azərbaycanda sabitlik bərqərar oldu.
İslam bayrağı altında. İslam dini humanist və ədalətli dindir. İslam
qanunları insanları pis əməllərdən çəkindirir, halal zəhmətlə yaşamağa,
daim öyrənməyə, elmə, biliklərə yiyələnməyə çağırır.
Tapşırıq
İslam dini haqqında
nə bilirsən? Sinifdə
kiçik müzakirə
aparın.
Tapşırıq
Xalqımızın qədim
adət-ənənələri
haqqında
bildiklərinizi
müzakirə edin.
Kəbə


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə