Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə117/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   113   114   115   116   117   118   119   120   ...   129

315 
 
boyaların ahəngi, koloritin dürüstlüyü ilə fərqlənir, eyni zamanda, vətən torpağına 
məhəbbət hissi aşılayır. 
Müharibədən  sonrakı  illərdə  Səttar  Bəhlulzadənin  yaradıcılığında  təbiət 
təsvirlərinə  meyl  getdikcə  güclənir,  o,  mənzərə  janrında  daha  bitkin  əsərlər 
yaratmağa  başlayır.  1946  -  1947-ci  illərdə  respublika  bədii  sərgilərində  rəssamın 
Abşeron etüdləri - "Buzovnada neft mədənləri", "Əmircan", "Bakıda atəşfəşanlıq" 
və s. əsərləri nümayiş etdirilir. Tənqidçilər yeni üslubda işləyən istedadlı rəssamın 
getdikcə daha artıq püxtələşdiyini qeyd edirlər. 
Səttar  Bəhlulzadə  təəssürat  rəssamıdır.  O,  təbiətin  zəngin  boyalarından, 
günün  müxtəlif  çağlarından,  ilin  fəsillərindən  aldığı  təəssüratları  yalnız  ona 
məxsus  xüsusi  məharətlə  verə  bilirdi.  Onun  "Qədim  atəş"  (1967),  "Odlu  torpaq", 
"Əbədi məşəllər", "Abşeron tağı" (1970) mənzərələrində fərdi təəssüratdan doğan 
lirik hisslər, həyəcanlar həlledici rol oynayır. 
Azərbaycanımızın  müxtəlif  rayonlarını  qarış-qarış  gəzən  rəssam  bir  çox 
təbiət  mənzərələri  yaratmışdır.  Rəssamı  ilhama  gətirən  təbiət  motivləri 
rəngarəngdir.  O,  səfalı  dağ  mənzərələrini,  meyvə  bağlarını,  bərəkətli  pambıq 
tarlalarını,  baharın  gözəlliyini,  payızın  qızılı  rənglərini  dönə-dönə,  hər  dəfə  də 
vurğunluqla  tərənnüm  etmişdir.  "Doğma  düzənliklər"  (1957),  "Gölməçələrdə 
ördəklər"  (1955)  şairanə  mənzərələrində  Lənkəranın  təbiətini  əks  etdirən  rəssam 
"Yuxarı  Daşaltı"  (1955),  "Cıdır  düzü"  (1957),  "Dumanlı  dağlar"  (1957),  "Yaşıl 
xalça" (1957) lövhələrində Qarabağın səfalı yerlərini fırçasının möcüzəsi ilə kətan 
üzərində canlandırmışdır. 
Müşahidəçi  rəssam  hər  dəfə  yeni-yeni  mənzərə  motivləri  tapır,  təbiətin 
gözəlliklərini  insan  əməyi  ilə  əlaqələndirirdi.  Bu  mənada  rəssamın  Abşeron 
təbiətinə həsr etdiyi "Neft daşları" mənzərə silsiləsi onun yaradıcılığında xüsusi yer 
tutur. Həmin silsilə Xəzərdə salınmış əfsanəvi neft şəhəri haqqında poetik təsəvvür 
yaradır.  Bəhlulzadənin  gərgin  yaradıcılıq  axtarışlarının  məhsulu  olan  "Xəzər 
gözəli"  (1960),  "Suraxanı  atəşgahı"  (1970),  "Əfsanəvi  torpaq"  (1971)  əsərlərində 
rəssam  tədricən  rəng  palitrasını  zənginləşdirmiş,  koloritin  dekorativliyinə  nail 
olmuşdur.  "Xəzər  üzərində  axşam"  (1958)  mənzərəsi  rəssamın  geniş  şöhrət 
qazanmış  əsərlərindəndir.  Mavi,  gümüşü  dumanlar  arasından  göy  dənizin  səthi 
üzərində yüksələn əfsanəvi estakada və neft buruqları sanki zühur edir. Bu qəribə 
mənzərə təbiətin sənaye ilə vəhdətini göstərən şairanə nəğmə kimi səslənir. 
Səttar Bəhlulzadənin lirik, poetik mənzərələr ustası olmasını 1947 - 1953-
cü illərdə yaratdığı "Qudyalçay sahili", "Qudyalçay vadisi", "Qızbənövşəyə gedən 
yol",  həmçinin  "Kəpəzin  göz  yaşları"  (1965),  "Vətənimin  baharı"  (1967), 
"Azərbaycan  nağılı"  (1970),  "Şahnabat"  (1973),  "Naxçıvan.  Axşamçağı  Ordubad 
bağlarında"  (1974)  mənzərələri  birmənalı  şəkildə  təsdiqləmişdir.  O,  real  mənzərə 
motivlərini  rəssam  təxəyyülünün  məhsulu  olan  şərti  təsvir  formaları  ilə 


316 
 
Azərbaycan  musiqisinin  inkişafında  Fikrət 
Əmirovun  yaradıcılığı  mühüm  yer    tutur.  Onun 
əsərlərində  xalqın  tarixi  keçmişi  və  müasir  həyatı 
dolğun  əksini  tapmışdır.  Bəstəkarın  musiqisi  üçün 
dramatik,  yumoristik  obrazlar,  xüsusilə  lirik-psixoloji 
lövhələr  səciyyəvidir.  Fikrət  Əmirovun  yaradıcılığında 
Azərbaycan  milli  musiqi  ənənələri  ilə  dünya    musiqi 
mədəniyyətinin nailiyyətləri üzvi şəkildə birləşmişdir.  
Azərbaycan tarixinə Fikrət Əmirov 
yaradıcılığı  musiqi sənətinin müxtəlif  janrlarını əhatə 
edən görkəmli bəstəkar  kimi daxil olmuşdur.  
əlaqələndirməyi bacarmışdır.  Mənzərələrin  koloritində açıq rənglərin  vəhdəti (ağ, 
mavi,  çəhrayı,  yaşıl  və  s.)  əsas  yer  tutur.  "Muğanda  bahar"  (1961),  "Bağlar 
arasında"  (1960), "Çiçəklənən  torpaq"  (1960), "Torpağın  arzusu"  (1964), "Nağıl" 
(1970)  və  s.  əsərlərində  doğma  torpağa  və  onu  dəyişdirən  zəhmət  adamlarına 
hədsiz məhəbbət elə ilk baxışdaca aşkar duyulur. 
Məhsuldar  fəaliyyətinə  və  yüksək  sənətinə  görə  Azərbaycan  SSR 
əməkdar  incəsənət  xadimi  (1960),  Azərbaycan  SSR  xalq  rəssamı  (1963)  fəxri 
adlarına layiq görülmüş rəssama 1972-ci ildə yekdilliklə Azərbaycan SSR Dövlət 
mükafatı  verilmişdir.  O,  2  Qırmızı  Əmək  Bayrağı  ordeni  və  medallarla  təltif 
edilmişdir. 
Səttar  Bəhlulzadənin  tabloları  respublika,  ümumittifaq,  habelə  rəssamın 
fərdi  sərgilərində  göstərilmiş,  Əlcəzair,  Misir,  Livan,  Suriya,  Tunis,  Norveç, 
Almaniya,  Çexiya,  Bolqarıstan,  Macarıstan,  Rumıniya,  İraq,  Kuba,  Kanada, 
Belçika, Fransa, Yaponiya və s. ölkələrdə keçirilən sovet təsviri sənəti sərgilərində 
nümayiş etdirilmişdir. 
1964-cü ildə  Praqada  onun qrafika  əsərlərindən ibarət fərdi  sərgisi təşkil 
olunmuşdur.  Hal-hazırda  Səttar  Bəhlulzadənin  əsərləri  R.Mustafayev  adına 
Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində  və  Azərbaycan  Dövlət  Şəkil 
Qalereyasında,  eləcə  də  Moskva  və  s.  şəhərlərin  muzeylərində  və  çox  böyük 
hissəsi şəxsi kolleksiyalarda saxlanılır. 
Görkəmli  Azərbaycan  rəssamı,  müasir  Azərbaycan  boyakarlıq  sənətində 
mənzərə janrının yaradıcılarından və ən böyük ustadlarından biri Səttar Bəhlulzadə 
1974-cü  ildə  Moskvada  vəfat  etmiş,  Əmircana  gətirilərək  doğma  kəndində  dəfn 
olunmuşdur. 
 
Fikrət Əmirov 
   (1922-1984) 
 
 


317 
 
Fikrət  Məşədi  Cəmil  oğlu  Əmirov  1922-ci  ildə  Azərbaycanın  Gəncə  şəhərində 
anadan  olmuşdur.  Əslən  şuşalı  olan  atası  Məşədi  Cəmil  Azərbaycanın  tanınmış 
tarzəni,  bəstəkarı  idi.  Musiqiçi  kimi  Mir  Möhsün  Nəvvabın  musiqi  məclislərində 
püxtələşən  Məşədi  Cəmil  Pribaltikada  işlədiyi  dövrdə  bir  çox  Azərbaycan 
muğamlarını  qrammofon  vallarına  yazmış,  bəzi  muğamları  İstanbulda  nota 
salmışdır.  O,  Azərbaycan  musiqi  təhsil  ocaqlarının  yaradılmasında  da  böyük  rol 
oynamışdır. 
F.Əmirov  ilkin  təhsilini  Gəncədə  (sovet  dövründə  bu  şəhər  Kirovabad 
adlanırdı) almış, burada Musiqi Məktəbinin tar sinfini bitirmişdir. Daha sonra 1938 
-  1939-cu  illərdə  o,  Bakıya  köçərək  Bakı  Musiqi  Məktəbində  oxumuşdur.  Fikrət 
Əmirov  ciddi  şəkildə  hazırlaşmağa  başlamış,  lakin  1941-ci  ildə  faşist 
Almaniyasının  SSRİ-yə  hücumu  onun  planlarını  dəyişmişdir.  Yüz  minlərlə 
Azərbaycanlı  kimi,  F.Əmirov  da  cəbhəyə  yollanmış  və  vətəndaşlıq  borcunu 
layiqincə yerinə yetirərək qələbə ilə vətənə dönmüşdür. Bir neçə sənət dəyişdikdən 
sonra, nəhayət, musiqiyə olan həvəsi üstün gəlir və o, yarımçıq qoyduğu işi davam 
etdirmək  qərarını  verir.  Fikrət  Əmirov  Azərbaycan  Dövlət  Konservatoriyasına 
daxil  olur  və  1948-ci  ildə  professor  B.Zeydmanın  bəstəkarlıq  sinfini 
müvəffəqiyyətlə  bitirir.  Hələ  təhsil  aldığı  illərdə  o,  "Ürəkaçanlar"  və  "Gözün 
aydın" musiqili komediyalarını yazır. Əsərlərinin yüksək səviyyəsini nəzərə alaraq 
onu  Azərbaycan  Dövlət  Filarmoniyasına  bədii rəhbər təyin edirlər.  Həmin dövrdə 
yazdığı  konsertləri  onun  xalq  mahnı  və  rəqslərinin  üslub  xüsusiyyətlərindən  necə 
sənətkarlıqla  istifadə  etdiyini  göstərir  və  F.Əmirov  özünü  instrumental  konsert 
janrında yazan ilk Azərbaycan bəstəkarı kimi tanıdır. 
F.Əmirovun  simfonik  yaradıcılığı  rəngarəngdir.  1947-ci  ildə  yazdığı 
"Nizami" simli simfoniyası fəlsəfi mahiyyət kəsb edir, öz lirizmi, təsirliliyi, aydın 
və incə musiqi üslubu ilə fərqlənir. O həm də simfonik  muğam janrının yaradıcısı 
kimi tanınır. "Şur" və "Kürd ovşarı" simfonik muğamlarında ilkin mənbəyə istinad 
edərək  bu  əsərləri  özünəməxsus  bəstəkarlıq  texnikası,  yaradıcı  təxəyyülü  ilə 
zənginləşdirmiş,  orkestr  boyalarının  əlvanlığına  nail  olmuşdur.  F.Əmirovun 
yaradıcılıq axtarışları qiymətləndirilmiş və o, 1949-cu ildə SSRİ Dövlət mükafatına 
layiq görülmüşdür. 
Onun  1950-ci  ildə  yazdığı  "Azərbaycan  süitası"  aşıq  musiqisi 
intonasiyalarını,  xalq  rəqslərinin  oynaq,  gümrah  ruhunu  ifadə  edir.  1953-cü  ildə 
Fikrət  Əmirov  şah  əsərlərindən  biri  olan  "Sevil"  operasını  yazır.  C.Cabbarlının 
eyniadlı pyesi üzrə yazılmış bu opera sovet operaları sırasında görkəmli yer tutur. 
Lirik-psixoloji  səpkidə  bəstələnmiş  "Sevil"  operasında  qəhrəmanların  taleyi 
inqilabi hadisələrlə sıx əlaqədə verilmişdir. Operada qəhrəmanın daxili aləmi, onun 
azadlığa,  yeni  həyata  qovuşması  parlaq  musiqi  dili  ilə  göstərilmişdir.  Opera 
dramaturji  yığcamlığı,  xalq  ruhuna  yaxın  gözəl  melodiyaları  ilə  səciyyələnir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə