Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə24/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   20   21   22   23   24   25   26   27   ...   65

  
 
49 
 
Teymurilərin dostluq münasibətini qoruyub saxlayırdı. O, 824 (1421/1422)-ci ildə
*
 
hətta  Şahruxla  qohum  da  oldu.
**
  Əbdürrəzzaq  məlumatına  görə,  I  Xəlilullah 
Teymuri  Şahrux  tərəfindən  öz  nəslinin  ikinci  şirvanşahı  kimi  təsdiq  edildi.
15
 
Osmanlı hökmdarı I Sultan Məhəmmədi əlaqədar hadisələrdən hali edirdi. Belə ki, 
onun  823  (1427/28)-cü  ildə  Osmanlı  sarayına  göndərdiyi  bir  məktubda  bizim 
fikrimizi  təsdiqləyən  cümlələr  vardır.  Orada  oxuyuruq:  ―Əbunəsr  Sultan 
Məhəmməd!  Həvaxahınız  olna  bu  sadiq  bəndə  öz  qüsur  və  acizliyi  üzündən 
müdam heyrət və fikirdədir ki, özünün sizə xidmət etmək ehtiyacını necə şərh etsin. 
Bu günlərdə əlahəzrət Şahrux Gürganidən bir yarlıq (əmr, məktub bildirmiş – Ş.F.) 
gəldi.  Məzmunu  belədir:  ―823-cü  ilin  şəban  ayının  15-də  (26  avqust  1420) 
pəncşənbə  günü  Qara  Yusif  Türkmanın  dəfi  üçün  Səmərqənd  darül-mülkündən 
çıxıb  küreyi-Azərbaycana  yollanıram  və  Qarabağda  qışlayacam.  Gərək  siz  bütün 
Şirvan  ləşkəri  və  əmirləri  ilə  İlxanilərin  qurultayına  (Qarabağa)  gəlməyə 
tələsəsiniz‖.  Şahrux  öz  naməsini  Dəşti-Qıpçaq  və  Qərbənd  yolu  ilə  bizə  yollayıb, 
özü  isə  o  diyara  (Azərbaycan  –  Ş.F.)  yollanmışdır  ki,  tezliklə  oraya  çatacaqdır. 
Vəziyyəti  belə  görüb,  qədim  ittifaqımıza  mütabiğ  olaraq,  Sizi  məsələdən  hali 
etmək məqsədi ilə Xacə Məhəmməd Bakuyini göndərdim‖.
16 
Şirvanşah  I  Xəlilullah  Osmanlı  sultanı  I  Məhəmmədə  bu  məktubu 
göndərməklə  bir  növ  özünü  Osmanlı  Qaraqoyunlu  qəzəbindən  mühafizə  edir, 
Teymurilərlə  olduğu  kimi  Osmanlılarla  da  dostluq  münasibətini  saxlayırdı. 
Osmanlı  sultanı  isə,  Şirvanşah  I  İbrahimin  Teymuri  qoşunun  tərkibində 
Osmanlılara qarşı vuruşduğunu sanki unudub, I Xəlilullahla müntəzəm məktublaşır, 
ona  öz  tövsiyələrini  verirdi.  Yuxarıdakı  məktuba  cavab  olaraq  ―Məlike-əzəm 
Sultan  Xəlil‖-ə  verdiyi  məlumatda  I  Məhəmməd  ―Əlahəzrət  xaqan  Şahrux 
Gürgani‖nin  də  Azərbaycan  istiqamətində  Qara  Yusif  üzərinə  yürüşü  barədə 
Osmanlı  sarayına  xəbər  verdiyini  bildirir,  hər  bir  hakimin    ―özününh  və 
qonşularının  zərər  və  faydasını  başqalarından  yaxşı  bildiyini‖  söyləyirdi.  Buna 
misal  olaraq  Şirvanşahın  özünü  nümunə  göstərən  I  Məhəmməd  onun  ―Şəki 
məliklərini,  Qumuq
*
  və  Qaytaq  əmirlərini  həmçinin  gürcü  Ləvəndi  başqa 
valilərdən‖  daha  yaxşı  tanıdığını  nəzərə  çatdırıb,  öz  elçisinin  də  Qarabağda 
                                                 
*
 ―Mətləüs-sədeyn‖ əsərində istifadə edib həmin hadisələrin şərhini verən Ə.Nəvai bu tarixi səhvən 823-
cü il kimi göstərir. (Əsnad, səh. 186). 
**
 Şirvanşah I Xəlilullah Əmir Teymurun oğlu Əbu Bəkr Mirzənin qızını almışdı. ―Mətləüs-sədeyn‖ in 
məlumatına  görə,  həmin  Teymuri  şahzadəsi  Qara  Yusiflə  olan  döyüşdə  öldürüldükdən  sonra  onun 
xanədanında bir neçə kəniz, o cümlədən kiçik qızı əsir düşmüşdü. Həmin qızı böyüdüb özünə alan Qara 
Yusifin  vəfatından  sonra  Qarabağa  gəlib  (Ə.Nəvaidə:  Təbriz)  orada  qışlayan  Şahrux,  Şirvanşah  I 
Xəlilullahın xahişi ilə həmin dul qadını ona verdi. Bu izdivac 1421-ci ilin aprel ayının 4-də Qaraqumək 
adlı bir yerdə baş verdi, böyük toy mərasimi təşkil edildi. (Bax: ―Mətləüs-sədeyn‖. Daşkənd nəşri, səh. 
285-286).  Qeyd:  Sara  Aşurbəyli  həmin  yerin  adının  Qaraköşk  olduğunu  və  onun  hal-hazırkı  Füzuli 
rayonu ərazisində yerləşdiyini bildirir. (Gös. əsər, səh. 246). 
*
  Ə.Nəvai  yanlış  olaraq  ―Qumuq‖  sözünün  ola  bilsin ki,  səhvən  yazıldığını  ehtimal  edir  və  bu  sözünh 
bəlkə də ―Qıpıq‖ (?) ―Qəpəq‖ (?) olduğunu bildirir (Bax: əsnad, səh. 191). 


  
 
50 
 
çağrılacaq qurultaya gedəcəyini bildirərək, Şahruxun Qara Yusiflə döyüşünə imkan 
verməyəcəyini  yazır.  Məktubda  Xəlilullahın  ―ağıllı,  kamil,  Osmanlılara  qarşı 
məhəbbətli  və  sadiq‖  olduğu  xüsusi  qeyd  olunur  və  Şirvanşaha  ―həmişə  ittihad 
yolunu‖ tutmağı, yəni heç bir hökmdarla ixtilafa girməməyi məsləhət görür.
17 
Hadisələrin sonrakı inkişafı onu göstərir ki, I Xəlilullah Osmanlı sultanının 
deyil, Şahruxun məsləhətinə əməl etmişdir. Bu Teymuri hökmdarının məğlubiyyəti 
barədə  I  Sultan  Məhəmmədə  yazmış  olduğu  fəthnamədə  ―Əmir  Xəlilullah  ibn 
Əmir  Şeyx  İbrahime-Şirvanşahe-Fərrux  Yəsarın  zilhiccə  ayının  ortalarında 
qiymətli töhfələrlə hümayun görüşə‖ (yəni Şahruxun dərgahına) gəldiyi bildirilir.
18 
Şahruxun  məktubuna  cavab  yazan  Osmanlı  sultanı  ―Azərbaycanın  (Şahrux 
tərəfindən) zəbtindən‖ xəbərdar olduğunu, Şirvanşah Fərrux Yəsarın (I Xəlilullahın 
–  Ş.F.)  xaqanla  görüşə  getməyindən  sevindiyini  və  bütün  bu  hadisələrdən  onun 
―kefinin artdığını‖
19
 nəzərə çatdırıb, Şahruxla olduqca diplomatik tərzdə davranır.  
I  Xəlilullah  da,  özünün  xarici  siyasətində  atası  I  Şeyx  İbrahim  kimi 
Teymurilərə arxalanır, onların Qaraqoyunlu hökmdarları ilə etdiyi mübarizələrində 
fəal  iştirak  edirdi.  O,  belə  etməklə,  həmçinin  də  Osmanlı  sultanının  lütfkarlığına 
nail  olmaqla,  Şirvanın  Qaraqoyunlulardan  olan  nominal  asılılığından  qurtulmaq 
istəyir, özünün meylini hər iki əzəmətli hökmdara açıqca bildirirdi.
20  
Şərəfxan  Bitlisinin  ―Şərəfnamə‖  əsərində  I  Xəlilullahın  Teymurilərə  meyl 
etməsini  xarakterizə  edən  belə  bir  qeyd  vardır:  ―Xanədanının  böyüklüyü  (bizim 
tərəfimizdən)  dəfələrlə  bəyan  olan  və  dudmanının  qədimliyinin  heç  bir  şərhə 
ehtiyacı olmayan Əmir Xəlilullah h 886 (m 1481/82)-cı ildə, atası Mirzə İsgəndər 
ibn Qara Yusifdən inciyib Şirvanşahın yanına qaçan əmirzadə Yarəlini bir gəmiyə 
oturdub  dərya  ilə  Herata  yolladı‖.
21
  Demək,  bir  daha  sübut  olunur  ki,  Şirvanşah 
Qaraqoyunlu  hakimlərindən  çox,  Teymuri  və  Osmanlı  hökmdarlarına  arxalanır, 
onların  kömək  və  yardımından  istifadə  etməyə  çalışırdı.  Lakin  etiraf  etmək 
lazımdır  ki,  nə  I  İbrahim,  nə  də  I  Xəlilullah  Şirvanı,  S.B.Aşurbəylinin  dediyini 
əksinə  olaraq,  tam  müstəqil  dövlətə  çevirə  bilməmiş,
22
 
onlar 
həm 
Qaraqoyunlulardan, həm Temurilərdən, həm də Osmanlılardan müəyyən asılılıqda 
olmuşlar.  Bu  asılılığa  baxmayaraq  hər  iki  şirvanşahın  müdrik  siyasəti  sayəsində 
Şirvan  məhz  Şirvanşahlar  tərəfindən  idarə  olunmuş,  onlar  müvafiq  hökmdarlara 
müəyyən miqdar bac və xərac verməklə ölkənin sahibi kimi tanınmışdılar. 
XV  əsr  Azərbaycan  şairi  Bədr  Şirvaninin  məlumatına  görə  Şirvanşah  I 
Xəlilullahın  beş  oğlu  olmuş,  onlardan  dördü  hələ  ataları  sağ  ikən  ölmüş,  24  yaşlı 
Fərrux  Yəsar  isə  atasının  vəfatından  sonra  (1462)  Şirvan  taxt-tacının  sahibi 
olmuşdur.
23
  Osmanlı  dövlətində  də  də  dəyişiklik  baş  vermiş,  I  Məhəmmədi  II 
Murad,  onu  isə  II  Məhəmməd  əvəz  etmişdi.  I  Xəlilullah  ilə  II  Murad,  onu  isə  II 
Məhəmməd əvəz etmişdi. I Xəlilullah ilə II Murad arasında şübhəsiz ki, elçi gediş-
gəlişi  və  rəsmi  yazışma  baş  vermişdir,  lakin  təəssüf  ki,  bizim  istifadəmizdə  olan 
―Münşəat‖larda bu barədə məlumat yoxdur. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə