downloaded from KitabYurdu.az
127
hissəsi olması Stepan Orbe lian inin belə b ir məlu mat ı ilə təsdiq olunur ki, Alban
çarı Asvegen öz çar bayrağın ı Syuni yepiskopuna bağışlamışd ı. Müəllif daha sonra
yazır ki, onlar (yəni sisaklar – Q. Q.) təkcə Syuninin yo x, həm də albanların (yəni
alban çarlarının - Q. Q.) əcdadlarıdır, hətta onlara (yəni albanlara – Q. Q.) nisbətən
daha qədimd ir (30, III fəsil). Əsərinin V fəslində müəllif ya zır ki, ― Ermənistanın
əhalisindən əvvəl Syunilər dindar (yəni xristian – Q. Q.) o ldular (30, V fəsil).
Sisakların türk olduğunu göstərən bir fakt da
var. Alban tarixçisi Musa Kalan katlı yazır ki, Sisaklar Yafətin nəslinə mənsubdur.
Yafət dedikdə müəllif türklə ri nə zərdə tutur, çünki müəllif Ya fətin oğlanla rı
içərisində Qamer (türk kimmerlər), Maqoq (skiflər - işkuzaylar) və Mada
(madaylar) adlarını da çəkir (―Alban tarixi‖, III kitab, 1 fəsil). V əsr erməni
tarixçisi Moisey Xorenasi yazır ki, Syuninin hakimləri ermən i yo x, Sisak
sülaləsindəndir (I kitab, 12-ci fəsil), yəni saklardır.
Sisak sülaləsindən olan hakimlər
aranşahlar adlanırd ılar. I əsrin ortalarından Alban çarları da mənşəcə Sisak
nəslindən olduqlarına görə, Aranşahlar adın ı daşıyırd ılar. Albaniyada bu nəslin
axırıncı nümayəndələrini VI əsrdə İrandan Albaniyaya gəlmiş Mehranilər
(Cavanşir də xristian din ini qəbul etmiş həmin tayfadan idi) q ırmış və ona son
qoymuşdular.
4.
Azərbaycan
ərazisində
sakların bir hissəsi Yu xarı Qarabağda məskunlaşmış və onların adı ilə albanların
dilində bu ərazi ―Art -Sa k‖ adını a lmışdı. Qədim e rməni mənbələrində Artsax kimi
yazılan bu ad türkcə art – ―dağlıq ərazi‖, ―yüksəklik‖ sözündən və ―sak‖
etnonimindən ibarət olub. ― Sak yüks əkliy i‖, ya xud ―sak dağlıq ə ra zisi‖ məna larını
verir. A. N. Qre k mənbələrdə ki Sakasena əyalətini Artsakla lo kalizə et mə kdə
müəyyən mənada haqlı idi, ona görə ki, hər iki toponim sak etnonimi ilə bağlıdır.
Yu xarıda demişik ki, sakların bir h iss əsi Arropatenanın və Albaniyanın
həmsərhədində düzənlikdə məskunlaşmış və Balasakan, yəni ―Sak dü zənliyi‖ adı
yaranmışdı. Deməli, sakların bir h issəsinin dağlıq və düzən yerlərdə
məskunlaş ması ilə ə laqədar ola raq hələ eradan əvvəl Artsak və Ba lasakan
toponimlə ri yaran mışdır. Hə m də nəzərə a lmaq lazımd ır ki, digər Artsak (― Sak
yüksəkliy i‖) Cənubi Azərbaycan ərazisində - Atropatenada yerləşirdi. Babək
üsyanı ilə əlaqədar hadisələrdə bu toponim mənbələrdə Arşak qalası kimi qeyd
olunmuşdur. Yaqut Həməvi yazır ki, Ərşəq Bəzzin yaxınlığında b ir dağdır (32, 12)
həmin toponim Cənubi A zərbaycanın Qaradağ əyalətində Ərşə maha lın ın adında
qalır.
Şimali A zərbaycan ərazisində qədimdə sakların məskunlaşdığı bölgələr
barədə demək istədiyimiz bu qədərdir.
Azərbaycan tarixşünaslığında eranın I əsrin in 60-c ı illə rində Kürdən
cənubda Alban çarlığın ın əra zisini əhatə edən yeni dövlətin yaran ması proble mi
hələ tam hə llin i tapma mışdır. F. Mə mmədova tərəfindən belə bir fikir ortaya
atılmışdır ki, guya I əsrin 60-cı illərində hakimiyyətə gəlmiş çar Ərən Parfiyanın
downloaded from KitabYurdu.az
128
Arşakid sülaləsindən id i. Bu, tamamilə səhvdir. Əvvələn, parfiyalıların heç də
hamısı İrandilli deyild i. Antik müəllif Po mpey Troq yazır ki, parfiyalıların dili
skiflərin və midiya lıların ortasında durur (Pompey Troq, XI, 2, I). Hər ha lda
Parfiya çarlığı zamanında yaşamış bu müəllif Fəridə Məmmədovaya nisbətən
farsları və arşakid ləri daha yaxşı tanıyırdı. Sonrası da Arşakidlər sülaləsinin banisi
olan Arşakın ad ı da heç iranca deyil, türkcəd ir. Parfiya çarlarından Orod və onun
sərkərdəsi Suren (monqolca tseren, türkcə çurin – ―ayıq, ehtiyatlı‖ sözündən)
Pakor, Oroz və b. şəxs adları da qədim türkcədir. Ço x gü man ki, e r. əv. VII əsrdə
yaranmış Sak çarlığı Ermənistan və Şimali A zərbaycanı əhatə etmiş, lakin er. əv.
IV əsrdə kiç ik knyazlıq lara parçalan mış dır. Ondan sonra Ermənistanda erməni
ervanditlər, Sisakanda türk sisakla r, Kürdən şima lda türk albanla r ha kimiyyətə
keçmişdilər. Eranın I əsrində Kürdən cənubdakı A zərbaycan torpaqları isə Aran adı
ilə Sisak nəslindən çar Ərən in hakimiyyəti alt ında keç miş, sonra da Kürdən
şimaldakı ərazidə bu çarlığa b irləşdirilmişdir.
Sakların İrandilli sayılması fikri A zərbaycanın hər iki h issəsində
xalq ımızın etnogenezi prosesinin tədqiqi yolunda bir sipərə çevrilmişdir. İqrar
Əliyev son məqalələrindən birində sakları türk hesab edənləri, o sıradan bu
sətirlərin müə llifin i diletant, onların ya zdıqla rın ı is ə gülünc adlandırmışdır (52). Bu
fikir sonra antropos Rəbiyyə Mə mməd mehdinin a zə rbaycanlıla rın etnogenezinə
dair əsərimiz haqqında rəyində də təkra r ed ilmişdir. Qoy desinlər, qorxu lu heç nə
yoxdur; qorxu A zərbaycan xa lqının tarixindən ara lıda duranlar, onun bostanına kol
dibindən daş atanlar üçündür, unudurlar ki, fə rdlər gəlib-gedərdirlər, xalq isə
həmişə yaşayacaqdır, de məli, fərd lərin hər birinə ayrı-ayrılıqda ən düzgün qiyməti
xalq ın özü verəcəkdir.
V fəsil
Dostları ilə paylaş: |