Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə118/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   114   115   116   117   118   119   120   121   ...   129

318 
 
"Sevil"  operası  Moskvada  P.İ.Çaykovski  adına  konsert  zalında  Ümumittifaq 
Radiosu və Televiziyasının simfonik orkestri, xoru və solistləri tərəfindən 1963-cü 
ildə  rus  dilində  ifa  olunmuş,  1970-ci  ildə  ekranlaşdırılmış,  1977-ci  ildə 
Səmərqənddə tamaşaya qoyulmuşdur. 
1957-ci  ildə  F.Əmirov  E.Nəzirova  ilə  birgə  ərəb  mövzuları  əsasında 
fortepiano  ilə  orkestr  üçün  konsert  yazır.  Bu  konsertin  təravətli  musiqisi, 
orkestrovkası  və  fortepiano  partiyasındakı  orijinal  tapıntılar  diqqəti  xüsusilə  cəlb 
edir.  Bəstəkar  kamera-vokal  və  instrumental  musiqi  janrında  da  bir  sıra  maraqlı 
əsərlərin  müəllifidir.  Fortepiano  üçün  2  prelüd,  "12  miniatür",  Ü.Hacıbəyov  və 
A.Zeynallının  xatirəsinə  həsr  edilmiş  elegiyalar,  variasiyalar,  uşaq  lövhələri,  2 
ekspromt  və  s.  instrumental  əsərləri,  "Ulduz",  "Gülərəm  gülsən",  "Azərbaycan 
elləri",  "Mən  səni  araram",  "Reyhan",  "Gülür  ellər"  və  s.  romans  və  mahnıları 
Azərbaycan musiqi xəzinəsinin inciləridir. 
Fikrət Əmirov "Şeyx Sənan", “905-ci ildə", "Vaqif”, "Xanlar", "Cavanşir" 
və  s.  dram  tamaşalarına,  "Səhər",  "Böyük  dayaq",  "Mən  ki  gözəl  deyildim"  və  s. 
kinofilmlərə yaddaqalan musiqi bəstələmişdir. 
1956  -  1959-cu  illərdə  Azərbaycan  Opera  və  Balet  Teatrının  direktoru 
işləmiş  F.Əmirov  XX  əsrin  60-cı  illərində  yazdığı  yeni-yeni  əsərləri  ilə 
dinləyiciləri  sevindirməkdə  davam  edirdi.  Kompozisiyasına  görə  simfonik 
muğamların  süita-rapsodiyasını  xatırladan  "Azərbaycan  kapriççiosu",  "Simfonik 
rəqslər"  sübut  edirdi  ki,  muğam  janrını  simfonikləşdirmə  sahəsində  Əmirov 
əvəzsiz  sənətkardır.  "Gülüstan  -  Baytı-Şiraz"  simfonik  muğamında  o,  muğam 
şöbələrinin  kontrast  ardıcıllığı  prinsipini  saxlamış,  melodikasını  kiçik  lövhələrlə 
şərh  edərək  muğamı  sərbəst  inkişaf  etdirmişdir.  1959-cu  ildə  Azərbaycan 
Bəstəkarlar İttifaqının  katibi seçilən F.Əmirov  1965-ci ildə SSRİ  xalq artisti fəxri 
adına layiq görülmüşdür. 
XX  əsrin  70-ci  illərində  yazdığı  əsərlərdə  bəstəkar  bu  ənənəni  davam 
etdirmişdir.  "Nəsimi  dastanı"nda  o,  xoreoqrafik  poeması  üçün  faciəvilik,  orijinal 
musiqi obrazları, dərin musiqi dramaturgiyasını ifadə edə bilmişdir. Onun "Xəzəri 
fəth  edənlər"  vokal-xoreoqrafik  poeması  Azərbaycan  zəhmətkeşlərinin  fədakar 
əməyinə həsr olunmuşdur. 1974-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq 
görülən bəstəkar həmin ildə SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir. 
Fikrət  Əmirovun  əsərləri,  xüsusilə  simfonik  muğamları  Niyazi 
(Azərbaycan),  K.Rojdestvenski  (Rusiya),  L.Stokovski  (ABŞ),  Ş.Münş  (Fransa), 
K.Abendrot  (Almaniya)  kimi  məşhur  dirijorların  repertuarına  daxil  olmuş,  SSRİ-
nin  və  bir  çox  xarici  ölkələrin  konsert  salonlarında  səslənmişdir.  Fəaliyyəti 
illərində F.Əmirov  Lenin  ordeni və 2 dəfə Qırmızı  Əmək Bayrağı  ordeni ilə təltif 
edilmişdir. 


319 
 
Azərbaycan,  eləcə  də  dünya  musiqi  sənətinin 
inkişafında  mühüm rol oynamış şəxslər arasında 
Qara  Qarayevin  adı  xüsusi  qeyd  olunur 
Fəaliyyəti  dövründə  opera,  balet,  kantata, 
kinofilmlər  və  dram  əsələrində  milli  musiqi  ilə 
klassik  və  müasir  musiqi  üslublarının  üzvi 
birliyinə,  mövzuların  romantik  şərhinə  nail 
olmuşdur.    Qara  Qarayev  müasir  Azərbaycan 
bəstəkarlıq  məktəbinə  başçılıq  etmişdir.  Bir  çox 
Azərbaycan bəstəkarları onun yetirmələridir. 
Azərbaycan  tarixinə  Qara  Qarayev  istedadlı 
bəstəkar,  görkəmli  musiqişünas,  pedaqoq  və 
ictimai xadim kimi daxil olmuşdur.  
 
 
Fikrət Əmirovun yaradıcılığı Azərbaycan musiqisinin inkişafında mühüm 
rol  oynamışdır.  Onun  əsərlərində  xalqın  tarixi  keçmişi  və  müasir  həyatı  dolğun 
əksini tapmışdır. Bəstəkarın musiqisi üçün dramatik, yumoristik obrazlar, xüsusilə 
lirik-psixoloji lövhələr səciyyəvidir. Azərbaycan musiqi folklorunu dərindən duyan 
bəstəkarın  əsərləri  milli  musiqiyə  xas  intonasiya  və  ritmlərlə  zəngindir. 
F.Əmirovun  yaradıcılığında  Azərbaycan  milli  musiqi  ənənələri  ilə  dünya  musiqi 
mədəniyyətinin  nailiyyətləri  üzvi  şəkildə  birləşmişdir.  Azərbaycan  xalq 
musiqisinin bir çox nümunələrini nota salıb işləməkdən başqa, Əmirov ərəb musiqi 
intonasiyaları və ritmlərindən bəhrələnərək "Min bir gecə" baletini yazmışdır. 
Fikrət  Əmirov  1984-cü  ildə  Bakıda  vəfat  etmiş  və  Fəxri  xiyabanda  dəfn 
olunmuşdur. 
 
   Qara Qarayev 
    (1918-1981) 
 
 
Qara  Əbülfəz  oğlu  Qarayev  1918-ci  ildə  Bakıda  anadan  olmuşdur.  Atası 
Azərbaycanın  tanınmış  uşaq  həkimi,  respublikada  qadın  alicə  müəssisələrinin 
təşkilatçılarından biri olmuşdur. Uşaqda musiqiyə olan hədsiz həvəsi gördükdə ona 
həyatda seçdiyi yolla getməsinə maneçilik törətməmişdir. 
Qara  Qarayev  ilk  musiqi  təhsilini  Azərbaycan  Dövlət  Konservatoriyası 
nəzdindəki  fəhlə  fakültəsində  almışdır.  Bu  fakültə  ilkin  musiqi  təhsili  verməklə 
bərabər,  dinləyicilərini  konservatoriyaya  daxil  olmaq  üçün  hazırlayırdı.  1933  - 
1938-ci  illərdə  Qara  Qarayev  həmin  konservatoriyada  müvəffəqiyyətlə 
oxumuşdur. Burada ona tanınmış müəllimlər, məsələn, bəstəkarlıq üzrə R.Rudolf, 
Azərbaycan  xalq  musiqisinin  əsasları  üzrə  Ü.Hacıbəyli  dərs  demişdir.  Artıq  bu 


320 
 
dördə  o  özünün  ilk  musiqi  əsərlərini  yaratmağa  başlamışdır.  1938-ci  ildə  yazdığı 
"Könül  mahnısı"  kantatası  Azərbaycan  musiqisində  yeni  düşüncəli  bəstəkarın 
doğulmasını göstərdi. 
XX  əsrin  40-cı  illərinin  2-ci  yarısı  Q.Qarayevin  yaradıcılığının 
yetkinləşmə  dövrü  olmuşdur.  Bu  dövrdə  P.Çaykovski  adına  Moskva 
Konservatoriyasında  D.Şostakoviçin  bəstəkarlıq  sinfində  təhsil  alan  Q.Qarayevin 
yaratdığı  musiqi  əsərlərinin  əksəriyyəti  faşizm  üzərində  qazanılmış  qələbə  və  bu 
qələbədə  Azərbaycan  xalqının  rolunun  tərənnüm  edilməsi  ilə  bağlı  olmuşdur.  O, 
1943  və  1946-cı  illərdə  1-ci  və  2-ci  simfoniyalarını  yazmış,  1945-ci  ildə  isə 
C.Hacıyevlə birgə "Vətən" operasını bitirmişdir. 
1946-cı  ildə  P.Çaykovski  adına  Moskva  Konservatoriyasında  təhsilini 
başa  vurduqdan  sonra  vətənə  qayıdan  Qara  Qarayev  Azərbaycan  Dövlət 
Konservatoriyasında  dərs  deməyə  başlamışdır.  Bəstəkarın  yazdığı  musiqi  əsərləri 
dərin  ideya-fəlsəfi  məzmunu  ilə  dinləyiciləri  cəlb  edirdi.  1947-ci  ildə  yazdığı  və 
zərifliyi  ilə  seçilən  simli  kvartetində  aşıq  və  muğam  sənəti  xüsusiyyətləri  əksini 
tapmışdır. Bəstəkarın melodik dilinin səlisliyi və ifadəliliyi ilə səciyyələnən "Leyli 
və  Məcnun"  simfonik  poemasında  Nizaminin  eyniadlı  əsərinin  humanist  ideyası 
ustalıqla ifadəsini tapmışdır. Yaratdığı əsərlərə görə Qara Qarayev 2 dəfə - 1946 və 
1948-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 
Bəstəkar 1952-ci ildə "Yeddi gözəl"  baletini Nizaminin eyniadlı  poeması 
üzrə  yazır.  Bu  balet  sovet  musiqisinin  ən  yüksək  nailiyyətlərindən  biri  kimi 
qiymətləndirilir.  Baletdə  milli  musiqinin  məqam-intonasiya  sistemi  və  balet 
janrının xüsusiyyətlərindən məharətlə istifadə olunmuşdur.  Onun musiqisində janr 
lövhələri  ilə  epiklik,  psixologizm  ilə  faciəvi  pafos,  lirika  ilə  qrotesk  vahid 
dramaturji konsepsiyaya tabe olmaqla vəhdət təşkil edir. 1952-ci ildə tamamladığı 
"Alban  rapsodiyası"nda  Q.Qarayev  M.Qlinka  və  A.Rimski-Korsakovun  simfonik 
lövhələrinə  xas  ənənələri  inkişaf  etdirmişdir.  O,  melodiya,  ritm,  məqam, 
polifoniya,  orkestr  palitrası,  musiqi  forması  sahəsində  yeni  ifadə  vasitələri 
axtarırdı.  Onun  novatorluq  axtarışları  Azərbaycan  xalqının  musiqi  təfəkkürü 
xüsusiyyətlərinə,  eləcə  də  ötən  əsrlərin  bəstəkarlıq  məktəbləri  və  musiqi 
cərəyanlarının ən yaxşı nailiyyətlərinə əsaslanırdı. 
Bəstəkarın  P.Abrahamsın  eyniadlı  romanı  üzrə  1958-ci  ildə  yazdığı 
"İldırımlı  yollarla"  baleti onun  yaradıcılığında  tam  yeni  mərhələ  idi.  O bu janrda 
ilk dəfə olaraq Cənubi Afrika xalqlarının azadlıq mübarizəsini təsvir etmiş, zəngin 
obrazlar  yaratmışdır.  Q.Qarayev  Cənubi  Afrika  musiqi  folkloruna  həssaslıqla 
yanaşmış, onu müasir musiqinin mürəkkəb ifadə vasitələri ilə işləmişdir. 
1953-cü  ildə  Azərbaycan  SSR  Bəstəkarlar  İttifaqının  sədri  seçilən  Qara 
Qarayev  müasir  Azərbaycan  bəstəkarlıq  məktəbinə  başçılq  etmişdir.  R.Hacıyev, 
A.Babayev,  A.Məlikov,  H.Xanməmmədov,  X.Mirzəzadə,  V.Adıgözəlov  və  digər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə