Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə19/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

İqta sahibi öldükdən sonra hərbi işi kim davam etdirirdisə iqta da ona
verilirdi. 1303-cü ildə verilən fərmana görə kəndlilərin bir yerdən
başqa yerə köçməsi qadağan edildi. Bu islahatda əsas məqsəd kənd
təsərrüfatını inkişaf etdirmək, kəndliləri yaşadıqları torpaqlarda
oturaqlaşdırmaq idi. Çünki monqol işğalları nəticəsində məhsuldar
Azərbaycan torpaqları otlaqlara, köçəri maldarların örüş yerlərinə
çevrilmişdi.
Bayrat adlanan istifadəsiz qalmış torpaqların becərilməsini nəzərdə
tutan tədbirlər də görüldü. Sahibsiz torpaqlar divanın tabeliyinə verildi.
Onların istifadəsi üçün yeni sahibkarlar müəyyən edildi.
Tapşırıq
Qazan xanın
keçirdiyi islahatları
dəyərləndir.
Monqollar yürüş zamanı 


Rabitə vasitələrinin
insan həyatında rolu
nədən ibarətdir?
Müzakirə edin.
Verginin yığılmasını tənzimləyən islahat keçirildi. Vergi verənlərin
siyahısı tutuldu. Hər bir şəhər və məntəqənin ödəyəcəyi verginin
miqdarı və toplanacağı vaxt dəqiqləşdirildi, xüsusi lövhələrdə yazılıb
mərkəzi yerlərə vuruldu. Qanunsuz vergi yığımı qadağan edildi. Vergi
pul və ya məhsul şəklində alınırdı.
Baş verən özbaşınalığın və rüşvətxorluğun qarşısını almaq üçün
məhkəmə islahatı həyata keçirildi. 30 illik iddia sənədləri qanuni
qüvvəsini itirdi. «Qazı» (din xadimi) vəzifəsinə ədalətli din xadimləri
götürülürdü. Onlardan qanuna düzgün əməl edəcəkləri barədə iltizam*
alınırdı. Lakin keçirilən məhkəmə islahatı yarımçıq qaldı.
Vahid rabitə sistemi quruldu. Təxminən hər 20 km-dən bir rabitə
dayanacaqları — yamlar yaradıldı. Yamlar əmirlər tərəfindən idarə
edilir, onların ixtiyarına lazımi vasitələr verilirdi. Əmirlərə əhalidən
rabitə işinə görə hər hansı bir vəsaitin alınması qadağan edilmişdi.
Ticarətin inkişafı üçün də tədbirlər görüldü. Vahid pul, çəki və ölçü
sistemi yaradılaraq ticarətin inkişafına imkanlar açıldı. Ticarət
mərkəzlərinin, karvan yollarının qorunması üçün xüsusi dəstələr ayrıldı.
Bütün bu islahatlar əhalinin vəziyyətini yaxşılaşdırdı. Hülakü
dövlətində iqtisadiyyat canlandı.
Qazan xanın ölümündən sonra mərkəzi hakimiyyət öz gücünü yalnız bir
müddət saxlaya bildi. Hakimiyyətə gələn Əbu Səid (1316—1335)
azyaşlı olduğundan dövləti Əmir Çoban idarə etməyə başladı. Onun
hakimiyyətdəki ağalığı bəzi feodalların narazılığına səbəb oldu.
*İltizam — bir işin yerinə yetirilməsini öhdəsinə götürmə (icarəyə götürmə)


Ölkədə feodal çəkişmələri gücləndi. Əmir Çobana qarşı qiyamlar
başladı. Artıq gənc yaşına çatmış Əbu Səid qiyamları yatırmaq üçün
şəxsən döyüşlərə girirdi. Buna görə ona «Bahadır» ləqəbi verilmişdi.
Əbu Səid Əmir Çobana qarşı çıxan feodalları öz ətrafında birləşdirərək
1328-ci ildə onu edam etdirdi. Lakin feodal çəkişmələri səngimək
bilmirdi. Belə qarışıq vaxtda Əbu Səidin ölümü Qızıl Ordu qoşunlarına
ölkənin içərilərinə soxulmağa şərait yaratdı. Dövlətin süqutu daxili və
xarici qarşıdurmalar nəticəsində sürətləndi.
Hakimiyyətə sahiblənmək uğrunda mübarizə durmadan qızışırdı.
«Hülakü səltənəti uğrunda» meydana atılan Cər airilər, Çobanilər,
Şirvanşahlar arasında mübarizə gücləndi. Hülakü dövlətini idarə edən
Çobanilər əhaliyə zülm edirdi. Ağır həyat sürən əhalinin tez-tez
keçirdiyi üsyanları Çobanilər zorla yatırırdı. Əhali Çobanilərdən
qurtulmaq üçün çıxış yolunu Qızıl Ordu xanı Canı bəyə müraciət
etməkdə gördü. 1357-ci ildə Canı bəy Təbrizə gələrək Çobanilərin
hakimiyyətinə son qoydu. Hülakü dövləti süqut etdi.
1335-ci il «onlar
(Özbək xanın
qoşunu) geri
çəkildilər, burada
(Şirvanda) bütün
silahlarını və
əmlaklarını atdılar,
təcili qaçmağa
başladılar...
Dərbəndə kimi
qaçdılar, oradan isə
öz ölkələrinə
getdilər».
Həmdullah Qəzvini 
1.  Hülakülər dövlətinin yaranmasına səbəb
nə oldu?
2.  Qazan xanın torpaq islahatına nələr
daxil idi?
3.  Dövlətin süqutuna səbəb nə idi?
1.  Hülakü xanın gördüyü tədbirləri izah et.
2.  Qazan xanın digər islahatlarını təhlil et.
3.  Çobanilərin Hülakü hakimiyyətini ələ
keçirməsini izah et.
4.  Hülakülərin Azərbaycan tarixində
rolunu müəyyənləşdir.


17. AZƏRBAYCAN UĞRUNDA MÜBARİZƏ
 
Şəklə bax. Bu, Teymura sinə gərmiş Əlincə qalasıdır. Səncə, orta əsrlərdə uzun müddət bu
qalada müdafiə olunmaq olardımı? Mühasirədə olan bir qalada hansı şərait olmalıdır ki, uzun
müddət düşmənə sinə gərə bilsin?
XIV əsrin II yarısında Azərbaycan uğrunda gedən mübarizənin daha da kəskinləşməsinin
səbəblərini araşdır.
Cəlairilər, idarə
sistemi, «üçillik
yürüş», Əmir
Teymur, Çobanilər
Qızıl Ordu dövlətinin
ərazisində bu gün
hansı dövlətlərin
yerləşdiyini müasir
xəritədə
müəyyənləşdir.
Cəlairilərə yaranmış fürsət. Hülakü xanın Azərbaycana yürüşü zamanı
ölkəmizə gələn tayfalardan biri — Cəlairilər tez bir vaxtda
qüvvətlənməyə başladılar. Hakimiyyətə sahiblənmək istəyi onların
mübarizəsini daha da gücləndirirdi. Hülakü səltənətinə yiyələnmək
uğrunda mübarizədə Çobanilərə məğlub olsalar da, Şeyx Həsən Cəlairi
1340-cı ildə Bağdadda Cəlairilər dövlətini yaratdı.
1357-ci ildə Qızıl Ordu hökmdarı Canı bəy Hülakülər dövlətinə son
qoyub Azərbaycanda hakimiyyəti ələ aldı. Lakin ölkəsindəki gərgin
vəziyyəti eşidən Canı bəy Qızıl Orduya qayıtmalı oldu. İdarəçiliyi oğlu
Bərdi bəyə tapşırdı. Bərdi bəy atasının ölüm xəbərini eşidəndən sonra
ölkəni tərk etməli oldu. Bu fürsətdən istifadə edən Cəlairi Şeyx Üveys
(1354—1374) Azərbaycana hücum edərək 1359-cu ildə ölkəni özünə
tabe etdi. Təbrizi paytaxt seçən Şeyx Üveys Şirvanı tutmaq üçün yürüşə
çıxdı və bu ərazini də ələ keçirdi. O, mərkəzi idarə sistemini
möhkəmləndirərək ölkədə vəziyyəti nizamladı.
Şeyx Üveysin ölümündən sonra hakimiyyəti idarə etmək Cəl airilər üçün
çətinləşdi. Feodal pərakəndəliyi və hakimiyyətə qarşı çıxışlar ölkəni
zəiflətməyə başladı.


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə