Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə21/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

  
 
43 
 
məktubuna  cavab  yazıldı.  Təbiidir  ki,  cavab  məktubu  azyaşlı  hökmdar  tərəfindən 
deyil, onun nənəsi tərəfindən Rum diyarına göndərilmişdir. Məhəbbət tələb edir ki, 
hər iki ölkə arasında yazışma və elçi get-gəli davam etsin. Hər iki məmləkətin fağır 
və  zəif  adamları  rahatlıq  və  arxayınlıq  beşiyində  yatsınlar,  adamlar  birgə  olub, 
əkinçilik  və  quruculuğa  (―emarət‖)  başlasınlar.  ―Dövranın  pərişanlığı  və 
pərişanlığın  dövranı  bizim  yerlərin  sakinlərindən  uzaq  olsun.  Bizimlə  o  sultan  (II 
Sultan  Bayazid  –  Ş.F.)  arasında  olan  məhəbbət  hələ  qədimdən  mövcud  olmuş  və 
indi də davam edir‖.
*
  
Sultan  Bayazid  həmin  məktubu  cavabsız  qoymamış,  Ağqoyunlu  xanımına 
cavab  yazmış,  Ağqoyunlu  dövlətinə  onun  tərəfindən  gələcəkdə  də  diqqətin 
çoxalacağını  və  arada  olan  rabitənin  əbədi,  möhkəm  və  qırılmaz  olacağını 
bildirmişdi.
132 
 
Qeyd etmək lazımdır ki, Ağqoyunlu dövlətində doğrudan da Uzun Həsənin 
vəfatından  sonra  başlanan  saray  çəkilmələri  Sultan  Yaqubun  ölümündən  sonra  da 
davam  etmişdir.  Hakimiyyətin  qanuni  varisi,  şübhəsiz  ki,  Sultan  Yaqubun  oğlu 
Baysunqur  idi.  Lakin  onun  yaşının  azlığından  istifadə  edən  yaxın  qohumları 
Ağqoyunlu taxtına  sahiblənməyi arzu edir və  bu niyyət uğrunda  canlarından belə 
keçməyə hazır idilər. Baysunqurun ən güclü rəqibi yuxarıda göstərildiyi kimi Uzun 
Həsənin  nəvəsi  Rüstəm  bəy  (Maqsud  bəyin  oğlu)  idi.  Qeyd  etmək  lazımdır  ki, 
Rüstəm  və  Baysunqur  arasında  iki  dəfə  qanlı  döyüş  baş  vermişdir.  Birinci  döyüş 
Kür  çayı  sahilində,  ikinci  isə  Təbrizin  lap  yaxınlığında  (Əhər  və  Meşkində) 
olmuşdur. Ikinci  döyüş  ərəfəsində  Baysunqur II Sultan Bayazidə  məktub  yazaraq 
ondan ―hərbi kömək‖ istəmişdisə də, buna nail ola bilməmişdi.
133 
Nəticədə, 1490-
1492-ci illərdə Ağqoyunlu padşahı olmuş Baysunqur devrilmiş, hakimiyyət beşinci 
Ağqoyunlu  hökmdarı  Rüstəmin  (hakimiyyət  illəri  14925-1497)  əlinə  keçmişdi.
134 
Doğrudur, Baysunqur az sonra qayınatası Şirvanşah Fərrux Yasarın köməyi ilə ona 
hücum  etmişdisə  də,  məğlub  edilmiş  və  həmin  ilin  iyun  ayının  5-də 
öldürülmüşdür.
135 
Yeni  Ağqoyunlu  hökmdarı  Rüstəmin  hakimiyyəti  dövründə  Ağqoyunlu  – 
Osmanlı münasibətləri nisbətən yaxşı olmuş, hökmdarlar arasında yazışma davam 
etmişdir. Sultan Bayazid nədənsə Rüstəmə o qədər də etimad göstərməmiş, onu bir 
qədər  özündən  asılı  vəziyyətə  salmaq  istəmişdi.  Belə  ki,  məktubların  birində 
Ağqoyunlu sarayına elçi sifəti ilə göndərilən Nurəddin Sənanla birlikdə Rüstəmin 
―yaxın  adamlarından  birinin‖  də  təcili  padşah  öz  cavab  məktubunda  Rum 
sultanının  naməsini  alaraq  şərəfləndiyini  bildirmiş,  Nurəddin  Sənanla  Müşərrəfi 
                                                 
*
 Qeyd: həmin Ağqoyunlu xanımı Firidun bəy tərəfindəm səhvi Baysunqurun anası kimi göstərilmişdir. 
Lakin  məktubun  məzmunu  sübut  edir  ki,  Baysunqurun  deyil,  Yaqubun  anası  olmuşdur.  Çünki  iki 
cümlədə  Baysunqurun  ―yadigare-fərzəndə-kamkar‖  (―kama  yetən  oğlumun  yadigarı‖)  olduğu  açıqca 
qeyd olunmuşdur. Bax: Münşəati-səlatin, səh. 328, 329. 


  
 
44 
 
Rum  sarayına  yollandığını  bildirmiş,  ―üsbəbusi‖dən  sonra  həmin  Ağqoyunlu 
elçisini geri qaytarmağı sultandan rica etmişdi.
137 
Rüstəm  şah  hərbçi  qüvvələri  öz  tərəfinə  çəkmək  məqsədi  ilə  əmirlərə 
səxavətlə soyurqal paylayırdısa da, bu niyyəti baş tutmadı. Ağqoyunluların bir neçə 
nüfuzlu  əmiri  ondan  narazı  olduğu  üçün  II  Bazazidə  məktub  yazaraq,  ondan 
istanbulda  yaşayan  Uzun  Həsənin  nəvəsi  əhməd  bəyin  təcili  olaraq  Təbriz  taxtını 
tutmaq  üçün  Azərbaycana  göndərilməsini  xahiş  etmişdi.  Qonşu  ölkənin  siyasi 
işlərinə nüfuz etmək istəyən Osmanlı hökmdarı tezcə Əhməd bəyə və əmir Həsənli 
Tərxana  qoşun  verib,  onları  Təbriz  istiqamətində  yola  saldı.  Qoşun  Azərbaycana 
yaxınlaşan kimi, Rüstəmin adlı-sanlı əmirlərindən olan Hüseyn bəy Əlixani dərhal 
Rüstəm bəydən dönərək, Əhməd bəyin adına  xütbə  oxutmuş, onun  hakimiyyətini 
qəbul etdiyini elan etmişdi. Qəribə budur ki, Təbrizə qələbə ilə girən əhməd bəyin 
ilk işi əmirlərin nüfuzunu qırmaq məqsədilə Hüseyn bəy Əlixaninin qətlinə fərman 
vermək olmuşdur.
138 
Rüstəm  şahın  5  illik  hakimiyyəti  zamanı  Ağqoyunlu  hərbi  qüvvəsinin 
olduqca  zəiflədiyini  bildirən  Həsən  bəy  Rumlu
139 
Uzun  Həsənin  oğlu  Uğurlu 
Məhəmməd  və  Rum  sultanı  Fateh  Məhəmmədin  qızı  Kövhər  sultandan  doğulan 
Əhməd  bəyin  (tarixdə  Əhməd  kimi  məşhurdur  –  Ş.F.)  h.  902  (m.  1497)-ci  ildə 
Türkiyədən  Azərbaycana  etdiyi  yürüşün  məhz  həmin  zəifliklə  əlaqədar  olduğunu 
bildirir.
140 
Firidun  bəyin
 
―Münşəatı-səlatin‖-dəki  bəzi  məktublar  həmin  məsələni 
öyrənmək  baxımından  olduqca  faydalıdır.  Həmin  məktublar  məlum  olur  ki, 
Rüstəmdən narazı olan bir neçə nüfuzlu Ağqoyunlu bəyi Sultan Bayazidə məktub 
yazaraq,  Əhməd  bəyin  Azərbaycana  göndərilməsini  və  hakimiyyəti  ələ  almasını 
təkidlə  xahiş  etmişlər.  ―Bu  məmləkətin  halı  olduqca  kədərli,  rəiyyəti  pərişandır. 
Hər kafir istədiyi kimi hərəkət edir. Bütün bunlar hakimsizliyin nəticəsidir. İndi siz 
alicənab şahzadə Əhməd bəyə kömək edib (onu) bu tərəfə yollayın. Əgər o şahzadə 
gəlməsə,  bu  məmləkətin  dincliyi  olmayacaqdır.  Diyarbəkir  əmirləri  və  başqa 
böyük-kiçik həmin şahzadəni istəyirdilər. Bu sözdə bir türk qədər də yalan yoxdur. 
Əgər şahzadəyə kömək etsəniz, bu məmləkətlə sizin vilayətinizin birliyi hasil olar, 
məhəbbət  və  ədalətdən  başqa  heç  nə  baş  verməz‖.  Ağqoyunlu  əmirləri  adından 
məktubu  yazan  əmir  Nurəli  bəy  sözünə  davam  edib,  xəbər  verir:  ―bu  bəndeyi-
dərgah  həmin  şahzadə  üçün  (Əhmən  bəy  –Ş.F.)  xəzaneyi-amirədə  səksən  min 
tümən  pul  və  üç  yüz  min  ədəd  qızıl  xəncər,  kəmər  və  başqa  mallar 
hazırlamışdılar‖.
141 
Bu  məktubun  ardınca  Ağqoyunlu  bəyləri  Əhməd  bəyin  özünə  də  həmin 
məzmunda məktub yollayıb, ―böyük fürsət‖ yarandığını bildirirlər: ―Bu sədaqətdən 
bəndə sizin tərəfdarlarınızdandır ki, o  həzrətdən (Əhməddən – Ş.F.) başqa heç bir 
pənahı  yoxdur. Tezliklə bu tərəfə gəlməyinizi xahiş edirik, çünki intizar gözümüz 
yoldadır. Həmiçinin böyük fürsət ələ düşmüşdür ki, çünki Diyarbəkirin əmirləri və 
başqaları  –  hamısı  belələeinə  itaət  kəməri  bağlayaraq  birləşmişlər  və  o  həzrətin 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə