Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə27/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   23   24   25   26   27   28   29   30   ...   65

  
 
55 
 
saylı görüb, geri çəkildi. Ona Salyanə (illik vergi – Ş.F.) və arpalıqlar (ülufə - Ş.F.) 
təyin  olundu.  Beləliklə,  Şah  Təhmasibin  oğlu  ilə  qız  nəvəsi  Qanunidən  (Sultan 
Süleyman)  Şah  Təhmasib  əleyhinə  yardım  diləyib,  öz  yurdlarının  İstanbulun 
himayəsində  olmasını  məsləhət  bildilər.  Yeni  şərq  səfərinə  başlamağı  qərara  alan 
Qanuni  də,  Şirvan  və  Dağıstan  bəyləri  və  onların  xalqlarına  yazılan  ―nameyi-
humayunlar‖ını  Sultan  Bürhanəliyə  verib  onu  Gürcüstan  yolu  ilə  Şirvan  üzərinə 
hücuma göndərdi. O, öz ata-baba yurduna gəlib, oradakı sünni şirvanlılarla birlikdə 
hücum edərək İsmayıl Mirzəni qovdu, ölkəsinə sahib oldu.
50 
Məlum olduğu kimi, Əlqas Mirzənin öz qardaşı Şah Təhmasibə qarşı üsyan 
edərək,  Şirvandan  Türkiyəyə  qaçmasından  sonra  Qızılbaş  hökmdarı  şahzadə 
İsmayıl  Mirzəni  Şirvana  bəylərbəyi  təyin  etmiş  və  Şirvanşahlar  məskəni  Səfəvi 
dövlətinin bir vilayəti kimi idarə olunmağa başlamışdı. Bürhan  Şirvana yaxınlaşan 
vaxt  qızılbaş  qoşunu  Dərbənd  yaxınlığında  ona  hücum  etmiş,  ağır  məğlubiyyətə 
uğrayan  Bürhan  qaçmağa  məcbur  olmuşdu.  Mənbənin  məlumatına  görə,  ―əlində 
türk  sultanını  məktubu  olan‖  Bürhan  Şirvanda  iki  il  vali  sifətilə  qalmış,
51
  Sultan 
Süleymanın  Azərbaycandan  geri  çəkilməsi,  Əlqas  Mirzənin  öldürülməsi  və 
Şirvanın  Şah  Təhmasib  tərəfindən  rəsmən  Abdulla  xan  Ustaclıya  verilməsindən 
bərk  təşvişə  düşmüşdü.  Abdulla  xan  Kür  çayını  keçərək  Şirvana  yaxınlaşarkən, 
Şərəfxan Bidlisinin məlumatına görə, ―Bürhan onda olan xəstəlik üzündən qəfildən‖ 
vəfat etmişdi.
52
  
F.Kırzıoğlu Bürhanı ―Sünni və üləma məskəni olan Şirvanın məşru (qanuni 
– Ş.F.) hökmdarı‖ və ―igid Şirvanşah‖ adlandıraraq yazır: ―Beləliklə və h. 951  (m. 
1544)-ci  ildə  ortaya  çıxıb,  Şirvanı  Əlqas  Mirzənin  əlindən  və  sonra  da  İsmayıl 
Mirzədən  qurtarmağa  çalışan  bu  igid  yardımı  ilə  1548-ci  ildə,  baharın 
başlanğıcında  yetişmişkən,  1550-ci  ilin  ilk  günlərində  qəflətən  ölməsi  və 
Səfəvilərin güclü bir ordu ilə gəlib savaşması üzündən Şirvan yenidən düşmənləri 
qızılbaşların əlinə düşmüş oldu‖.
53
 
Bürhandan  sonra  Şirvan  taxt-tacına  sahib  olmaq  üçün  Şirvanşahlar 
nəslindən olan Mehrab Mirzə və Qurbanəlinin göstəridiyi cəhdlər baş tutmamış və 
ölkə  Abdulla  xan  Ustaclı  tərəfindən  idarə  olunmaqda  idi.  Lakin  Osmanlı  dövləti 
zəngin  Şirvanı  ələ  keçirmək  ümidindən  hələ  əl  çəkməmişdi.  H.  961  (m.  1544)-ci 
ildə Sultan Süleymanın  Azərbaycana dördüncü  yürüşü zamanı Osmanlı sultanının 
özü  Naxçıvan  istiqamətində  hərəkət  etmişdisə  də,  Şirvanşahlar  nəslindən  olan  və 
İstanbulda  sığınan  Qasım  Mirzəni  Kəfə  -  Şimali  Qafqaz  –  Dağıstan  yolu  iləm 
Şirvanı tutmağa yollamışdı.
54
 
Qasım  Mirzə  Dərbəndi  keçdikdən  sonra  onun  Şirvan  istiqamətində 
hərəkətindən  xəbərdar  olan  şirvanlıların  Abdulla  xan  Ustaclıdan  üz  döndərərək, 
Mirzə  ilə  gələn  yeniçərilərə,  Qumuq  və  Qaytaq  döyüşçü  dəstələrinə  birləşməyə 
başladılar.  Hadisələrin  sonrakı  gedişi  göstərdi  ki,  bir  neçə  min  türk  və  şirvanlı 
əsgəri ilə Buğurt qalasında müharibəyə hazırlaşan Qasım Mirzənin göstərdiyi cidd-


  
 
56 
 
cəhd  boşa  çıxmış,  Gürcüstan  qalası  ətrafında  baş  verən  döyüşdə  Abdulla  xan 
Ustaclı  qələbə  çalmışdı.  Həmin  qələbə  ilə  əlaqədar  olaraq  bu  qızılbaş  əmirinin 
Şirvandakı  hakimiyyəti  daha  da  möhkəmləndi.
55
  Osmanlı  tarixçisi  İbrahim 
Peçəvinin məlumatına görə Sultan Süleyman 962-ci ilin cəmadüs-sani ayının 9-da 
(1  may  1555)  yenidən  İrana  hücum  etməyi  qərarlaşdırmışdı,  lakin  Şah  Təhmasib 
―ölümcül  dərdə  yalnız  sülh  yolu  ilə  dəva  oluna  biləcəyini  anlayaraq‖  Türkiyəyə 
çoxlu hədiyyələrlə bir elçi heyəti yollamış, bu yeni yürüşün qarşısını almışdı.
56
 
1555-ci  ildə  Səfəvilər  və  Osmanlılar  arasında  imzalanan  Amasya  sülh 
müqaviləsinin şərtlərinə görə, Şirvan tamamilə qızılbaşların əlinə keçmiş, Türkiyə 
bir  müddət  (23  il)  Şirvanı  ələ  keçirmək  niyyətindən  əl  çəkməli  olmuşdu.  Çünki 
Türkiyə,  Səfəvilərlə  imzaladığı  1555-ci  il  sülh  müqaviləsinə  əməl  etməyi  üstün 
tutmuş, qızılbaşlarla barışığın tərəfdarı olmuşdur. Heç də təsadüfi deyil ki, Abdulla 
xan  Ustaclı  tərəfindən  məğlubiyyətə  uğrayan  Qasım  Mirzənin  sultandan  kömək 
ricasına  əməl  olunmamış,  ona  ―indiki  halda  mabeyndə  (arada  –  Ş.F.)  olan  sülhə 
müxalif  bir  vəziyyət  yaratmağın  münasib  olamdığı‖  bildirilmişdi.
57
  Lakin  sultan 
―Şirvan xanı büsbütün ümidsiz Mirzəyə hərbi kömək üçün öz qohum-əqrabası olan 
Krım Şamxala müraciət etməsini məsləhət bilmişdi.
58
 
1578-ci  ildə  III  Sultan  Muradın  hakimiyyətinin  (1574-1595)  dördüncü 
ilində 150 minlik türk ordusu Lələ Mustafa paşanın sərkərdəliyi ilə Çirvana hücum 
edərək, tez bir zamanda Ərəş, Qəbələ, Şamaxı, Bakı, Şabran, Mahmudabad, Salyan 
və  başqa  şəhərləri  ələ  keçirdi.
59
  Türk  sultanı  Bağçasarayda  yaşamaqda  olan  Əbu 
Bəkr Mirzəyə himayəçilik göstərmiş və o, Lələ Mustafa paşanın Şirvana yürüşünə 
qədər (h. 986; m. 1578) Krımda qalmışdı.
60
 Ağır vergi siyasətindən əziyyət çəkən 
rəiyyət  və  kəndlilərdən  pis  güzəranı,  qızılbaş  əmirləri  arasında  olan  düşmənçilik, 
Azərbaycan ərazisində davam edən ara müharibələri - bütün bunlar Şirvan əhalisini 
qızılbaşlar  əleyhinə  qaldırmışdı.  Şirvanın bu vəziyyətindən xəbər tutan Əbu Bəkr 
Mirzə  tezliklə  Krım  və  Osmanlı  döyüşçüləri  ilə  yürüşə  çıxdı.  Tərkibində 
Şirvanşahlar nəslindən olan bir şahzadənin qoşunla Şirvan üzərinə yollanması türk 
ordusunun sonrakı hərəkəti üçün əlverişli şərait yaratmışdı.
61
 
Tədqiqatçı  Fəxrəddin  Kırzıoğlunun  yazdığına  görə,  şirvanlıların  guya 
qızılbaşlar  tərəfindən  ―ağır  bir  sünni  vergisi  verməyə‖  məcbur  edilmişdilər  və 
bundan  xeyli  narazı  idilər.
62
  Biz  heç  bir  mənbədə  belə  bir  məlumata  təsadüf 
etmədik.  Bac  vergisini  ―sünni  vergisi‖  adlandırmaqla  Fəxrəddin  Kırzıoğlu  sünni 
osmanlıların yalnız təşəbbüskeşlik edərək sünni şirvanlıları ―qızılbaş məzalimindən‖ 
(qızılbaş zülmündən) xilas etmək üçün hücuma keçdiklərini bildirir. 
Şirvanı qızılbaşlardan alan Lələ Mustafa paşa oranın idarəsini və mühafizə 
olunmasını  ―igid  vəzir‖  Osman  paşa  Özdəmiroğluya  tapşırmışdı.  Osman  paşa 
təhlükəsizlik baxımından Şamaxını deyil, Dərbəndi özünə iqamətgah seçmiş, vəzir 
və  sərdar  rütbəsi  ilə  Şirvan  sünniləri  Dəmirqapıya  (Dərbəndə)  getməzdən  əvvəl, 
Şirvan  sünniləri  sərdarın  Şirvanı  Osmanlı  torpaqlarından  birləşdirdiyini  bilib  tez 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə