Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə5/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   27

Bəzz qalası 
Sərkərdə olsaydın, qələbə
qazanmaq üçün hansı
addımları atardın?
Xürrəmilər döyüşdə
Xilafəti sarsıdan məğlubiyyət. Ərəb xilafəti külli miqdarda
pul və hərbi qüvvəsini xalqımızın azadlıq mübarizəsinə qarşı
yönəltdi. Məşhur türk sərkərdəsi Afşin xürrəmilərə qarşı
vuruşan ərəb ordusuna komandan təyin edildi. Bu, əslində,
qardaşı qardaş üzərinə qaldırmaq siyasəti idi. Afşin bir sıra
tədbirlər gördü. O öz iqamətgahını üsyançıların mərkəzinə
yaxın olan Bərzəndə köçürdü. Bərzəndlə Ərdəbil arasında
yollar və qal alar bərpa edildi. Xürrəmi dəstələri arasına
kəşfiyyatçılar göndərildi.
Afşinin gördüyü tədbirlər nəticəsində qüvvələr nisbəti
ərəblərin xeyrinə dəyişirdi. Xürrəmilər uzunsürən döyüşlərdən
yorulmuşdu. Ərəblərin güclənməsi Babəkin müttəfiqi olan
feodalların tədricən ondan uzaqlaşmasına səbəb oldu.




Bununla belə, xürrəmilər mübarizə əzmini itirmirdilər. 836-cı ildə Həşdadsər dağı yaxınlığındakı
növbəti döyüşdə xürrəmilər Babəkin hərbi taktikası ilə hərəkət edib ərəblər üzərində yenidən
parlaq qələbə qazandılar. Düşmənin çoxlu canlı qüvvəsi məhv edildi, xeyli silah, ərzaq və pul
üsyançıların əlinə keçdi.
Xəlifə Afşinin köməyinə daha iki böyük ordu və xeyli pul göndərdi. Düşmən qüvvələri 837-ci ilin
yayında Bəzz qal asına yaxınlaşıb qalanı mü hasirəyə aldılar. Hər iki tərəf həlledici döyüşə hazır
idi. Belə bir vaxtda Afşin Babəkə sülh təklif etdi.
Məqsəd Babək və onun qüvvələrindən Bizansa qarşı müharibədə istifadə etmək idi. Lakin Babək
sülh təklifini rədd etdi və əqidəsindən dönmədi. Vətən uğrunda sona qədər vuruşmağı üstün tutan
Babək yaxşı silahlanmış çoxsaylı düşmən ordusu ilə döyüşə başladı. Qala divarlarını dağıtmaq
üçün mancanaqlardan* istifadə edən ərəblər Bəzz qalasını çətinliklə ələ keçirdilər. Ələ keçirilən
əsirlərin arasında Babəkin ailə üzvləri və yaxın qohumları da vardı.
Babək Arazı keçib Azərbaycanın şimalına — Arrana gəldi. Onun
məqsədi Bizans imperator- luğunun köməyi ilə yeni qüvvə toplayıb
müharibəni davam etdirmək idi. Xəlifə Babəki ələ keçirmək üçün yeni
üsula əl atdı. Hər yerə xəbər yayıldı: — Kim Babəkin yerini bildirsə və
ya onu tutub ərəblərə təhvil versə, əvəzində ona 2 milyon dirhəm pul
mükafatı veriləcək.
Hiyləgər və acgöz feodallardan biri Babəki öz mülkünə dəvət etdi,
sonra da xəyanət yolu ilə onu ərəblərə təhvil verdi.
Həşdadsər
döyüşünün sxemi.
836-cı il
Tapşırıq
Sxem əsasında
döyüşü təsvir et.
Afşini sərkərdə kimi
necə
qiymətləndirirsən?
*Mancanaq — qala divarlarını dağıtmaq üçün daş, yanar maye atan qurğu


Şübhəsiz ki, bu
fikrindən əl
çəkməyib mənim
qanımı tökdürəcək,
boynumu da
vurduracaqsan.
Qorxuram qanım
axıb, üzüm sarala,
camaat da elə
təsəvvür edə ki,
mənim üzümün
sarılığı qanımın
axmasından deyil,
qorxudandır.
Üzümün saralmağını
göstərməmək üçün
onu qana boyadım.
Mötəsim dedi: —
Onun gördüyü işlər
bağışlanmalı olsaydı,
elə bu üstünlüyünə
görə yaşamağa layiq
olardı.
S.Nəfisi
Babəki Afşinin Bərzənddəki düşərgəsinə gətirdilər. Sonra onu Samirə
şəhərinə apardılar. Yola düşməzdən öncə Afşin Babəkin son arzusunu
yerinə yetirdi. O, Bəzz qalası ilə vidalaşdı. 838-ci ildə xəlifənin əmri
ilə Babək edam edildi.
Orta əsrlərin digər üsyanları kimi, xürrəmilər hərəkatı da məğlub oldu.
Vətəni deyil, öz var-dövlətlərini qoruyan əyanların dönüklüyü,
feodalların xəyanəti üsyanın məğlubolma səbəblərindən idi. Xəlifənin
xürrəmilərə qarşı ən güclü türk sərkərdələrini və əsgərlərini döyüşə
cəlb etməsi də məğlubiyyətin əsas amillərindən idi.
Azadlıq mübarizəsinin miqyası böyük idi. İllərlə davam edən
müharibədə xürrəmilər Xilafətə saysız-hesabsız maddi zərər vurmuşdu.
Minlərlə ərəb əsgəri məhv edilmişdi. Onlar arasında Xilafətin ən
məşhur sərkərdələri də vardı.
Xürrəmilər hərəkatı Xilafətin əsarəti altında olan digər xalqların da
azadlıq mübarizəsinə təkan verdi. Babəkin başçılıq etdiyi xalq azadlıq
hərəkatı nəticəsində Xilafət sarsıldı və əvvəlki mövqeyini bir daha
bərpa edə bilmədi. IX əsrin II yarısından etibarən Xilafətdən asılı olan
ölkələrdə, o cümlədən Azərbaycanda bir sıra müstəqil yerli dövlətlər
meydana gəldi.
1.  Nə üçün xalq ərəblərdan üz döndərdi?
2.  Xəlifə nəyə görə Babəkə qarşı türk
sərkərdəsini göndərdi?
3.  Azadlıq mübarizəsinin tarixi əhəmiyyəti
nə oldu?
4.  Bəzz qalası barədə nə bilirsan?
Bildiklərini yoldaşlarınla müzakirə et və
gəldiyin nəticələri ümumiləşdir.
5.  Babəklə Cavanşirin oxşar və fərqli
cəhətləri nədə idi?
1.  Döyüşlərdə Babəkin uğur qazanmasının
səbəbini müəyyən et.
2.  Mətnə əsasən xürrəmilər hərəkatının
mağlubolma səbəblərini araşdırıb yaz.
3.  Verilmiş mənbəni təhlil et.
4.  Mətnə əsasən xürrəmilər hərəkatının


xronoloji cədvəlini hazırla.


AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN DİRÇƏLİŞİ
5. MÜSTƏQİL DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN DİRÇƏLİŞİ
Günel ailəsi ilə Daşkənddən Bakıya qonaq gəlmişdi. Onlar şəhərin tarixi yerlərini görmək üçün
gəzintiyə çıxdılar. Bu işdə onlara Uğur və anası kömək edirdi. Günel Şirvanşahlar sarayını görüb
heyrətləndi. O, sarayla maraqlanıb soruşdu ki, bu saray hansı dövrdən qalıb? Uğur cavab verə
bilmədi. Uğurun anası isə tarixçi olduğu üçün Günelin suallarına ətraflı cavab verdi.
Səncə, ana Şirvanşahlar sarayı haqqında hansı məlumatları verdi? Bu dövlətin yaranması
hansı dövrə təsadüf edir? Fikrini söylə.
Dövlətçilik ənənəsinin davamı. IX əsrdə Xilafət Babəkin başçılıq
etdiyi xalq azadlıq hərəkatı nəticəsində zəifləmişdi. Xilafətə tabe olan
ölkələrdə azadlıq müharibələri genişlənirdi. Feodal münasibətlərinin
möhkəmlənməsi nəticəsində iri feodalların mövqeyi güclənmiş,
Xilafətin ucqarlarında mərkəzə tabe olmaq istəməyən qüvvələrin sayı
artmışdı. Daxili çəkişmələrin çoxalması da Xilafəti zəiflədirdi. Ərəb
canişinləri müstəqilliyə can atır, öz feodal dövlətlərini yaradırdılar.
Ərəb mənşəli əhalinin Azərbaycana köçürülməsi, Xilafətin vergi
siyasəti və məmurların özbaşınalığı əhali arasında narazılığı artırdı.
Yerli feodalların mülklərinin və imtiyazlarının məhdudlaşdırılması
onların da ərəblərdən üz döndərməsinə səbəb oldu. Azərbaycan
əhalisinin yadelli ağalara qarşı qəzəbi artdı.
Azərbaycan Xilafətə qarşı azadlıq hərəkatının başlıca mərkəzlərindən
idi. Xilafətə qarşı mübarizə bu imperiyanı zəiflətdi. Azərbaycanda bir
sıra yerli feodal dövlətləri: Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər,
Rəvvadilər dövlətləri yarandı. Azərbaycanın qədim dövlətçilik
ənənələri dirçəldi. Bu dövlətlərlə yanaşı, Şəki hakimliyi, Dərbənd və
Tiflis əmirlikləri kimi nisbətən kiçik dövlətlər də yaranmışdı. Bu
dövlətlərin hamısında İslam dini rəsmi din olmuş, Azərbaycan xalqının
təşəkkülü üçün vacib olan vahid türk dili və türk-islam mədəniyyəti
formalaşmışdı.
Əmirlik, Məzyədilər,
Şirvan, Dərbənd
keçidi, I Axsitan
Yadınıza salın: 
Canişin kimə
deyilirdi?
Dövlətçilik ənənəsi
deyəndə nə başa
düşürsən? Fikrini
bildir.


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə