Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə39/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   35   36   37   38   39   40   41   42   ...   65

  
 
79 
 
qarşısına  çıxmışdı.
115
  ―Əgər  indi  sən  də  mənim  mərdlik  və  mərdanəliyimi 
müşahidə  etmək  istəyirsənsə,  pərdə  arxasında  əyləşən  qadınlar  kimi  deyil,  şir 
ovlayan nəhənglər kimi top-tüfəng qalasından çıx
*
 və bizi ilahi qüdrətimizi gör!..  
Həmin  məktubda  Sultanın  dördüncü  yürüşü  üçün  fitva  verərək  sünni 
üləmaları  da  tənqid  olunur.  Bu,  artıq  Şah  Təhmasibin  ideoloji  mübarizəsidir: 
―Məlumunuz olsun ki, biz sizin üləmaları bir neçə xüsusiyyətə görə kafir, fitnəkar, 
bədbəxt  və  üzüqara  sanırdıq.  Onların  əksəriyyəti  rəsulullah  evinə  ədavət  edir. 
Sünniliyə öz müstəqil münasibətini bildirən Şah təhmasib sonra şiələrin və şiəliyin 
tərifinə  keçir.  ―Osmanlıların  və  Mərvani  davamçılarının  məzhəb  və  qanununun 
şərəfsizliyinə və rüsvayçılığına baxmayaraq, siz şiə tayfasına ―rafezi‖ demiş, onları 
―şiəye-şəniyye‖  (―murdar  şiə‖)  adlandırmısınız  .  Həzrıte-kainatın  (Məhəmməd 
peyğəmbərin – Ş.F.) dövründə onlara heç kim belə deməzdi‖.
116
 
―Yazmısan ki, üç illik yaraq-yasaq hazırladığından sonra, ağır qoşunla dörd 
bir tərəfdən İrana yollanırsan. Sən beş dəfə bu diyarı tutmaq və viran etmək üçün 
üç yüz minlik qoşunla gəlmisən
*
. Qüvvət və qüdrət toplamısan ki, [burada] beş gün 
qala  biləsən.  Sən  gərək  mənə  yazdığın  layiqsiz  məktubun  bu  cavabını  oxuyub 
cəhalət  və  ədavəti  tərk  edəsən,  peyğəmbər  şəriətinə  tabe  olasan,  islam  əhlinin 
yolunu tutasan, inadı yerə qoyasan və səadət tapasan‖.
117
 
Osmanlı  ordusunun  Azərbaycana  dördüncü  yürüşü  xüsusunda  Şah 
Təhmasibin  ―Təzkirə‖sində  də  məlumat  vardır.  Orada  deyilir  ki,  əmir  Həsən  bəy 
Yüzbaşının  Osmanlı  ordusuna  hücum  etmək  barədəki  təklifinə  şah  razı  olmamış, 
―mən  qəfildən  onlara  hücum  edib,  qanlarına  bais  ola  bilmərəm‖  demişdir.  Şah 
Təhmasib  yazır:  ―Onların  ―gəlin  döyüşək‖  sözlərindən  məlum  olur  ki,  neçə  dəfə 
sizi  cəngə  çağırdıqsa  da,  gəlmədiniz,  qaçdınız  və  biz  buna  görə  də  geri  qayıdırıq. 
Xülasə, bundan üç  gün sonra xandgar geri qayıtdıq. Sonra Şahverdi Sultan  mənə 
dedi  ki,  əgər  əmr  etsəniz,  biz  irəli  gedər,  Arazda  toplanan  qoşuna  hücum  edərik. 
Razılaşmadım‖.
118
  Sultan  Süleymanın  ikinci  vəziri  İsgəndər  paşanın  və  ərzurum 
hakimi  Ayaz  paşanın  Səfəvi  əmir  və  vəzirlərinə  göndərdiyi  məktublar 
(―Məlumunuz  olsun  ki,  biz  bundan  əvvəl  də  siz  tərəfə  məktub  yollamışdıq, 
məqsədimiz  sərhəd  vilayətlərin  əmirləri  arasında  sülh  olmasıdır.  Əgər  onlardan 
sədaqət  görünsə, bu tərəf də sədaqətə əməl edəcəkdir‖),
119
 Şah Təhmasibin dövlət 
başçıları Şahqulu Xəlifə, Sevindik bəy Qorçibaşı,  Məsum  bəy Səfəvi və  Bədrxan 
Əmirdivanın  birgə  yazdıqları  məktub
120
  hər  iki  ordunun  artıq  döyüşlərdən 
bezdiyini göstərir. Lakin Sultan öz qürurunu sındırmaq istəmir. ―Məktubunuz gəldi. 
                                                 
*
  Tür  tədqiqatçısı  F.Kırzıoğluya  görə,  Sultan  Süleyman  doğrudan  da  ikinci  ―Şərq  səfəri‖ndən  sonra 
―xəstəhal olduğundan‖ heç bir hərbi döyüşdə şəxsən iştirak etmir, yeni ölkə və vilayətlərin zəbti üçün 
vəzir və paşalarını yollayırdı. 1552-ci ilin baharında 59 yaşlı sultan Macarıstan üzərinə yeni yürüşə də 
öz vəzirini yollamışdı və özü ―ovlaqlarda ov edərək‖ istirahətlə gün keçirməkdə idi. (Bax: F.Kırzıoğlu. 
Göstərilən əsər, səh. 209-210). 
*
  Şah  təhmasib  ―beş  hücuma  işarə  etməklə  görünür  ki,  Sultan  Səlimin  1514-cü  ildə  Azərbaycana 
yürüşünü də nəzərdə tutmuşdur.  


  
 
80 
 
Bizim  xidmətimizdə  olan  vəzir  və  qulların  siz  tərəfə  heç  bir  sülh  məktubu 
göndərilməmişdir.  Bizim  üçün  nə  zərurət  vardır  ki,  sizinlə  sülh  bağlamağı 
arzulayıb  məktub  göndərək?  Sülhə  çatmaq  istəyirsinizsə,  bilin  ki,  sülh  qapısı 
bağlıdır. Əlacsız  qalıb zəbun  olanlar sülh  xahişi elə  xahişi  edə  bilərlər‖.
121 
Sultan 
Süleyman  yenə  də  qızılbaşları  kafir  adlandırır:  ―Kafir  kimə  deyirlər?  Əgər  kafir 
yalnız  ölkəsində  kilsə  olan  adamlardırlarsa,  ölkənizdə  kilsə  yoxdur,  lakin  siz 
imamın və islamın kimi və nə olduğunu bilmirsiniz‖.
122
 ―Sonuncu namənizdə sülh 
əhvalı  zikr  olunmuşdur.  Əgər  sülh  istəsəydiniz,  öz  məmləkətinizdə  oturub,  fitnə-
fəsada  başlamazdınız.  Əgər  həqiqətən  sülh  istəyirsinizsə,  bir  adam  göndərin  ki, 
təklifinizə cavab verilsin‖.
123
 
Lakin  sultan  yenə  də  özünün  Azərbaycana  etdiyi  hücumlara  bəraət 
qazandırır:  ―Şərq  məmləkətləri  üzərinə  bizim    tərəfimizdən  hər  dəfə  yürüş 
edilərkən, bilin ki, bunlar məhz islam qayda-qanununu himayə etmək və dini işlərə 
riayət olunması üçün edilmişdir‖. Sultanın bu məktubunda hədə-qorxu duyulsa da, 
nəhayət  sultan  bildirir:  ―Əgər  sizin  xatırlatdığınız  əhdi-peyman  etibarlıdırsa 
özünüzün mötəbər əmirlərinizdən birini bizim tərəfə yollayın və verdiyiniz söz və 
şərtdən kənara çıxmayın‖.
124
 Tezliklə Şah Təhmasibdən cavab məktubu alan Sultan  
Süleyman orada bu cümlələri oxuyur: ―Fərruxzad bəy Eşikağasını risalət təbliği və 
sədaqət təkidi üçün ali dərgaha göndərdik. Qoy sülh elə möhkəm olsun ki, bundan 
sonra bütün islam əhli, əsgər ya rəiyyət olmasından asılı olmayaraq, əmin-amanlıq 
beşiyində  asudə  və  xoş-hal  yaşasın!  Qoy  həmişə  yazışma  və  elçi  gediş-gəlişi 
davam etsin!‖.
125
 
Heydər  Evoğlunun  ―Münşəatı‖nda  dərc  olunan  başqa  bir  məktubunda  isə 
Şah Təhmasib Osmanlı-Səfəvi döyüşlərinin başvermə səbəblərini izah edir, Əlqas 
Mirzəni,  Osmanlı  sərhəd  əmiri  İbrahim  paşanı,  ―sərhədləri  qoruyan  bəzi  alçaq 
adamlar‖  təqsirləndirir,  sülhün  Türkiyə  ərazisindən  keçib  Beytullaha  gedən 
zəvvarlar üçün zərurət olduğunu bir daha xatırladır.
126
 beləliklə, Sultan Süleymanın 
razılığından  sonra,  iki  elçi  heyəti  -  əvvəlcə  Şahqulu  bəy  Qacarın,  az  sonra  isə 
Fərruxzad  bəyin  başçılıq  etdiyi  heyətlər  Türkiyəyə  yollandı.  Müqavilənin  dəqiq 
imzalanma  günü  məsələsində  İran  və  Osmanlı  tarixçilərinin  məlumatlarını 
hərtərəfli araşdıran O.Əfəndiyevin fikrincə, həmin sülh 1555-ci ilin may ayının 29-
da  imzalanmışdır.
127
Alman  müəllifi  Hammerin  yazdığına  görə,  Amasya  sülhü 
Osmanlı  imperiyası  və  Səfəvi  dövləti  arasında  imzalanmış  ilk  rəsmi  sülh 
olmuşdur.
128 
Amasya  müqaviləsinin  şərtlərinə  əsasən  Gürcüstanın  qərb  vilayətləri 
(İmeretiya,  Meqreli  və  Qori)  Türkiyənin,  şərq  vilayətləri  isə  (Mesxetiya,  Kartli, 
Kaxetiya) Səfəvilərin, həmçinin, ermənilər yaşayan torpaqların qərbi Osmanlıların, 
şərqi isə qızılbaşların hakimiyyəti altına keçməsi haqqında İsmayıl Uzunçarşılının 
fikri yanlışdır
129
 və heç bir sərhəd dəyişikliyinin müqavilə olmadığı barədə Sultan 
Süleymanın  özünün  Şah  Təhmasibə  belə  bir  məlumatı  vardır:  ―Sülh,  vaxtı 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə