Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə19/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   15   16   17   18   19   20   21   22   ...   206

40 

 

Alagöllər  or.,  sadə.  1.  Azərb.  və  Ermənistan  sərhədində,  ġahdağ 

silsiləsinin  (Kiçik  Qafqaz)  Ģm.  yamacında  dağ.  Gədəbəy  r-nunun  c.-undadır. 

Hün.  2972  m.;  2.Laçın  r-nunun  Ģm.-q.-ində,  Qarabağ  yaylasında  dağ.  Qaragöl 

gölündən  Ģm.-da  yerləĢir.  Hün.  3175  m.  Adını  ərazidəki  eyniadlı  göllərin 

adından almıĢdır. 



Alagöz  or.,  mür.  Ordubad  r-nunun  Ģm.  hissəsində  dağ.  Hün.  2366  m. 

Oronim  ala  (böyük)  və  göz  (hissə;  tamın  bir  parçası)  sözlərindən  düzəlib, 

"böyük  hissə"  deməkdir.  Erməni  mənbələrində  adı  çəkilən  Araqats  dağının 

(4090  m.)  adı  türkmənĢəli  Alagöz  adının  erməni  dilindəki  tələffüz  və  yazılıĢ 

forması hesab olunur. XIX əsrə aid mənbələrdə ġərur, Dərələyəz qəzalarında və 

Eçmiədzin  mahalında  Alagöz  adlı  çay,  Ģəhər  xarabalığı  haqqında  məlumat 

verilir. Alagöz dağı qədim zamanlardan azərbcanlıların yaylaq yerləri olmuĢdur. 

Alagözməzrə  oyk.,  mür.  Babək  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Naxçıvan çayının sol sahilində, Zəngəzur silsiləsinin c.-q. ətəyindədir. Digər adı 

Məzrədir. Elmi ədəbiyyatda bu oykonim Alagözmərzə Ģəklində də izah olunur. 

Oykonim  Alagöz  (ərazidəki  eyniadlı  dağın  adı  ilə  bağlıdır)  və  məzrə  (ər.  "əkin 

yeri",  "tarla")  sözlərindən  düzəlib,  "Alagöz  dağının  ətəyində  əkin  yeri" 

deməkdir. 2003-cü ildən kəndin adı Məzrə kimi rəsmiləĢdirilmiĢdir. 



Alagüney  or.,  mür.  Zəngilan  r-nunun  Ağbiz  kəndi  ərazisində  dağ. 

Oronim  ala  (böyük;  qonur)  və  güney  (türk  dillərində  "dağın,  təpənin  və  digər 

yüksəkliyin  cənuba,  günəĢə  baxan  hissəsi;  günəĢ  Ģüası  çox  düĢən  tərəf) 

sözlərindən düzəlib, "günəĢ Ģüası düĢən böyük dağ" deməkdir. 



Alaxançallı  oyk.,  mür.  DaĢkəsən  r-nunun  Qaraqullar  i.ə.v.-də  kənd. 

Gəncə  çayının  sahilində,  QoĢqar  dağının  ətəyindədir.  YaĢayıĢ  məntəqəsi  XIX 

əsrin  ortalarında  yaranmıĢdır.  Tədqiqatçıların  bir  hissəsi  toponimi  ayrımların 

alaxançallı  nəslinin  adı  ilə,  digər  hissəsi  isə  "xəncər  gəzdirən  Alı"  yozumu  ilə 

bağlayırlar.  Bu  oykonim  1917-ci  ildə  Alıxançalı  Ģəklində  qeydə  alınmıĢdır. 

Oykonimin  düzgün  variantı  da  elə  budur.  Kəndin  adı  Alıxan  (antr.,  alıxanlı 

nəslinin  banisi),  çal  (bozqır,  geniĢ  düzən,  meĢəsiz  sahə)  və  -ı  (mənsub.Ģək.-si) 

komponentlərindən  düzəlib,  "Alıxana  və  ya  alıxanlı  nəslinə  aid  düzənlik  yer" 

deməkdir. 

Alakol  oyk.,  mür.  Tovuz  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Zəyəm 

çayının  sol  sahilindən  bir  qədər  aralı,  Mamırtı  (Kiçik  Qafqaz)  dağının 

ətəyindədir. Yerli əhalinin  məlumatına görə, toponim "seyrək bitkili  yer, adda-

budda kollu sahə" mənasındadır. Oykonim ala (böyük, geniĢ) və kol (vadi; dərə; 

hamar  düz;  aran  yeri)  sözlərindən  düzəlib,  "geniĢ  düzən;  böyük  aran  yeri" 

deməkdir.  Bəzi  mənbələrdə  Alagöl  Ģəklində  qeydə  alınmıĢ  bu  i.ə.v.-də,  1917, 

1933, 1961-ci  illərə  aid  məlumat  kitablarına  görə,  Alagöl  adı  ilə  bağlı  üç  kənd 

olmuĢdur:  Alagöl,  Alagöl  Mülkülü,  Alagöl  Qırıqlı.  Sonralar  r-nun  ərazisində 

gedən  əsaslı  planlaĢdırma  nəticəsində  həmin  kəndlər  Alakol,  Mülkülü  və  Düz 

Qırıqlı Ģəklində sabitləĢmiĢdir. 




41 

 

Alaqaya or., mür. Qarabağ silsiləsinin Ģm. hissəsində dağ. Kəlbəcər və 

Laçın  r-nlarının  Əsgəran  r-nu  ilə  sərhədindədir.  Hün.  2583  m.  Oronim  ala  və 

qaya  sözlərindən  düzəlib.  Ala  bir  sıra  mürəkkəb  toponimlərin  birinci 

komponenti  kimi  "alalıq",  "rəngbərənglik",  "ala-bulalıq",  "ağ  rəng,  qırmızı  və 

qara  rənglərlə  qarıĢıqlıq"  mənalarını  əks  etdirir.  Qaya  sözü  toponimik  termin 

olub,  "sıra  dağlardan  ayrılmıĢ  qol",  "dağların  müəyyən  hissəsində  daĢ 

süxurlardan  olan  çətin  keçilən  yer"  deməkdir.  Uzaqdan  ala-bəzək  görünən 

zirvəyə, qayaya, dağa, təpəyə ala deyirlər. 



AlaqurĢaq  oyk.,  mür.  Qubadlı  r-nunun  Zilanlı  i.ə.v.-də  kənd.  Həkəri 

çayının  sahilindədir.  YaĢayıĢ  məntəqəsi  Ģotlanlı  tayfası  tərəfindən  AlaqurĢaq 

yeri  adlı  sahədə  salınmıĢdır.  Oykonim  ala  (rəng)  və  qurşaq  (kəmər,  zolaq) 

sözlərindən düzəlib, "ala rəngli zolaqda olan kənd" deməkdir. 



Alar  or.,  sadə.  Yardımlı  r-nunun  Alar  kəndi  ərazisində  dağ. 

Etnooronimdir. 



Alar  oyk.,  sadə.  Yardımlı  r-nu  ərazisində  kənd.  Alar  çayının  (ViləĢ 

çayının  qolu)  sahilindədir.  Etnooykonimdir.  Müxtəlif  məlumat  kitablarında 

Alar/Allar/Alılar  Ģəklində  qeydə  alınmıĢdır.  Alarlar  monqol  yürüĢlərində  (XIII 

əsr)  iĢtirak  etmiĢ  türk-monqol  mənĢəli  oyrat  tayfasının  bir  qolu  olub,  həmin 

əsrdə  TalıĢ  zonasına  köçürülmüĢlər.  XIX  əsrin  ortalarında  alarlar  canĢalı 

(cahanĢahlı) tayfa birliyinə daxil idilər. 



Alar  hidr.,  sadə.  Yardımlı  r-nu  ərazisində  çay.  ViləĢ  çayının  qoludur. 

Etnohidronimdir. 



Alar  bulağı  hidr.,  mür.  Lerik  r-nunun  Alar  kəndi  ərazisində  bulaq. 

Etnohidronimdir. 



AlaĢa hidr., sadə. I. Astara r-nunda AlaĢa kəndindən 3 km. q.-də, Ġslisu 

çayının yatağında yerləĢən 16 bulağın adıdır. Bulaqlar yüksək debitli olub, acı-

Ģordur.  Yerli  əhali  tərəfindən  müalicə  üçün  istifadə  olunur;  2.  Lerik  r-nu 

ərazisində  çay.  Lənkəran  çayının  sol  qoludur.  Suvarma  üçün  istifadə  olunur. 



Alaşa sözü türk dillərində qədim dil elementi kimi bir neçə məna ifadə edir: "at"; 

"köçəri  həyata  alıĢmıĢ  heyvan";  "coĢan,  harın,  inadkar";  "aĢağı,  alçaq";  "bel, 

arxa"; "pis, murdar, iyrənc" və s. Bulaq adı kimi "pis, xoĢagəlməyən su", çay adı 

kimi "coĢqun" mənalarını ifadə edə bilər. 



AlaĢa  oyk.,  sadə.  Astara  r-nunun  Səncərədi  i.ə.v.-də  kənd.  Lənkəran 

ovalığındadır. Toponimin yerli tələffüz formasına (ələĢo) əsaslanan tədqiqatçılar 

onu "böyük həyat" kimi izah edirlər. Adını ərazidəki eyniadlı bulaqdan almıĢdır. 

AlaĢaqolu hidr., mür. Bərdə r-nu ərazisində çay. Hidronim Alaşa (çay 

adı),  qol  (çaydan  ayrılan  bir  hissə)  və  -u  (mənsub.  Ģək.-si)  komponentlərindən 

düzəlib, "AlaĢa çayından ayrılan qol" deməkdir. 

AlaĢar  or.,  sadə.  Cəlilabad  r-nu  ərazisində  dağ.  AlaĢar-Burovar  sıra 

dağları  da  adlanır.  TalıĢ  dağlarının  ucqar  Ģm.-Ģ.-ində  silsilədir.  Bu  dağ  silsiləsi 

alçaq  olub,  ən  hündür  zirvələri  1000  m.-dən  artıq  yüksəlir.  Türk  dillərində 



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə