Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə10/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

9. ƏHALİNİN MƏŞĞULİYYƏTİ VƏ HƏYAT TƏRZİ
Ölkəmiz gündən-günə çiçəklənir. Xalqımızın həyat səviyyəsi yüksəlir. Vətənimizin siması daha da
gözəlləşir. Ölkə prezidentinin fəaliyyəti nəticəsində yeni-yeni islahatlar həyata keçirilir. Uğurlu
siyasət nəticəsində dünya dövlətlərinin Vətənimizə olan maraqları artıb.
Görəsən, Ərəb xilafətinin hakimiyyəti dövründə Azərbaycanın iqtisadi həyatında hansı yeni
qaydalar tətbiq edilib? Bəs müstəqil dövlətlər yarandıqdan sonra xalqın rifahı yaxşılaşdımı?
Bu sualları cavablandır və fikrini ümumiləşdir.
Feodal dövlətlərin bir-birini əvəz etməsi xalqın həyat tərzinə necə təsir etdi? Xilafətin vurduğu
zərbədən ölkəmiz dirçələ bildimi? IX—XI əsrlərdə Azərbaycanda torpaqdan necə istifadə
olunurdu? Ölkəmizdə sənətkarlıq, ticarət inkişaf etmişdimi? Tarixi mənbələrdə verilən
məlumatları və faktları araşdırıb suallara cavab tapmağa çalış.
Ticarət yolları üzərində yerləşən Azərbaycan. Ərəb xilafəti
zəiflədikdən sonra Azərbaycan torpaqlarının müstəqil olması ölkənin
təsərrüfatını dirçəltdi. Əlverişli şəraitə malik məhsuldar torpaqlar
haqqında geniş məlumat IX—XI əsr ərəb səyyahlarının əsərlərində öz
əksini tapıb. Əhali əkinçilik və bağçılıqla məşğul olurdu. Kotanla
şumlanan torpaqlarda taxıl və digər dənli bitkilər yetişdirilirdi.
Bu dövrdə ipəkçilik inkişaf etmişdi. Əhali Şəkidə, Şirvanda, Bərdə
ətrafında, habelə ölkənin digər ərazilərində ipəkqurdu yetişdirmək
məqsədilə tut ağacı bağları salmışdı.
Qırmızböcəyi, vergi
sistemi, mülkədar,
uluclar, karvan
yolları
Orta əsr səyyahları
hansı elm və
biliklərə malik
idilər? Fikrini
əsaslandır.


Bakuyə. Şirvan
vilayətinin Dərbənd
dairəsində şəhərdir.
Burada «neft quyusu
var. Onun icarə
haqqı bir min
dirhəmə çatır, o
quyunun yanında isə
arası kəsilmədən,
gecə-gündüz civə
kimi qatı ağ neft
püskürən başqa bir
quyu da var. Bu
quyunun da icarə
haqqı birincininki
kimidir». İnandığım
tacirlərdən biri mənə
danışırdı ki, orada
özözünə həmişə
yanan bir yer
görmüşdür.
Yaqut al-Hamavi
Orta əsr şəhərində
bazar
Balıqçılıq əhalinin qədim peşələrindən biri idi. İbn Havqəl yazır ki,
Kür və Araz çaylarından tutulan balıq Ərdəbil, Rey və İraqa
göndərilirdi. İxrac olunan məhsullar sırasında balın və mumun olması
isə arıçılığın ölkə həyatında mühüm rol oynamasının göstəricisidir.
Bol sərvətlərlə zəngin ölkəmizdə ticarət üçün geniş imkanlar vardı.
Dağlarda qızıl, gümüş, civə, qurğuşun və başqa qiymətli metallar
çıxarılırdı. Təbriz, Naxçıvan və Bakıda duz istehsal olunurdu. Bakıda
həm də neft quyuları vardı.
IX—XI əsrlərdə Azərbaycanda ipək, yun, pambıq və kətan parçalar
istehsal olunurdu. Bəzz qalası ətrafından çıxarılan qırmızı kvas
parçaların boyanmasında istifadə olunurdu. Hətta bu boya İraq və
Yəmənə də göndərilirdi. Toxucuların qırmız böcəyindən hazırladıqları
«qırmız» adlanan boya isə ərəb tarixçisi əl-İs-təxrinin yazdığına görə,
Bərdədən Hindistana və başqa yerlərə ixrac edilirdi.



Tapşırıq
Şəklə baxıb fikrini
bildir.
Orta əsr şəhərində sənətkar emalatxanası (miniatür rəsm)
Beynəlxalq ticarət yolunun üstündə yerləşən Azərbaycan şəhərləri məşhur ticarət mərkəzləri idi.
IX—XI əsr şəhərlərinə səyahət. Karvan yolları üstündə yerləşən, müdafiə üçün əlverişli təbii-
coğrafi şəraitə malik olan şəhərlər görünüşcə bir-birinə çox bənzəyirdi. İkiqatlı qala divarları ilə
qorunan şəhərlərin ətrafı həm də enli və dərin xəndəklərlə əhatə olunurdu. Daş və kərpicdən
tikilən qala divarlarına bir neçə yerdən möhkəm qapılar qoyulurdu. Şəhər iki hissədən ibarət
olurdu: içəri şəhər və bayır şəhər. Evlər və təsərrüfat binaları içəri şəhərdə, əkin-biçin yerləri isə
qala divarının bayır hissəsində yerləşirdi. Şəhərlərin ən gur yeri, bir qayda olaraq, Cümə məscidi
yaxınlığında yerləşən bazar meydanı idi. O dövrdə Bərdə, Şabran, Təbriz, Ərdəbil, Dərbənd,
Tiflis böyük şəhərlər sayılırdı. İbn Havqəl Bərdəni Azərbaycanın «başlıca şəhəri» adlandıraraq
Bağdadla eyniləşdirmiş, şəhərin bazarından bəhs etmişdir.
Qala divarları ilə əhatə olunan Dərbənd dövrün ən böyük liman şəhəri idi.
Ərəb müəlliflərinin məlumatına görə, çox səliqəli olan bu şəhərdə, hətta
kanalizasiya sistemi də yaradılmışdı.


Müasir dövrdə
paytaxtımız Bakı nə
ilə məşhurdur?
Bab əl-Əbvab
(Dərbənd)
Təbəristan dənizi
sahilindədir, ona
Xəzər dənizi
deyirlər. Bu şəhər
Ərdəbildən iki
kvadrat mil
böyükdür. Şəhərin
çoxlu əkin yerləri
var, ancaq meyvə
ağacları azdır,
meyvəni buraya
başqa yerlərdən
gətirirlər. Şəhərin
dağlardan üzüaşağı
enən qala divarları
var. Bu dağlarda elə
bir yol yoxdur ki,
onlar ilə müsəlman
ölkələrinə girə
biləsən.
Yaqut al-Hamavi
Sənin ailəndə hansı
vergilər ödənilir?
Sadala.
Bakı Dərbənddən sonra ikinci liman şəhəri idi. Mənbələrdə qeyd edilir
ki, Abşeronun neft «bulaqları» Bakını qonşu ölkələrdə də
məşhurlaşdırırdı.
Arranın ən böyük şəhərlərindən biri sayılan Tiflis «suyu odsuz
qızdırılan» müalicə hamamları ilə məşhur idi. Qala divarları ilə əhatə
olunan Tiflis, həm də ticarət mərkəzi kimi tanınırdı.
IX—XI əsrlərdə bol məhsul verən torpaqt lardan səmərəli istifadə
etmək, ölkə sərvətlərindən dövlətin və xalqın xeyrinə faydalanmaq
mühüm şərt idi. Bəs bu torpaqların gəliri hara gedirdi? Bu torpaqlara
nəzarət necə aparılırdı?
Torpaq necə bölünürdü? IX—XI əsrlərdə torpaq üzərində mülkiyyətin
bir neçə forması mövcud idi. Dövlətə məxsus torpaqlar divan torpaqları
adlanırdı. Ən geniş yayılan torpaq mülkiyyəti mülk torpaqları idi. Bu
torpaqlar irsi keçirdi. Mülk sahibləri malik və ya mülkədar adlanırdı.
Mülk sahiblərinin öz torpağını satmaq və bağışlamaq hüququ vardı.
Ərəblərdən qalma şərti torpaq mülkiyyəti iqta idi. İqta dövlətə xidmət
müqabilində verilirdi. Dini idarələrə, məscidlərə məxsus torpaqlar vəqf
adlanırdı. Vəqf torpaqlarında yaşayan əhali vergini dini idarələrə
ödəyirdi.
Cəmiyyətdə əsas aparıcı qüvvə olan kəndlilər isə iki hissəyə —
uluclara və azad kəndlilərə bölünürdü. Feodallardan asılı vəziyyətdə
olan kəndlilər uluclar adlanırdı. İstər azad kəndlilər, istərsə də uluclar
dövlətə vergi ödəməyə borclu idilər.


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə