Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə80/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   77   78   79   80   81   82   83   84   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
qruplara  bölmək  olar:  1)  müasir  Azərbaycan-türk  dilindən 
alınmalar;  2)  rus  dilindən  alınmalar;  3)  ərəb-fars  dillərindən 
alınmalar;  4)  başqa  dillərdən  (Dağıstan  dilləri,  ivrit  və  s.) 
alınmalar.  Alınmalar tat  dilinin birbaşa və  dolayısı  ilə təmasda 
olduğu  dillərdən  aldığı  söz  və  terminlər  hesabına  yaranmış 
leksik layı  əhatə  edir.
Tat  dilindəki  vəlg  (yarpaq),  pustə  (qabıq),  künküro 
(soğansuyu),  guştoy  (bozbaş),  ruşir  (çiyə,  südün  üzü),  so 
(səhəng),  şirəng  (səhəngdən  kiçik  suqabı),  şirdüş  (sərnic), 
gülpoy  (sacayaq),  nalin  (döşək),  sərmizi  (süfrə,  stolüstü), 
kəndü  (un  saxlamaq  üçün  qab),  tirəçu  (oxlov),  ardəvic  (ələk; 
ard
 «un», 
vic
  «ələməkdən»),  rusmu,  varə  (sap),  sərçin  (ülgüc; 
sər  -
  baş, 
çin  -
  qırxmaq),  guştəncin  (qıymakeş),  dürəş  (biz), 
dürəzi  (zivə,  paltar asılan ip),  com  (süpürgə),  xiyə  (kürək),  tou 
(otaq),  şiləsər  (eyvan),  lanbun  (ikinci  mərtəbənin  qarşısındakı 
dam),  goudun  (tövlə; 
go
  «inək», 
dun
  «heyvan  saxlamaq  üçün 
yer»), 
ələ
  (toyuq  hini),  guşəbun  (damın  qırağı),  dərpəncərə 
(pəncərə  qapısı; 
dər
  «qapı», 
pəncirə
  «pəncərə»),  qiroblü 
(qaloş),  şitəl  (corab),  qilində  (boyunbağı),  gülğün  (qığılcım), 
zin  (tələ),  şavar (şərq  küləyi),  təkərd  (dolu;  atmosfer hadisəsi), 
kulak
  (qar),  xür  (duman),  vərəzə  (yoxuş),  pişin  (günorta), 
aftənüş  (günbatan),  aftəxis  (gündoğan),  hami  (yay),  vasal 
(yaz),  bürg  (qaş),  nuxum  (dırnaq),  kürdə  (böyrək),  pişni  (alın), 
müq.  et:  azərb. 
qabaq
  «alın»;  zohuz  (yaşıl)  və  s.  sözlər 
spesifik  leksik  layda  yer  tutur.  Onlardan  mürrəkəb  söz  kimi 
formalaşanlarda tərkib  hissələrindən birinin ümumiran  mənşəli 
söz olması  halları  qeydə alınır.
Azərbaycan  tatlarının  dilində  elə  söz  və  terminlərə  də 
rast gəlmək olur ki,  onlar digər İran  dillərində müxtəlif fonetik 
variantlarda  işlənsələr  də,  tat  dilindəki  mənanı  ya  heç  vermir, 
ya  da  həmin  mənanı  qismən  özündə  əks  etdirir.  Tat  dilində 
təsərrüfatın  müxtəlif sahələri  ilə bağlı  külli  miqdarda  sırf sahə
222


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
söz  və  terminləri  var  ki,  onlar  ancaq  tat  dilində  işləndiyindən 
bu  dilin  spesifik  leksik  layına  daxil  olur.  Həmin  sözlərin 
terminoloji  mahiyyət  kəsb  etməsi,  onların  müvafiq  sahə 
terminləri kimi  araşırılması  məqsədəmüvafiqdir.
Tat  dilinin  leksikasını,  əsasən,  İran  mənşili  sözlər  və 
terminlər təşkil  edir.  Bu  qəbildən  olan  söz  və  terminlərə  tarixi 
inkişaf  prosesində  dəyişikliyə  ya  heç  məruz  qalmamış,  ya  da 
müəyyən  dərəcədə  fonetik,  morfoloji,  semantik  cəhətdən 
dəyişikliyə məruz qalmış  sözlər daxildir.
Tat  dilində  təkhecalı  sözlər  V,  VC,  VCC,  CVC,  CVCC 
quruluşlarına  malikdir.  Tat  dili  üçün  hecanın  qapalılığı 
səciyyəvidir.  Bununla  belə,  CV tipli  təkhecalı  sözlər  də  qeydə 
alınır.
8. 
Tat  dilinin  ümumiran  mənşəli  leksik  layı  digər  İran 
dillərinin  eyni  layı  ilə  demək  olar  ki,  üst-üstə  düşür. 
Ümumiran mənşəli  sözlər nitq hissəsi  kimi  fellərdə özünü daha 
çox göstərir.
Müasir  Azərbaycan  dilində  fars  dilindən  alınmalar  kimi 
qəbul  edilən  sözlərin  az  olmayan  bir  hissəsi  məhz  ümumiran 
mənşəlidir  və  onları  müəyyən  fonetik  dəyişiklərlə  başqa  İran 
dillərində,  o  cümlədən  də,  tat  dilində  tapmaq  mümkündür. 
Bununla belə,  qeyd  etmək lazımdır ki,  həmin  sözlər başqa  İran 
dillərindən  deyil,  bilavasitə  fars  dilindən  Azərbaycan  dilinə 
keçmişdir.  Ona  görə  də  həmin  sözləri  fars  dilindən  alınmalar 
kimi  də  qəbul  etmək  düzgündür.  Bu  zaman  tarixi-xronoloji  və 
areal  amilləri nəzərə almaq lazım gəlir.
Azərbaycan tatlarının  dilində külli  miqdarda hibrid  sözlər 
meydana  gəlmişdir.  Hibrid  sözlər  tərkib  hissələri  mənşəcə 
müxtəlif  dillərdən  olan  sözlərdir.  Belə  sözlər  dilin  özündə 
yarana  bildiyi  kimi,  başqa  dil  vasitəsi  ilə  hazır  şəkildə  alına 
bilir.  Qeyd  olunan  cəhət  nəzərə  alınarsa,  Azərbaycan tatlarının 
dilində  Azərbaycan  və  tat  mənşəli  ünsürlərdən,  morfemlərdən
223


Gülsüm Hüseynova.  Tat dilinin leksikası
təşkil  olunmuş,  eləcə  də,  Azərbaycan  dili  vasitəsi  ilə  alınmış 
hibrid  sözləri  ayırmaq mümkündür.
Azərbaycan 
tatlarının 
dilinin 
öyrənilməsi 
təkcə 
ümumlinqvistik  baxımdan  əhəmiyyət  daşımayıb,  Azərbaycan 
tarixinin,  dilinin,  mədəniyyətinin  təşəkkül,  tapması  və 
fəaliyyət göstərməsində mühüm rol  oynamış  amillərdən birinin 
də öyrənilməsi  kimi  qiymətləndirilə bilər.
224


<
2
.
Gülsüm Hüseynova.  Tat dilinin leksikası
İX T İSA R L A R
ab.  -  Abşeron ləhcəsi
av.  -  Avesta dili
az.  -  Azərbaycan dili
bəluc.  -  bəluc dili
başq.  -  başqırd dili
çali.  -  çali  dili
dəri.  -  dəri  dili
dəv.  -  Dəvəçi  şivəsi
erk.  fars -  erkən fars  dili
qon.  kənd.  -  qonaqkənd ləhcəsi
qəd.fars.  -  qədim fars dili
qəd.  hind.  -  qədim hind dili
qəd.  iran -  qədim iran dilləri
qırğ.  -  qırğız  dili
quba -  quba ləhcəsi
lah.  -  Lahıc ləhcəsi
işkaşim.  -  işkaşim  dili.
ing.  -  ingilis dili
ir.  tat.  -  iran tatları
kilv.  -  kilvar şivəsi
kl.fars.  -  klassik fars dili
kürd.  -  kürd dili
KDQ -  Kitabi-Dədə Qorqud
munc.  -  muncan dili
müas.  fars.  -  müasir fars dili
orta av.  -  orta avesta dili
orta fars.  -  orta fars dili
os.  -  osetin dili
parf.  -  parfıya dili
puştu.  -  puştu dili
225


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə