Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə119/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   115   116   117   118   119   120   121   122   ...   129

321 
 
Azərbaycan bəstəkarları onun yetirmələridir. Elmi fəaliyyətlə məşğul olan bəstəkar 
Azərbaycan  musiqisinin  inkişafı  problemlərinə  həsr  olunmuş  bir  çox  məqalə  və 
məruzələr  yazmışdır.  O  həmçinin  Ü.Hacıbəylinin,  S.Prokofyevin,  D.Şostakoviçin 
yaradıcılığına  həsr  olunmuş  bir  sıra  elmi  əsərlərin  də  müəllifidir.  1957-ci  ildə 
konservatoriyanın  professoru,  1959-cu  ildə  Azərbaycan  SSR  Elmlər 
Akademiyasının  akademiki  seçilən  Q.Qarayev  1959-cu  ildə  həm  də  SSRİ  xalq 
artisti fəxri adına layiq görülmüşdür. 
Əksər  əsərlərində  insanın  gözəllik  uğrunda  mübarizəsini  göstərməyə 
çalışan  bəstəkar  əsrin  ictimai  problemlərini  də  ustalıqla  açmışdır.  Bununla  belə, 
böyük  bəstəkar  dövrün  tələbinə  uyğun  bir  sıra  musiqi  əsərləri  də  yaratmışdır. 
Onların  sırasında  S.Vurğunun  sözlərinə  yazdığı  "Zamanın  bayraqdarı"  kantatası 
(1959), "Klassik süita" (1967), 26 Bakı komissarının  xatirəsinə həsr olunmuş oda 
(1968)  və  V.İ.Leninin  anadan  olmasının  100  illiyinə  həsr  olunmuş  oratoriya-
plakatı  (1970)  göstərilə  bilər.  Qara  Qarayevin  musiqi  dili  sahəsinə  gətirdiyi 
yeniliklər  Azərbaycan,  eləcə  də  dünya  musiqisinin  inkişafında  mühüm  rol 
oynamışdır. Onun  kamera orkestri  üçün  yazdığı 3-cü simfoniyası (1965), skripka 
ilə  orkestr  üçün  konserti  (1967),  "Zəriflik"  monooperası  (A.Barbüsün  novellaları 
əsasında, 1971), "Dostluq himni" kantatası (1972), "Coşqun qaskoniyalı"  müzikli 
(E.Rostanın "Sirano de Berjerak" pyesi əsasında, 1973) bunu bir dafa sübut edir. 
1962-ci  ildə  SSRİ  Bəstəkarlar  İttifaqının  katibi  seçilən  Qara  Qarayev 
1967-ci ildə Lenin mükafatına layiq görülmüşdür. 
Qara Qarayev kinofilmlərə və dram əsərlərinə yazılmış müxtəlif mövzulu 
süitaların müəllifidir. "Rəqs müəllimi", "Nikbin faciə", "Qəribə adam", "Antoni və 
Kleopatra"  dramlarına  yazdığı  musiqilər  konkret  süjet  əsasında  yaradılmasına 
baxmayaraq,  hər biri  müstəqil əsər kimi şöhrət qazanmışdır.  "Tarixin  ibrət dərsi", 
"Uzaq sahillərdə", "Mateo Falkone", "Qoyya", "Xəzər neftçiləri haqqında dastan", 
"Vyetnam",  "Dənizi  fəth  edənlər",  "Don  Kixot"  kinofilmlərinə  yazdığı  musiqilər 
həm də janr etibarilə orijinaldır. 
Klassik  ənənələrə  xüsusi  diqqət  verməklə  yanaşı,  ən  müxtəlif  formalara 
müraciət  edən  müəllif  kütləvi  mahnı  və  estrada  musiqi  janrlarında  da  əsərlər 
yaratmışdr. 
Qara  Qarayevin  musiqisi  ümumdünya  şöhrəti  qazanmış,  baletləri  SSRİ-
nin və bir sıra dünya teatrlarının səhnələrində tamaşaya qoyulmuşdur. 1978-ci ildə 
Sosialist  Əməyi  Qəhrəmanı  adına  layiq  görülən  bəstəkar  2  dəfə  Lenin  ordeni, 
həmçinin  Oktyabr  İnqilabı  və  Qırmızı  Əmək  Bayrağı  ordenləri  ilə  də  təltif 
edilmişdir. 
Qara Qarayev 1981-ci ildə Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda 
dəfn olunmuşdur. 
 


322 
 
Hal-hazırda  “səhnə  şousu”,  “musiqi 
performansı”  və  bu  kimi  əcnəbi  terminlərlə 
bildirən  musiqi  tamaşa    janrını  ilk  dəfə 
Azərbaycan  səhnəsinə  görkəmli  xanəndə 
Rəşid Behbudov gətirmişdir. Maraqlıdır ki, o 
bir  çox mahnılarını kiçikmetrajlı sujetli film 
kimi  lentə  köçürürdü.  Azərbaycan  opera  və 
estrada    müğənnisi,  xalq    mahnılarının  gözəl 
ifaçısı,  lirik  tenor  Rəşid    Behbudov 
Azərbaycan  vokal  məktəbinin  ən  görkəmli 
nümayəndələrindəndir.  
Azərbacan 
tarixində 
Rəşid 
Behbudov müsiqişünas,  öz mahnıları ilə bəzi 
Azərbaycan 
filmlərini 
şöhrət 
gətirmiş 
kinoaktyor kimi daxil olmudşur. 
  
 
Rəşid Behbudov 
   (1915-1988) 
Rəşid  Məcid  oğlu 
Behbudov  1915-ci  ildə  Tiflis 
şəhərində  dünyaya  göz  açmışdır.  Onun  atası,  əslən  şuşalı  olan  Məcid  Behbudov 
Azərbaycan  xalq  mahnılarının  mahir  bilicisi  və  ifaçısı  kimi  tanınmışdır.  Orta 
məktəbi  Tiflisdə  bitirdikdən  sonra  Rəşid  elə  buradaca  1930-cu  ildə  ifaçılıq 
fəaliyyətinə başlamışdır. 
1938-ci  ildə  Rəşid  Behbudov  Yerevan  filarmoniyasının  rəhbərliyindən 
dəvət  alır.  O  zaman  bir  çox  Azərbaycan  sənətçiləri  bu  şəhərdə  yaşamış  və 
işləmişdir.  Onların  yaratdıqları  həmin  əsərlərin  bir  çoxunu  indi  ermənilər  öz 
adlarına çıxırlar. 
Rəşid  Behbudov  1938-ci  ildən  Yerevan  filarmoniyasının  solisti  olmuş, 
həmçinin Ermənistan Dövlət Opera və Balet Teatrında çıxış etmişdir. Çoxlu sayda 
azərbaycanlının  yaşadığı  Yerevanda  onun  hər  konserti  alqışlarla  qarşılanırdı. 
Bununla  belə,  gənc  müğənni  erməni  mədəniyyət  xadimlərinin  qısqanclığı  ilə 
üzləşirdi.  Burada  Azərbaycanlı  sənətçinin  inkişafı  üçün  şəraitin  olmadığını  görən 
müğənni  Bakıya  köçür.  Azərbaycan  Dövlət  Filarmoniyasının  solisti  Rəşid 
Behbudov gərgin əməyi sayəsində 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı olur. 
O  həmçinin  M.F.Axundov  adına  Azərbaycan  Dövlət  Opera  və  Balet  Teatrının 
solisti  kimi  də  çıxış  etməyə  başlayır.  Rəşid  Behbudovun  bir  müğənni  kimi  təkcə 
Azərbaycanda  deyil,  ondan  kənarlarda  da  tanınması  məhz  bu  teatr  və 
filarmoniyanın adı ilə bağlı olmuşdur. 


323 
 
Azərbaycan  xalq  mahnılarının,  Azərbaycan  bəstəkarlarının  vokal 
əsərlərinin  SSRİ-də,  həmçinin  xarici  ölkələrdə  populyarlaşmasında  Rəşid 
Behbudovun  xidmətləri  böyükdür.  Bununla  bərabər,  onun  repertuarına  SSRİ  və 
dünya  xalqlarının,  eləcə  də  özünün  mahnıları  da  daxil  idi.  O,  dünyanın  bir  çox 
ölkələrində ya qastrollarda olduqda və ya tədbirlərdə iştirak etdikdə həmin ölkənin 
dilində azı bir-iki mahnı oxuyurdu. Belə ki, onun repertuarında 50-dən artıq xarici 
mahnı var idi. 
Zəngin  çalarlı  gözəl  səsə  malik  olan  müğənni  lirik  tenor  idi.  Peşəkar 
musiqiçilər  qeyd  edirlər  ki,  onun  ifaçılığına  hisslərin  təbiiliyi  və  dolğunluğu, 
həmçinin  səmimilik  xasdır.  Əksər  Azərbaycan  xanəndələri  üçün  səciyyəvi  olan 
improvizəetmə  xüsusiyyəti  Rəşid  Behbudovun  yaradıcılığında  özünü  orijinal 
şəkildə  göstərmişdir.  Onun  ifa  etdiyi  hər  bir  musiqi  əsəri  tamaşa  təəssüratı 
bağışlayır,  dinləyci  sanki  həmin  musiqi  əsərində  söylənilənləri  öz  gözləri  ilə 
görürdü. R.Behbudovun ifasında məşhur opera partiyaları özünəməxsus tərzdə elə 
bir  sənətkarlıqla  səslənir  ki,  ondan  sonra  bu  partiyalar  ya  "Rəşidin  mahnıları",  ya 
da  "Rəşidin  partiyası"  adı  ilə  tanınırdı.  Belə  ki,  o,  Azərbaycan  Opera  və  Balet 
Teatrında F.Əmirovun "Sevil" operasında Balaş, Ü.Hacıbəylinin "Arşın mal alan" 
operasında Əsgər partiyalarının ən  mahir ifaçısı idi. Opera ustası kimi o, Moskva 
Dövlət Musiqili Teatrına dəvət almış və bir müddət orada çalışmışdır. 
Rəşid  Behbudov  kino  aktyoru  kimi  də  özünü  sınamışdır.  1945-ci  ildə 
onun  iştirakı  ilə  çəkilən  "Arşın  mal  alan"  bədii  filmində  o,  baş  rolu  ifa  etmişdir. 
Kim  dünyanın  hər  yerində,  onlarca  ölkədə  nümayiş  etdirilmiş,  baş  rolun  ifaçısına 
böyük  şöhrət  gətirmişdir.  Gözəl  aktyor  ansamblı,  Şərq  əlvanlığı,  Azərbaycan 
musiqiləri bu filmi şedevr əsərlərdən birinə çevirmişdir.  Azərbaycan kinosu  məhz 
bu filmlə (rejissor - R.Təhmasib) dünya ekranlarına çıxmışdır. 
1958-ci ildə R.Behbudov "Sevimli mahnı" bədii filmində çəkilmişdir. Ona 
əsl  tamaşaçı  məhəbbəti  qazandıran  kino  əsəri  "Bəxtiyar"  bədii  filmi  olmuşdur. 
Sadə bir azərbaycanlı oğlanın səsi və işgüzarlığı sayəsində hamı tərəfindən sevilən 
müğənni  olmasına  həsr  edilən  bu  filmin  bir  çox  parçaları  avtobioqrafikdir  və 
R.Behbudovun  sənət  yolunu  qismən də olsa  əks etdirir.  Kinofilmdə onun ifasında 
səslənmiş  mahnılar  tezliklə  xalq  arasında  populyarlıq  qazanmışdır.  1974-cü  ildə 
Rəşid Behbudov "1001-ci qastrol" bədii filmində çəkilmişdir. 
Azərbaycan  Opera  və  Balet  Teatrının  və  Azərbaycan  Dövlət 
Filarmoniyasının  yazılmamış  qanunlarına  əsasən,  onlar  klassik  musiqi  əsərlərinin 
ifasını tələb edirdilər. R.Behbudov isə klassik musiqi ilə bərabər, xalq mahnılarını, 
eləcə  də  estrada  janrında  yazılmış  mahnıları  da  ifa  etmək  istəyirdi.  Qeyd  etmək 
lazımdır  ki,  bu  tipli  mahnıları  ifa  etmək  üçün  Azərbaycanda  o  dövrdə  xüsusi 
musiqi  ocağı  yox  idi.  1957-ci  ildə  Rəşid  Behbudov  Azərbaycan  Dövlət  Konsert 
Ansamblının  yaradılmasına  nail  oldu.  Burada  o  xoşladığı  və  xalq  tərəfindən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə