Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə42/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   38   39   40   41   42   43   44   45   ...   65

  
 
85 
 
verilməsini  özünün  xeyirxahlığı  kimi  qələmə  verir  və  sonrakı  cümlələrdə  Sultan 
Bayazidin Osmanlı taxtını ələ keçirmək planını açıb göstərir: ―Təbrizdə   olarkən o 
mənə  yazmışdı  ki,  ―siz  də  Təbrizə  gəlin,  biz  iki  bölük  olub,  birimiz  Bağdada  o 
birimiz isə Vana   hücum edək.   Sultan Səlim bölüyün birinin qarşısına çıxacaq, o 
biri  bölüyün  önünə  isə  heç  kim  çıxmayacaq.  Xandgarın  bütün  qoşunu  mənə 
tərəfdardır  və  məni  istəyir  (eynən  Əlqas  Mirzənin  türk  sultanına  dediyi  kimi:    
―Qızılbaşlar  məni  istəyirlər.‖  -  Ş.  F.),  xandgar  İstanbulda  bu  xəbəri  eşidənədək 
bütün qoşun mənim yanıma gələcək‖. Mən cavabında yazdım ki, Qəzvinə gəl, qoy 
birgə fikirləşək, hər nə məsləhət görülsə, elə də edərik‖.
146
 
Şah  Təhmasibin  sonrakı  məlumatından  bəlli  olur  ki,  o,  1555-ci  il  sazişinə 
ciddi  əməl  etməyi  qərara  almış  olduğundan  Sultan  Bayazidin  Türkiyəyə  birlikdə 
hücum  planına  razı  deyildir.  O,  belə  yazmaqla,  eyni  zamanda  sultanın  Əlqas 
Mirzənin sözlərinə uyub Azərbaycana hücum etməsini onun dövlətinə olan xəyanət 
və pislik kimi qələmə verərək, ötən illərə qayıdır: ―Bizim elçilərimiz üç dəfə həzrət 
xandgarın yanına getmişlər, amma o, bizim dərvişanə töhfəmizə lazımi əhəmiyyət 
verməyərək,  Əlqas  bizim  yanımızdan  qaçıb  oraya  gedən  vaxt,  yerindən  qalxıb  bu 
tərəfə gəldi. Mən heç cürə qavraya bilmirəm ki, padşahlar belə sözlərə inanıb necə 
öz yerlərindən tərpənə bilərlər?‖. 
Şah  Təhmasib  Türkiyəyə  qarşı  özünün  xeyirxahlığını  bəyan  edərək, 
Bayazidin  planına  əsla  tərəfdar  olmadığını  belə  göstərir:  ―Mən  əsla  onun  sözünə 
inanıb yerimdən tərpənmədim və öz ədəbimi olduğu kimi hifz etdim. Əlimdən bir 
iş  gəlməsə  də,  onun  ölkəsinə  gedib,  oradakı  torpaqların  hamısını  yandırıb-
yaxardım  və  bundan  sonra  onların  bütün  gediş-gəliş  yolları  qapanardı.  O  vaxt 
həzrət xandgar İstanbulda idi. Əgər istəsəydim, Diyarbəkiri, Ərzurumu və Vanı elə 
hala salardım ki, o yerlərdə abadlıqdan əsər-əlamət qalmazdı‖.
147 
Sonra,  Şah  Təhmasib  Sultan  Bayazidin  sonrakı  planını  açıb  göstərərək 
(―Qoy  mənim  iki  oğlum  sizin  yanınızda  [girov]  qalsın,  ikisi  isə  mənim.  Siz 
Ərzuruma,  mən  isə  Bağdada  hücum  edim‖),  həmin  planın  onu  qətiyyən 
şirnikləndirmədiyini  belə  bəyan  edir:  ―Mən  sultan  Bayazidə  dedim  ki,  xandgar 
yaxşı iş görməyərək, Əlqasın sözü ilə mənim üstümə gəldi. Yoxsa, mən də başqa 
bir nəfərin sözü ilə elə hərəkət edib, sülh və əhdi pozum? Məsləhət gördüm ki, elçi 
yollayıb  onun  günahının  bağışlanmasını  sizdən  xahiş  edim.  Əgər  hökm  etsələr, 
onun adamlarını  tutub  saxlaram, yaxud da  [Ruma] göndərərəm‖.
148 
Hadisələrin davamı isə göstərir ki, istər Sultan Süleyman, istərsə də Sultan 
Səlim tərəfindən dəfələrlə xahiş və hökm edildiyinə baxmayaraq, Səfəvi hökmdarı 
Sultan Bayazidi və onun çoxsaylı qoşununu iki ildən çox öz yanında saxlamış, bu 
hadisədən  istifadə  edərək,  Rum  padşahından  intiqam  almağa  çalışmışdır.  Lakin 
aylar ötdükcə, vəziyyət gərginləşməyə başlayır, Sultan Süleyman və Sultan Səlim 
Türkiyədə,  Şah  Təhmasib  və  Sultan  Bayazid  qızılbaşlar  diyarında  həyacan 
keçirirlər. 


  
 
86 
 
Sultan  Süleymanla  şahzadə  Səlimin  Şah  Təhmasibə  bir-birinin  ardınca 
yolladığı  məktublarda  Sultan  Bayazid  əhvalatının  iki  ölkə  arasında  müharibəyə 
səbəb olacağı bildirilir, ―hər iki tərəfin rəiyyətinin asudə  və rahat, şəhərlərinin isə 
abadan‖  qalması  naminə,  şahzadənin  geri  qaytarılmasında  təkid  olunur.
149
  Şah 
Təhmasib  həmin  məktublara  da  etinasız  qalıb.  Osmanlı  şahzadəsini  Osmanlı 
sarayına göndərmir. Hətta onun əfvini xahiş edir: ―Şahzadə Sultan Bayazid barədə 
yazılan məktub bu yaxşılıq sevənin mütaliəsinə çatdı, [onu] insaf baxımından fikrə 
qərq etdi və həmin mütaliə nəticəsində həqiqət işığı gözə göründü. Aramızda olan 
sədaqət  və  dostluq  qayda-qanununun  möhkəmlənməsi  naminə  bu  dost  (yəni  Şah 
Təhmasib  -  Ş.  F.)  onun  əfv  olunmasını  xahiş  etdi.  O,  düşmənlərinin  yox, 
dostlarının yanına gəlmiş, indi isə etdiyi işlərdən peşman olmuşdur‖.
150 
Şah  Təhmasibin  öz  inadından  dönməyəcəyi  Osmanlı  sarayında  məlum 
olduqdan  sonra,  Sultan  Süleymanın  icazəsi  ilə  ikinci  vəzir  Məhəmməd  paşa  və 
Sultan Səlimin lələsi Mustafa paşa da Səfəvi hökmdarına ayrı-ayrılıqda məktublar 
yazıb, təkidlə şahzadanin geri qaytarılmasını xahiş edirlər.
151
 Lakin bu məktubların 
da yaranmış vəziyyətə heç bir təsiri olmur. Bu müddət ərzində ―göz dustağı‖ olan 
Osmanlı  şahzadəsi  isə  yeni  plan  sızır.  ―O  istədi  ki,  Gilan,  Mazandaran,  Herat, 
Qəndəhar, Sistan, Məşhəd, Şiraz, Kirman və Azərbaycanın sərhəd əmirlərinə töhfə 
göndərsin  Sultan  Bayazid  deyirdi  ki,  orus  (rus  -  Ş.  F.)  padşahı  mənimlə  dostdur. 
Onun  yanına  adam  yollayıb,  deyərəm  ki,  mən  xandgarın  düşməniyəm.  Ondan 
kömək alıb, Çərkəzi ələ keçirib, Krım, Noqay, Orus (Rusiya - Ş. F.) və Çərkəzdən 
çoxlu  ləşkər  yığıb,  əlim  çatan  yerlərdə  xandgarın  ölkəsini  qarət  edərəm‖.  Lakin 
Şah  Təhmasib  yenə  də  onun  sözlərinə  məhəl  qoymur.  İş  o  yerə  çatır  ki,  Sultan 
Bayazid  daha  qəti  tədbirə  əl  ataraq,  Şah  Təhmasibə  qarşı  sui-qəsd  etmək,  onu 
―Rumdan özü ilə gətirdiyi‖ içinə zəhər qatılmış halva ilə zəhərləmək istəyir. Lakin 
bu baş tutmur, məsələnin üstü açılır və Sultan şahın əmri ilə həbs edilir.
152 
Bu  xəbər  Türkiyəyə  çatdıqda,  Sultan  Bayazidin  öz  ölkəsinə  qaytarılması 
üçün  Sultan  Süleyman  900,  Sultan  Səlim  isə  300  qızıl  sikkə  boyun  olub,  Fars 
qalasını da qızılbaşlara qaytarmağı vəd etdilər. Şahzadənin geri  alınmasından  ötrü  
Osmanlıların  ―hər    hansı    bir  şərti    qəbul  edəcəklərini‖  görən    Şah  Təhmasib 
tələblərinin sayını artırdı. Bundan bərk  əsəbiləşən Sultan  Süleyman dərhal hücum 
etmək fikrinə düşdü. ―Münşəati-səlatin‖də yazılır: ―Sülh  müqaviləsi bağlandıqdan 
sonra  Şah  Təhmasib  tərəfindən  bir  sıra  bəyənilməz  hərəkətlər  zahir  olduğu  üçün 
qərara  gəlmişəm  ki,  fitnə-fəsad  adamlarının  dəf  olunması  üçün  bir  tədbir 
görüm‖.
153
  Doğrudan  da  o,  Səfəvi  dövlətinə  hücum  planını  gerçəkləşdirmək  üçün 
tədbir  görməyə  başlayır  və  dərhal  özbək  hökmdarı  PirMəhəmməd  xana  namə 
yollayır:  ―Oğlum  Bayazid  öz  qüruru  üzündən  diyari  -  şərqə  vardıqda,  şahın 
xəbisliyinə  görə  aramızdakı  sülhə  müxalif  bəzi  xoşagəlməz  vəziyyət  və  hərəkət 
görünmüşdür.  [Biz]    bundan  sonra,  onun  yalanlarına  inanmayıb  hücum  etməyi 
qərara  almışıq.  Siz  və  sizin  əcdadınız  hamılıqla  islam  dindarlığınız  və  sünni 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə