Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə120/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   116   117   118   119   120   121   122   123   ...   129

324 
 
rəğbətlə  qarşılanan  janrlarda  mahnılar  yaratmaq  imkanı  qazandı.  O  həmin 
ansamblın  ilk  rəhbəri  olmuş  və  1959-cu  ilədək  bu  vəzifədə  çalışmışdır.  Sovet 
rejiminin  sərt  və  mənasız  qanunları çərçivəsindən çıxmaq,  azad, sərbəst  yaratmaq 
istəyi onu müxtəlif yollar axtarmağa vadar edirdi. 
1959-cu ildə R.Behbudova SSRİ xalq artisti fəxri adı verilmişdir. 1966-cı 
ildə  Rəşid  Behbudov  özünün  təşkil  etdiyi  Azərbaycan  Dövlət  Mahnı  Teatrını 
yaradır və özü də teatrın həm solisti, həm də bədii rəhbəri olur. O dövrdə SSRİ-də 
bu  səpkili  teatr  yox  idi.  Teatrda  musiqi  və  estrada  sənətinin  müxtəlif  janrları  ilə 
balet,  pantomima  və  s.  üzvi  surətdə  birləşdirilirdi.  Hal-hazırda  "səhnə  şousu", 
"musiqi  perfonmansı"  və  bu  kimi  əcnəbi  terminlərlə  bildirilən  musiqi-tamaşa 
janrını ilk dəfə R.Behbudov Azərbaycan səhnəsinə gətirmişdir. Teatrda hazırlanan 
hər  bir  mahnı  doğrudan  da  tamaşa  kimi  qəbul  edilirdi.  Bəli,  o,  musiqinin  gələcək 
inkişaf mərhələlərini qabaqcadan, uzaqgörənliklə duymuşdu. Maraqlıdır ki, teatrda 
hazırlanan bir çox mahnılar kiçikmetrajlı süjetli film kimi lentə köçürülürdü. Bu tip 
filmlərə hal-hazırda "klip" və "videoklip" deyilir. 
Rəşid  Behbudov  Albaniya,  Bolqarıstan,  Belçika,  Misir,  Efiopiya, 
Hindistan,  Çin,  Finlandiya,  İraq,  İran,  Türkiyə,  Çili,  Argentina  və  s.  ölkələrdə 
qastrollarda olmuş, onun iştirakı ilə keçirilən konsertlər irqindən və milliyyətindən 
asılı olmayaraq bütün insanlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 
1987  -  1988-ci  illərdə  Azərbaycanda  milli-azadlıq  hərəkatı  başlayanda, 
onu  boğmaq  məqsədi  ilə  mürtəce  qüvvələr  "Qarabağ  problemi"  adlı  uydurma 
problem  ortaya  atanda,  Ermənistandan  milyonlarla  soydaşımız  qovulanda  Rəşid 
Behbudov  böyük  sarsıntılar  keçirdi.  Əslən  qarabağlı  olan,  uzun  müddət 
Ermənistanda  fəaliyyət  göstərmiş,  xalqların  dostluğuna  səmimi-qəlbdən  inanmış 
bir insana həmin hadisələr olduqca böyük əzab verdi və onun səhhətinə mənfi təsir 
göstərdi. Nəticədə görkəmli müğənnimiz 1988-ci ildə vəfat etdi və Fəxri xiyabanda 
dəfn olundu. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


325 
 
Sovet 
dövründə 
Azərbaycan  
dramaturgiyasının 
inkişafında 
böyük 
xidmətləri 
olan    görkəmli  sənətkarlar  
sırasında  İlyas    Əfəndiyevin  adı  xüsusi  qeyd 
olunur. O, yaradıcılığa  nəsr əsələri ilə başlasa  
da,  sonralar    dramaturgiyaya  daha    çox  meyl 
etmişdir. İlyas  Əfəndiyevin dram əsərləri çox 
böyük uğrla  tamaşaya  qoyulmuşdur.  
Azərbaycan  tarixinə İlyas Əfəndiyev 
görkəmli 
yazıçı, 
lirik-psixoloji 
üsluba  
üstünlük  verən  dramaturq    kimi  daxil 
olmuşdur.  
 
 
İlyas Əfəndiyev 
  (1914-1996) 
İlyas  Məhəmməd  oğlu  Əfəndiyev  1914-cü  ildə  Azərbaycanın  qədim 
Qaryagin  rayonunda  anadan  olmuşdur.  O  dövrdə  Şimali  Azərbaycan  Rusiya 
imperiyasının  tərkibində  olduğundan  İ.Əfəndiyevin  doğma  şəhəri  XIX  əsrdə  rus 
generalı  Qaryaginin  şərəfinə  Qaryagin  şəhəri  adlanırdı.  1918-ci  ildə  Azərbaycan 
Cümhuriyyəti hökumətinin müvafiq qərarı ilə Qaryagin şəhərinə onun tarixi adı – 
Cəbrayıl - qaytarıldı. Burada ona təhsilini başa vuran İ.Əfəndiyev bir az işlədikdən 
sonra XX əsrin 30-cu illərində Bakıya gəlir. O, müəllim olmaq arzusunda idi. 
1938-ci  ildə  İlyas  Əfəndiyev  V.İ.Lenin  adına  Azərbaycan  Pedaqoji 
İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) coğrafiya fakültəsini 
bitirir. Lakin o özünü daha çox yazıçılıqda sınayır. Belə ki, yazdığı ilk kiçikhəcmli 
əsərləri  dost-tanışları  tərəfidən  rəğbətlə  qarşılandığından  o,  peşəkar  yazıçılara 
müraciət edir və müsbət rəy alır. 
1939-cu  ildə  onun  "Kənddən  məktublar"  adlı  ilk  povest  və  hekayələr 
kitabı işıq üzü gördü. Bu, gənc yazar üçün böyük hədiyyə idi. Kitabdakı "Qarımış 
oğlan", "Uxajor", "Mirzə İman" və s. hekayələrdə yazıçı XX əsrin 30-cu illərində 
Azərbaycan  kəndinin  adamları  arasındakı  münasibətlərdən  bəhs  edir,  mənəvi 
təmizlik  məsələlərinə  xüsusi  fikir  verir.  İ.Əfəndiyev  ixtisası  üzrə  işləyir  və  boş 
vaxtlarında  yazıçılıqla  məşğul olurdu.  Sonralar  o, "Ədəbiyyat qəzeti",  "İnqilab  və 
mədəniyyət"  jurnalının  redaksiyalarında,  Azərbaycan  Radio  Komitəsində, 
kinostudiyada və Azərbaycan Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışmışdır. 
II  Dünya  müharibəsi  dövründə  yazdığı  hekayələr  "Aydınlıq  gecələr" 
kitabında  toplanaraq  1945-ci  ildə  nəşr  edildi.  Böyük  rezonans  doğuran  kitab 
ictimaiyyətə yeni, istedadlı bir yazıçının gəlişindən xəbər verirdi. "Durna", "Sən ey 
qadir  məhəbbət",  “Tar”  hekayələrində  yazıçı  müharibə  dövrü  insanlarının  daxili 


326 
 
aləmini  əks  etdirə  bilmişdir.  "Qan  dağı",  "Apardı  sellər  Saranı"  hekayələrinin 
mövzularını  müəllif  şifahi  xalq  ədəbiyyatından  götürmüşdür.  İlyas  Əfəndiyevin 
"Yun şal", "Qırçı və qızılgül" hekayələri lirik məzmunu və poeziya ruhlu obrazları 
ilə seçilir. 
Tədricən  İ.Əfəndiyev  Azərbaycan  teatrı  üçün  pyeslər  yazmağa  başlayır. 
Yeni  ictimai  proseslər,  insanların  psixologiyasında  baş  verən  dəyişikliklər, 
yeniliklə köhnəliyin  mübarizəsi onun "İşıqlı  yollar"  (1947),  "Bahar  suları" (1948) 
və "Atayevlər ailəsi" (1954) pyeslərində əks olunmuşdur. Dramaturqun əsərlərində 
daxili  təmizlik,  mənəvi  ucalıq  kimi  keyfiyyətlər  aşılanır.  Bəzi  əsərlərdə  həyatda 
düzgün  yol  tutmayan,  var-dövlət  hərisi  olan  insanlardan  da  danışılır.  Sənətkar  bu 
cür  adamların  timsalında  həmvətənlərinə  ibrət  dərsi  verir,  onlan  düzlüyə  və 
təmizliyə  çağırır.  Onun  "Büllur  sarayda"  pyesi  bu  baxımdan  xüsusilə 
əhəmiyyətlidir. 
1958-ci  ildə  İlyas  Əfəndiyev  özünün  ilk  romanını  yazmışdır.  "Söyüdlü 
arx"  romanında  o,  mühafizəkar  təsəvvürləri  tənqid  etmiş,  onların  inkişafa  necə 
böyük  zərər  vurduğunu  göstərmişdir.  1960-cı  ildə  yazıçıya  əməkdar  incəsənət 
xadimi fəxri adı verildi və həmin ildə onun növbəti əsəri - "Körpüsalanlar" romanı 
çap  olundu.  Bu  romanda,  həmçinin  1963-cü  ildə  işıq  üzü  görmüş  "Dağlar 
arxasında  üç  dost"  romanında  zəngin  mənəviyyatlı  insanların  dolğun  bədii 
obrazları  yaradılmışdır.  Bu  romanların  qəhrəmanları  ucqar  rayonlarda  çalışan 
ustalar,  fəhlələr,  körpüsalanlar,  mədəniyyət  işçiləri,  ümumiyyətlə,  qurucu 
insanlardır. Onları birləşdirən əsas cəhət təmiz daxili aləmləridir. 
Cəmiyyətdə  baş  verən  ictimai  proseslərə  həssaslıqla  yanaşan,  müasir 
mənəvi-əxlaqi problemlərə qiymət verməyə çalışan İ.Əfəndiyev 1964-cü ildə "Sən 
həmişə  mənimləsən",  1967-ci  ildə  "Mənim  günahım",  1968-ci  ildə  "Unuda 
bilmirəm", 1969-cu ildə "Məhv olmuş gündəliklər" pyeslərini yazmışdır. 
"Mahnı  dağlarda  qaldı"  (1971)  pyesində  yazıçı  Azərbaycanda  XX  əsrin 
əvvəllərində  baş  verən  gərgin  siyasi  mübarizəni  əks  etdirir,  bu  mübarizənin  sadə 
insanların,  ayrı-ayrı  ailələrin  taleyində  necə  faciələrlə  əks  olunduğunu  göstərir. 
1972-ci ildə yazıçı Azərbaycan SSR Dövlət mükafatına layiq görülür. 
İlyas  Əfəndiyevin  1973-cü  ildə  yazdığı  "Qəribə  oğlan"  və  1976-cı  ildə 
qələmə  aldığı  "Bağlardan  gələn  səs"  pyesləri  Azərbaycan  dramaturgiyasında 
psixoloji  dramın  nümunələridir.  "Qəribə  oğlan"  əsəri  yazıçının  yazdığı  yeganə 
komediyadır. Bu dövrdə yazıçı əmək adamlarına, onların problem və düşüncələrinə 
həsr olunmuş oçerklər, həmçinin ədəbi-tənqidi məqalələr yazmışdır. 
Yazıçının əsərləri bir neçə xarici dilə tərcümə edilmiş, dramları müxtəlif 
sovet  şəhərlərinin  səhnələrində  oynanılmışdır.  "Sən  həmişə  mənimləsən"  pyesi 
Bolqarıstanda tamaşaya qoyulmuş və böyük uğurla oynanılmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə