53
Beytullahül-hərama (Məkkəyə - Ş.F.) ziyarətə gedən Xacə Mahmud Bakuyiyə
şifahi olaraq sizin olaraq sizin dərgahınıza çatdırmaq üçün bir neçə kəlmə söz ərz
etmişik. Nəyə işarə etsəniz, ona da əməl edəcəyik‖.
37
Tezliklə Şirvanşaha Sultan Səlimdən yeni bir məktub gəldi. Osmanlı Sultanı
Xacə Mahmud Bakuyinin onun hüzuruna gəldiyini, Şirvanşahın ona yazdığı kimi
qızılbaş elçilərinin də dalbadal Türkiyəyə təşrif gətirmiş elçilərinin olduqlarını
bildirir, yenə də, özünübn ―qızılbaşe-ovbaşın bədkirdar vücudlarını‖ iti qılınclarla
yer üzündən silmək və ―aləmi Şah İsmayılın şər və şurundan təmizləmək‖ niyyətini
bildirir.
38
bu məktubu alan Şeyxşah Osmanlı sultanını Azərbaycan üzərinə növbəti
hücumundan çəkindirmək məqsədi ilə dərhal ona cavab məktubu göndərmiş, onu
bu əməldən əl çəkməyə çağıraraq, ―ey islamın pənahı, bu işi etməyin‖ yazmışdır.
39
Lakin Şirvanşahla Osmanlı sultanı arasında bu məsələ xüsusunda məktublaşma
yenə də davam edir. Sultan Səlim ona öz fikrinin qəti olduğunu, ―daim fitnə-
fəsadın aradan götürülməsi barədə düşündüyünü‖ yazır.
40
Şeyxşah belə bir şəraitdə, məlumdur ki, öz ehtiyatını əldən verə bilməz,
Osmanlı sultanına arxalanan da heç vəchlə özünün Şah İsmayılla münasibətini
korlamaq istəməzdi. Məlumata görə, Şeyxşahın h. 927 (m.1520)-ci ildə Səhənddə
Şah İsmayılın yanında olmasından sonra Şirvan yenidən onun idarəsinə
tapşırılmışdır,
41
hətta, azacıq sonra Şah İsmayıl öz qızı Pərixan xanımı sarayda
girov saxlanan Şirvan şahzadəsi Sultan Xəlilə ərə vermişdi.
42
Çaldıran vuruşmasından əvvəl və sonra Şirvanşahların Osmanlılara qarşı
olan münasibətini ―Şirvanın Türkiyəyə tabe olması‖ kimi qələmə verən Fəxrəddin
Kırzıoğlu əsassız yerə Şirvan ölkəsini ―Yavuz çağında Osmanlılara itaət edən,
sonradan Şah Təhmasibin istilası ilə əlaqədar İrana tabe olan Şirvan‖ adlandırır
43
ki,
bu fikir tamamilə əsassızdır. Çünki Şirvan, yuxarıda göstərildiyi kimi, ilbəil
Səfəvilərə xərac verirdiki, bu fakt Şirvanşahların Osmanlılara deyil, Səfəvilərə itaət
etdiyini göstərir. Bu biri tərəfdən, II İbrahim, təbiidir ki, Şah İsmayılla da təmasda
olur, münasibətin daha yaxşı və etibarlı vəziyyətə düşməsinə çalışırdı. Həmin
arxivin sənədlərinin birində hətta məlumat verilmişdir ki, Şirvanşah Şeyxşah h. 923
(m. 1517)-cü ildə qızını Şah İsmayılın oğlunja vermiş, onunla yaxın qohumluq
əlaqəsi yaratmışdı.
44
Sultan Səlimin Çaldıran qələbəsindən və özünün uğursuzluğundan sonra
Şah İsmayıl, çox ehtimal ki, gələcək də Türkiyə tərəfdən ola biləcək yürüşlərdə
Şeyxşahın köməyindən istifadə etmək niyyətilə, Şirvanşahla daha yaxşı
davranmağa başladı, onun qızını oğluna almaqla kifayətlənməyərək, hətta h. 929
(m.1523)-cu ildə onun azyaşlı qızıyla evləndi.
45
Qeyd etmək lazımdır ki, istər Sultan Səlim, istərsə də onun yerinə taxta
çıxan Sultan Süleyman qızılbaşların əzəmətli hökmdarı Şah İsmayıla qarşı özlərinə
daim yeni mütəffiqlər cəlb etməyə çalışır, qonşu dövlət başçıları ilə öz diplomatik
əlaqələrini kəsmirdilər. Sultan Səlim Şirvanşaha yazdığı bir məktubunda ona
54
özünün Misir və Suriyada əldə etdiyi qələbələrdən xəbər verərək, İrana yenidən
hücum etmək niyyətini də göstərir.
46
Sultan Süleymanın hakimiyyəti başlayanda,
məktubda göstərildiyinə görə, Hüseyn bəy dərhal həbsdən azad edilir, amma onun
hərbçi yürüşlərində iştirak etmək arzusunu nəzərə alan Osmanlı hökmdarı onu da
özü ilə həmin yürüşlərə aparmış, qələbədən sonra Hüseyn bəyin Şirvana
qayıtmağına icazə vermişdi. H. 930 (m. 1524)- cu ildə yazılan bu məktubdan
məlum olur ki, Belqradın h. 927 (m. 1521) və Rodosun h. 928 (m.1522)-ci ildə baş
verən fəthlərindən bir neçə il keçməsinə baxmayaraq, Şirvan Hüseyn bəy hələ
Osmanlı dövlətində qalmış, Şirvanşahın nümayəndəsi kimi hörmət və nüfuz sahibi
olmuşdur.
47
Şirvanşah I İbrahim Şeyxşah Sultan Səlimin vəfatı və Sultan Süleymanın
taxta çıxması münasibətilə h. 930 (m.1524)-cu ildə əl-Hac Hüseynlə Osmanl
sarayına rəsmi məktub göndərmiş, ―səltənət, cahandarlıq, xilafət və şəhriyarlıq‖
taxt-tacının öz varisinə çatmasını təbrik etmişdi. Sultan Süleyman isə öz
növbəsində ona göndərdiyi cavabında ―aramızdakı vəfadarlıq əbədi olsun‖ yazaraq
Şirvanşaha münasibətini bildirmişdir.
48
Göstərmək lazımdır ki II İbrahim Şeyxşahın h.930 (m. 1524)-cu ildə
vəfatından sonrakı bir neçə il ərazində Şirvan dövləti növbə ilə II Xəlilullahın və II
Fərrux Yəsarın hakimiyyəti altında olmuş, 1538-ci ildə isə Səfəvilərə tabe
edilmişdir. Bu müddətdə Şirvanda sabit hökmdarlıq bərqərar olmadığı üçün yeni
Şirvanşahlara Türkiyə hökmdarı Sultan Süleyman arasında elə bir nəzərə çarpan
münasibət yaranmamış, tərəflərin birinin digərinə elçi get-gəli və məktub
mübadiləsi olmamışdır. Lakin II Xəlilullahın oğlu Bürhanəddinin h. 951 (m.1544)-
ci ildə, Dağıstanda yaşayan qaytaqlı qohumlarının yanından çıxaraq Şirvan valisi
Əlqas Mirzə ilə döyüş üçün Şirvana gəlib məğlub edilməsi və Türkiyəyə
getməsindən sonra Şirvan-Osmanlı münasibətləri yenidən təzələnmişdi. Bürhan
belə hərəkət etməklə, şübhəsiz ki, Bürhanın köməyi ilə Şirvanı ələ keçirməyin
mümkünlüyünü düşünmüş, qızılbaşlar əleyhinə ondan istifadə etməyi qərara
almışdı. Osmanlı hökmdarının onun ixtiyarına verdiyi qoşunla Şirvana tərəf
hərəkət edən Bürhan qızılbaş əsgərlərinin çoxluğunu görüb qorxuya düşmüş, türk
qoşununu Türkiyəyə geri göndərərək, əlverişli fürsət və vaxt gözləmək niyyəti ilə
yenidən Dağıstana getmişdi. H. 955 (m. 1548)-ci ildə Azərbaycana növbəti yürüş
edən Sultan Süleymana birləşmək məqsədi ilə Dağıstandan hərəkət edən Bürhan
tezliklə Osmanlı hökmdarı ilə görüşmüş və Şirvanı ələ keçirmək üçün qızılbaşlarla
savaşa girişmişdi.
49
Dövrün bir sıra mənbələrində Bürhanəli Sultanın əsasən Dağıstanda
yaşaması və İstanbulda bir dəfə olması barədə məlumat vardır. Lakin əsasən
Osmanlı müəlliflərinin əsərlərinə əsaslanan F.Kırzıoğlu Bürhanəlinin İstanbula üz
tutduğunu nəzərə çatdırıb yazır: ―Sultan Bürhanəli qaçıb, Qaytaq türklərinin
yanında yaşayırdı. Osmanlılardan yardım alıb Şirvana vardı, Əlqasın ordusunu çox
Dostları ilə paylaş: |