Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə13/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

Səlcuq bəy
Səncə, türklər nə üçün
Anadoluda möhkəmlənməyə
çalışırdılar?
Sultan I Toğrul
Beləliklə, bu mübarizədə türklər həlledici hərbi-siyasi amilə
çevrildi. Bu amilin də əsas istinadgahı* Azərbaycan idi.
Uzun müddət müxtəlif türk tayfaları Anadoluda möhkəmlənməyə
çalışmışlar. Azərbaycan isə həmin tayfalar üçün arxa cəbhə
olmuşdur. Səlcuq türkləri də əsas hücum hədəfi kimi Bizans
torpaqlarını seçmişdilər. Bu tayfanın adı Səlcuq bəyin adı ilə
bağlıdır. Səlcuq dövlətinin banisi isə onun nəvəsi Toğrul bəy
(1038—1063) olmuşdur. Səlcuqun nəvəsi Çağrı bəy kəşfiyyat
yürüşünə çıxdı və Bizans qoşunlarına qalib gəldi. Səlcuqlar
Van gölü hövzəsini tutdular. Beləliklə, Naxçıvan və onun
ətrafındakı Azərbaycan-türk torpaqlarının Bizans və erməni
feodallarının hücumuna qarşı təhlükəsizliyi təmin olundu.
Səlcuqlar 1038-ci ildə Nişapur şəhərini paytaxt seçərək dövlət
yaratdılar. Toğrul bəy 1040-cı ildə sultan elan olundu. Çox
keçmədən ölkəmizin şimalında möhkəmlənən səlcuqlar Bizans,
erməni və gürcü təcavüzünə qarşı mübarizədə Şəddadilərlə
birləşdilər. Birləşmiş türk hərbi qüvvələri Bizans, erməni və
gürcü feodallarına ağır zərbələr endirdilər.
Səlcuq imperiyasının yaranması ümumdünya tarixinə, o
cümlədən Azərbaycanda siyasi hadisələrin gedişinə çox böyük
təsir göstərdi. Xalqımızın taleyinin, tarixi müqəddəratının
həllində, müstəqil dövlətçilik ənənələrinin qorunub
saxlanmasında mühüm rol oynadı.
*İstinadgah — sığınacaq, müdafiə üçün əlverişli yer


Azərbaycanın cənub əyalətləri səlcuq sərkərdəsi Həsənin nəzarəti altına
keçdi. Səlcuq— Azərbaycan türk qoşunları 1048-ci ildə Bizans, erməni
və gürcü feodallarının birləşmiş qüvvələrini darmadağın etdilər. Bizans
səlcuqlarla sülh bağlamağa məcbur oldu.
1054-cü ildə Sultan Toğrulun hərbi qüvvələri Təbrizə yaxınlaşdı.
Rəvvadi hökmdarı Səlcuq sultanına tabe olduğunu bildirdi. Sultan
Toğrul Gəncəyə hücum etdi. Şəddadi hökmdarı Əbüləsvar Şavur
səlcuqlara tabe oldu. Hər iki hökmdar razılığa gəldi ki, ümumi təhlükəyə
— Bizans, erməni və gürcü təcavüzkarlarına qarşı birlikdə mübarizə
aparsınlar.
Səlcuq türkləri Şirvana da yürüş etdilər. Onlar burada ciddi
müqavimətlə qarşılaşdılar. Şirvanşahlar 12 il müqavimət göstərdi.
1066-cı ildə səlcuqlar çox böyük çətinliklə Şirvanşahlar dövlətinin
müqavimətini qırdılar. Şirvanşah Fəribürz «Şirvanşah» titulundan
məhrum edildi.
Səlcuq
canişinlərinin
Azərbaycanda
kəsdirdikləri mis
pullar


Beləliklə, Azərbaycan bütünlüklə Böyük Səlcuq imperiyasının tərkibinə
daxil oldu.
Türk türkə qucaq açdı. Səlcuq axınları nəticəsində türk tayfalarının
yeni dəstələri Azərbaycanda məskən saldılar. Eyni kökdən olan və eyni
dildə danışan oğuz-səlcuq türkləri ilə qədim Azərbaycan türkləri tez bir
zamanda qaynayıb-qarışdılar. Səlcuq axınları nəticəsində oğuz-türk
tayfaları Cənubi Qafqazda, o cümlədən Azərbaycanda başlıca etnik və
siyasi amilə çevrildilər.
Səlcuq türklərinin axınları Bizans imperiyasının Cənubi Qafqazda
möhkəmlənmək planını puça çıxardı. Erməni və gürcü təcavüzkarlarının
ölkəmizin qərb ərazilərinə yiyələnmək planlarının qarşısı alındı.
Beləliklə, Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə
salmaq planı baş tutmadı.
Səlcuq sultanları mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışırdılar.
Bu məqsədlə onlar özlərinə hərbi-siyasi dayaqlar yaradırdılar:
torpaqları hərbi xidmət müqabilində iqta şəklində səlcuq əmirləri
arasında bölüşdürürdülər. Nəticədə, iqta Azərbaycanda başlıca torpaq
mülkiyyəti formasına çevrildi. Bu isə yurd saldıqları ərazilərdə səlcuq
türklərinin hərbi-siyasi hakimiyyətini qüvvətləndirdi. Zaman keçdikcə
iqta torpaqları irsən, nəsildən-nəslə keçərək, demək olar ki, mülk
torpaqlarından fərqlənmədi.
Böyük Səlcuq imperiyası dövründə meydana gələn torpaq mülkiyyəti
formalarından biri də uc torpaqları idi. Səlcuq imperiyasının
sərhədlərini qoruyan sərkərdələrə verilən torpaqlar belə adlanırdı. İstər
iqta, istərsə də uc torpaqları ölkəmizə yeni-yeni axınlar edən türk
tayfalarının bu ərazidə daimi məskunlaşmasına şərait yaradırdı.
Şirvanşahların
səlcuqlara
müqavimət
göstərməsini necə
qiymətləndirirsən?
Fikrini izah et.
5
Ər igid ölmüş, qanun
ölməmiş. 
* * * 
El sərrafdır: eyriyi-
yatluyu (doğrunu)
bilir. 
* * * 
Otuz iki dişdən çıxan
orduya yayılır. 
«Oğuznamə»dən el
məsəlləri
İqta torpaq
mülkiyyəti ilk dəfə
nə vaxt tətbiq
edilmişdir?


Oguz-səlcuq axınları nəticəsində ölkəmizdə türkmənşəli əhalinin sayı
daha da artdı. Soykökü, dili və dini bir olan bu tayfalar çox asanlıqla və
sürətlə qaynayıb-qarışdılar. Beləliklə, oguz- səlcuq axınları nəticəsində
Azərbaycan türk xalqının formalaşması prosesi başa çatdı. Vətənimizin
Bizans imperiyası və onun müttəfiqləri tərəfindən işgal olunması
təhlükəsi tamamilə aradan qaldırıldı.
Azərbaycanlılar
hansı dövrlərdə və
kimlər tərəfindən öz
dogma yurdlarından
zorla köçürülüblər?
Araşdır.
1.  Azərbaycanın Böyük Səlcuq
imperiyasının tərkibinə daxil olmasının
əhəmiyyəti nədən ibarətdir?
2.  «Əsas etnik amil» ifadəsini necə başa
düşürsən?
3.  Azərbaycan səlcuq türklərinin hücumu
zamanı qüvvətli olsaydı, səncə, onlara
müqavimət göstərərdimi?
1.  Azərbaycanın arxa cəbhə olmasının
səbəblərini aç və fikrini əsaslandır.
2.  Səlcuq türklərinin Azərbaycanı
asanlıqla ələ keçirə bilməsinin
səbəblərini göstər.
3.  Iqta və uc torpaqlarının oxşar
cəhətlərini müəyyənləşdir və onlar
arasındakı qanunauyğunluğu göstər.


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə