Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə35/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   31   32   33   34   35   36   37   38   ...   65

  
 
71 
 
hücuma keçib, onlara qalib gələ bilərik‖ təklifini edən və hücumun vaxtını 1519-cu 
ilin aprel ayına salan Şah İsmayıla yazılan cavab olduqca gec, 5 ildən sonra, 1524-
cü  ilin  avqust  ayında  Səfəvilər  sarayına  yetişmişdi.  Lakin  V  Karlın  ―müştərək 
düşmənimiz  olan  Osmanlı  türklərinə  qarşı  birgə  mücadiləyə  hazırıq‖  cümləsini 
oxumaq  Şah  İsmayıla  qismət  deyilmiş.  O,  1524-cü  ilin  may  ayının  23-də  vəfat 
etmişdi.
71
 
O  zaman  Osmanlı  taxt-tacının  da  sahibi  Sultan  Səlim  deyildi.  O,  Şah 
İsmayıldan 4 il əvvəl ölmüş, 1520-ci ilin sentyabr ayının 30-dan etibarən şahzadə 
Süleyman ―Sultan Süleyman‖ olmuş, imperiyaya başçılıq etməyə başlamışdı. 
Sultan  Səlimin  vəfatından  sonra  da  Osmanlı-Səfəvi  münasibətləri 
düşməncəsinə  olaraq  qalmaqdaydı.  Şah  İsmayıl  yalnız  1523-cü  ildə  Sultan 
Süleymana ilk məktubunu yazıb, onu həm taxta cülusu, həm də Rodosu fəth etməsi 
münasibətilə  təbrik  etmişdi.
72
  Lakin  sultanın  əmri  ilə  rəisül-küttab  (baş  münşi) 
Cövri Çələbi tərəfindən şaha cavab məktubu yazılmışdısa da,
73
 münasibət yaxşılaşa 
bilmirdi.  Hətta,  Şah  İsmayılın  ölümü  münasibətilə  Gilan  hakiminə  məktub 
yollayan  Sultan  Süleyman  İrana  hazırlanan  yürüşə  bu  ölüm  hadisəsinin  mane 
olduğunu  (―Ərdəbiloğlu  öldü.  Məncə,  o  qəddar  zındıqları  dəf  etmək  üçün  Şərq 
diyarına  yürüş  etmək  fikrindəydim‖),  lakin  bununla  belə  tezliklə  yürüşün  baş 
tutacağanı  (―İran  məmalikinə  hücum  edəcəyəm,  bu  işdə  o  cənabın  da  köməyi 
vacibdir‖) bildirir.
74
 
I  Səlimin  vaxtında  Azərbaycanı  işğal  etməyə  nail  ola  bilməyən  Osmanlı 
Türkiyəsi  I  Sultan  Süleyman  (hakimiyyət  illəri:  1520-1566)  zamanı  öz  ərazisini 
şərq istiqamətində  genişləndirmək  üçün dəfələrlə  cəhd etdi.
75
  Səfəvi  hökmdarının 
yaşının  azlığı  (Şah  Təhmasib  taxta  çıxarkən  10  yaşında  idi.  Ş.F.)  və  Qızılbaş 
dövləti  daxilində  əmirlərin  yüksək  vəzifələr  əldə  etmək  naminə  tez-tez  baş  verən 
qanlı  toqquşmaları
76
  Azərbaycanın  tezliklə  Türkiyə  ərazisinə  qatılması  üçün 
əlverişli  şərait  yaratmışdı.  Lakin  Osmanlı  sultanının  başı  imperiyanın  nüfuzunu 
Hindistan,  Suriya  və  Misir  istiqamətində  genişləndirməyə  və  portuqallara  qarşı 
mübarizəyə qarışdığı üçün həmin imkandan istifadə olunmadı. Buna baxmayaraq, 
hələ öndə 4 böyük hücum dururdu. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  Sultan  Süleyman  Osmanlı  taxtına  çıxdığı  ilk 
illərdən  başlayaraq  ―Şərq  diyarına‖-Azərbaycana  hücum  etmək  fikrində  idi.  Bu 
məqsədini həyata keçirmək üçünsə hər hansı bir bəhanə lazım idi. Şah Təhmasibə 
atasının  vəfatından  az  sonra  sultanın  olduqca  təhdidamiz  bir  məktubu  təqdim 
olundu.
*
  Şah  İsmayılın  1523-cü  ildə,  gec  də  olsa  Osmanlı  sultanının  taxta 
çıxmasını  təbrik  etdiyinə  baxmayaraq,  görünür  ki,  diplomatik  əlaqə  saxlamaq 
naminə  həmin  hadisə  yeni  Səfəvi  hökmdarı  tərəfindən  də  alqışlanmalı  və  hətta 
                                                 
*
 Sultanın Gilan hökmdarına yollamış olduğu məktub h. 931-ci ilin ramazan ayında  (1525-ci ilin iyul 
ayının I yarısında)  yazıdığı üçün güman etmək olar ki, Şah Təhmasibə   yazılan məktub da təxminən   
1525-ci  ilin  yay   aylarında   ünvana   çatdırılmışdır.  


  
 
72 
 
Səfəvilərin hərbi cəhətcə onlardan güclü Osmanlılardan asılılığı xüsusi olaraq qeyd 
edilməli idi.  Şah  Təhmasibə gələn  məktub təhqiramiz  ifadə və hədələrlə dolu idi: 
―Nə  üçün  sarayıma  adam  göndərib,  öz  tabeliyini  bizə  izhar  etmədin?  Ağlının 
nöqsanı  mənim  yaxın    vaxtlarda  Şərq  diyarına  hücum  edəcəyimə  səbəb  olubdur. 
Çadırımın  təkcə  Təbriz  və  Azərbaycanda  deyil,  bəlkə  də  [bütün]  İran  və  Turan 
məmləkətlərində  qurulması  müəyyən  edilmişdir‖.
77 
Sultan  Süleyman  bu  hədə-
qorxudan  sonra  Səfəvi  şahına  hətta  döyüşsüz  təslim  olmağı  təklif  edir:  ―İndi  sən    
gərək  öz  xanimanın  və  məmləkətini  taraca  vermədən  tacını  başından  çıxarıb, 
əcdadın kimi əyninə kətan parçadan paltar geyərək dərvişlik zaviyəsində əyləşəsən. 
Fərmanıma cavab göndərib, [əgər]  ərsənsə döyüşə hazır olasan‖.
78
 
Belə  sərt  yazılmış  məktub  göndərildiyinə  baxmayaraq,  Türkiyənin 
Azərbaycana hücumu 1534-cü ilə kimi ləngidi. Sultanın hücum barədə qəti qərara 
gəlməyinə  səbəb  iki  Səfəvi  əmirinin  -  Noxud  Sultan  Mosullu  (Luristan  hakimi 
Zülfüqar  xan)  və  Ölmə  Təkəlinin  (Azərbaycan  əmirəl-ümərası)  Şah  Təhmasibə 
xəyanəti  olmuşdur.  Noxud  Sultan  h.  934  (m.  1528)-cü  ildə  Bağdada  hücum  edib, 
oranı öz əlinə keçirmiş və özünün bundan sonra Azərbaycan şahına deyil, Türkiyə 
sultanına  tabe  olacağını  bildirmiş,  hətta  Sultan  Süleymana  məktub  yazaraq, 
Bağdadın  açarlarını  ona  göndərmişdi.
79
  Bir  il  sonra  Bağdada  hücum  edən  Şah 
Təhmasib  yenidən şəhəri öz  əlinə keçirmişdi.
80
 Qızılbaş  hökmdarına xəyanət edib 
―ömür kasasının hələ dolmadığına görə‖.
81
 Osmanlı sultanına sığınan Ölmə Təkəli
*
 
isə  sultanı  tez-tez  Azərbaycana  və  İraqa  hücum  etməyə  şirnikləndirir,  Şah 
Təhmasibin başının Xorasanda özbəklərlə müharibəyə qarışdığını və Azərbaycanın 
dərhal  ələ  keçiriləcəyini  bildirirdi.  Buna  görə  də,  Sultan  Süleyman  1534-cü  ilin 
yayında  böyük  bir  ordu  ilə  Azərbaycana  birinci  yürüşünü  etdi.  Artıq,  sentyabr 
ayının  sonuna  qədər,  başda  Təbriz  olmaqla  Azərbaycanın  cənub  hissəsi  Osmanlı 
qoşunları  tərəfindən  zəbt  edilmişdi.  Bu  xəbəri  eşidən  Şah  Təhmasib  Xorasandan 
çıxıb əvvəlcə Reyə, sonra isə Qəzvinə və Əbhərə gəlib çatdı. O, atası Şah İsmayıl 
kimi  əzəmətli  türk  ordusunun  önünə  çıxıb  vuruşmağın  məğlubiyyətlə 
nəticələnəcəyini  bildiyi  üçün  döyüşə  girməməyi  qət  etdi  və  özünün  bu  hərəkətini 
əsərində  belə  əsaslandırdı:  ―Onun  məktubuna  cavabda  yazdım  ki,  həzrət 
                                                 

Kiçik  Asiya  Təkə-türkmanlarından  olan,  lakin  qızılbaşlara  qoşularaq,  1511-ci  ildə,  yuxarıda  bəhs 
etdiyimiz  ―Şahqulu  üsyanı‖nda  iştirak  edən,  Sultan  Səlimin  təqibinə  məruz  qalaraq,  Şah  İsmayılın 
yanına  qaçan  Ölmə  bəy  (Üləma,  Ulama)  Şah  Təhmasib  vaxtı  bəylərbəyi  oldu,  qohumu  Çuhə  Sultan 
Təkəlinin öldürülməsindən sonra isə onun yerinə şahın baş vəziri olmaq fikrinə düşdü, lakin buna nail 
ola bilmədiyindən Türkiyəyə getdi, 1531-ci ildə Bidlis bəyliyi ona verildi, ―paşa‖ tituluna layiq görüldü, 
Sultanı Azərbaycana yürüşə tərğib etdi, özü də bir neçə dəfə hücumla Təbriz və Ərdəbilə qədər gəlib 
çıxdı. (Həsən bəy Rumlu. Əhsənüt-təvarix, Seddon nəşri, səh. 237, 239; Şərəfxan Bidlisi. Şərəfnamə, I 
cild, səh. 418- 421). Osmanlı ordusunun Azərbaycana üçüncü yürüşü  ərəfəsində Bosniyada bəylərbəyi 
olan  Ölmə  paşa  Təkəli  ―İran  barədə  yaxşı  məlumatı  və  tanışlığı  olduğu  üçün‖  İstanbula  çağırılıb 
Ərzuruma bəylərbəyi və Əlqas Mirzəyə lələ təyin edildi və yenə də Azərbaycana hərbi səfərdə iştirak 
etdi (F. Kırzıoğlu. Göstərilən əsər, səh. 180-186). 
  


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə