Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə116/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   112   113   114   115   116   117   118   119   ...   129

312 
 
1941-ci  ildə  faşist  Almaniyası  SSRİ-yə  hücum  edəndə  SSRİ-nin 
tərkibində  olan  Azərbaycanın  minlərlə  oğul  və  qızları  faşizmlə  mübarizəyə 
yollanır. Azərbaycanlılar həm arxa, həm də ön cəbhədə hünər göstərirdilər. Onlara 
mənəvi  dəstək  olmaq  üçün  Azərbaycan  mədəniyyət  xadimləri  əllərindən  gələni 
əsirgəmirdilər.  Onların  səylərini  birləşdirmək  və  istiqamətləndirmək  Azərbaycan 
Sovet Yazıçılar İttifaqına həvalə olunmuşdu. Bu qurumun üzərinə düşən vəzifələri 
böyük  məsuliyyətlə olduqca işgüzar və vətənpərvər sənətkar yerinə  yetirə bilərdi. 
Odur ki, Səməd Vurğun ittifaqa sədr təyin olunur. Faktik olaraq müharibə illərində 
bütün  Azərbaycan  mədəniyyətinin  inkişaf  istiqamətlərinin  müəyyən  edilməsi  və 
onların  həyata  keçirilməsi  ilk  növbədə  görkəmli  şairimizin  adı  ilə  bağlıdır. 
Yüzlərcə konsert briqadaları təşkil edilərək cəbhələrə göndərilirdi. Onlar ön xətdə 
dayanan  hissələrdə,  hospitallarda,  cəbhə  üçün  işləyən  müəssisələrdə  mədəni 
tədbirlərlə çıxış edirdilər. 
Səməd  Vurğun  sovet  qoşunlarının  İrana  yeridilməsindən  istifadə  edərək 
Azərbaycanın  o  dövrkü  rəhbəri  Mir  Cəfər  Bağırovun  tapşırığı  ilə  Cənubi 
Azərbaycanda təbliğat işlərini təşkil edir, milli oyanışa, milli tarix və mədəniyyətə 
qayıdışa can atırdı. Parçalanmış Azərbaycanın birləşməsini ürəkdən arzulayan şair 
Cənubi  Azərbaycanda  milli  dildə  məktəb  və  qəzetlərin  açılmasında,  Təbriz 
Universitetinin  yaradılmasında,  milli  ədəbiyyat  və  incəsənətin  formalaşmasında 
Arazdan cənubda yaşayan azərbaycanlılara əlindən gələn köməkliyi göstərmişdir. 
Təşkilati işlərlə bərabər, şair yaradıcılığını da davam etdirir. Onun "Vətən 
keşiyində",  "Ananın  öyüdü",  "Moskva",  "Şəfqət  bacısı",  "Qəhrəmanın  hünəri", 
"Qızxanımın  hünəri",  "Səadət  uğrunda",  "Ukrayna  partizanlarına",  "Mənə  belə 
söyləyirlər" kimi şeirləri qələbəyə inam ruhu ilə aşılanmışdı. 1944-cü ildə yazdığı 
"Bakının dastanı" poeması xalqımızın arxa cəbhədəki fədakar əməyinin qələbənin 
qazanılmasındakı rolundan söz açırdı. 
Bu  dövrdə  şair  müharibəyə  nifrət  bildirən  fəlsəfi  səpkili  şeirlər  də 
yazmışdır.  Onların  arasında  "Bütün  xalqlar,  qəbilələr  od  içindən  çıxacaqdır", 
"Həyat fəlsəfəsi", "Yanğın,  ürək, gələcəyin toy  bayramı", "Göyərçin", "Dörd  söz" 
kimi  şeirlər  həyatın ölüm  üzərində, xeyirin  şər üzərində, həqiqətin  yalan  üzərində 
qələbəsinə  həsr  edilmişdir.  Keçmişə  qürurla  yanaşaraq  gələcəyə  ümidlə  baxmağı 
tövsiyə  edən  şair  ümumbəşəri  kateqoriyaların  hər  bir  xalqa  şamil  edilməsinin 
vacibliyini bildirir, hər bir xalqın öz müqəddəratını müəyyən etmək hüququnu təbii 
sayırdı.  1945-ci  ildə  yazdığı  "İnsan"  mənzum  romantik-fəlsəfi  dramı  bəşəriyyətə 
müharibələrin necə böyük ziyan vurduğunu göstərirdi. 
Fədakar  əməyinə  görə  1942-ci  ildə  dövlət  mükafatına,  1943-cü  ildə 
"Azərbaycan  SSR  əməkdar  incəsənət  xadimi"  fəxri  adına  layiq  görülən  şair 
A.S.Puşkinin "Yevgeni Onegin", Ş.Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", 
Nizami  Gəncəvinin  "Leyli  və  Məcnun"  poemalarını,  həmçinin  M.Qorki, 


313 
 
T.Şevçenko,  Xaqani,  Cambul  kimi  klassiklərin  əsərlərini  Azərbaycan  dilinə 
çevirmişdir. 
Səməd  Vurğun  Azərbaycan,  rus,  SSRİ  xalqları  və  dünya  ədəbiyyatı 
klassikləri  haqqında,  bədii  yaradıcılıq,  ictimai-siyasi  və  mədəniyyət  məsələlərinə 
həsr olunmuş elmi, ədəbi-tənqidi və publisistik məqalələr yazmağa başlayır. Onun 
1954-cü ildə sovet yazıçılarının II qurultayında  etdiyi "Sovet  poeziyası haqqında" 
məruzəsi  böyük  maraqla  qarşılanır.  Elmi  fəaliyyətinə  görə  fəxri  elmlər  doktoru 
adına  layiq  görülən  şairə  1945-ci  ildə  Azərbaycan  SSR  Elmlər  Akademiyasının 
akademiki adı verilir. 
Müharibədən  sonra  şairin  yazdığı  "Zəncinin  arzuları"  (1948),  "Muğan", 
"Köhnə  dostlar"  (1949),  "Leninin  kitabı"  (1950),  "Aygün"  (1951),  "Zamanın 
bayraqdarı"  (1952  -  1953)  poemaları,  "Avropa  xatirələri"  (1950)  şeirlər  silsiləsi, 
"Şair,  nə  tez qocaldın  sən!"  (1953), "Mən  tələsmirəm"  (1954), "Gödəkçə"  (1955) 
şeirlərində  sülh,  milli-azadlıq,  demokratiya  uğrunda  mübarizə,  gələcəyə  nikbin 
baxış,  insanın  zəka  və  kamalının  qələbəsinə  dərin  inam  səslənir.  Onun  son  əsəri 
hələ 1931-ci ildə qələmə aldığı "Komsomol poeması" (1931 - 1956) olur. 
1954-cü  ildə  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  vitse-prezidenti 
seçilən şair bir çox ictimai təşkilatların üzvü idi. 
Səməd  Vurğun  1956-cı  ildə  Bakıda  vəfat  etmiş  və  Fəxri  xiyabanda  dəfn 
olunmuşdur. 


314 
 
II  Dünya    müharibəsində  sonra    Azərbaycan 
rəssamlığında  bütün  janrlar-  tematik  şəkil,  portret, 
mənzərə  və  s.  nərəzərçarpacaq    dərəcədə  inkişaf  
etmişdir.  Bir  sıra    rəssamlar    öz  yaradcılıq 
axtarışlarını  məhdudlaşdırmadan uğurla  çalşmışlar. 
Belə  rəssamlardan    biri  də  Səttar  Bəhlulzadə 
olmuşdur.  Səttar  Bəhlulzadə  təəssərüfat  rəsamı 
hesab  olunur.  O,  təbiətin  əzngin  boyalarından, 
günün  müxtəlif  çağlarından,  ilin  fəsillərində  aldığı 
təəssərüfatı 
məharətlə 
verə 
bilərik. 
Onun 
mənzərlərində 
poetik 
əhaval-ruhiyyə 
və 
kompozisiya  quruluşu,  işlətdiyi  boyalarda  isə 
kolorit  çox  güclüdür.  
Azərbaycan  tarixinə  Səttar  Bəhlulzadə  qeyri-adi 
istedad    sahibi,  dahi  bir  rəssam  kimi  daxil 
olmuşdur.   
Səttar Bəhlulzadə 
    (1908-1974) 
 
Səttar  Bəhlul  oğlu 
Bəhlulzadə 1909-cu ildə Bakının Əmircan kəndində anadan olmuşdur.  Orta təhsil 
aldıqdan  sonra  o,  1927  -  1931-cı  illərdə  Azərbaycan  Rəssamlıq  Məktəbində 
oxumuşdur.  İstedadlı  gənc  rəssam  yaradıcılığa  o  dövrdə  artıq  yaxşı  tanınan  və 
sevilən  rəssam  Əzim  Əzimzadənin  rəhbərliyi  ilə  "Kommunist"  qəzetində 
başlamışdır.  1931  -  1933-cü  illərdə  qəzetdə  onun  müasir  məzmunlu  ilk 
karikaturaları  çap  olunmuşdur.  Lakin  ustadı  ona  qabiliyyətini  boyakarlıqda 
sınamağı, bunun üçünsə təhsilini davam etdirməyi məsləhət görmüşdür. 
Beləliklə,  gənc  Səttar  Moskvaya  yollanır  və  Moskva  Dövlət  Rəssamlıq 
İnstitutuna  daxil  olur.  Burada  o,  1933  -  1940-cı  illərdə  məşhur  rəssamlar 
V.A.Favorski  və  Q.M.Şaqalın  rəhbərliyi  altında  ümumən  rəssamlıq  sənətini,  o 
cümlədən də boyakarlığın sirlərini öyrənir. 
Vətənə  qayıdar-qayıtmaz  rəssam  faşist  Almaniyasının  SSRİ-yə  hücuma 
keçməsi xəbərini eşidir. Respublikamızın elm və mədəniyyət xadimləri ilə birlikdə, 
Azərbaycan  rəssamları  da  bu  dövrdə  bütün  qüvvələrini  xalqımızı  qələbəyə 
ruhlandıran  sənət  əsərləri  yaratmağa  sərf  edirlər.  Siyasi-təşviqat  plakatları  çəkir, 
səyyar  rəsm  sərgiləri  yaratmaq  sahəsində  yorulmaq  bilmirlər.  Vətən  müharibəsi, 
yadelli qəsbkarlara nifrət rəssamlarımızın əsas mövzuları idi. 
1941  -  1945-ci  illərdə  Səttar  Bəhlulzadə  "Babək  üsyanı",  "Fətəli  xan" 
əsərlərini  çəkir.  Bu  əsərlərdə  o,  torpaqları  uğrunda  canlarını  fəda  etməyə  hazır 
olmuş  tarixi  şəxsiyyətləri  təsvir  etmişdir.  "Bəzz  qalasının  müdafiəsi"  lövhəsi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə