Azərbaycan türkləRİNİN



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə82/90
tarix19.07.2018
ölçüsü1,82 Mb.
#56766
1   ...   78   79   80   81   82   83   84   85   ...   90

downloaded from KitabYurdu.az
 
167 
Xurs)  tayfası  Cənubi  Azərbaycanda  Qerus,  Xeris,  Xurzan,  Xerusan  və  Xersabad 
kənd adlarında iz qoy muşdur (200).  
 
 
 
 
Albaniyanın  şimal  –  şərqində  eranın  ilk  əsrlərində  Çul  tayfası  yaşayırdı. 
Bu tayfanın  müəyyən hissəsi hələ erkən orta əsrlərdə cənubda da məskunlaşmışdı. 
IX  əsr  müəllifi  Ət  –Təbəri  Sasani  şahlarının  Çul  tayfasını  A zərbaycana  (Cənubi 
Azərbaycan nəzərdə tutulur) köçürdüklə rin i ya zır (ba x: 85).    
 
 
Peçeneqlərin  qapan,  qarabaq,  göyərçi  və  kul  tayfaları  cənubda  Qaban, 
Qarabaq,  Qeqarçi,  Quqarçin,  Quqarçili,  Quqerdçi,  Qullar,  Qullar -  Taqi,  Qullar  – 
Qara,  Sufi  və  Qullar  Məhə mməd  Hüseynkənd  adlarında  qalmışdır  (200). 
 
Cənubi  A zərbaycandakı  Xa zarian,  Xə zərkəndi,  Xə zərgəran,  Xə zərabad, 
Xəzə rli, Xə zər- Böyük, Xə zər- Çoban və Xəzərşa x  (200)  kənd adları  isə, şübhəsiz, 
erkən orta əsrlə rdə Atropatenada yaşamış xə zərlərlə ə laqədardır.  
 
Be ləliklə, e rkən orta əsrlərdə Şima li A lbaniya ərazisində yaşamış türkdilli 
alban,  aran,  qarqar,  sirak ,  sadak ,  hun,  savar,  çul,  peşeneq,  xəzər  və  b.  türk 
tayfaların ın  müəyyən  hissəsi  cənubda  da  yaşayırdı.  VII  əsr  ərəb  müəllifin in 
―Azərbaycan qədimdən türklər ölkəsidir‖ sözü də bununla əlaqədardır.  
 
Atropatenada İrandilli etnoslar da yaşayırdı.  Onların  ən  böyüyü talışların  
ulu əcdadları olan kaduslar idi. Bu etnosu ilk d əfə  He rodot qeyd etmişdir (Herodot, 
III,  92).  Sonrakı antik  müəlliflər də  kaduslar haqqında  məlu mat verirlər və onları 
dağ  yerlərində  ço x  döyüşkən  olduqların ı  qeyd  edirlər.  Strabon  kadusların  ―dəniz 
kənarında‖  (Strabon,  XI,  8,  4)  yaşadığını  yazır.  O,  kadusların  ə razisinin  Xə zər 
dənizinin  sahili  boyu  500  stadij  (tə xminən  190  km)  uzunluqda  olduğunu  göstərir 
(Strabon, XI, 7, I).  
 
 
 
 
 
 
 
Talışlar İran mənşəli köklü xalqdır və onların türkdəndönmə fikri yanlışdır. 
Azərbaycanın hər iki h issəsində getmiş tarixi hadis ələrdə fəa l  iştirak et miş talışlar 
Azərbaycan  xa lqının   milli  mədəniyyətinin  forma laşmasında  müəyyən  rol 
oynamışlar.  Bilavasitə  talışlarla  yanaşı,  Atropatenada  kürdlər  yaşamışlar.  Strabon 
onları  ―kirt‖  kimi  yazır.  Bu  kürdlərin   bir  hissəsi  sonralar  talışlara  qarışmışdır. 
Yaqut  Hə məvi  Balasakanda  kürd lərin  yaşadığını  yazır.  Onla r  Beyləqanda  da 
yaşayırdılar və s.  
 
 
 
 
 
 
Atropatenada  tatlar,  yəhudilər,  gurganlar,  pa rslar  və  mard lar  da  
yaşayırdılar. Onların b ir hissəsi Sasanilər vaxtında şimala köçürülmüşdür (bax: 85). 
 
Yu xarıda deyilən lərdən görünür ki, artıq er. əv.  I  minilliy in əvvəllərindən 
Azərbaycan  ərazisində  yerli  türk mənşəli  etnoslar  –  mannala r,  madaylar,  kaslar, 
kaspilər, albanla r  məskun id ilə r.  Bununla da  xalq ımızın təşəkkülündə iştirak et miş 
etnik  ko mponentlərin  etnik 
mənsubiyyətləri 
müəyyən  edilmiş  oldu  və 
azərbaycanlıların  o rta  əsrlərdə   iranlıla rdan  və  dağıstanlıla rdan  dönmə   olması 
haqqındakı  konsepsiyanın  puçluğu  üzə  çıxd ı.  Er.  əv.VIII  əsrdən  başlayaraq  ta 
eramızın  XII  –  XIII  əsrlərinədək  A zərbaycan  ərazisinə  dalğalarla  mü xtəlif  türk 
etnosları da gəlmişdir.  Bu da faktdır.  Lakin bu dalğaların dəqiq vaxtları və gəlmə 
etnosların  tərkibində  türk  tayfalarının  adları  məlu m  deyil.  Onların  adların ı  yalnız 


downloaded from KitabYurdu.az
 
168 
qədim və erkən orta əsrlərə aid yaşayış məntəqə adları və etnotoponimik para lellər 
əsasında təxmin i  müəyyən etmək o lur.  Bu göstərir  ki, Azərbaycan ərazisində ço x 
mürəkkəb etnik p roses getmişdir: bir tərəfdən yerli türk tayfaları ilə gəlmə etnoslar 
arasında qaynayıb – qarışma  - konsolidasiya prosesi, digər tərəfdən həm yerli, həm 
gəlmə  türk  etnoslarının  Qafqa zdilli  və  İrandilli  tayfaların  müəyyən  hissələrini 
özünə  qatması  –  assimilyasiya  prosesi  getmişdir.  Ümu miyyətlə,  etnik  proses 
çoxsaylı  prosesdir.  Nəzərdə  tutulmalıdır  ki,  yeni  prosesdə  iştirak  edən  hər  bir 
etnosun özü qabaqkı dövrlərin etnik prosesinin məhsuludur; başqa sözlə, bir tarixi 
mə rhələdə gedən etnik proses qabaqkı  mə rhələlə rdə başlanmış prosesin davamıd ır 
və  deməli,  etnik  prosesdə  iştirak  edən  hər  bir  etnosun  özü  qabaqlar  bu  prosesi 
keçirmiş  etnosdur.  Etnik  prosesin  hər  bir  mərhələsi  yeni  etnosun  yaranması  ilə 
nəticələnir.  Etnoqrafiya  elmi  bu  əsas  götürür  ki,  hər  bir  xa lqın  təşəkkü lü 
konsolidasiya  və  assimilyasiya  proseslərini  əhatə  edən  mürə kkəb   prosesin 
nəticəsidir.  La kin bu proses vahid qanunauyğunluğa tabedir: t əşəkkü l tap mış yeni 
etnos konsolidasiya və assimilyasiya proseslərində aparıcı  rol oynamış və nəticədə 
yeni keyfiyyətlər kəsb etmiş həmin etnosdur.  
 
 
 
 
Azərbaycan  xalq ının  formalaş masını  tə min  et miş  etnik  prosesin 
mə rtəbələri,  ya xud  layla rı  tarixşünaslığımızda  indiy ədək  xüsusi  tədqiqat predmeti 
olmamışdır.  Əslində  heç  buna  təşəbbüs  də  göstərilməmişdir,  çünki  Azərbaycan 
xalq ının  XI –  XII əsrlərdən sonra türkləşmiş  İrandilli atropatenlilərin,  Qafqazdilli 
albanların və bu etnoslara öz dilin i qəbul etdirmiş səlcuq – oğuz türklərin in varisi 
hesab edilməsi ilə bu mürə kkəb proble m həll o lunmuş sayılmışdır.  
 
 
Yu xarıda  biz  A lban  və  Atropaten  xalq larının  türkdilli  etnoslar  olduğunu 
göstərən  faktları  vermişik.  Burada  ço x  mühü m  bir  məsələni  –  atropatenlilərin 
―azəri‖ adlanan dili haqqında mülahizələri q ısaca nəzərdən keçirməliyik.  
 
Atropaten  xalqın ın  İrandilli  olması  fikrinin  yaran ması  iki  s əhv  baxışdan 
irə li gəlir.  
 
 
 
 
 
 
 
 
1.  Deyilir  ki,  midiyalılar  İrandilli  etnos  idi.  Hətta  qədim  fars  dilində 
İrandilli tayfaların d ialektlərinə  mənsub olan, lakin  o  zamankı rəs mi fars dilindən 
fərqlənən dia lekt  sözlərin i ― midizm‖lə r adlandıraraq  madayların İrandilli o lmasını 
göstərən  faktlar  kimi  göstərmişlər  (114,  39-  40).  Bununla  da  Maday  etnosunu 
azərbaycanlıların  soykökündən  ayırmış,  nəticədə  Midiya  dövləti  İran  mənşəli 
etnosun  dövləti  kimi  səciyyələndirilmişdir.  Bu  fikirdə  dolaşıqlıq  açıq-  aşkar 
görünür:  Midiya  imperiyasında  yaşayan  əhali  nəzərdə  tutulursa,  əlbəttə,  orada 
İrandillilər  –   müasir  farsların,  kürd lərin,  talışların,  giləklərin,  tatların  və  b.  u lu 
əcdadları  da  vardı.  Lakin  bütün  dövrlərdə  türkmənşəli  M idiya  dövlətinin, 
farsmənşəli  Əhə mənilər  və  Sasanilə r  dövlətlə rin in  əra zilərində  heç  va xt  İrandilli 
əhali əksəriyyət təşkil etməmişdir. Əgər İrandillilər mənasında ―Midiyalı‖ dedikdə, 
―Maday‖  etnik  adın ı  daşıyanları  nəzərdə  tuturlarsa,  bu,  ancaq  nağıldır, 
qondarmadır.  Yu xarıda  M idiyada  ş əxs  adların ın  və  toponimlərin  türkmənşəli 
olduğunu göstərən faktlarla o xucunu tanış etmişik.    
 
 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə