Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə21/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   17   18   19   20   21   22   23   24   ...   206

44 

 

Alxan  çölü  or.,  mür.  Füzuli  r-nu  ərazisində  çöl.  Oronim  alxan 

(Köndələnçayla  bağlıdır),  çöl  (düz.)  və  -ü  (mənsub.Ģək.-si)  komponentlərindən 

düzəlib, "Köndələnçayın axdığı çöl" deməkdir. 



Alxanlı  oyk,  düz.  Füzuli  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Köndələnçayın  sol  sahilində,  Mil  düzündədir.  Tədqiqatçıların  əksəriyyəti  bu 

oykonimi alıxanlı etnonimi ilə əlaqələndirir və belə bir məlumata istinad edirlər 

ki,  kəndi  XVIII  əsrdə  Qarabağ  xanı  Pənahəli  xanın  Naxçıvandan  Qarabağa 

köçürdüyü kəngərlilərin alıxanlı tirəsi salmıĢdır. Lakin nəzərə almaq lazımdır ki, 

alxan  sözü  Azərb.  dilinin  qərb  qrupu  dialektlərində  "köndələn  qazılmıĢ  xəndək 

yeri" deməkdir. Kəndin Köndələn çayının sahilində yerləĢdiyini nəzərə alsaq, bu 

oykonimi "Köndələnçayın axdığı kənd" kimi izah etmək olar. Çeçenistanda VI-

XIII əsrlərdə alanların yaĢayıĢ məskəni olan Alxanqala yer adı və Alxançurt dağ 

adı da "köndələn" mənasında izah olunur. 

Alxaslı oyk., sadə. Laçın r-nun eyniadlı i.ə.v.-də kənd. Hocazsu çayının 

sağ  sahilində,  Hocaz  dağının  Ģm.-Ģ.  yamacındadır.  Yerli  əhalinin  verdiyi 

məlumata görə,  yaĢayıĢ  məntəqəsini XVIII əsrdə Qazax sultanlığından  köçmüĢ 

ailələr  salmıĢlar.  Kəndin  bünövrəsini  onlardan  Alxas  adlı  bir  Ģəxs  qoymuĢdur. 

Kənddəki binnətalılar, əhmədxanlı, hüseynler və Ģalıxlı nəsilləri özlərini Alxasın 

törəmələri  sayırlar.  Etnooykonimdir.  1933-cü  ildə  Kəlbəcər  r-nunda  Alxaslı, 

Göyçay  r-nunda  isə  Birinci  və  Ġkinci  Alxasava  (Alxasoba)  adlı  yaĢayıĢ 

məntəqələri qeydə alınmıĢdır. 



Alxasova  oyk.,  mür.  Göyçay  r-nunun  Ġncə  i.ə.v.-də  kənd.  Bozdağın 

ətəyindədir.  1993-cü  ilədək  Birinci  və  Ġkinci  Alxasova  kəndlərindən  ibarət  idi. 

Oykonim "Alxasa məxsus oba" mənasındadır. 

Alıbəyli  oyk.,  sadə.  Ağdam  r-nunun  Üçoğlan  i.ə.v.-də  kənd. 

Düzənlikdədir.  KeçmiĢ  adı  Tərəkəmə  Alıbəylidir.  Kəndi  tərəkəmə  elatının 

alıbəyli  tirəsi  saldığı  üçün  belə  adlandırılmıĢdır.  Sonralar  toponimin  birinci 

komponenti düĢmüĢdür. Etnooykonimdir. 1933-cü ildə Cəlilabad r-nunun Qaralı 

i.ə.v.-də də eyniadlı kənd qeydə alınmıĢdır. 

Alıc  oyk.,  sadə.  Quba  r-nunun  Amsar  i.ə.v.-də  kənd.  Qaraçayın 

sahilindədir.  Qədim  türk  dillərində  alıs/alış/alıç  sözü  çoxmənalı  olub,  "çayın 

ağzı, mənsəbi; axar suyun hövzəyə tökülən yeri", "soyuq", "uzaq, uzaqda olan"; 

"düz olmayan, kələ-kötür", "dəyiĢdirilmiĢ", "iynəyarpaqlı ağac", "vəhĢi heyvan, 

quĢ"  və  s.  mənaları  ifadə  edir.  Oykonim  "uzaqda  olan,  ucqar  kənd"  deməkdir. 

1933-cü  ildə  Quba  r-nunun  Digah  kəndinin  adı  da  Alıc  Digah  Ģəklində  qeydə 

alınmıĢdır. 

Alıcan  oyk.,  düz.  Laçın  r-nunun  Köhnəkənd  i.ə.v.-də  kənd.  Dağlıq 

ərazidədir.  Yerli  əhalinin  verdiyi  məlumata  görə,  kəndi  Xocavənd  r.-nunun 

Susalıq kəndindən gəlmiĢ Alıcan adlı Ģəxs salmıĢdır. Kənddə onun nəsli indi də 

alıcanlılar  və  ya  əmiralılar  adlanır.  Oykonim  alıc  (ucqar)  və  -an  (yer,  məkan 




45 

 

anlayıĢı  ifadə  edən  Ģək.)  komponentlərindən  düzəlib,  "ucqar  yer"  deməkdir. 



Etnotoponim olması da mümkündür. 

AlıcqıĢlaq  oyk.,  mür.  Xaçmaz  r-nunun  AĢağı  Zeyd  i.ə.v.-də  kənd. 

Düzənlikdədir.  YaĢayıĢ  məntəqəsini  XIX  əsrin  ortalarında  Qubanın  Alıc 

kəndindən  köçüb  gələn  ailələr  salmıĢlar.  "Alıc  kəndinin  qıĢlağı,  alıclıların 

qıĢlağı" mənasını bildirir. 



Alıkeyxalı/Alıkoyxalı/Alıkovxalı  oyk.,  düz.  Cəbrayıl  r-nunun  Soltanlı 

i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. YaĢayıĢ məntəqəsi keçmiĢdə Beydili adlanan 

ərazidə  salınmıĢdır.  Yerli  əhalinin  məlumatına  görə,  XVI  əsrdə  yaĢamıĢ 

Cəbrayıl  adlı  kiĢinin  altı  oğlundan  birinin  adı  Alı  olmuĢdur.  Ataları  öldükdən 

sonra onların saldıqları kəndlər də öz adları ilə adlanmıĢdır. Bu kəndlərdən biri 

də  indiki  Alıkeyxah  (Alıkovxalı)dır.  Oykonim  Alı  kovxa  (antr.)  və  -lı 

(mənsubluq, aidlik ifadə edən Ģək.) komponentlərindən düzəlib, "Alı yüzbaĢıya 

məxsus  kənd"  deməkdir.  Zaqatala  r-nu  ərazisində  Alkoxalı  (Alıkovxalı)  çay 

adının  qeydə  alınması  bu  ərazidə  də  vaxtilə  eyniadlı  yaĢayıĢ  məntəqəsinin 

olmasından xəbər verir. 



Alıkənd  oyk.,  mür.  Kəlbəcər  r-nunun  Qktyabrkənd  i.ə.v.-də  kənd. 

ġahdağ  silsiləsinin  ətəyindədir.  KeçmiĢ  adı  Alılıdır.  Yerli  əhalinin  məlumatına 

görə,  kəndi  XIX  əsrdə  kəlbəcərli  Alı  Kərbəlayi  Avaz  oğlu  özünə  məxsus  binə 

yerində  salmıĢ  və  yaĢayıĢ  məntəqəsi  də  onun  adı  ilə  adlandırılmıĢdır  (Alılı 

kənd/Allıkənd/Alı  kənd).  Oykonim  Alı  (antr.)  və  kənd  (yaĢayıĢ  məntəqəsi 

termini)  sözlərindən  düzəlib,  "Alıya  məxsus  kənd"  deməkdir.  1933-cü  ildə 

Göyçay  r-nunun  Ramal  və  ġəkər  i.ə.v.-lərində  daha  iki  Alıkənd  kəndi  qeydə 

alınmıĢdır. 



Alılar oyk., sadə. Cəlilabad r-nunun eyni-adlı i.ə.v.-də kənd. Ġncəçayın 

hər  iki  sahilində,  düzənlikdədir.  Etnooykonimdir.  2001-ci  ildən  rəsmi  olaraq 

Alar adlandırılmıĢdır. 

Alıncalı  oyk.,  düz.  Xanlar  r-nunun  Kolayır  i.ə.v.-də  kənd.  Oykonim 

Alınca  (qala  adı;  V-XIII  əsr  gürcü  mənbələrində  "Əlincə",  "Kitabi-Dədə 

Qorqud"  dastanlarında  "Alınca  qalası"  kimi  qeyd  olunur)  və  -lı  (mənsubluq, 

aidlik  bildirən  Ģək.)  komponentlərindən  düzəlib,  "Alıncadan  olanlar  və  ya 

Alıncadan gələnlər" deməkdir. Naxçıvanda Əlincə/ Alınca adlı məĢhur qala, dağ 

və çay vardır. 

Alırzalar oyk., sadə. Kəlbəcər r-nunun BaĢlıbel i.ə.v.-də kənd. Qaraxan 

çayının sahilində, Dəlidağın ətəyindədir. Deyilənə görə, kəndin əsasını Laçın r-

nunun  keçmiĢ  Muncuqlu  kəndinin  sakini  Hacı  Alırza  adlı  Ģəxs  qoymuĢdur. 

Etnooykonimdir.  1988-ci  ilədək  Ermənistanın  Ararat  rayonunda  eyniadlı  kənd 

olmuĢdur. 

Alırzalı  oyk,  sadə.  Goranboy  r-nunda  kənd.  Düzənlikdədir.  Yerli 

əhalinin  verdiyi  məlumata  görə,  yaĢayıĢ  məntəqəsi  XVIII  əsrdə  Qarabağ  xanı 

Ġbrahimxəlil  xanın  darğası,  Ağdam  r-nunun  Sarıcalı  kənd  sakini  Alırzanın 



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə