Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə75/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   71   72   73   74   75   76   77   78   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
oturaq həyat tərzi keçirmiş,  əkinçiliklə məşğul  olmuşlar.
Qərbi  Azərbaycan  ərazisində 
Tatluqışlaq
  adında  yaşayış 
məskəninin  adının  Tatlu  tayfasının  adından  götürülməsi  və  bu 
tayfanın  orta  əsrlərdə  Anadoluda  yaşamış  Ulu  Yeruk  tayfa 
birləşməsinin  Tatlu  qolundan  olması  haqqında  fikir  var  (27, 
382).  Yuxarıda  İran  Azərbaycanı  ərazisində 
Tatqışlaq 
toponiminin  olması 
haqqında  məlumat  vermişdik.  Bu 
toponimin  tərkibində  «tat»  və  «qışlaq»  tərkib  hissələri  var. 
Qərbi  Azərbaycan  ərazisində  mövcud  olmuş  «Tatluqışlaq» 
şəklində  olan  toponimin  də  tərkibində  «tatlu»  və  «qışlaq» 
tərkib  hissələri  mövcuddur.  Hər  ehtimala  görə,  bu  iki  toponim 
eyni  əsaslar  zəminində  formalaşmışdır.  Nəzərə  almaq  lazımdır 
ki,  Kəlbəcər  rayonundakı  Tatlar  kəndi  Qərbi  Azərbaycan 
ərazisindən  köçənlər  tərəfindən  salınmış  yaşayış  məskəni 
olmuşdur.  Yeri  gəlmişkən  onu  da  demək  vacibdir  ki, 
ermənilərin  monomillətçilik  siyasəti  yalnız  türklərə  qarşı 
çevrilməmişdir.  Qərbi  Azərbaycanda  yaşamış  başqa  xalqların 
nümayəndələri  də  zaman-zaman  erməni  daşnaqlarının  zülmünə 
məruz qalmış,  onlar da yaşadıqları  ərazilərdən zorla çıxarılmış, 
ermənilərin törətdikləri  qırğınların qurbanı  olmuşlar.
Tərkibində  tat  dilinə  aid  sözlər  olan  bəzi  onomastik 
vahidləri  nəzərdən  keçirərkən  onların bir  qisminin  Azərbaycan 
toponimikasında  əsaslı  şəkildə  yer  tutması  aydın  olur.  Bu 
toponimlərin  bəzilərində  türk  mənşəli  tərkib  hissələr  də 
işləkliyi  ilə seçilir.
Əhən
  -   İsmayıllı  rayonunda  kənd  adı,  yaşayış  məskəni. 
Niyaldağ  silsiləsinin  ətəyində,  Lahıc  çökəkliyində  yerləşir. 
Əhalisi  Lahıc  kəndindən  çıxanlardır. 
Əhən/ohun
  tat  dilində 
«dəmir»  deməkdir.  Kəndin  adı  əhalinin  dəmirçiliklə  məşğul 
olması  ilə əlaqəlidir.
N iya ld a ğ  
-
  İsmayıllı  rayonunun  ərazisində  olan  dağın 
adıdır.  Yazılı  mənbələrdə  dağın  adı  X  əsrdən  məlumdur.  O,
208


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
İranın  Lahıcan  mahalındakı  eyniadlı  oronimlə  bağlıdır.  Bu 
mahaldan  köçürülmüş  tatlar yeni  yaşayış  məskənlərindəki  dağı 
eyni  adla  adlandırmışlar. 
N iy
 
tat  dilində  «doqquz»  mənasında 
olan  sözlə 
y a l
 
sözünün  birləşməsindən  əmələ  gəlmişdir. 
Tədqiqatçılar  bu  sözün  türk  dillərindəki 
n a a l/n ia l
 
sözündən 
olub,  «yaşıl,  göy,  ot,  bitki»  anlamında  olan  sözdən 
götürülməsini,  iki  saitin  arasına  türk  dilləri  üçün  səciyyəvi 
olan  «y»samiti  artımı  ilə  əlaqələndirərək  türk  mənşəli  olması 
fikrini  irəli  sürmüşlər (25,  386).
Nügədi 
-
 
Quba  rayonunda  kənd  adıdır.  Tat. 
n ü g ə /n ü ə  
«yeni»  və 
d i
 
«kənd»  sözlərindən  yaranmışdır  («Yenikənd»), 
Bu  model  üzrə  əmələ  gəlmiş  toponimlərə  irandilli  əhalinin 
yaşadığı başqa  ərazilərdə  də rast gəlmək olur.  Məsələn, 
N iiv ə d i 
toponimi  Lerik  rayonunda  kənd  adını  bildirir.  Eyni  adlı  kənd 
erməni 
işğalına 
qədər  Zəngilan  rayonunda 
olmuşdur. 
Azərbaycanın Ağsu və  Şamaxı  rayonlarında 
n iiy d ii
 
adlı  kəndlər 
var.
Novxanı  -
 Abşeron  rayonunda kənd  adıdır.  Tat.  dilindəki 
n o n
 
«yeni»  və 
x a m
 
(< x a n a
)  tərkib  hissələrindən  əmələ 
gəlmişdir.  (Yəni, 
y e n i
 
evlər,  yeni məskənlər) və  s.
Abşeron  ərazisində  bu  model  üzrə  düzəlmiş  başqa 
yaşayış məntəqələri  də var.
Balaxanı. 
B a l a
 
və 
x a n a
 
sözlərindən  təşkil  olunmuşdur. 
T. Əhmədov  toponimin 
tərkibindəki 
bala 
komponentini 
«yüksək  yer,  təpə»  kimi  izah  edir.  Müəllif 
x a n a
 
komponenti 
haqqında  yazmışdır:  «İran  dillərində  müstəqil  leksik  vahid 
kimi  «ev,  mənzil»  mənasında  işlənən 
x a n a
 
sözü  Azərbaycan 
dilinə  keçərək,  onun  toponimiyasında  bir  sıra  mürəkkəb 
oykonimlər  formalaşdırmağa  xidmət  edən  topokomponent 
funksiyasını  yerinə  yetirir.  Müəyyən  hallarda  bu  formant  yerli 
dialekt  və  şivə  xüsusiyyətlərindən  asılı  olaraq, 
x a n ə   x a n ı 
variantlarında da tələffüz olunur»  (46,  180).
209


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Bizə  belə  gəlir  ki, 
x a n a
 
ünsürünün 
x a m
 
şəklinə 
düşməsində  müvafiq  toponimlərin  rusca  variantının  təsiri 
olmuşdur.
Həşəxonə//Həşəxunə//Xəşəxunə.
  Abşeron yarımadasında 
Qala  yaşayış  məskəni  ərazisində  yerləşən  kəndin  adıdır.  İlk 
vaxtlar  burada  səkkiz  ev  olmuşdur.  Toponimin  tərkibindəki 
«həş» 
( h a ş t/h ə ş t
 
«səkkiz») də buna işarə edir.
Ümumiyyətlə,  «xana»  sözü  Azərbaycan  dilinin  lüğət 
tərkibində  əsaslı  şəkildə  yer  almış  və  bir  sıra  onomastik 
vahidlərin  əmələ  gəlməsində  iştirak  edir. 
X a n a
 
sözü  ilə  əmələ 
gələn  bəzi  onomastik  vahidlərin  izahında  maraqlı  bir  məsələ 
ilə üzləşmək olur.  Bu İran mənşəli 
x a n ə
 
və 
g a h
 
(yer)  sözlərinin 
birləşməsindən  alınan  toponimlərin  izahında  üzə  çıxır.  Belə 
toponimlərin  yaranma  tarixi  başqadır.  Əvvəllər  müqəddəs  yer 
kimi  qəbul  olunmuş  ərazidə  tikilmiş,  salınmış  tikililəri 
«xanəgah»  adlandırmışlar.  Bu məsələdə V.V.Bartoldun izahına 
əsaslanaraq,  «xane»  sözünün  «zahidlərin,  asketlərin  hücrəsi» 
mənasında qəbul  etmək olar (245,  58-75).
Gəndob/Qəndob/Gəndo.
 
Bizcə, 
aşağıdakı 
tərkib 
hissələrindən  ibarətdir:  «gənd»  və  «ob».  Ümumi  mənası  «şirin 
su,  qənd kimi  şirin su» formasında izah oluna bilər.
Aragird.
  Bu,  mikrotoponim  olub,  Lahıcda  məhəllə  adını 
bildirir.  M.Ə.Əfəndiyevin  fikrincə,  Lahıcın  üç  məhəlləsindən 
birinin  adı  olan  bu  söz  türkmənşəlidir.  Dağların  arasında 
olduğuna görə «araya girdi» kimi  izah edilir (316,  45-46). 
G ir d  
sözünü  İran  dilləri  materialı  əsasında  «dəyirmi,  dairəvi» 
mənasında  izah  etmək  də  mümkündür.  Məhəllənin  dağların 
arasındakı  dairəvi  formada  olan  yerdə  yerləşməsi  belə  bir  əsas 
yaradır.
Tat  dili  ilə  bağlı  olan  bəzi  toponimlərə  aid  izahlardan 
aydın  olur  ki,  yad  dil  toponimləri  ilə  toponim  yaradıcılığında 
istifadə  olunmuş  alınma  sözlərdən  düzələn  toponimlərin
210


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə