Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə122/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   118   119   120   121   122   123   124   125   ...   129

330 
 
Opera  Teatrında  ilk  quruluş  vermiş,  onun  ilk  tamaşasına  və  "Yunus  İmrə" 
oratoriyasına dirijorluq etmişdir. 
İfaçılıq  sənəti  tanınmış  sənətkarlar  D.Şostakoviç.  Ş.Q.Şarayev,  K.Sekki, 
B.Tarcan, V.Dobiaş və b. tərəfindən  yüksək qiymətləndirilən Niyazi  Azərbaycana 
qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru 
təyin edilmişdir. 
Niyazinin  "Konsert  valsı"  və  s.  simfonik  əsərləri,  fortepiano  ilə  orkestr 
üçün  konserti  klassik  musiqi  əsərləri  hesab  olunur.  O,  "Təbrizim",  "Dağlar  qızı", 
"Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə.Haqverdiyevin 
"Dağılan  tifaq",  C.Cabbarlının  "Almas",  S.Vurğunun  "Vaqif,  A.Korneyçukun 
"Polad qartal" dram tamaşalarına,  həmçinin  "Almas", "Kəndlilər", "Fətəli xan" və 
s.  kinofilmlərə  yazılmış  musiqilərin  müəllifidir.  Niyazi  1967-ci  ildə  Ü.Hacıbəyov 
adına  Azərbaycan  SSR  Dövlət  mükafatı  laureatı,  1972-ci  ildə  Azərbaycan  Lenin 
komsomolu mükafatı laureatı olmuşdur. 
Niyazi  məşhur  hind  filosofu  R.Taqorun  "Çitranqoda"  fəlsəfi  dramı  üzrə 
"Çitra"  baletini  yazmışdır.  Bu  balet  böyük  uğurla  bir  çox  şəhərlərdə  nümayiş 
etdirilmişdir.  Baletdə  Niyazi  hind  xalq  musiqisinin  ritm  və  intonasiyalarından, 
orkestrovkada  hind  musiqi  alətlərinin səslənməsini  xatırladan tembrlərdən istifadə 
etmişdir.  1974-cü  ildə  Niyazi  Hindistanda  beynəlxalq  Nehru  mükafatına  layiq 
görülmüşdür. 
Niyazi  Azərbaycan  musiqisinin  ifaçılıq  problemlərinə  dair  bir  çox 
məqalələrin  müəllifidir.  O  həmçinin  Azərbaycan  Sovet  Ensiklopediyasının 
redaksiya şurasının üzvü olmuşdur. 
1979-cu  ildə  Niyazi  Azərbaycan  Dövlət  Filarmoniyasının  direktoru  təyin 
olunmuş, 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 
Fəaliyyəti dövründə Niyazi 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı 
Əmək  Bayrağı,  "Şərəf  nişanı"  ordenləri,  Bolqarıstanın  Kirill  və  Mefodi  ordeni, 
Macarıstanın B.Bartok adına  medalı ilə təltif edilmiş, 1982-ci ildə Tbilisinin fəxri 
vətəndaşı seçilmişdir. 
Niyazi  1984-cü  ildə  Bakıda  vəfat  etmiş  və  Fəxri  xiyabanda  dəfn 
olunmuşdur.


331 
 
XX  əsr  Azərbaycan  elminin  inkişafında    akademik 
Tofiq    İsmayılovun  rolu  böyükdür.  Qapalı  hərbi-
sənaye    müəssisələrində  çalışmış,  o  dövrdə  yeni  olan 
kosmik  tədqiqatlarla  ciddi  məşğul  olmuş  alim  sovet 
kosmik  aparatlarında    tətbiq  olunan    bir    sıra  
cihazların 
yaradılmasında 
 
iştirak 
etmişdir. 
Azərbaycanda    kosmik  tədqiqatları  genişləndirən, 
burada    bu  sahə  ilə  bağlı  elmi-tədqiqat  və  elm-
istehsalat müəssisələri  yaradan  Tofiq  İsmayılov XX 
əsr  Azərbacan  elminin  adını  ucaltmışdır.  Azərbaycan 
xalqının  azadlıq    mübarizəsində  fəal  iştirak  edən, 
respublikanın  müstəqillik  və  suverenliyi  uğrunda 
canfəşanlıq  edən  alim  bu  yolda  1991-ci  ilin  20- 
noyabrında  şəhid oldu.  
Azərbaycan  tarixinə  Tofiq    İsmayılov  görkəmli  alim, 
aerokosmik  tədqiqatların  əsasını,  həmçinin  kosmik 
təbiətşünaslığın  əsasını  qoymuş  akademik,  tanınmış 
ictimai  xadim,  vətənpərvər  dövlər  xadimi  kimi  daxil 
olmuşdur.  
Tofiq  İsmayılov 
   (1933-1991) 
Tofiq Kazım oğlu İsmayılov 
1933-cü  ildə  Bakı  şəhərində 
anadan  olub.  1941-ci  ildə 
SSRİ  faşist  Almaniyasının 
təcavüzünə  məruz  qalanda  I  sinfə  gedən  Tofiq  müharibənin  tam  mahiyyətini 
anlamasa  da,  onun  gətirdiyi  iztirablar,  məhrumiyyətlərlə  üzləşib.  Cəbhə  xəttindən 
uzaq olan Bakı müharibə qanunları ilə yaşayır, Azərbaycanlılar qələbə naminə həm 
cəbhələrdə vuruşur, həm də arxa cəbhədə işləyirdilər. 
1951-ci  ildə  orta  məktəbi  müvəffəqiyyətlə  bitirən  Tofiq  İsmayılov 
Moskva  Rabitə  Elektrotexnika  İnstitutuna  daxil  olur.  Onun  təhsil  aldığı 
radiotexniki  fakültə  ən  perspektivli  hesab  olunur,  buranı  bitirən  bir  çox  tələbələr 
təkcə  Rabitə  Nazirliyi  xətti  ilə  deyil,  SSRİ-nin  güc  nazirliklərində  işə 
götürülürdülər.  Təbii  ki,  bunun  üçün  onlardan  öz  işlərinin  peşəkarı  olmaq  tələb 
olunurdu. 
1956-cı  ildə  institutu  bitirən  Tofiq  İsmayılov  Moskvada  hərbi-sənaye 
kompleksinə aid qapalı müəssisədə çalışmağa başlayır, qısa müddət ərzində burada 
sex  rəisi  vəzifəsinədək  yüksəlir.  Moskvanın  ictimai-siyasi  həyatında  fəal  iştirak 
edən T.İsmayılov Moskvanın Frunze rayonu Şurasının deputatı seçilir. 
Əmək  fəaliyyətini  davam  etdirməklə  yanaşı,  T.İsmayılov  1959-cu  ildə 
Moskvada  aspiranturaya  daxil  olur.  Onun  sahəsinə  aid  qapalı  hərbi-sənaye 
müəssisəsi Bakı şəhərində açılanda isə o, Bakıya təyinat alır və 1965-ci ildə doğma 
şəhərə  qayıdır.  Əmək  fəaliyyəti  ilə  bərabər,  elmi  araşdırmalarını  davam  etdirən 


332 
 
T.İsmayılov bəzi elmi əsərlər çap etdirir. O, 1966-cı ildə Azərbaycan SSR Elmlər 
Akademiyasına  işə  dəvət  olunur.  Qısa  müddətdə  özünü  bilikli,  bacarıqlı  və  eyni 
zamanda, fəal işçi kimi göstərən T.İsmayılov akademiyada elmi yeniliklərin tətbiqi 
şöbəsinə müdir təyin edilir. 1969-cu ildə namizədlik dissertasiyasını müdafiə edən 
T.İsmayılov  Elmlər  Akademiyasında  işi  ilə  paralel  olaraq  Politexnik  İnstitutunun 
radiotexnika kafedrasında dərs deyirdi. 
1973-cü  ildə  onun  rəhbərliyi  ilə  Elmlər  Akademiyasında  "Kaspi"  Elmi-
Texniki  Mərkəzi  yaradılır.  Dövlət  sifarişi  üzrə  kosmik  sahə  ilə  bağlı  tədqiqatlar 
aparan  mərkəz  tezliklə  respublikada  bu  yeni  sahə  ilə  bağlı  ən  effektiv  təşkilata 
çevrilir.  Ətrafında  gənc  və  eyni  zamanda  bilikli  və  fəal  alimləri  birləşdirən 
T.İsmayılov  sovet  kosmik  aparatlarında  tətbiq  edilən  bir  sıra  cihazların 
yaradılmasında iştirak etmişdir. Artıq Sovet İttifaqı səviyyəsində ad qazanan elmi 
mərkəz  1975-ci  ildə  Azərbaycan  SSR  Elmlər  Akademiyası  nəzdində  Aerokosmik 
İnformasiya  Elmi-Tədqiqat  İnstitutuna  çevrilir.  Tofiq  İsmayılov  institutun 
direktoru təyin olunur. 
Ciddi  elmi  tədqiqatlar  aparan  institut  bir  sıra  müstəqil  araşdırmalar 
aparmış,  əldə  olunmuş  nəticələr  ən  görkəmli  sovet  alimlərinin  diqqətini  cəlb 
etmişdir.  İnstitutun  bir  sıra  əməkdaşları  Moskvaya,  kosmik  sahə  ilə  bağlı 
araşdırmalar aparan elmi institutlara dəvət edilmişlər. Eyni zamanda respublikada 
institutun  nəzdində  on  müasir  avadanlıqla  təchiz  olunmuş  elmi-tədqiqat 
laboratoriyaları,  hətta  qapalı  istehsal  müəssisələri  də  yaradılmışdır.  Çox  az  adam 
bilir  ki,  bütün  dünyada  ən  mükəmməl  sayılan  sovet  kosmik  aparatlarında 
Azərbaycanda,  Tofiq  İsmayılovun  rəhbərlik  etdiyi  institutda  layihələndirilmiş  və 
elə  Azərbaycanda  da  istehsal  edilmiş  müxtəlif  cihazlar  qoyulmuşdur.  Tam 
əminliklə  söyləmək  olar  ki,  Azərbaycanda  aerokosmik  tədqiqatların  əsasını  məhz 
Tofiq İsmayılov qoymuşdur. 
1978-ci  ildə  Aerokosmik  İnformasiya  Elmi-Tədqiqat  İnstitutu,  ona  tabe 
olan  bütün  müəssisələrlə  birgə,  Azərbaycan  Aerokosmik  Agentliyi  statusunu 
almışdır.  Respublikada  aparıcı  elmi-tədqiqat  və  elm-istehsalat  müəssisəsinə 
çevrilən  agentliyin  baş  direktoru  Tofiq  İsmayılov  təyin  edilmişdir.  Respublikada 
ən  iri  elmi  mərkəzlərdən  biri  olan  agentlik  artıq  ümumdünya  əhəmiyyətli 
tədqiqatlar  aparırdı.  Kosmik  aparatların  uçuşlarını  tənzimləyən  elmi  cihazlarla 
bərabər,  agentlik  kosmik  fəzadan  Yer  və  su  səthinin  müşayiət  edilməsi,  okean  və 
dənizlərin  dibinin  öyrənilməsi,  planetimizin  ekoloji  durumunun  müəyyən 
edilməsinə imkan verən cihazlar yaradır və istehsal edirdi. 
Görkəmli  tədqiqatçı  təbiətin  ekoloji  monitorinqinin  keçirilməsində 
kosmik  tədqiqatların imkanları və əhəmiyyətini  uzaqgörənliklə anlayır,  bu  sahədə 
tədqiqatları  genişləndirirdi.  Xəzər dənizinin  kosmosdan  öyrənilməsi  istiqamətində 
keçirilən  tədqiqatlar  öz  unikallığı  ilə  seçilirdi.  Onların  nəticəsində  Xəzərin  təbii 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə