Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə121/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   117   118   119   120   121   122   123   124   ...   129
    Bu səhifədəki naviqasiya:
  • Niyazi

327 
 
İ.Əfəndiyevin  pyeslərinin  çoxu  müasir  mövzuda  olsa  da,  "Xurşidbanu 
Natəvan", "Şeyx Xiyabani", "Tənha iydə ağacı", "Hökmdar və qızı" pyesləri tarixi 
mövzulara  həsr  olunub.  Bu  əsərlər  arasında  ən  məşhuru  "Xurşidbanu  Natəvan" 
pyesidir.  Əsər  XIX  əsr  Azərbaycan  poeziyasının  görkəmli  xadimlərindən 
Natəvana,  onun  xalqın  rifahı  üçün  gördüyü  nəcib  və  xeyirxah  işlərə  həsr 
olunmuşdur.  Müəllif  Natəvanı  xalqın  səadəti  və  maariflənməsi  yolunda  böyük 
fədakarlıq  göstərən  mübariz  və  vətənpərvər  bir  insan  kimi  təqdim  edir.  Natəvan 
həm  də  ailəsini  ürəkdən  sevən  alicənab  bir  qadındır.  İki  hissədən  ibarət  pyesdə 
Natəvanın bir şairə kimi fəaliyyətinə də geniş yer verilir. 
1976  -  1978-ci  illərdə  yazılmış  "Sarıköynəklə  Valehin  nağılı"  ikihissəli 
romanında  "şəxsiyyət  və  cəmiyyət"  mövzusu  müasir  ideya-estetik  tələblər 
səviyyəsində  həll  olunmuşdur.  Romanın  mövzusu  bilavasitə  tikinti  ilə  bağlı  olsa 
da,  müəllif  insanların  əxlaq  və  mənəviyyatlarındakı  səciyyəvi  cəhətlərin  təsvirinə 
daha geniş yer vermişdir. 
1979-cu  ildə  İlyas  Əfəndiyev  Azərbaycan  SSR  xalq  yazıçısı  fəxri  adına 
layiq görüldü. 
Fəaliyyəti  dövründə  İlyas  Əfəndiyev  Oktyabr  İnqilabı,  Qırmızı  Əmək 
Bayrağı, "Şərəf nişanı" ordenləri və medallarla təltif edilib. 
İlyas  Əfəndiyev  1996-cı  ildə  Bakı  şəhərində  vəfat  edib  və  Fəxri 
xiyabanda dəfn olunub. 
Görkəmli  ədibin  doğma  şəhəri  Cəbrayıl  Sovet  hakimiyyəti  illərində 
Füzuli adlandırıldı (məşhur Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə). Hal-
hazırda bu şəhər Ermənistan Respublikasının silahlı qüvvələrinin işğalı altındadır.


328 
 
Azərbaycan  milli dirijorluq  məktəbinin formalaşması 
və  inkişafı  Niyazinin  adı  ilə  bağlıdır.  Orijinal  istedad 
sahibi  olan  Niyazi  yüksək  musiqi  mədəniyyəti,  dərin 
erudisiya  və  güclü  iradəyə  malik  sənətkar    idi. 
Niyazinin 
repertuarında 
  Avropa,  rus,  sovet  
klassiklərinin, müasir  bəstəkarların əsərləri mühüm yer  
tuturdu.    Azərbaycan    musiqisində  ilk  simfonik 
əsərlərin müəlliflərindən olan Niyazi milli sinfonizmin 
təşəkkülü  və  inkişafında    əhəmiyyətli  rol  oynamışdır. 
Onun yozumunda  milli bəstəkarların bir  çox  əsərləri, 
o  cümlədən  Ü.  Hacıbəylinin  “Koroğlu”  operası  dünya  
musiqi  mədəniyyətinin  qızıl  fonduna  daxil  olmuşdur. 
Azərbaycan    tarixinə  Niyazi  məşhur  dirijor,  bəstəkar, 
ictimai xadim kimi daxildir.  
      Niyazi  
 (1912-1984) 
 
Niyazi  Tağızadə-Hacıbəyli  1912-ci  ildə Tiflisdə  anadan  olub.  Onun  atası 
Zülfüqar  bəy  Hacıbəyli  Azərbaycanın  görkəmli  musiqi  xadimlərindən  olmuşdur. 
Niyazinin  əmisi  Üzeyir  bəy  Hacıbəyli  onun  uşaq  yaşlarından  musiqiyə  həvəs 
göstərməsinə  diqqət  yetirmişdir.  Ümumi  təhsil  aldıqdan  sonra  Niyazi  Moskva 
şəhərinə yollanır və 1926-cı ildə Qnesinlər adına Musiqi Texnikumuna daxil olur. 
1931-ci ildə buranı bitirdikdən sonra o, Leninqrad Mərkəzi Musiqi Texnikumunda, 
sonra  isə  Yerevan  (əvvəllər  bu  Azərbaycan  şəhəri  İrəvan  adlanırdı) 
konservatoriyasında təhsilini davam etdirmişdir. 
1933  -  1934-cü  illərdə  Niyazi  Azərbaycan  Dövlət  Konservatoriyasının 
aspiranturasında  oxumuşdur.  O,  təzəcə  yaranan  Azərbaycan  Dövlət  Simfonik 
Orkestrinin  təşkilində  fəal  iştirak  etmişdir.  Niyazi  1938-ci  ildən  həmin  orkestrin 
bədii  rəhbəri  və  baş  dirijoru  təyin  olunmuşdur.  Eyni  zamanda  onun  ifaçılıq 
fəaliyyəti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı olmuşdur. 
Belə ki, o, 1937 - 1948-ci illərdə teatrın dirijoru vəzifəsində çalışmışdır. 
Niyazinin  bəstəkarlıq  və  dirijorluq  fəaliyyəti  30-cu  illərdən  başlamışdır. 
Orijinal istedad sahibi olan Niyazi yüksək musiqi  mədəniyyəti, dərin erudisiya və 
güclü iradəyə malik böyük sənətkar idi. Niyazinin repertuarında Qərbi Avropa, rus, 
sovet  klassiklərinin,  müasir bəstəkarların əsərləri mühüm  yer tuturdu.  Azərbaycan 
ifaçılıq  sənətinin  inkişafmda,  milli  musiqinin  təbliğində  Niyazinin  xidməti 
böyükdür. 


329 
 
Niyazi  Z.Hacıbəylinin "Aşıq  Qərib",  Ü.Hacıbəylinin "Arşın  mal alan" və 
s.  əsərlərinin  yeni  redaksiyalarını  hazırlamış,  Azərbaycan  xalq  mahnılarını 
("Xumar  oldum",  "Qaragilə",  "Ay  bəri  bax",  "Küçələrə  su  səpmişəm"  və  s.) 
simfonik  orkestr  üçün  işləmiş,  1935-ci  ildə  "Rast"  və  "Şur"  muğamlarını  nota 
salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli 
"Qəhrəmanlıq"  simfoniyası  üzərində  işini  bitirmişdir.  Azərbaycan  musiqisində  ilk 
simfonik  əsərlərin  müəlliflərindən  olan  Niyazi  milli  simfonizmin  təşəkkülü  və 
inkişafında əhəmiyyətli rol oynamışdır. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və 
Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor 
səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı 
"Rast"  simfonik  muğamı  dramaturji  bitkinliyi,  güclü  emosional  təsiri,  zəngin 
melodikası,  xüsusilə  harmonik  dilinin  əlvanlığı  və  ifadəliliyi  ilə  fərqlənir.  "Rast" 
müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada "Suprafon", ABŞ-
da "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 
1951  -  1952-ci  illərdə  Azərbaycan  Dövlət  Akademik  Opera  və  Balet 
Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına 
layiq görülmüşdür. 
Azərbaycan  milli  dirijorluq  məktəbinin  formalaşması  Niyazinin  adı  ilə 
bağlıdır.  Onun  yozumunda  milli  bəstəkarların  bir  çox  əsərləri,  o  cümlədən 
Ü.Hacıbəylinin  "Koroğlu"  operası  dünya  musiqisinin  qızıl  fonduna  daxil 
olmuşdur. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", 
F.Əmirovun  "Sevil",  P.Çaykovskinin  "Qaratoxmaq  qadın",  A.Borodinin  "Knyaz 
İqor",  J.Bizenin  "Karmen",  C.Puççininin  "Bohema",  B.Smetananın  "Satılmış 
gəlin"  operalarını,  S.Hacıbəyovun  "Gülşən",  Q.Qarayevin  "7  gözəl",  "İldırımlı 
yollarla" baletlərini tamaşaya hazırlamışdır. 
1959-cu  ildə  SSRİ  xalq  artisti  adına  layiq  görülən  Niyazi  1961-ci  ildə 
S.M.Kirov  adına  Leninqrad  Opera  və  Balet  Teatrının  baş  dirijoru  təyin 
olunmuşdur.  SSRİ-nin  ən  məşhur  teatrlarından  birinə  rəhbərlik  etmək  o  dövrdə 
onun  bir  musiqiçi  kimi  böyük  nüfuzundan  xəbər  verirdi.  O  burada  A.Məlikovun 
"Məhəbbət 
əfsanəsi"  baletinin  ilk  tamaşasını  hazırlamışdır.  Həmçinin 
P.Çaykovskinin  "Yatmış  gözəl"  və  S.Prokofyevin  "Daş  çiçək"  baletlərinin  yeni 
quruluşuna  dirijorluq  etmiş,  həmin  baletlərlə  Parisin  "Qrand-Opera",  Londonun 
"Kovent-Qarden"  teatrlarında  qastrol  tamaşaları  vermiş  və  böyük  uğur 
qazanmışdır. 
Müqavilə  əsasında  xarici  ölkələrdə  işləmək  təklifi  alan  dirijor  ona  bir 
azərbaycanlı  kimi  doğma  olan  Türkiyəni  seçmişdir.  Niyazi  P.Çaykovskinin 
"Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara 
Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbul 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə