Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə107/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   103   104   105   106   107   108   109   110   ...   117
texniki istismar

işçi  postu

  deyilir.  İşçi  postunda 

eyni zamanda bir neçə fəhlə işləyə bilər. İşçi postunda bir fəhlənin xidmət etdiyi sahəyə 

işçi yeri

 

deyilir. 



   Texniki  qulluqdan  fərqli  olaraq  nəqliyyat  vasitələrində  məcburi  olaraq  cari  təmirin  yerinə 

yetirilmə  səbəbi  onun  konstruksiyasında  yürüşdən  asılı  olaraq  imtina  və  nasazlıqların  baş 

verməsidir. 

     İstisrmar  prosesində  imtina  və  nasazlıqlar  detalların  hazırlanması  üçün  istifadə  edilən 

materialların  korroziyaya  məruz  qalması,  köhnəlməsi,  mexaniki  xassələrininin  dəyişməsi, 

nizamlamaların pozulması və s. bu kimi halların  nəticəsində baş verir. Belə xoşa gəlməz halları 

aradan  qaldırmaq  üçün,  yəni  elementlərin  işləmə  qabiliyyətini  bərpa  etmək  üçün  cari  təmir 

yerinə  yetirilir.  Cari  təmir  aqreqat  və  mexanizmlərin  tam  və  yaxud  natamam  sökülməsi  ilə 

əlaqədardır. Bu vaxt sıradan çıxmış (yaxud zədələnmiş) hissə ya tamamilə yenisilə əvəz edilir, ya 

da  təmir  edilib  yerinə  qoyulur. 



Deməli,  cari  təmir  dedikdə  istismar  prosesində  yaranan 

imtinaların aradan qaldırılması başa düşülür.

 Texniki istismarın  əsas problemlərindən  biri  cari 

təmirin  iş  həcminin  yerinə  yetirilməsi  üçün  tələb  edilən  material  və  əmək  xərclərini  aşağı 

salmaqdır. Bunun üçün istehsalat, xüsusilə cari təmirin texnologiyası müxtəlif qabaqcıl üsullarla 

(ixtisaslaşdırılmış  briqada  üsulu,  aqreqat  sahə  üsulu,  mərkəzləşdirilmiş  idarə  etmə  üsulu)  təşkil 

edilir. 



83 

 

Cari  təmir  sayca  planlaşdırılmır,  tələbata  görə  yerinə  yetirilir.

  Cari  təmirin  aparılmasında 

məqsəd  avtomobilin  istismar  keyfiyyətlərini  (yanacaq  qənaətliliyini,  dinamikliyini,  hərəkətin 

təhlükəsizliyini, etibarlılığını, məhsuldarlığını və s.-ni) pisləşməyə qoymamaqdır. 

    Nəqliyyat vasitəsindən maksimum istifadə etmək üçün cari təmir mümkün qədər növbələr 

arası  vaxtda  yerinə  yetirilir.  Hərəkət  tərkibinin  təmirdə  boş  dayanma  müddətini  azaltmaq 

məqsədilə  müəssisənin  dövriyyə  anbarında  tələb  edilən  miqdarda  ehtiyat  hissələri  (aqreqatlar, 

qovşaqlar, de-tallar) olmahdır. 

   Hərəkət  tərkibinin  cari  təmirə  tələbatı  (ehtiyacı)  nəqliyyat  prosesi  zamanı  onun  işləmə 

qabiliyyətini müşahidə edərkən, diaqnostika prosesində texniki vəziyyətini öyrənərkən və texniki 

qulluğu  yerinə  yetirərkən  müəyyən  edilir.  İmtinaların  və  nasazlıqların  baş  verməsi  təsadüfi 

hadisələr sırasına aid olduğundan cari təmirin xarakteri də ehtimal olunan proseslərə aiddir. Buna 

görə  də  cari  təmir  üçün  iş  həcmi  planlaşdırıldıqda  xüsusi  əmək  normalarından  (hər  1000  km 

yürüş  üçün)  istifadə  edilir.  Bu  normalar  statistik  məlumatlar  əsasında  qabaqcıl  texnika  ilə 

(yüksək  məhsuldarlığa  malik  avadanlıqla)  təchiz  edilmiş  nəqliyyat  müəssisələrinin  təcrübəsi 

nəticəsində müəyyən edilmişdir. 

    İcra  yerinə  və xarakterinə  görə  cari təmir işləri iki qrupa bölünür: a) işçi postlarda yerinə 

yetirilən işlər - 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə