Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə41/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   37   38   39   40   41   42   43   44   ...   65

  
 
83 
 
olmuşdu.  Ona  pis,  ögey  qardaşı  Səlimə  isə  yaxşı  münasibətdən  narazı  qalan 
Bayazid  ―Mənim  padşahım,  mənim  dövlətim,  mənim  sultanım‖  deyə  müraciət 
etdiyi  atasına  ―Ankaradan  məni  Çoruma  göndərdin  vəziyyətim  çox  pisdir. 
İnsafdırmı  ki,  mən  Ankaradan  belə  bir  yerə  gəlim,  amma  Səlim  xan  Bursada 
qalsın?‖ yazaraq tez-tez şikayətlənirdi.
***
 Nəhayət, belə vəziyyət böyük narazılığa 
səbəb oldu və Konya yaxınlığında baş verən döyüşdə, Sultan Səlim qardaşına qalib 
gəldi  (h.  966-cı  ilin  şəban  ayı;  m.  1559-cu  ilin  iyunu).  Çarəsiz  qalan  Sultan 
Bayazid oğlanları Urxan, Osman, Mahmud
****
  və  Abdulla  ilə  Səfəvi  dövlətinə  üz 
tutdu.  Onun  10-12  min  əsgərdən  ibarət  böyük  ordusu  da  sərhədi  keçərək,  onunla 
birlikdə Şah Təhmasibin yanına yollandı. 
Qeyd  etmək  lazımdır  ki,  Sultan  Bayazid  Osmanlı  torpağından  qaçmazdan 
əvvəl  sığınacaq  barədə  Şah  Təhmasibə  məktub  yazaraq,  onun  razılığını  almışdı. 
Belə  bir  fürsutin  ələ  düşməyindən  sevinən  Səfəvi  hökmdarı  özünün  gələcək 
planları naminə (əvvəllər qızılbaşların hakimiyyəti altında olan Bağdadın yenidən 
onlara  qaytarılması,  Kərbəlanın  şiə  məzarları  üzərində  nəzarətin  qızılbaş 
seyidlərinə tapşırılması, xüsusilə, bu işdən çoxlu var-dövlət əldə edilməsi)  dərhal 
Osmanlı  şahzadəsinin  məktubuna  cavab  yazır:  ―sizin  məhəbbətlə  dolu  naməniz 
şadlığımızı  artırdı.  Gəlişinizlə  əlaqədar  vilayətdə  çaxnaşma  olmamasından  ötrü 
fərman  verildi  ki,  Şahqulu  Sultan  Ustaclı...Naxçıvana  getsin  [həmçinin]  sizi     
qarşılamaq üçün  Azərbaycan  vəziri Ətaullanın adına bir fərman  göndərdim ki,  o, 
Naxçıvanda zəruri işlərlə məşğul olsun. O, sizinlə və sizin adamlarınızla  birlikdə 
darüs-səltənəyə  (Təbrizə  -  Ş.F.)  gedəcəkdir.  Darüs-səltənədə  isə,  bizim 
mehmandarımız sizin xidmətinizə yetəcəkdir. O yerlərin imarət, ev və bağ-bağatını 
seyr  etdikdən  sonra  bizim  səltənət  paytaxtımıza        gələcəksiniz.    [Təbriz]  darüs-
səltənəsindən çıxandan sonra sizi istiqbal etmək üçün dövlət başçıları və əyanlar də 
dəstə-dəstə  önünüzə  çıxacaqlar.  İnşallah  o  həzrət  (Sultan  Bayazid  –  Ş.  F.)  böyük 
ehtiramla  yanımıza  gələcəkdir.  Sizə  köməklikdə  heç  nədən  heç  bir  vəchlə 
müzayiqə olunmayacaqdır‖.
140 
Bu  məktubun  sonrakı  cümləsi  Şah  Təhmasibin  əvvəlcə  bu  məsələyə 
ehtiyatla  yanaşdığını  göstərir  və  məlum  olur  ki,  Osmanlı  şahzadələri  arasında 
ixtilafdan  xəbərdar  olan  Səfəvi  hökmdarı,  Bayaziddən  rəsmi  rica  gözləyirmiş. 
―Sizin  naməniz  gəlməzdən  əvvəl  bir  qədər  tərəddüd  edirdim.  Məktubunuzu 
alandan sonar biz də o səltənətpənahı (Sultan Bayazidi - Ş. F.) özümüzün izzətli və 
əziz fərzəndi etdik‖.
141
 
Sultan  Bayazidin  fərar  xəbərinin  eşidən  Sultan  Süleyman  dərhal  Ərdəhan 
sancaqbəyisi  Sənanı  Səfəvi  sarayına  yollayaraq  ―bədxasiyyət‖  oğlunun  ona 
                                                 
***
İstanbulun  Topqapı  muzeyində  Sultan  Bayazidin  atasına  öz  əli  ilə  yazdığı  23  məktub 
saxlanılmaqdadır. 
****
 Urxan-Çorum sancaqbəyisi, Osman-Şərqi Qarahisar sancaq bəyisi, Mahmud-Canik sancaqbəyisi idi. 
 


  
 
84 
 
sığınacağı  təqdirdə,  bu  hadisənin  ―məmləkət  rəiyyətinə  əzab-əziyyət 
verməməsindən  ötrü‖  geri  qaytarılmasını  xahiş  edir.  Zahirən  xahiş  kimi  görünən 
həmin  məktub  tələbi  xatırladır.  Orada  1555-ci  il  ―əhdnamə‖si  də  yada  salınır 
(―aramızda bağlanmış məhəbbət və sədaqət sazişi‖), aradakı sülhün pozula biləcəyi 
ehtimalına işarə edilir. 
Sultan Bayazidin Səfəvi dövlətinə sığınması və üç ilə yaxın orada yaşaması 
barədə  o  dövrün  müəllifləri  Qazi  Əhməd  Qəffari,  Qazi  Əhməd  Qumi,  Həsən  bəy 
Rumlu, İsgəndər bəy Münşi, Mustafa Ali, Sarı Abdulla Əfəndi, Busbeq, Hammer 
və  başqaları  ətraflı  məlumat  vermişlər.  Elə  Şah  Təhmasibin  özü  də  ―Təzkirə‖ 
əsərində  bu  məsələnin  baş  verməsini  və  ona  münasibətini  belə  bildirir:  ―Sultan 
Bayazid Amasyada qoşun toplayır ki, qardaşı Sultan Səlimlə döyüşsün. Öz-özümə 
deyirdim  ki,  onların  nə  həddi  var  ki,  həzrət  xandgar  sağ-salamat  taxtda  əyləşdiyi 
halda bir-birləri ilə [taxt üstündə] döyüşələr? Yadigar bəy Pazukinin  yanına adam 
yollayıb,  sərhədlərdə  bunun  öyrənilməsini  tapşırdım.  Onun  casus  və  mülazimləri 
gəlib,  Sultan  Bayazidlə  birlikdə  olan  Əlqasın  iki  mülazimini  də  özləri  ilə 
gətirdilər‖.
142
  Sonra  qardaşlar  arasında  Konyada  baş  vermiş  döyüş  və  Bayazidin 
məğlubiyyətindən  bəhs  edən  Şah  Təhmasib  məğlubiyyətə  uğrayan  şahzadənin 
onun  yanına  adam  yollayaraq,  1500  tümən  qızıl  pul  istədiyini  və  həmin  borsu 
―atasının  taxtını  tutandan  sonra  qaytaracağını‖  vəd  etdiyini  bildirir:  ―Mən  bu 
sözlərdən təəccüblənib dedim ki, bu adam Əlqasdan da ağılsızdır. Əvvəla, ona görə 
ki,  mən  həzrət  xandgarla  uzun  müddətdir  ki,  sülh  etmişəm.  Niyə  sənə  borc  qızıl 
verim?  Bundan  başqa,  sən  məgər  1500  tümənlə  xandgarla  düşmənçilik  edə 
bilərsənmi?‖.
143
 
Sonra  Şah  Təhmasib  şahzadə  Bayazidə  öz  ölkəsində  sığınacaq  verdiyini 
əsaslandırmağa  çalışır.  O,  Sultan  Süleymana  göndərdiyi  bir  məktubda  Sultan 
Bayazidi  hələlik  Osmanlı  sarayına  göndərə  bilməyəcəyini  açıq-aşkar  bildirir  və 
şahzadə Mustafanın Sultan Süleyman tərəfindən öldürüldüyünü bir daha xatırladır: 
―O  şahzadə  (yəni  Sultan  Bayazid  -  Ş.  F.)  torpaqlarımızın  yaxınlığına  görə 
özünü  bu  diyara  atmış  və  məhəbbət  və  dostluğumuzun  möhkəmlənməsi  qayda-
qanunu əsasında bizi (yəni Şah Təhmasibi - Ş. F.) tövbə etmək və üzr istəmək üçün 
bir  vasitə  bilmişdir.  O  şahzadənin  vəziyyət  [kitabının]  səhifələrindən  peşmançılıq 
oxunmaqdadır.  Amma  o  deyir  ki,  əgər  məni  o  tərəfə  yollasanız,  [atam]  məni  də 
Sultan Mustafa kimi qətlə yetirəcək və mənim qanım sizin boynunuzda qalacaqdır. 
Məhz  buna  görə  də,  bu  sədaqətli  dost  onun  geri  göndərilməsini  dayandırdı‖.
144
 
Beləliklə,  ―sədaqətli  dost‖un  naməsindən  bilinir  ki,  Şah  Təhmasib  Osmanlı 
sarayında  baş  verən  hadisələrdən  vaxtaşırı  hali  olmuşdur.  ―Təzkirə‖sində  Şah 
Təhmasib Osmanlı şahzadəsinə öz ölkəsində yer verməyəcəyi təqdirdə, onun qaçıb 
başqa  bir  ölkəyə  getmək  ehtimalına  işarə  edib  yazır:  ―Mən  əmirlərə  dedim  ki,  o, 
bizim ölkəyə gəldiyi üçün onu başqa yerə getməyə qoymaq olmaz. Əgər belə olsa, 
xandgar  buna  pis  baxa  bilər‖.
145
  Demək,  Şah  Təhmasib  şahzadəyə  sığınacaq 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə