Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə22/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   18   19   20   21   22   23   24   25   ...   65

  
 
45 
 
təşrif  gətirməsini  gözləyirlər.  Yubanmadan  bu  tərəfə  gəlsinlər.  Çox  böyük  fürsət 
ələ  keçmişdir.  Vallah,  billah  və  tillah  ki,  bu  işə  başımızın  bircə  tükü  belə  xilaf 
deyildir‖.
142 
Belə bir şəraiti sevinc hissi ilə qarşılayan Sultan Bayazid dərhal İstanbuldan 
Nurəli  bəyə  cavab  yazaraq,  ona  bütün  adlı-sanlı  Bayanduriyyə  əmirlərinə, 
hakimlərə,  iqtidarları  İran  vəzirlərinə,  o  diyarın  böyük  adamlarına  və  əhalisinə, 
alim  və  qazilərinə,  rəiyyətin,  varlı  və  kasıblara  öz  təşəkkürünü  bildirmiş,  izzəti 
fərzəndi  olan  Sultan  Əhməd  Bayandurinin  də  onlardan  təzərrönamə  (xahiş 
məktubu)  aldığını  söyləmişlər.  Sultan  Bayazid  Ağqoyunlu  əmirlərinə  onların 
xahişinin  qəbul  olunduğunu  və  Əhməd  bəyin  yola  salındığını  bildirərək,  onun 
cansağlığının  qeydinə  qalır:  ―O,  bizim  tərbiyəmiz  altında  böyümüşdür  və  həmin 
diyarın adil sultanlarının çoxundan ədalətli və ağıllıdır‖.
143 
 Həsən  bəy  Rumlunun  məlumatına  görə,  Əhmən  bəyin  hücumunu  eşidən 
Rüstəm  şah  araz  çayı  sahilində  onunla  döyüşmüş,  lakin  tezliklə  əsir  alınıb, 
öldürülmüşdür.
144 
Əhməd  bəy  Ağqoyunlu  özünün  ilk  qələbəsini  birinci  növbədə  babasına 
bildirir. Onun həmin məktubu o zaman onunla birlikdə Azərbaycana gələn məşhur 
tarixçi Bidlisi tərəfindən yazılmışdı. Əhməd bəy bu məktubda babasına ―dövlət və 
din  düşmənlərinin  məğlub  edildiklərini  bildirərək,  özünün  artıq  Təbrizdə  taxta 
əyləşdiyini belə xəbər verir‖ ―Bütün əcəm məmləkətləri və İran ölkəsi ədalətli və 
dinpərvər  əsgərlərimizin  əlinə  keçdi.  Mən  babam  Sultan  Həsənin  (Uzun  Həsənin 
Ş.F.)  Təbrizdə  olan  məkanında  taxta  əyləşdim.  Əcəm  məmləkətlərinin  hər 
tərəfindən  məliklər,  hakimlər,  əmirlər  və  qoşunlar  ütbəbüsi  üçün  yanıma 
gəldilər‖.
145 
Əhməd bəy Ağqoyunlunun Azərbaycan taxt-tacına sahiblənməyi Türkiyədə 
böyük  sevincə  səbəb  olmuş,  xüsusi  əmrlə  toplardan  yaylım  atəşləri  açılmış, 
şənliklər təşkil edilmişdir.
146 
Osmanlı Sultanı I Bayazid (1481-1512) özünün qaynı olan və  Azərbaycan 
taxt-tacını  ələ  keçirən  Əhməd  bəyin  ―fəth  və  zəfər‖  müjdəsini  təbrik  edir,  ona 
uğurlar diləyirsə də, bu yeni Ağqoyunlu hökmdarının fəaliyyəti uğursuz olur və o, 
özünün mərkəzi dövlət hakimiyyətini möhkənləndirmək, vergi islahatı keçirmək və 
hərbçi  əyanların  mərkəzdənqaçma  siyasəti  prinsipini  pozmaq  niyyətindən  sonra, 
1497-ci  ilin  dekabrının  13-də  öldürülür.
147 
Dövlət  hakimiyyətinin  o  cür 
mərkəzləşmə  siyasətilə  həyata  keçirilmişdir.  Əhəmd  Ağqoyunlunun  belə  hərəkəti 
hərbçi əmirlərin bərk narazılığına səbəb oldu və onlar Osmanlı sarayından birbaşa 
gəlib Azərbaycan taxt-tacında əyləşən Əhmədi ―Osmanlı sülaləsinin qayda-qanunu 
əsasında hərəkət etdiyinə görə‖ təqsirkar bildilər.
148 
Əhməd  bəyin  qətlindən  sonra  hakimiyyətə  məşhur  əmir  Eybə  Sultanın 
köməyi  ilə  əvvəlcə  Sultan  Yaqubun  oğlu  Murad,  sonra  isə  Uzun  Həsənin  digər 
oğlu Yusif Mirzənin oğlu Əlvənd gətirilmişdir. Əlvənd 1498-ci ildə Təbriz taxtına 


  
 
46 
 
sahib oldu. O, hələ hakimiyyətə çıxmazdan əvvəl onun yanına gələn Osmanlı elçisi 
Pərvanə  ağanı  qəbul  etmiş  və  onu  hörmətlə  geri  göndərmişdi.
149 
Qeyd  etmək 
lazımdır  ki,  həmin  elçini  Əlvəndin  yanına  Sultan  Bayazid  deyil,  şahzadə  Səlim 
göndərmişdi.  
Şahzadə  Səlimə  cavab  yazan  Əlvənd  bəy  həmçinin  Sultan  Bayazidə  də 
namə  göndərməyi  unutmur,  çünki  onun  yazısından  məlum  olur  ki,  sultanın 
yanından  gələn  Mahmud  ağa  Çavuşbaşı  onunla  görüşmüş  və  hökmdarının 
―Bayanduri  şahzadələrin  ittifaq  etmələri  zərurətini  və  bir  neçə  məsləhətini  ona 
çatdırmışdır:  ―Əgər  əmim  həzrət  Qasım  bəy  və  Mir  Murad  məlun  qızılbaşların 
dəfinə  ittifaq  etsələr  həmin  güruhu  məğlub  edə  bilərlər.  O  həzrətdən  (Sultan 
Bayaziddən – Ş.F.) bizim təvəqqimiz ilə yer üzü o camaatın zillətindən xilas olsun 
və Bayanduriyyə (Ağqoyunlular –Ş.F.) xilafəti ələ alsın‖.
150 
Tezliklə  Sultan  Bayazid  də  Əlvəndə  məktub  yazdı.  Onun  bu  məktubu 
yazmağının  səbəbi  genişlənməkdə  olan  qızılbaş  hərəkatının  önünü  Ağqoyunlu 
şahzadə  və  əmirlərinin  köməyi  ilə  almaq  ümidi  olmuşdur.  Bu  məqsədi  həyata 
keçirmək  naminə  o,  necə  olur-olsun,  bir-biriləri  ilə  ölüm-dirim  mübarizəsinə 
başlayan  Ağqoyunlu  mirzələri  arasında  ittifaq  yaratmaq,  onların    və  ―allahın 
yardımı  ilə‖  bu  işə  hərəkatını  genişlənmədən  məhv  etmək  qərarına  gəlmişdi: 
―Məktubun çatdı. Böyük  əmin Qasım bəy və Həzrət Murad bəy arasında ittifaqın 
olmaması barədə yazdığınızı oxuduq. Qızılbaşların ortaya çıxmaları zülməti artırır, 
nuru  azaldır,  lakin  günəşin  önündə  çıraq  işığının  əhəmiyyəti  yoxdur.  O  tayfanın 
darmadağın  edilməsinə  çalışaq‖.
151 
Məktubun  sonrakı  cümlələri  daha  qəzəblidir. 
Hiss  olunur  ki,  Osmanlı  sultanı  qızılbaş  hərəkatını  yatırmaqdan  ötrü  heç  nədən 
müzayiqə etməyəcək, Ağqoyunlulara ciddi kömək göstərməyəcəkdir: ―Gərək fitnə 
qabaq  alovlanmazdan  əvvəl  onu  söndürsünlər  və  allahın  köməyi  ilə  onları  qara 
torpaqla  yeksan  etsinlər,  o  ləinlərin  adlarını  yer  üzündən  silsinlər  və  dünya 
xalqlarını öz fəth və qələbələri ilə şad və xürrəm etsinlər. Qoy bizim köməyimizi 
də  nəzərə  alsınlar.  Qoy  seyidlər,  üləmalar,  şeyxlər  bütün  məhrusə  məmləkətlərin 
rəiyyəti  hər  iki  tərəfin  dövlətinə  (Ağqoyunluların  və  Osmanlıların  –  Ş.F)  dua 
oxusunlar.  Əgər  lazım  olsa  kiçik  bir  işarə  etsəniz  biz  yubanmadan  sizə  kömək 
edəcəyik‖.
152 
 
ŞİRVANŞAHLAR DÖVLƏTİ VƏ OSMANLI İMPERİYASI 
 
XV əsrin əvvəllərində Yaxın və Orta Şərq ölkələrinin bir çoxu, o cümlədən 
də  Şirvan  diyarı  özlərinin  nominal  müstəqilliklərini  saxladıqlarına  baxmayaraq, 
əsasən iki böyük imperiyanın  – Teymurilərin və Osmanlıların nüfuzundan kənara 
çıxa  bilmir,  əslində  buna  heç  cəhd  də  etmirdilər,  çünki  ―dəryada  böyük  balıqlar 
kiçik balıqları udmalıdır‖ prinsipi ilə hərəkət edən Teymurləng və Bayazidin zəhmi 
bu ölkələri vassal asılılığı vəziyyətinə salmışdı. Buna görə də, göstərilən region iki 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə