Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə71/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   67   68   69   70   71   72   73   74   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
dayanmaq lazım gəlir.
L axlaxa 
«ağacdələn».  Bu  təqlidi  sözdür. 
L a x la x a
 
«qabda 
çalxalanan  suyun  səsini  və  ona  oxşar  bütün  səsləri  bildirir. 
Burada 
- a
 şəkilçidir və «oxşar,  kimi» mənasını ifadə edir.
C incit 
«balaca  quş».  Tat  dilindəki 
c in c it
 
«diribaş» 
sözündən alınmışdır.
K əçələ  qəriğ 
«zığzığ».  Bu  quşların  əksəriyyətinin başının 
qabaq hissəsində tük olmadığından,  onlara belə ad verilmişdir.
B ənlibiyo 
«sarıköynək».  Quba  ərazisində  bu  quşa, 
əsasən,  may-iyul  aylarında gilasın yetişməsi  ərəfəsində təsadüf 
edilir.
B əhlibilu 
hərfən:  «gilasgəl»  (
b ə h li
 
«gilas» + 
b ilıı
 
«gəl»).
К аса 
«sərçəyəoxşar  quş».  Tat  dilinin  Quba  ləhcəsində 
к а г с ә
 
qulaqları  çox  qısa  və  kobud  olan  qoyuna  deyirlər. 
Göstərilən  quşun  qulaqları  da  buna  oxşadığından,  ona  belə  ad 
vermişlər.
Şöügərd 
«yarasa». 
Ş ö ii
 
«gecə», 
g ə r d
 
isə 
g ə ş tə n
 
(gəzmək) 
felindən olub,  söz bütövlükdə «gecəgəzən» mənasını verir.
Şünəbəsər 
«şanapipik».  Tat  dilində 
şıın ə
 
«daraq», 
s ə r  
«baş», 
-b ə
 
istiqamət  bildirən  şəkilçidir.  Hərfən:  «daraqbaş» 
deməkdir.  Azərbaycan  dilindəki 
ş a n a p ip ik
 
sözü  də 
e y n i
 
məna 
üzrə motivlənmişdir.  Tat dilində 
ş u n ə
 
«daraq» mənasındadır.
K ələsər 
«eşşək  arısı». 
Bu  söz  aşağıdakı  tərkib 
hissələrindən  ibarətdir: 
k ilə //k ə lə
 
«yekə», 
s ə r
 
«baş»,  yəni, 
y e k ə b a ş
 
və  s.
Beçə 
«arı beçəsi,  arı balası».
Q əlçəngərək//qeyçəngərək. 
Azərbaycan  di al ektl ərində 
bu,  həşərat növü barəsində deyilir:  «xırda uçan böcək».
Şüçirağıi 
«şəbçıraq». 
Ş ə b ç ır a q
 
sözünün 
şit  şö ii  şe 
mənası bu  sözün motivini tamamilə ehtiva edir.
P ilpilək //p ilp irek  
«kəpənək».  Talış  dilində  kəpənək 
mənası 
lilə p ə r   liilə p ə r
 
sözü  ilə  ifadə  olunur.  Sonuncu  hecada
197


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
l~r
  əvəzlənməsi  nəzəri  cəlb  edir. 
Liiləpər(ə)
  sözü  Azərbaycan 
dilinin  Cəlilabad  və  Lənkəran  şivəsində  «kəpənək»  mənasında 
işlənib,  ola  bilsin  ki, 
pilpirek
  sözünün  də  motivini  açmağa 
kömək edə bilər (12,  373).
Şud//şut 
«taxtabiti».  Quba dialektində işlənir.
H üni 
«ağcaqanad».  İsmayıllı  şivəsində  bu  söz  geniş 
işlənir. 
Himi  künü
  variantlarında  Azərbaycan  dilinin  bir  çox 
şivələrində işlənir (12,  232).
Puskuri 
«uçan  balaca  həşərat».  Tat  dilində 
puskuri 
leksemi  əsasən «kiçik,  balaca» mənası verir.
Lari 
«toyuq  cinsi»;  «döyüşkən  toyuq  və  ya  xoruz». 
M.N. Əfəndiyev  bu  sözün  tat  dilinin  Lahıc  ləhcəsində 
«döyüşkən xoruz» mənasında işləndiyini  qeyd edir (316,  45).
Şürkinə 
«qurudulmuş  meyvələr və  quru yemək şeylərinin 
üzərinə  qonub  tor  əmələ  gətirən  qurd».  Bu  söz  «güvə» 
mənasında talış  dilindən  Azərbaycan  dilinin Lənkəran  şivəsinə 
keçərək,  işlənməkdədir.
B otanika  term inləri. 
Tatların  Azərbaycanın  müxtəlif 
ərazilərində  yaşaması,  bu  ərazilərdəki  bitki  örtüyünün
müxtəlifliyi  tat  dilinin  leksikasında  da  ifadəsini  tapmışdır. 
Təbii  ki,  bu  bitkilərin  adları  tat  dilinin  müxtəlif  ləhcə  və 
şivələrində  işlənir.  Məsələn,  Quba  dialektindən toplanan  200-ə 
yaxın  mədəni  və  yabani  ot  və  bitki  adı  var.  Bu  adlar  arasında 
həm  alınma,  həm  ümumiran  mənşəli,  həm  də  tat  dilinin  özünə 
məxsus  olan  sözlər  var.  Belə  bitki  adlarından  bəzilərini 
nəzərdən keçirək.
B əğələ//bəqələ 
«böyürtkən 
kolu 
və 
meyvəsi».
Azərbaycan dilinin Quba dialektində az da olsa işlənir.  Uşaqlar 
bəqələni
 
yığıb 
yiyədülər. 
İsmayılı 
ləhcəsində 
bəğələ 
variantında  qeydə  alınır: 
Bəğələ
  dəyib,  gedək yığax  (121,  231; 
11,  43).  Azərbaycan  dilində 
bəqələ  bəğələ
  lekseminin  dubleti, 
sinonimi  kimi  dilin  özünə  məxsus 
böyürtikən//böyürtkən
  sözü
198


Gülsüm Hüseynova.  Tat dilinin leksikası
işlənir.
Lüxxüm  
«enliyarpaqlı,  gövdəsi yeməli  meşə bitkisi».
Pəl 
«kəvərəoxşar yeməli meşə  soğanı».
XərkəıV/xərxəri 
«taxıl  zəmilərinin  arasında  bitən  zərərli 
yab ani bitki  növü».
C ücələ 
«əsasən,  taxıl  zəmilərində  bitib,  toxumları  və 
gövdəsi tikanlı bitki  növü».
G əznə 
«gicirtkan». 
G e zn ə
 
İsmayıllı  şivəsində  «giçirtkən» 
mənasında  qeydə  alınmışdır.  Tat  ləhcələrində  eyni  anlamda 
g e z in ə //c e z in ə //q e z in ə
 
fonetik  variantlarında  geniş  şəkildə 
işlənir.  Məs:  Be  vor  xəstəliyi  gezinə  faydolıyi.  «Yel 
xəstəliyinə  giçirtkən  faydalıdır»  və  s.  Talış  dilində 
q ə z ə n ə  
variantı  işlənir.
K ərm əgiyo//girm əgiyo 
«mədədəki  qurdu  tökmək  üçün 
qaynadılıb  suyu  içilən  ot».  Tat  dilinin  Quba  ləhcəsində  bu  söz 
k ə r m ə g iy o
 
formasında 
işlənib, 
«istiot» 
mənası 
ilə 
motiviənmişdir,  müq.  et: 
k ə r m //g ə r m
 
«isti», 
- з
 
«şəkilçisi», 
g iy o  
«ot».
M üri 
«çiyələk».
Ə ngəbuy 
«nanəyəoxşar  bal  iyi  verən  mədəni  bitki».  Tat 
dilində 
ə n g
 
«arı», 

 
«şəkilçi»  və 
b u y   bu
 
«iy,  qoxu» 
hissələrindən.
Z əncirəbənd 
«armud növü».
D um bul  gavalı 
«iri  gavalı  növü».  Mürəkkəb  sözün 
birinci tərəfi 
/d u m b u l/
 
«ətli, iri,  gombul» deməkdir.
M əm əbizi 
«xırda  və  uzunsov  alça  növü». 
M ə m ə
 
«döş», 
b iiz
 
«keçi»,  -i  sözün  motivi  «keçiəmcəyi» 
k e ç i
 
məməsindən 
ibarətdir.  Məlum 
olduğu 
kimi, 
Azərbaycan 
dilində
«keçiəmcəyi»  adlı  üzüm  növü var.  Tat  dilinin  Quba ləhcəsində 
m ə m ə b iiz i
 
(hərfən:  «keçiməməsi»)  eyni  zamanda,  həm
çiyələyin  və  həm  də  böyürtkənin 
müvafiq 
əlamətlə
səciyyələnən bir növünə də deyilir.
199


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə