Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə113/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   109   110   111   112   113   114   115   116   ...   129

304 
 
Şəhriyarın  1954-cü  ildə  yazdığı  "Heydər-babaya  salam"  poeması  bütün 
müasir  Cənubi  Azərbaycan  poeziyasında  yeni  mərhələdir.  Poemada  Şəhriyar 
Cənubi Azərbaycanın təbiətinin gözəllikləri, xalqın adət və ənənələri. ana yurduna 
tükənməz  odlu  məhəbbəti  əlvan  poetik  boyalarla,  canlı  xalq  dilində  tərənnüm 
etmişdir.  Poemanın  ən  böyük  məziyyəti  onun  xəlqiliyindədir.  Əsərdə  müasir 
Cənubi  Azərbaycan  kəndinin  sosial  ziddiyyətləri,  xalqın  acınacaqlı  həyatı  ürək 
ağrısı  ilə  təsvir  edilmiş,  onun  kədər  və  sevinci,  arzu  və  nisgili  əks  olunmuşdur. 
Şairin  bu  poeması  Cənubi  Azərbaycan  və  milli  həyatımız  barəsində  poetik  bir 
ensiklopediya təsirini bağışlayır. Heydərbaba dağına müraciət formasında yazılmış 
poema iki hissədən ibarətdir. Poemanın məhz dağa müraciətlə yazılmasını şair belə 
izah edir: "Dağ göylərə yaxındır. O, təbiətin şah əsərlərindən biridir. Şairin göylərə 
qalxan nalələrini əks etdirib bütün Yer üzünə yayaraq hamının qulağına çatdırmağı 
təkcə o bacarır". Əsərdə xalqımızın faciəli taleyi, tarixi ədalətsizlik, Azərbaycanın 
ikiyə  bölünməsi  ilə  bağlı  məsələlər  də  diqqəti  cəlb  edir.  Poemanın  ən  başlıca 
xüsusiyyətlərindən  biri  xalqın  gələcəyinə  dərin  inam  hissinin  ifadəsidir.  Şair 
Heydərbaba  dağının  timsalında  bütöv  Azərbaycanı  ümumiləşdirərək  xalqın  mərd 
oğulları  sayəsində  öz  səadətinə  qovuşacağına  inanır.  Poema  xalq  danışıq  dilində 
yazılmışdır.  Əsərin  əsas  ideyası  vətənpərvərlik,  doğma  yurda  sonsuz  məhəbbət 
hisslərinin  aşılanmasıdır.  Poema  Cənubi  Azərbaycanda  anadilli  poeziyaya  geniş 
yol açmışdır. Cənubi və Şimali Azərbaycanda ona çoxlu nəzirələr yazılmışdır. 
Şəhriyarın  yaradıcılığı  İraq  və  Türkiyədə  də  şöhrət  qazanmışdır.  1978-ci 
ildə İranda şah rejimi devrildikdən sonra yerli hökumət şairə təqaüd təyin etmişdir. 
Müasir  Cənubi  Azərbaycan  və  İran  ədəbiyyatının  on  böyük 
nümayəndələrindən  olan  Məhəmmədhüseyn  Şəhriyar  1988-ci  ildə  Təbrizdə  vəfat 
etmiş və məşhur "Şairlər qəbiristanlığı"nda dəfn edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


305 
 
Azərbaycanda    tibb  elminin  inkişafında,  milli  tibb  kadrlarının 
hazırlanmasında  Mirəsədulla    Mirqasımov  böyük  rol 
oynamışdır.  Ali  təhsilli  həkim  artıq    I  Dünya  müharibəsi 
illərində hərbi cərahiyyə  sahəsində zəngin təcrübə qazanmışdır.   
Azərbaycan tarixinə Mirəsədulla  Mirqasımov görkəmli həkim, 
Azərbaycan    müasir    tibb  elminin  əsasını  qoyanlardan  biri, 
Aərbaycanda    doktorluq    dissertasiyasını  müdafiə  etmiş  ilk 
alim-cərrah,  cərrahlıq  sahəsində  Azərbaycan  dilində  yazılmış 
ilk dərsliyin müəlifi, Azərbaycan SSR Elmlər  Akademiyasının
 
ilk prezidenti kimi daxil olmuşdur.
 
Mirəsədulla  Mirqasımov 
              (1883-1958) 
 Mirəsədulla  Mirələsgər  oğlu  Mirqasımov 
1883-cü  ildə  Bakıda  anadan  olmuşdur.  Orta  təhsil 
aldıqdan  sonra  o,  təhsilini  davam  etdirmək  üçün  Rusiyanın  ali  məktəblərindən 
birinə  qəbul  olunmaq  qərarına  gəlir.  M.Mirqasımov  Odessa  şəhərinə  gələrək 
burada Novorossiya Universitetinin tibb fakültəsinə daxil olur. Həmin fakültədə bir 
çox Azərbaycan həkimləri, o cümlədən Nəriman Nərimanov təhsil almışdır. Təhsil 
illərində tibbin cərrahiyyə sahəsinə maraq göstərən Mirəsədulla Mirqasımov 1913-
cü ildə universiteti uğurla bitirmişdir. 
Təyinatını  Odessa  şəhərinə  alan  gənc  cərrah  1913  -  1916-cı  illərdə 
Odessada  həkim  işləmişdir.  Artıq  I  Dünya  müharibəsinin  getdiyi  bir  dövrdə 
Odessa  hospitallarında  çoxlu  sayda  yaralılar  və  xəstələr  var  idi  və  tibb  işçiləri 
gecə-gündüz  işləyirdilər.  Burada  Mirqasımov  hərbi  cərrahiyyə  sahəsində  zəngin 
təcrübə toplamışdır. 
1916-cı  ildə  Bakıya  gələn  həkim  burada  hərbi  lazaretdə  fəaliyyətə 
başlayır.  Qafqaz  cəbhəsindən  gətirilən  minlərlə  yaralı  Bakı  hospitalları  və 
lazaretlərində  yerləşdirilir,  tibb  işçilərinin  çatışmazlığı  şəraitində  onlara  lazım 
olan köməklik göstərilirdi. 1917-ci ilin sonlarında Bakıda bolşevik və daşnakların 
sovet hakimiyyəti qurulanda M.Mirqasımov hərbi lazaretdən çıxır və indiki  №-li 
doğum  evində  cərrah  vəzifəsində  çalışmağa  başlayır.  Bu,  ziyalı  insanın  sovet 
hakimiyyətinin  törətdiyi  cinayətlərə  qarşı  etiraz  addımı  idi.  1918-ci  ildə 
Azərbaycanda müstəqil dövlətin yaradılmasını alqışlayan Mirqasımov cərrah kimi 
fəaliyyətini davam etdirirdi. 
Sovet  hakimiyyəti  illərində  cərrah  işləyən  Mirəsədulla  Mirqasımovun 
əsas  diqqəti,  elmi  fəaliyyəti  sidikdaşı  xəstəliyinin  etiologiya,  klinika  və 
müalicəsinin  öyrənilməsinə,  irinli  peritonitlərə,  urologiya  və  cərrahlığın  digər 
aktual  məsələlərinə  həsr  olunmuşdur.  Azərbaycan  Dövlət  Universitetinin  tibb 
fakültəsi nəzdində əvvəlcə namizədlik, 1927-ci ildə isə doktorluq dissertasiyasını 


306 
 
müdafiə  etmiş  M.Mirqasımov  tibb  elmləri  doktoru  adına  layiq  görülmüşdür.  O, 
Azərbaycanda doktorluq dissertasiyasını müdafiə etmiş ilk alim-cərrahdır. 
Tibb  fakültəsində  dosent  kimi  çalışan  alimin  1928-ci  ildə  işıq  üzü  görən 
fundamental  elmi  əsəri  "Azərbaycanda  sidikdaşı  xəstəliyinin  öyrənilməsinə  dair 
materiallar"  adlanırdı.  Əsərdə  alim  tərəfindən  toplanmış  faktlar  təhlil  edilir, 
xəstəliyin yaranma səbəbləri, xüsusiyyətləri, fəsadları, müalicə yolları araşdırılırdı. 
1929-cu ildə M.Mirqasımov universitetin tibb fakültəsinin professoru seçilmişdir. 
1930-cu  ildə  universitetin  tibb  fakültəsi  bazasında  Azərbaycan  Tibb 
İnstitutu  açıldı.  Mirəsədulla  Mirqasımov  burada  hospital  cərrahiyyə  kafedrasının 
professoru  və  müdiri  seçilmiş,  uzun  illər  bu  vəzifədə  çalışmışdır.  1933-cü  ildə 
alimin  "Qısaca  ümumi  cərrahiyyə  kursu"  monoqrafiyası  işıq  üzü  gördü.  Əsər 
cərrahlıq sahəsində Azərbaycan dilində yazılmış ilk dərslik kimi qəbul edilmişdir. 
Onun  müəllifi  Azərbaycanda  müasir  tibb  elminin  əsasını  qoyanlardan  biri  kimi 
respublika  rəhbərliyinin  diqqətini  cəlb  etmişdir.  Üç  il  ərzində  Azərbaycan  SSR 
Mərkəzi  İcraiyyə  Komitəsinin  üzvü  kimi  çalışan  M.Mirqasımov  bu  mərkəzi  icra 
hakimiyyəti  orqanının  işini  milli  ruhda  qurmağa  çalışırdı.  O  dövrdə  mövcud  olan 
şərait buna imkan vermədi və alim yenidən tibbə qayıtdı. 
1934-cü  ildə  Azərbaycan  SSR  əməkdar  elm  xadimi  fəxri  adına  layiq 
görülmüş  Mirəsədulla  Mirqasımov  Azərbaycanda  milli  tibb  kadrlarının 
hazırlanmasında  böyük  rol  oynamışdır.  Onun  köməkliyi  ilə  minlərlə  azərbaycanlı 
gənc  tibb  fakültələrinə  qəbul  edilir,  həkim  kimi  fəaliyyət  göstərir,  on  istedadlıları 
isə tibb elmi ilə məşğul olurdular. 
1941-ci ildə faşist Almaniyası Sovet İttifaqına hücum edəndə alimin artıq 
58  yaşı  var  idi.  Yaşını  və  tutduğu  vəzifələri,  topladığı  təcrübəsini  nəzərə  alaraq 
Bakı hospitallarından birində cərrah kimi fəaliyyətinə imkan yaradılır. 1941-ci ildə 
o, "Ölkənin müdafiəsində cərrahiyyənin rolu" adlı kitab çap etdirir. Burada müəllif 
ilkin tibbi yardımın yaralının həyatının xilas edilməsində böyük rolunu qeyd edirdi. 
Müharibənin  qalibiyyətlə  qurtaracağını  və  Azərbaycan  elminin  inkişaf 
səviyyəsini  nəzərə  alan  SSRİ  rəhbərliyi  respublikada  Elmlər  Akademiyası 
yaratmağa  icazə  verir.  1945-ci  ildə  Mirəsədulla  Mirqasımov  Azərbaycan  Elmlər 
Akademiyasının  akademiki  və  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  ilk 
prezidenti seçilir. 
Azərbaycanda  elmi  təfəkkürün  mərkəzi  olan  Elmlər  Akademiyasının 
yaradılması böyük hadisə idi. Yaradılanda onun tərkibində 4 şöbə var idi: neft və 
geokimya elmləri, neft və fizika-texniki elmlər, bioloji və kənd təsərrüfatı elmləri, 
ictimai  elmlər.  Onların  tabeliyində  16  institut,  2  bölmə,  2  muzey,  mərkəzi 
akademik kitabxana və s. qurumlar fəaliyyət göstərirdi. Elmlər Akademiyasının ilk 
ümumi  yığıncağı  1945-ci  il  martın  31-də  keçirildi  və  həmin  gün  Azərbaycan 
Elmlər  Akademiyasının  yaranma  tarixi  hesab  edilir.  Azərbaycanda  milli  Elmlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə