Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə79/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   75   76   77   78   79   80   81   82   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
müəyyənləşdirilməsi  və  həmin  ləhcələrin  sərhədinin  təyin 
edilməsi  üçün  fonetik,  leksik-qrammatik  fərqlərlə  yanaşı,  dini 
fərqlər  də  əsas  götürülmüşdür.  Tat  ləhcələrinin  ilkin 
təsnifınina  görə,  bu  dilin  1)  şimal  (sünni)  şivələri  -   Quba, 
Dəvəçi,  Qonaqkənd  rayonları  və  Xızı  rayonunun  Qızıl  Qazma 
kənd  sovetliyi  ərazisində  yayılmış  şivələr;  2)  mərkəzi  (şiə) 
şivəsi  -   Xızı  rayonunun  Ərüsküş  və  Dağquşçu  kənd  sovetliyi 
ərazisində  yayılmış  şivə;  3)  cənub  (şiə)  şivələri  -   Xızı 
rayonunun  digər  ərazilərində  və  Siyəzən  rayonu  ərazisində 
yayılmış  şivələri  var.  Bu  təsnifata  Abşeron  və  Lahıc  şivələri 
daxil  edilməmişdir.  Sonralar tat  dilinin  Azərbaycanda yayılmış 
ləhcələrinin  cənub  qrupuna  Abşeron,  Balaxanı,  Suraxanı, 
Lahıc  və  Məlhəm  (Şamaxı)  tatlarının  ləhcələri  də  əlavə 
edilmişdir.
Azərbaycan 
ərazisində 
yaşayan 
tatlar 
dini 
mənsubiyyətlərinə  görə  aşağıdakı  3  qrupa  bölünür:  1)
müsəlman tatlar;  2) yəhudi tatlar;  3) xristian tatlar.
Dini 
mənsubiyyətinə 
görə 
fərqlənən 
qrupların 
ləhcələrində  oxşar  cəhətlərlə  yanaşı,  fərqli  xüsusiyyətlər  də 
mövcuddur.
Tat  dilinin  həmin  bölgülər  üzrə  öyrənilməsinə  əsas 
yaradan  amil  tədqiqatçıların  eyni 
qrupa  mənsub 
dil 
daşıyıcılarının 
kompakt 
şəkildə 
yaşadıqları 
ərazilərdən 
materiallar toplaması  olmuşdur.
Tat 
dilinin 
İran 
dilləri 
arasındakı 
yerini 
müəyyənləşdirilməsi,  onun  İran  dillərinin  dialekt  və  ləhcələri 
ilə  müqayisəli  şəkildə  öyrənilməsi  üçün  dəqiq  elmi  təsnifat 
prinsiplərinə  əsaslanmalıdır.  Mahiyyət  etibarilə  geniş  dil 
materialını  əhatə  edən  bu  cür  tədqiqatlar  tat  dili  ləhcə  və 
şivələrinin  hərtərəfli  öyrənilməsi  zəminində  həyata  keçirilə 
bilər.
Azərbaycan  ərazisində  yaşayan  tatların  dil  əlaqələri
219


Gülsüm Hüseynova.  Tat dilinin leksikası
sistemində  Azərbaycan-tat  dil  əlaqələri  əsas  yer  tutur.  İran 
ərazisində  bu,  başqa  İran  dilləri  ilə  olan  əlaqələri  özündə 
birləşdirir.  Dağıstan  ərazisində  yaşayan  tatların  dili  Dağıstan 
dilləri və rus dili  ilə qarşılıqlı  əlaqələr şəraitindədir.
Tat-Azərbaycan  dil  əlaqələri  çox  qədim  tarixə  malikdir 
və  bu  məsələ  haqqında  tat  dilinin  ilk  tədqiqatçıları  da  fikirlər 
söyləmişlər.
Mövcud  tədqiqatlardan  görünür  ki,  Xəzərətrafı  ərazidə 
yayılmış tat  dili  ilə  digər İran  dillərinin  dialekt və  ləhcələrinin 
fərqləndirilməsində  dilçilər  arasında  fikir  müxtəlifliyi  özünü 
göstərir.  Tat  dilinin  İran  dilləri  ailəsində  tutduğu  yer,  bu  dilin 
onun  ayrı-ayrı  ləhcələrinin  fərqləri  məsələsi  də  dilçilər 
arasında  mübahisə  obyektidir.  Lakin  nəzərə  çarpan  fərqlər  dil 
əlaqələri  müstəvisində  nəzərdən  keçirilməmiş,  dil  əlaqələrinin 
təsiri ilə bağlı  fərqlərə fikir verilməmişdir.
Dil  əlaqələri  prosesində  başqa  dilin  təsirinə  ən  tez  və  ən 
çox  məruz  qalan  dilin  leksik  sistemidir.  Hər  bir  dil  əlaqədə 
olduğu dildən  sözlər alır.  Tat dilinin bütün ləhcə və  şivələrində 
Azərbaycan  dilindən  və  ya  Azərbaycan  dili  vasitəsi  ilə  digər 
dillərdən alınmış  sözlər müəyyən çoxluq təşkil  edir.
Tat  və  Azərbaycan  xalqlarının  uzunəsrlik  tarixi  əlaqələri 
nəticəsində  bu  xalqların  dillərində  qarşılıqlı  şəkildə  söz 
alınması  prosesi  baş  vermişdir.  Bu  alınmaların  xarakteri 
keyfiyyət  etibarilə  bir-birindən  fərqlənir.  Azərbaycan  dili 
leksik  səviyyədə  ümumən  tat  dilinə  təsir  etdiyi  halda,  tat  dili 
daha  çox  qonşuluqda  yaşayan  bu  və  ya  digər  dialekt 
nümayəndələrinin məhəlli  şivələrində iz buraxmışdır.
Ümumiyyətlə,  Azərbaycan  klassiklərinin,  eləcə  də,  şair 
və  yazıçılarının  əsərlərində,  o  cümlədən,  Mikayıl  Müşfiqin, 
Cəfər  Cabbarlının,  Sabirin,  Rəsul  Rzanın  və  başqalarının 
əsərlərində  müasir  tat  dilində  işlənən  bir  sıra  sözlər  qeydə 
alınır.
220


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Azərbaycanda 
müxtəlif 
xalqların 
nümayəndələri 
yaşadığından,  tatların məskən  saldıqları  ərazilərdə bu xalqların 
nümayəndələri  ilə  də  dil  əlaqəlri  baş  vermişdir.  Məsələn,  tat- 
qrız  dil  əlaqələri  nəticəsində  bir  sıra  tat  sözləri  qrız  dilinə 
keçmişdir.
Azərbaycan  tatlarının  dilinin  leksik  tərkibini,  əsasən, 
ümumiran  mənşəli  sözlər  təşkil  edir.  Qeyd  olunmalıdır  ki,  bu 
leksik  vahidlərə  tat  dilinin  digər  ləhcələrində  də  ya  heç  bir 
dəyişikliyə  uğramadan,  ya  da  müəyyən  fonetik  və  semantik 
dəyişikliklərlə  rast  gəlmək  olur.  Ləhcədə  alınma  leksik 
vahidlər  də  xüsusi  yer  tutur.  Bunlar,  əsasən,  Azərbaycan 
dilindən  və  Azərbaycan  dili  vasitəsilə  digər  dillərdən  keçən 
sözlər və terminlərdir.
Tat  dilinin  leksik  tərkibinin  bir  hissəsini  müxtəlif 
şivələrin  özünəməxsus  leksikası  təşkil  edir,  bu  spesifika  tat 
şivələrini  bir-birindən  fərqləndirir.  Ayrı-ayrı  tat  şivələrindən 
toplanmış  materiallar  əsasında  müəyyən  sayda  spesifik  söz  və 
terminlər  qeydə  alınmışdır.  Tat  mənşəli  leksikaya  daxil  olan 
söz  və  terminlər,  əsasən,  təsərrüfatın  müəyyən  sahələri  ilə 
bağlıdır.
Tat  dilinin  ayrı-ayrı  ləhcə  və  şivələrinin  leksikası  ilə 
bağlı  aparılmış  araşdırmalar  göstərir  ki,  hər  bir  ləhcədə,  bir 
çox  hallarda  hər  bir  şivədə  işlənən  sözlər  arasında  fərqlər  və 
oxşarlıqlar var.
Azərbaycan  tatlarının  dilinin  lüğət  tərkibini,  ilk  növbədə 
dörd  əsas  qrup  (spesifik  sözlər;  ümumiran  mənşəli  sözlər; 
alınma sözlər;  hibrid sözlər) ayırmaq mümkündür.
Azərbaycan  tatlarının  dilinin  başqa  türk  dilləri  ilə 
əlaqələri  də  qədim  tarixə  malik  olmuşdur.  Ona  görə  də  bu  dilə 
keçmiş  türk  mənşəli  sözlərin  az  olmayan  bir  qismi  ümumtürk 
mənşəlidir.  Həmin  alınmaları  türkizmlər  kimi  qruplaşdırmaq 
mümkündür.  Tat  dilindəki  digər  alınma  sözləri  aşağıdakı
221


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə