Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə16/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

Atabəy Özbəyin (1210—1225) hakimiyyəti illərində Eldənizlər dövlətinin süqutu daha da
sürətləndi. Monqolların, xarəzmşahların hücumu ərəfəsində nə Eldənizlər, nə də Şirvanşahlar
dövləti ölkəni xarici təhlükədən qorumağa qadir deyildilər.
1.  Səlcuq dövlətinin zəifləməsinin
səbəbləri nə idi?
2.  Atabəylər müstəqil idarəçiliyi necə ələ
aldılar?
3.  Şəmsəddin Eldəniz mərkəzi hakimiyyəti
qorumaq üçün hansı tədbirləri gördü?
1.  Şəmsəddin Eldənizin görkəmli sərkərdə
olduğunu sübut et.
2.  Şəmsəddin Eldənizin hakimiyyətinin
sonuna yaxın Eldənizlər dövlətinin
malik olduğu ərazini müasir xəritədə
göstər.
3.  Məhəmməd Cahan Pəhləvanla Qızıl
Arslanı müqayisə et və onların oxşar
cəhətlərini müəyyənləşdir.
8
Naxçıvanın çoxlu əhalisi və inkişaf etmiş sənətkarlıq sahələri vardı. Yerli sənətkarlar daxili və
xarici bazar üçün parça, xalça, keçə, çuxa, saxsı və taxta qablar, keramika məmulatı və həmçinin
misdən, qiymətli metallardan hazırlanmış məmulat istehsal edirdilər.
Şəhər atabəy Şəmsəddin Eldənizin hakimiyyəti dövründə, Azərbaycan Atabəyləri dövlətinin
paytaxtlarından biri olarkən, özünün ən böyük çiçəklənmə dövrünə çatmışdı.


14. İNTİBAH MƏDƏNİYYƏTİ
Şərqdə, o cümlədən Azərbaycanda təşəkkül tapmış İntibah mədəniyyəti
dünya mədəniyyəti tarixinin ən parlaq səhifələrindən biridir. Bu intibah
Azərbaycan xalqının həyatın müxtəlif sahələrində qazandığı böyük
uğurlarının məntiqi nəticəsidir.
— Heydər ƏLİYEV
Xatırlayırsansa, 2012-ci ilin may ayında Bakıda «Avroviziya» musiqi yarışması keçirildi.
Paytaxtımız minlərlə əcnəbi turisti qəbul etdi. Bu hadisə mədəniyyətimizin, musiqimizin yüksək
inkişafının nəticəsidir. Ölkəmizin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə
mədəniyyətimiz çiçəklənir, incəsənətimizin, musiqimizin səsi-sorağı dünyanın müxtəlif
ölkələrindən fəxrlə eşidilir. Dünya musiqi xəzinəsinin incisi sayılan muğam sənəti bu gün intibah
dövrünü yaşayır.
İntibah mədəniyyəti hansı dövrə təsadüf edir? Vahid dövlətin mövcud olması mədəniyyətin
tərəqqisinə necə təsir göstərir? Fikirlərini qeyd et.
İntibah, Bəhmənyar,
Qətran Təbrizi,
Əcəmi Əbubəkr oğlu,
Gülüstan qalası
Tapşırıq_Tanıdığın_müsəlman_ölkələrinin_adlarını_dəftərinə_qeyd_et.__Azərbaycan_mədəniyyəti_müsəlman_intibahının_tərkib_hissəsidir.'>Tapşırıq
Tanıdığın müsəlman
ölkələrinin adlarını
dəftərinə qeyd et.
Azərbaycan mədəniyyəti müsəlman intibahının tərkib hissəsidir.
İslam mədəniyyəti İslam dinini qəbul etmiş xalqların yaratdıqları ortaq
mədəniyyətdir.
IX əsrin ortalarından etibarən müsəlman intibahı başlandı. Azərbaycan
mütəfəkkirləri bu mədəniyyətin yaradılmasında fəal iştirak etdilər.
Siyasi müstəqillik ölkəmizdə maddi və mənəvi mədəniyyətin oyanışına
daha əlverişli şərait yaratdı. Xalqımız amansız hücumlara məruz qalsa
da, qədim mədəniyyətini qoruyub saxlayır və onu daha da
zənginləşdirirdi.


Siyasi dirçəliş elmin inkişafına mühüm təkan verdi. Bütün Şərqdə
məşhur olan Gəncə, Bərdə, Şamaxı, Dərbənd, Təbriz, Ərdəbil və başqa
şəhərlərdə mükəmməl təhsil verən çoxlu mədrəsələr vardı. Məscidlərin
yanında fəaliyyət göstərən ibtidai məktəblərdə Quran dərsləri keçirilir,
müxtəlif elm sahələrinə aid ilkin məlumatlar verilirdi.
Elmin ayrı-ayrı sahələrinə maraq getdikcə artırdı. Mədrəsələrdə şəriət,
məntiq, şərq dilləri ilə yanaşı, müxtəlif təbiət elmləri də öyrədilirdi.
Azərbaycan mədəniyyəti ümumdünya mədəniyyətinin inkişafına müsbət
təsir göstərirdi. Bu, Azərbaycanın dünya sivilizasiyasının ən qədim
mərkəzlərindən biri olması və coğrafi mövqeyi ilə bağlı idi.
Ölkəmizin alimləri təbabət, fəlsəfə, astronomiya, tarix və coğrafiya
sahəsində dünya elminin önündə gedirdilər. Azərbaycan filosofu
Bəhmənyar ibn Mərzbanın əsərləri dünya fəlsəfi fikrinin inkişafında
mühüm rol oynamışdır.
Xətib Təbrizi dil, fəlsəfə, ədəbiyyat, məntiq və digər elm sahələrinə aid
dəyərli əsərlər yazmışdır. O, Bağdaddakı Nizamiyyə mədrəsəsində 40
ildən çox dərs demişdir.
XII əsrin məşhur astronomu Fazil Fəriddin Şirvani astronomiyaya aid
bir sıra qiymətli cədvəllər hazırlamışdır.
Dövrün həyatı ədəbiyyatımızda. XI—XII əsrlərdə ədəbiyyatda daha
güclü oyanış baş verdi. Bu dövrdə şifahi xalq ədəbiyyatının ən böyük
nümunəsi «Kitabi-Dədə Qorqud» dastanı artıq bütün ölkə ərazisində
geniş yayılmışdı. IX—XI əsrlərdə yazıya alınan dastanın boyları
oğuzların yaşadıqları bütün ərazilərdə yayılmışdı.
Bəhmənyar 
Tapşırıq
Azərbaycanın coğrafi
mövqeyinin
mədəniyyətin
inkişafına təsirini
təhlil et.
Tapşırıq
İntibah dövrü
şairlərinin ədəbiyyat
dərslərindən sənə
tanış olan əsərlərini
xatırlamağa çalış.
Şair haqqında fikrini
bildir.


Qətran Təbrizi. 
Rəssam Elmira Şahtaxtinskaya 
Məhsəti Gəncəvi. 
Rəssam Güllü Mustafayeva 
İntibah dövründə Azərbaycan türk dili bütün ölkə
ərazisində vahid ünsiyyət vasitəsinə çevrildi.
Hökmdarların saraylarında, iri şəhərlərin ədəbi
mühitində formalaşan yazılı ədəbiyyat, bir qayda
olaraq, ərəb və fars dillərində yaranırdı.
İntibah ədəbiyyatının ilk görkəmli nümayəndələrindən
biri Qətran Təbrizi idi. Onun əsərləri XI əsr tariximizi
öyrənmək üçün dəyərli mənbə hesab olunur.
Azərbaycan İntibah ədəbiyyatının ilk görkəmli
nümayəndələrindən biri də Məhsəti Gəncəvidir. Onun
rübailərinin çoxu sadə peşə adamlarına həsr edilib.
Əfzələddin Xaqani Şirvani İntibah ədəbiyyatının ən
görkəmli şairlərindəndir. O, Azərbaycan ədəbiyyatı
tarixində ilk poemanın müəllifidir. Xaqaninin
yaradıcılığı bütün Yaxın və Orta Şərq ədəbiyyatına
güclü təsir göstərmişdir.
Azərbaycan İntibah ədəbiyyatı Nizami Gəncəvinin
(1141—1209) yaradıcılığı ilə özünün ən yüksək
zirvəsinə çatdı.


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə