Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə32/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   28   29   30   31   32   33   34   35   ...   65

  
 
65 
 
Səlim  Gürcüstan  səfərindən  qayıtdıqdan  sonra,  Şah  İsmayıl  İstanbula  bu  Trabzon 
hakimindən  ―şikayət  etmək  və  padşaha  təminatı-dostanədini  yenidən  bildirmək 
məqsədilə‖ bir elçi heyəti  göndərdi.
34
 Bu  məlumatdan  görünür ki, Sultan Bayazid 
kimi,  elə  Şah  İsmayıl  da  qonşu  Osmanlı  dövləti  ilə  böyük  ixtilafa  can  atmırdı. 
Münəccimbaşıya  görə,  Sultan  Bayazid  qızılbaş  elçilərini  qəbul  etdikdən  sonra 
Səlimə  ―əmri-ali  göndərib buyurdular ki, o, ancaq öz sancağını (Trabzonu – Ş.F.) 
mühafizəyə məşğul olub, ziyadəyə (başqa torpaqlara – Ş.F.) təcavüz etməsin‖.
35
 
Kiçik Asiya şiələrinin Osmanlı sultanı və vilayət hakimləri tərəfindən təqib 
edilməsi  Şah  İsmayılın  diqqətindən  yayınmadı.  O,  şiəçiliyin  daha  da 
genişləndirilməsi  üçün  hətta  Kiçik  Asiya  şiələrinin  İran  və  Azərbaycana 
köçürülməsinə cəhd etdi. Lakin  bu xüsusda onun II Bayazidə yazdığı h. 908 (m. 
1502/03)-ci il tarixli  məktubuna sultan tərəfindən  heç bir cavab verilmədi.
36
 İki il 
sonra,  İraq  və  Farsı  fəth  edən  Şah  İsmayılı  təbrik  etmək  üçün  Sultan  Bayazid 
tərəfindən  Təbrizə  göndərilən  elçi  heyəti  Səfəvi  hökmdarı  tərəfindən  hörmətlə 
qarşılanmış, Həsən bəy Rumluya görə, ―şah Sultan Bayazidə öz məhəbbətini izhar 
etmişdi‖.
37
 
Sultan  Heydərin  bir  qızılbaş  mürşidi  kimi  fəaliyyətdə  olduğu  vaxtlarda 
Anadoludan  Həsən  Xəlifə  adlı  bir  şəxs  iki  dəfə  İrana  getmiş,  Sultan  Heydərdən 
―dəsturul-əməl‖  alaraq  Təkə  elinə  qayıtmışdı.  Deyilənə  görə,  ö  öz  elinə 
qayıtdıqdan  sonra  Sultan  Heydərin  müridlərindən  olan  Pirə  Sənan  belə 
uzaqgörənlik  etmişdi:  ―Həsən  Xəlifə  gəldi,  amma  o,  Təkə  elinə  yanar  bir  atəş 
gətirdi‖. Doğrudan da, Həsən Xəlifənin Təkə elinə apardığı atəş və qan oldu. Onun 
sonrakı fəaliyyəti bu sözlərin doğruluğunu təsdiq etdi. 
Həsən Xəlifədən sonra onun oğlu Şahqulu Təkəli öz atasının davamçısı oldu. 
Sultan  Bayazidin  hakimiyyətinin  sonlarında,  o,  bir  dəstə  Müntəşa  və  Gərmiyan 
qızılbaşları  ilə  Şah  İsmayılın  yanına  yollandı.  Təkə  elinin  hakimi  onlara  mane 
olmaq istədikdə, Şahqulu ona qarşı çıxıb, döyüşdü və qalib gəldi. Sultan Bayazidin 
baş  vəziri  Xadim  Əli  paşa  50  minlik  ordusu  ilə  ona  hücuma  keçmək 
məcburiyyətində  qaldı.  Çünki  üsyançıların  hərəkətləri  Osmanlı  dövləti  üçün  artıq 
böyük  təhlükə  yaratmışdı;  onlar  məscidləri  dağıdır,  kəndləri  yandırır,  müqəddəs 
ziyarətgahları  və  məzarları  viran  edirdilər.  Üsyanın  yatırılması  və  Şahqulunun 
öldürülməsindən  sonra,  sağ  qalan  üsyançılar  Qızılbaş  dövlətinə  qaçmaq 
məcburiyyətində qaldılar.
38
 
Osmanlıların Səfəvi dövlətinə hücum hazırlığı ilə əlaqədar bir məsələnin də 
nəzərə  çatdırılması  əhəmiyyətli  olardı.  Sultan  Səlim,  məlum  olduğu  kimi, 
qızılbaşları  müsəlman  saymamış,  bu  xüsusda  başqa  ölkə  başçılarına  da  müxtəlif 
risalə  və  fitvəlar  yollamışdır.  Cənabi-Allahın  haram  buyurduğuna  halal  deyən, 
Qurani-kərimi atəşə atan, şəriət kitablarını cıran, həzrət Əbu Bəkr ilə həzrət Ömərə 
söyüb, onların  xilafətini inkar edən, Peyğəmbər  əfəndimin  xatunu  Ayişə  anamıza 
küfr  edən  bu  qızılbaş  tayfasına  qarşı  hərb  elan  edilməsi  xüsusunda  şəriət 


  
 
66 
 
kitablarımızın  ehkamlarına  uyğun  olaraq  fitva  verdik.  Zira  onlar  kafi  olmuşlar. 
Onlarla  əlbir  olanlar  və  onların  etdiklərini  edənlər  də  kafirdirlər.  Bu  kafirlərin 
cəmiyyətini dağıtmaq bütün müsəlmanlara vacib və fərz olmuşdur. Bu iş uğrunda 
döyüşən  müsəlmanların  ölənləri  şəhid,  qalanları  isə  qazi  olacaqdır.  Öldürülən 
qızılbaşlar isə cəhənnəmlikdir!‖.
39
 
Məzəhbərin  ayrı,  dinləri  bir  olan  qızılbaşları  ―dinsiz‖  adlandıran  bəzi 
Osmanlı  tarixçiləri  də  Sultan  Səlim  tərəfindən  yazdırılan  fitvaya  tərəfdar  çıxır, 
―islam  dininə  küfr  edib,  onu  rədd  edən  Şah  İsmayıl  və  onun  qazilərinə  qarşı 
başlanacaq  savaşların  başqa  din  düşmənlərilə  edilən  savaşlar  kimi  cahad 
sayılacağını‖  bildirir,  şiələrin  ―öldürülmələrinin  cayiz,  mallarının  halal, 
nigahlarının isə batil olduğunu‖ xüsusi olaraq nəzərə çatdırırlar. Vaxtilə Ərdəbildə 
yaşayan,  sonra  Anadoluda  sığınan  Molla  Ərəb  adlı,  əsli  Xorasanlı  olan  bir  türk 
aliminin  də  Sultan  Səlimin  Azərbaycana  yürüşə  rəğbətləndirilməsində  böyük  rolu 
olmuşdur. Şiəçilik məsələsinin ciddiliyini Osmanlı sultanına anladan Molla  əörəb 
qızılbaşlar  üzərinə  hücumun  zəruriliyini  bildirir  və  sonralar,  yürüş  zamanı 
Çaldırana  qədər  gedib,  Osmanlı  əsgərlərini  hərbə  təşviq  edir.
40
  Buna  görə  də, 
Sultan Səlim özbək Şeybani xana məktub yazaraq, ona ―müştərək düşmənləri olan 
qızılbaşlara qarşı birgə yürüş etməyi təklif edir‖.
41
 
Sultan Səlimin bir müttəfiq kimi özünə cəlb etmək istəyi hökmdarlardan biri 
də Mavəra ən-nəhr dövlətinin başçısı Übeydulla xandır
*
. Osmanlı hökmdarının ona 
yazdığı  məktubda  ―Şərq  ölkələri  əhalisinin  Sufioğlunun  (Şah  İsmayılın  –  Ş.F.) 
əlindən cana doyduqları, onun qədəm basdığı yerlərdə fitnə-fəsad törəndiyi‖ və s. 
hərəkətləri  pislənilərək,  bu  şiə  hökmdara  qarşı  yürüşün  zəruriliyi  qarşıya  qoyulur. 
―Yaxın zamanda böyük bir ordu ilə hərəkət olunacaqdır. Sizə atamın zamanından 
bəri  güvəncimiz  vardır  və  Sizin  də  bu  işdə  bizə  yardımınız  lazımdır.  Tezliklə 
Sizdən  sevindirici  xəbər  gözləyirik‖  yazan  Sultan  Səlim  tezliklə  də  Übeyddən 
cavab məktubu alır. ―Siz hücum edən kimi biz də hərəkətə gəlməyi qərara almışıq. 
Elçimiz Nizaməddin Məhəmməd bəy gələn andan Səmərqənd sərhəddindən tutmuş 
Daşkəndə  qədər bütün  mirzələrə  (şahzadələrə  -  Ş.F.)  xanlara,  bahadırlara,  özbək-
cağatay  bəylərinə  tabe  olanlara  –  Çingiz  xan  soyuna  qurultay  qurub,  rafizilər 
(qızılbaşlar – Ş.F.) üzərinə yürümələri xüsusunda qərar verildi‖ – yazan Übeyd xan 
tamamilə Sultan Səlimə tərəfdar olduğunu bildirir.
42 
 
Osmanlı  sultanı  Ağqoyunlu  bəylərindən  Fərruxşad  bəyə  (O,  Sultan  Murad 
Ağqoyunlunun  vəziri  olmuşdur)  də  məktub  yollayaraq,  onu  da  ―əhli-sünnə‖ 
(sünnilər) kimi özünə həmkar olmağa dəvət edir.
43
  
                                                 
*
  Übeyd  xan  özbək  xanı  Mahmudun  oğludur.  Böyük  hakimiyyət  əldə  etmək  məqsədi  ilə  Xorasana 
hücum  edərək  Sultan  Hüseyn  Baykaranın  oğlanları  Köpək  Mirzə  və  Hüseyn  Mirzəni  məğlub  edir, 
Məşhədi tutur, Buxara Zəhirəddin Baburla (gələcək ―Böyük moğollar‖ imperiyasının başçısı) döyüşür, 
Qəcdəvan  qalası  yaxınlığında  Şah  İsmayılın  bütün  Mavəra  ın-nəhrdə  tam  müstəqil  hakimi  olur. 
Xorasanı ələ keçirmək üçün İrana hücum edir.  


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə