Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə25/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   21   22   23   24   25   26   27   28   ...   65

  
 
51 
 
Fərrux  Yəsarın  hakimiyyəti  dövründə  də  Şirvan  -  Türkiyə  münasibətləri 
normal  davam  etmiş,  hər  iki  dövlətin  hökmdarlarına  müntəzəm  olaraq  yazışmış, 
ölkələr arasında elçi gediş-gəlişi olmuşdur. II Məhəmmədin (Fatehin) ―cahad‖ adı 
altında  xristian  ölkələri  üzərinə  etdiyi  hərbi  yürüşləri  alqışlayan  Şirvanşah,  ona 
yolladığı  məktubların  birində  yazırdı:  ―Salamlarınız  çatdı.  Mən  islam  qeyrətinin 
tələbinə  müvafiq  olaraq  islamiyyənin  igid  əsgərlərini  toplayıb  hər  hansı  yürüşə 
getsəniz  sizinlə  birlikdə  olcağam.  Hal-hazırda  isə  əmirlər  və  böyüklər  xələfi 
Siyaəddin  Yusif  bəyi  sizin  yanınıza  göndərdim  ki,  söhbətiniz  barədə  məlumat 
öyrənib  bizi  şad  etsin‖.
24 
S.B.Aşurbəylinin  göstərdiyinə  görə,  Şirvaşahın  Osmanlı 
sultanı  ilə  olan  diplomatik  münasibətləri,  ola  bilsin  ki,  Şirvanın  Uzun  Həsən 
tərəfindən  işğal  oluna  biləcəyi  ehtimalı  ilə  əlaqədardır.
25
  Məktubun  sonrakı 
cümlələrindən  məlum  olur  ki,  türk  ustalarının  hazırlıqları  iki  ədəd  bərgüstvan 
(zirehli  geyim  –  Ş.F.)  Fərrux  Yəsarın  tacirlərindən  Xacə  Yarəhməd  Şirvani 
tərəfindən satın alınmış, Şirvanşaha təqdim olunmuş, onun ―böyük həzzinə‖ səbəb 
olmuşdur.  Fərrux  Yəsar  özünə  məxsus  olan  zirehli  paltarlarını  sayını  daha  da 
artırmaq üçün elçi Ziyaəddin Yusif bəylə Türkiyəyə 7400 dirhəm xalis gümüş pul 
(23 kq, 680 qr.) yollamışdı.
26
 fikrimizin sübutu kimi Fərrux Yəsarın bu məktubuna 
II Məhəmmədin cavabındakı ―sizin zireh hazırlmaq  barədə etdiyiniz sifariş (bizim 
tərəfimizdən)  qəbul  edildi,  cümləsini
27 
misal  gətirmək  olar.  XV  əsr  Şərq 
dövlətlərində hökmdarlar, adətən, özlərinin siyasi fəaliyyətləri barədə bir-birilərinə 
məlumat  verir,  bir  növ  hesabat  təqdim  edirdilər.  Onlar  belə  hərəkət  etməklə 
müqabil  tərəfi  müəyyən  qədər  öz  hərbi  qüdrətlərindən  hyali  etmək  (bəlkə  də 
xəbərdar etmək, qorxutmaq) məqsədi daşıyır, bəzən də işlədikləri günahı müəyyən 
mənada  pərdələmək  və  özlərinə  bəraət  qazanmaq  məqsədi  güdürdülər.  Məsələn, 
məşhur  Səfəvi  şeyxi  Heydər  Səfəvinin  öldürülməsi  barədə  Yaqub  Ağqoyunlunun 
Osmanlı sultanı II Bayazidə məktubunda həmin qətlin başvermə səbəbi olduğunu‖, 
Gürcüstana  hücumdan  sonra  onun  ―alicənab  səltənətməab  Şirvanşahlara  qarşı 
qəlbində  olan  qədim  ədavətə  görə‖  qəfildən  Şirvana  hücum  etməsini  ―alicənab 
Şirvanşahın  (Fərrux  Yəsarın  –  Ş.F.)  onun  tərəfindən  Şirvan  qalalarının  birində 
mühasirəyə  alınmasını‖,  Şeyx  Heydərin  ―öz  zülm  əlini  müsəlmanların  qarət 
olunması üçün uzatdığını‖, Şirvanşahın Ağqoyunlulardan kömək istəmiş olduğunu 
sərkərdə  Süyelman  bəy  Bicənin,  ―həmin  fitnə-fəsadın  dəfi  üçün‖  Şirvana 
göndərildiyini  və  nəhayət Şeyx Heydərin Dərbənd  yaxınlığında  qətlə  yetirildiyini 
Osmanlı  sultanına  bildirir.
28 
Sultan  Yaqub  Osmanlı  hökmdarı  ilə  Şirvanşahın 
münasibətlərinin  dostcasına  olduğunu  bildiyi  üçün,  məhz  Səfəvi  şeyxinin 
öldürülməsinin  bu  dostluğun  qorunması  üçün  həyata  keçirildiyini  söyləyir. 
Görünür ki, məktubun bu tərzdə yazılışı Fatehi qane etmiş və o, cavab naməsində 
Sultan  Yaqubu  qətiyyən  məzəmmət  etməmiş,  ona  gələcək  fəaliyyətində  uğur 
diləmişdir.
29
 


  
 
52 
 
Beləliklə,  qeyd  etmək  olar  ki,  bütün  XV  əsr  boyu  Osmanlı  sultanları  və 
Şirvanşahlar  arasında      müntəzəm  qarşılıqlı  münasibətlər  mövcud  olmuş,  tərəflər 
bir-birilərinə elçi göndərmiş, diplomatik təmaslar daim davam etmişdir. Təxminən 
400  səhifədən  ibarət  olan  ―Xunkarnamə‖  yaxud  ―Xundgarnamə‖  əsərinin  müəllifi 
Seyid Mir Əli ibn Müzəffər Müəlla (Müali) h. 877-878 (m 1472/73-1474)-ci illər 
arasında  yazdığı  həmin  əsərində  Türkiyə-Şirvan  münasibətlərinə  də  toxunmuş 
özününü  hətta  Otluqbeli  savaşından  sonra  Şirvanda  bir  gecə  Sultan  Xəlilullahın 
qonağı olduğunu qeyd etmişdir.
30 
XVI əsrdə isə ―dünyanın böyük kişiləri döyüş və siyasət meydanında zahir 
oldular  və  qarşı-qarşıya  dayandılar.  Onlara  misal  olaraq  Fransada  I  Fransuanı, 
İngiltərədə  VIII Henrixi,  Rusiyada  IV  İvanı,  İran və  Azərbaycanda  I Şah İsmayıl 
və  I  Şah  Təhmasibi,  Türkiyədə  Sultan  Səlimi  və  Sultan  Süleymanı  göstərmək 
olar‖.
31
  Məşhur  Çaldıran  döyüşündəki  qələbədən  sonra,  Misir  və  Suriyada  da 
böyük qələbə əldə edən Sultan Səlim Şirvanşah Şeyx İbrahimə (II İbrahim, yaxud 
Şeyxşaha) göndərdiyi məktubunda özünün Orta Şərqin bu iki dövlətində əldə etmiş 
qələbəsini  xəbər  verməklə,  qarşıdakı  yeni  yürüşü  barədə  də  məlumat  verir.  Onun 
məlumatına  görə  o,  tezliklə  Şah  İsmayıl  üzərinə  yeni  hücuma  keçmək 
niyyətindədir.  Bu  xəbəri  bildirən  Sultan  Səlim  Şirvana  çatacağı  tədqirdə 
Şirvanşahdan  Osmanlı  qoşunu  üçün  azuqə  və  ülufə  hazırlanmasını  xahiş  edir.
32 
Divan katibi Heydər Çələbi tərəfindən qələmə alınan həmin məktubda Hələb, Şam, 
Qəzzə,  Qüds,  Məkkə  və  başqa  yerlərin  –  Oman  sahillərindən  Bağdada  qədər 
yerlərin artıq Sultan Səlim tərəfindən zəbtindən bəhs edilir. ―O yerlərin itaət edən 
bütün əzəmətli əmirləri bizim inayət və mərhəmətimizə nail oldular, amma üsyan 
və  tüğyan  yoluna  qədəm  basanların  hamısı  gülləyə  tuş,  qılınca  yem  oldular‖,
33
 
yazan  Sultan  Səlim  indi  təxir  etmədən  ―Şərq  diyarının  zəndıq  və  mülhidləri‖ 
üzərinə (yəni qızılbaçlar üzərinə) yollandığını bildirir. İnşallah, biz orada görünən 
zaman  o  ədalətli  cənab  (yəni  Şirvanşah  –  Ş.F.)  cürbəcür  şahənə  inayətlərimizlə 
bəhrələnəcdir‖.
34
  Osmanlı  hökmdarı:  ―qızılbaşlar  üzərinə  hücum  kafirlər  üzərinə 
cahaddan  daha  zəruridir‖  yazmaqla
35
  yenidən  şiə-sünni  məsələsini  ortaya  atır, 
Şirvanşahla  həömməzhəb  olduğunu  nəzərə  çatdırırdı.  Şirvanı  öz  nüfuz  dairəsinə 
almaqla,  demək  olar  ki,  bütün  Şirvanşahlar  dövlətinin  ərazisində  -  Dərbənd  və 
Xəzərlə Kür çayı arasındakı torpaqlarla özünün nüfuzunu genişləndirməyə çalışan 
Sultan  Səlim  həmin  məktubunda  özünün  əzəmətini  də  nümayiş  etdirir,  az  vaxtda 
bir  neçə  ölkəni  –  Azərbaycanı,  Diyarbəkiri,  bütün  Kürdüstan  məmləkətlərini 
(Cəmşgəzəkdən  Bağdada  qədər)  tutduğunu  bildirirdi.
36
  Sonra  Şirvanşah  yazır  ki, 
―mənə gəlib çatan xəbərə görə, məlum olur ki, (Şah İsmayıl) sizə elçi göndərmək 
və  özünün  sədaqətini  və  tabeliyini  bildirmək  niyyətindədir.  Əgər  onun  təzimə 
gələcək  qasidi  pis  qarşılanarsa  və  onların  (qızılbaşların  –  Ş.F.)  üzrxahlığı  qəbul 
edilməzsə,  məlumdur  ki,  o  təzədən  bu  bəndəni  vasitəçi  edəcəkdir.  Əgər  sultan 
bizim  vasitəçiliyimizlə  razılaşmazsa,  bu  iş  böyük  qovğaya  səbəb  olacaqdır.  Biz 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə