Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə40/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   36   37   38   39   40   41   42   43   ...   65

  
 
81 
 
məmləkət  hüdudu  və  vilayət  sərhədində  dəyişiklik  olmayacaq,  hər  yer  öz  əvvəlki 
vəziyyətində qalacaqdır‖.
130
 
Barış  müqaviləsindən  sonra  Amasyadan  başlayaraq  bütün  sərhədlər  boyu 
bir neçə il asayiş bərpa olundu.
131
 
Beləliklə,  təxminən  yarıməsrlik  gərgin  Türkiyə-Azərbaycan  siyasi 
münasibətlərindən  sonra  hər  iki  ölkə  üçün  zəruri  olan  sakitlik  dövrü  başlandı. 
Azərbaycana  doöru  yönələn  Osmanlı  yürüşlərindən  məqsəd,  heç  şübhəsiz, 
Türkiyənin  Xəzər  dənizinə  çıxmaq  və  Orta  Asiya  ölkələri  ilə  birbaşa  əlaqə 
yaratmaq  istəyi  üç  minlik  fasilədən  sonra  yenidən  alovlanacaqdır.  Lakin  sülhün 
yaranması  (müvəqqəti  olsa  da)  XVI  əsrin  II  yarısında  ilk  növbədə  Azərbaycan 
ərazisində  əmin-amanlığın  bərqərar  olmasına  və  Səvəfi  hərbi  qüvvələrinin 
müəyyən  dincliyinə  səbəb  oldu.  Türkiyə  isə  hələ  qüvvələrinin  Qərb  dövlətləri,  o 
cümlədən Avstriya, Venesiya, Macarıstan və Kiprlə öz hərbi münaqişələrini davam 
etdirirdi.
132 
Səfəvi-Osmanlı  müharibələrinin  davamını  arzulayan  Almaniyanın 
Türkiyədəki səfiri Busbekin mülahizəsinə görə, əgər İran olmasaydı, Türkiyə bərk 
şadyanalıqla onlarla (Avstriya-Almaniya bloku ilə - Ş.F.) öz haqq-hesabını çürüdə 
bilərdi.  ―Bizimlə  ölüm  arasında  İran  durur‖,  deyən  səfir  Amasya  sülhündən  bərk 
narahat olduğunu açıq-aşkar nümayiş etdirir.
133
 
Beləliklə,  hətta  mərkəzi  Avropada  Vyana  çəhərini  belə  tuta  bilən  və 
İstanbuldan İsveçrəyə qədər yerləri zəbt edən Sultan Süleyman Şah Təhmasibi əzə 
bilmədi.  ―Avropada  hökmranlıq  edən  ən  qüdrətli  türk  Sultanı  İranla  bacarmadı‖ 
yazan  Ə.Nəvai  Osmanlı  Sultanı  ilə  yanaşı  Qızılbaş  şahının  da  hərbi  məharətini 
qiymətləndirmişdir.
134
 Türkiyə Sultan Süleyman Qanuninin vəfatınadək 1555-ci il 
sülhünə ciddi riayət etmiş, İranla açıq hərbi münaqişədən çəkinmişdir.
135
 
Yuxarıda  göstərildiyi  kimi,  Sultan  Süleyman  şiə  qızılbaşlara  qarşı  sünni 
yaşılbaşların
*
  -  xanlarını  da  cəlb  olunması  üçün  canfəşanlıq  etmiş,  ―Şərq 
yürüşləri‖ndən  əvvəl  onlarla  məktublaşmışdır.  Həmin  məktublaşmanın  Amasya 
sülhündən  sonra  da  davam  etməsinə  baxmayaraq,  artıq  məktubların  məzmunu 
başqalaşmış,  cəngə  dəvət  əvəzinə  sülhə  dəvət  çağırışları  səslənmişdir.  Hücumun 
artıq  lüzumsuz  olduğu  bildirən  Omsanlı  sultanı  onlara  ―islam  əhlinin  asudəliyi 
üçün‖  Səfəvilərlə  sülh  bağladığını  xəbər  verir,  qızılbaşların  da  özbəklərin 
hakimiyyətində  olan  ―müsəlman  ölkələrinə  təcavüz‖  etməyəcəklərini  bildirirdi.
136 
Göründüyü  kimi,  bu  artıq  təcavüzkar  Sultan  Süleyman  deyil,    Səfəvilərlə  barışıq 
yoluna qədəm qoyan Sultan Süleymandır. 1556-cı ilin 16 avqustunda İstanbulda 6 
illik  tikinti  işlərindən  sonra  inşası  bitən  Süleymaniyyə  məscidinin  istifadəyə 
                                                 
*
  Hammerə  əsaslanan  F.Kırzıoğlu  yazır:  Şiə  Səfəvilərə  (F.Kırzıoğlu  heç  bir  ehtiyac  olmadan  əsərinin 
hər  yerində  ―Səfəvi‖  sözünü  türkləşdirərək  ―Səfili‖  şəklində  yazır)  ―qızılbaş‖  deyən  Osmanlılar  sünni 
özbəklərə  deyirdilər.  belə  ki,  İstanbuldakı  Venesiya  elçilərinin  raportlarında  özbək  elçisi  ―della  tesda 
verde‖ (―yaşılbaş‖), şahın elçisi ―della testa rosta‖ (―qızılbaş‖) Osmanlılar ―della testa bianca‖ (―ağbaş‖) 
və gürcü elçisi ―della testa negra‖ (―qarabaş‖) adlandırılır‖, (Bax: Fkırıoğlu. Göstərilən əsər, səh. 113). 


  
 
82 
 
verilməsi münasibətilə Sultan Süleymanı təbrik edən Şah Təhmasib
137
 bu məktubu 
ilə  sanki  dağıntı  yox,  abadlıq  işlərində  çalışmağın  cavaba  uyğun  olduğunu 
anlatmışdır. 
Süleymaniyyə  məscidinin  inşası  xüsusunda  Şah  Təhmasibin  bacısı 
Məhinbanu da tezliklə  sultanın sevimli zövcəsi Xasəgi Sultana (Xürrəm  Sultana)
*
 
təbrik  məktubu  yollamış,  məktubla  bərabər  İstanbula  həmin  məktubu  ―qiraət 
edilməkdən örtü‖ bir neçə nüsxə Quran və bir neçə ―əla xalı‖ da göndərilmişdi
138
 ki, 
bu  hərəkət  Osmanlı-Səfəvi  mədəni  münasibətlərinin  yenidən  başlanmasını  sübut 
edir. 
Məlum  olduğu  kimi,  Sultan  Süleymanın  beş  oğlu  vardı.  Birinci  oğlu 
Məhəmməd  1542-ci  ildə  vəfat  etmiş,  ikinci  oğlu  Mustafa  isə  sultanın  zövcəsi 
(Rokselena,  Xürrəm,  Xasəgi  Sultan)  tərəfindən  iftiraya  məuz  qalaraq  qətlə 
yetirilmişdi.  Üçüncü  şahzadə  Cahangir  şikəst  idi  və  erkən  yaşından  özünü 
öldürərək,  canını  bu  məlikənin  şərindən  xilas  etmişdi.  Dördüncü  Sultan  Bayazid, 
beşincisi isə Sultan Səlimə‖  idi.
139

Sultan  Səlim  gözəl  Konya  vilayətində  və  Bursada  hakimlik  etdiyi  halda, 
Sultan  Bayazid  əvvəlcə  Kutahiyyədə,  sonralar  isə  Ankarada  və  Amasyada  hakim 
                                                 
*
  Osmanlı  tarixçilərinin  Xasəgi  Sultan  (Xürrəm  Sultan)  avropalıların  isə  Rokselena  (Roxelena)  kimi 
qələmə verdikləri bu məlikə (1505-1551) kəniz sifətilə saraya gətirildiyinə baxmayaraq, sonrakı nəinki 
bütün kənizlərdən, hətta bütün saray xanımlarından üstün olur. O, ilk qadındır ki, kəniz olduğu halda 
sultanın rəsmi arvadı (―həmsəre-xas‖ – ―xasəgi‖) məqamına yüksəlir. 
Xasəgi  Sultan  ərindən  sonra  oğlu  Səlimi  Osmanlı  taxt-tacının  sahibi  kimi  görmək  istəyirdi.  Lakin 
sultanın Məhəmməd və Mustafa adlı iki şahzadə varisi də vardı. Vəziyyətin Səlimin xeyrinə olmadığını 
görən  Xasəgi  öz  siyasi  fəaliyyətinə  başlayır.  O,  əvvəlcə,  14  il  baş  vəzir  olmuş  İbrahim  paşanın 
öldürülməsinə nail olur, Ayaz paşadan sonra vəzarət mənsəbinə Rüstəm paşanı layiq görür və sultanın 
sevimli  qızı  Kaşifəni  ona  verir.  Əlqas  Mirzənin  Osmanlı  sarayına  sığınmasından  sonra  qızılbaşlarla 
müharibə  olması  va  beləliklə,  səfərdə  olan  ərinin  əvəzinə  oğlu  Səlimin  Sultanın  rəsmi  nümayəndəsi 
adlandırılması  Xasəginin  etdiyi  cəhdlərdən  idi.  Amma  buna  baxmayaraq,  Osmanlı  ordusunun  üçüncü 
yürüşü də, əvvəlki yürüşlər kimi tez və qələbəsiz başa çatdı. h. 961-ci (m. 1551) ildə yenidən başlayan 
hərbi yürüşdə Rüstəm paşa qoşun başçısı (sərəsgər) təyin edildi. O, Anadoludan Sultan Süleymana bir 
məktub  yazıb,  şahzadə  Mustafanın  guya  qızılbaşlarla  əlaqəsi  olduğu  barədə  sultana  məlumat  verdi. 
Bunu bilən sultanın əmri ilə 7 lal cəllad şahzadəni kəndirlə boğdu (Süleyman da bu qətlə pərdə dalından 
baxırdı). Bütün bu cəhdlərə baxmayaraq, Xasəgi Sultan II Səlimi ―sultan‖, özünü isə ―sultan anası‖ kimi 
görə bilmədi. Sonrakı il o, ölmüşdü  (Bax: Ə. Nəvai. Şah Təhmasib Səfəvi, səh. 311-342). 
  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Sultan  Səlimin  anası  Rokselana  idi.  Lakin  bəzi  tarixçilər  (İsmayıl 
həqqi Uzunçarşılı) Rokselananın Sultan Səlimin deyil, Sultan Bayazidin anası olduğunu söyləyirlər ki, 
fikrimizcə, bu yanlış məlumatdır. Bundan başqa, mənbələrə görə, sonbeşik Osmanlı şahzadəsinin Sultan 
Bayazid  olduğu  göstərildiyi  halda,  Sultan  Səlimin  ondan  kiçik  olduğu  barədə də  İ.  H.  Uzunçarşılının 
yanlış məlumatı mövcuddur (Bax: Prof. İsmail Hakkı Uzunçarşılı İran Şahına iltica etmiş olan Şehzade 
Bayezidin  teslimi  için  Sultan    Süleyman  ve  oğlu  Selim  taraflarından  Şaha  gönderilen  altunlar  ve 
kiymetli hediyeler. Şehzade Bayezizin İrana firari hakkında bir hulase. Turk tarih kurumu, Belleten, cilt 
XXIV, sayı 93. Ocak, Ankara, 1960, s. 104-106). Şah Təhmasibin Sultan Süleymana yazdığı bir rəsmi 
məktubda  da  Sultan  Səlimin  Bayaziddən böyük  olduğu  qeyd  edilir:  ―Şahzadə  Sultan Bayazid  və  onun 
cəhalət və cavanlığı üzündən atasına və böyük qardaşına (Sultan  Səlimə - Ş.F.) qarşı etdiyi  ədəbsizlik‖. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə