Azərbaycan türkləRİNİN



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə68/90
tarix19.07.2018
ölçüsü1,82 Mb.
#56766
1   ...   64   65   66   67   68   69   70   71   ...   90

downloaded from KitabYurdu.az
 
139 
şəkilçisindəndir.  XII  əsrdə  səlcuq  –  oğuz  əmirlərindən  Eqan-  Taisi,  XVI  əsrdə 
Azərbaycan Qızılbaş tayfalarından Ustaclunun bir qolu Eqanlu adlan ırdı.  
 
S u m b a t. Sunbat adının  (danışıqda  n-m  əvəzlən məsinə  görə)  fonetik 
formasıdır.  IX əsrdə Babəki tutub ərəb sərkərdəsi Afşinə təslim edən Sisakan çarı 
Səhl  ibn  Sunbatın  adı  ilə  müqayisə  olunur.  Türkcə  sun  –  ―gözətçi‖,  ― keşikç i‖  və 
bat  –  ―mətin‖  sözlə rindəndir.  Ona  görə  bu  adın  yəhudi  mənşəli  Şa mbat  adından 
olması haqında ermən i tarixçilərinin yazdıqları uydurmad ır.    
 
 
M  a  x  m  a  t.  Digər  Ma xmat  alban  ş əxs  adı  478-ci  ildən  mə lu mdur. 
Türkmənşəli  Maqbat  (b-m  əvəzlən məsinə  görə)  adının   fonetik  şəklidir.  Türkcə 
manq- ―bahadır‖ və bat – ―mət in‖, ―qüvvətli‖ sözlə rindəndir.  
 
 
X a  m q  i t. Türkcə kam, qam (şəxs adlarında kam, qam adları haqqında 
bax  yu xarıda  Midiyada  Qau mata  adına)  ―şaman‖  və  iqit  –  ―igid‖  sözlərindəndir. 
 
T  a  m  d  i  k  i  a  n.  Tamdik  ad ından  və  farsca  –  ian  şəkilçisindən  hesab 
edirlə r.  Türkcə   -  tam  ―qala‖,  ―‖  qala  d ivarı‖   sözü  və  -  dik   (lık)  şəkilçisindəndir. 
―Qalabəyi‖ mənasındadır.  
 
 
 
 
 
 
Mənbədə albanların Ta mdikyan nəslindən bir şəxsin  Va rdim adlandığı da  
göstərilir.  Vardim  ad ı  türk  dillərindəki  bar  –  ―var‖,  ―hazırda  meydanda  olan‖, 
―mövcud  olan‖,  ―varlıq‖  sözündəndir.  Bu  ad  kö rpənin  ―dilindən‖  onunözünə 
verilmiş  addır.  Oğul  gözləyən  ata-  anaya  sanki  körpə  “vartim‖  (yəni  ―gəldim‖ 
mənasında) deyir. Qədim türklərdə uşağa advermə mot ivinin b ir forması da belə idi.  
 
K u r d a k y a n. Türkcə ―Kurdək‖ sözü və orta fars dilindən erməni dilinə 
keçmiş  “ian”  (“yan”)  şəkilçisindəndir.  Türkcə  kur  –  ―səbatlı‖,  ―möh kəm‖,  və 
―dək-  ―tək‖,  ‖kimi‖,  ―təkin‖,  ―sanki‖  sözlərindən  ibarət  olub  ―Kur  kimi‖ 
mənasındadır.  Erkən  orta  əsrlərdə  Cənubi  –Şərqi  Avropa  çöllə rində  türk 
ağacərilərin hakimi  Kuridak (58,  55) şəxs adı ilə eynidir. Adın birinci  ko mponenti 
hunlarda  Kursix  (Kur  və  bənzəyiş,  o xşarlıq  bildirən  siq,  şiq  sözlərindən,  eyni  ilə  
―Kur  kimi‖)  VII  əsrdə  Şərq i  Türk  xaqanlığın ın  banisi  Kur  –  Şad  (kur  və  şad  – 
―vəliəhd‖  sözlərindən),  erkən  orta  əsrlərdə  Cənubi  Rusiya  çöllərində  türk 
maca rla rda Kursan (58,  547)  (ku r və əsən –  ―sağlam‖  sözlə rindən) şə xs adlarında 
da vardır.   
 
 
 
 
 
 
 
 
S a v a r. Arsakda Ər-  Rub mahalın ın ərəb  mənbələrində hakimi  (IX əsr). 
Bu  ad ı  həm  Savar,  həm  də  Səvər  (bax:  Zobər  şəxs  adına)  saymaq   olar.  Türkcə 
səbər (başqırdca səbər,  xa kasca sibər,  monqolca tsəbər, buryat-  monqolca  səbər), 
ç-s əvəzlən məsinə görə  səbər –  “çəvər”, ―təmiz‖, ―ehtiyatlı‖, ―qənaətcil‖, ―qayda 
sevən‖, ― xoşa gələn‖ sözündəndir  (160, 142;  160,  111,  2,  1993,  1997).  Er.  əv.  V 
əsrdə ermən ilərin  türk  mənşəli sak hakimi Savar, IX əsrdə bolqar  xan ı  Sevar  (70, 
235) və X əsrdə Dəylə min türk hakimi Savar (I, 62) ş ə xs adları ilə müqayisə olunur. 
 
M  ə  h  a  c   i  r.  Eht ima l  ki,  Məqacur  adından  təhrifid ir.  Türkcə  məqə- 
―həmişə‖,  ―daim‖  və  çur  (titul)  sözlərindəndir  (160,  III,  2,  2172).  X  əsrdə 
türkmənşəli ərəb sərkərdəsinin adı Manqaçur şəxs adı ilə müqayisə olunur.  
 
Ə s ə n   C a l a l. XII əsrdə Qarabağın dağlıq hissəsində xristian albanların  


downloaded from KitabYurdu.az
 
140 
Xaçın  knyazının ad ı.  Ermən icə epiqrafik abidədə ―Hasan Calal‖  kimi yazılmışdır. 
Bu  adın  ―Cəlal‖  hissəsi  orta  əsrlərdə  geniş  yayılmış  ərəbcə  ―Calal-  üd  Dövlə‖ 
titulunun qısaldılmış formasıd ır. Hakimin əsl adı isə  Əsəndir,  lakin ermənicə ad ın 
əvvəlinə  ―h‖  səsi  əlavə  olun muş  və  ―ə‖  səsi  olmadığ ına  görə  Hasan  kimi 
yazılmışdır.  Tarixçilərimiz  isə  bu  kişinin   adın ı  indiyədək  ermən icədən  ruscaya 
Qasan,  Xasan,  ruscadan  azərbaycancaya  Həsən  kimi  çevirib  ya zırlar.  Belə liklə, 
türkmənşəli  Əsən  şəxs  adı  (türkcə  əsən  –  ―sağlam‖,  ―gümrah‖  sözündən)  ərəb 
mənşəli  Həsən  adı  ilə   eyniləşdirilmişdir,  ha lbuki  albanla rın  xristian  hiss əsinin 
hakiminin,  ərəb lərin  və  isla mın  qatı  əleyhdarın ın  adı  ərəbcə  ola   bilmə zdi.  La kin 
Ha mbarsumyan  kimi  tə ləffüz  edilən  və  yazılan  adı  ermə ilər  heç  də  rusca 
Xa mbarsumyan,  ya xud  Qa mbarsumyan  yo x,  A mbars u myan  yazırlar  və   düz  də 
edirlə r.  Elədirsə, ermən icə  Hasan kimi yazılmış adı Fə ridə  Mə mmədovanın  rusca 
Qasan,  azərbaycanca  Həsən  yazması  nədən  irə li  gəlir?   Bu,  türkə  qa rşı  nifrətdən, 
necə olursa olsun albanları türkə  ya xın bura xma maq n iyyətindən irə li gə lir. Əsən 
Calalın babasının adı da Əsən olmuşdur və ermənicə o da Hasan yazılır.  Gəncəsər 
monastrında (1216-1238-ci ildə tikilmişdir)  1240-cı ilə aid  kitabədə Əsən  Calalın 
―Vaxtanqın oğlu, böyük  Hasanın nəvəsi Hasan  Calal‖ adlan masından görünür ki, 
onun  babası  da  Əsən  adlan mışdır.  Aydındır  ki,  hə min   Əsən  də  ə rəbcə  ―Həsən‖ 
adından  ola  bilməzd i.  Deməli,  qədim  ermənicə  yazılışda  şəxs  adların ın  və 
toponimlə rin  əvvəlinə  ―h‖  səsi  artırılma  o lduğu  nəzərə  alın ma lıd ır.  Erməni 
mənbələ rində indiki Aterk – ― Haterk‖ , Aran-Daş – ―Hrandaş‖, Aran – ―Hran‖  və s. 
kimi yazılmışdır. ―Əsən‖ sözü şəxs adlarında alban Sanesan şəxs adında öz əksini 
tapmışdır.  Antik  müəllif    Dion  Kassiy  Şimali  Qafqazda  Azık  (Yazıq)  tayfasının 
başçısının  adını  Zantik  kimi  yazmışdır.  Yazıqları  iran mənşəli  tayfa  hesab  edən 
tədqiqatçılar Zantik ş ə xs adı üstündə çox çalış mış,  lakin onu İran d illə ri vasitəsilə 
izah edə bilmə mişlər. Ha lbuki bu ş əxs adı türkcə əsən, əzən – ―sağlam‖ , ―gümrah‖ 
sözü və -tık (-lık) şəkilçisindən ibarətdir. Lakin  antik müəllif ad ın başında duran ―e‖ 
və  ya  ―ə‖  səsini  yazma mış,  ya xud  onu  mə lu matçısın ın  tələffüz  etdiyi  kimi  qeyd 
etmişdir. 
 
 
 
 
 
 
 
 
Əsən  Calalın  ad ı  erkən   orta  əsrlərdə  uyğurlarda  Asan,  Asan-tiqin  (168, 
128, 178), XIII əsrdə monqolla rda Esen-Buqa, Esen- Tey mu r, Əsən, - Tuqay və b., 
XIV əsrdə Bu lqar xanı Asan adı ilə  müqayisə olunur. 
 
 
 
H o r i ş. Əsən Calalın anasının adı (69, 103). Ermənicə yazılışda əvvəlinə 
―h‖  səsi  əlavə  olun maqla  Oris  adının  təhrifidir.  Türkcə  oris  –  ―xoşbəxt  əlamət‖, 
―xoş  nişana‖,  ―qismət‖,  ―nəsib‖,  ―sərvət‖,  ―vardövlət‖  (166,  I,  667)  sözündəndir. 
Mənbələrdə  bu  qadın  Arzu  xatun  da  adlanmışdır  ki,  bu  da  ―Oris  xatun‖  adının 
danışıqda təhrif formasıd ır  (qeyd edilməlidir  ki,  Əsən Calalın arvadının adı Mina-
xatun idi). 
 
 
 
 
 
 
 
 
A q – B u q a. Əsən Ca la lın oğlunun adı (69,  219).  Türkcə  aq və bok a – 
―pəhləvan‖,  ―qolu  zorlu‖,  ―qüvvətli‖,  ―bahadır‖,  ―döyüşkən‖  (100,  116;  bəzi 
tədqiqatçıların  türk  ş ə xs  adlarında  ―buqa‖  sözünü  buğa  sözü  saymala rı  s əhvdir) 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə