Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə44/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   40   41   42   43   44   45   46   47   ...   65

  
 
89 
 
məbədlərini  məscidlərə  döndərələr  islamla  müşərrəf  olmayan  o  firənglərin  hər 
birini  qətlə  yetirib,  cəhənnəmə  yollayalar.  Bu  xeyirxah  xəbər  dövlətxahınız  olan 
mən  kimi  bir  dost  bəndəyə  çatdıqda  dua  etməyə  başladı  və  bu  sadiq  bəndənin 
qələmrəvində (ölkəsində - Ş. F.) olan hər bir qəsəbə və şəhərə adam göndərildi ki, 
üləmalar və zahidlər Quran oxumağa başlasınlar və mən özüm də xətmi-Quran və 
dua ilə məşğul oldum‖.
166
 
Sultan  Səlimin  tamamilə  doğru  yolda  olduğunu,  yəni  öz  qoşunları  olan 
müsəlman  dövlətləri  ilə  deyil,  ―firənglərlə‖  döyüşə  yollandığını  tamamilə  təqdir 
edən Şah Təhmasib ona ―iki böyük hadisə münasibətilə‖ də təsəlli verir: ―Gərək iki 
böyük hadisə münasibətilə özünə təsəlli verəsən. Birincisi odur ki, o cənnətməkan 
sultan (Süleyman - Ş. F.) şəhid olmaqla iki cəhətdən səadətə yetmişdir ki, onlardan 
biri  onun  kafirlərlə  cahad  vaxtı  əbədi  dünyaya  getməsi  (və  şəkk  yoxdur  ki,  o 
cənnətə düşmüşdür) və orada şəhidlər silki və xoşbəxtlər zümrəsinə qovuşmasıdır. 
İkinci [böyük hadisə] isə odur ki, əlahəzrət sultan yerini özündən sonra sizin kimi 
şərafətli  bir fərzəndə qoyub getmişdir‖.
167
 
Ümumiyyətlə,  Şah  Təhmasibin  Osmanlı  sultanlarına  yolladığı  məktubların 
əksəriyyətində onun xasiyyətinə uyğun ehtiyatkarlıq və diplomatik yazışma tərzinə 
əməl  etmək  prinsipi  açıq-aşkar  görünür.  İ.  P.  Petruşevskinin  yazdığı  kimi, 
―Osmanlı  Türkiyəsi ilə  Amasya  sülhü (1555) bağlandıqdan sonra  o, Osmanlılarla 
yaxınlıq etmək siyasəti yetirməyə cəhd edir və bu xarici siyasət xəttini qətiyyətlə 
həyata  keçirirdi.  O,  Osmanlı  dövlətinin  narazı  qalacağından  çəkinərək,  Qızılbaş 
dövləti, xüsusilə Azərbaycan üçün əhəmiyyətli olan İngiltərə və Rusiya ilə Volqa-
Xəzər vasitəsilə daimi ticarət əlaqələri yaratmaq xüsusunda Cenkinsonun
*
 təklifinə 
razılıq verməmiş‖
168
 beləliklə də Türkiyə ilə ola biləcək hər hansı bir münaqişədən 
çəkinmişdir. Bizim fikrimizcə, öz yaxın qonşusu ilə belə davranmağa məcbur olan 
Şah  Təhmasibin  Osmanlılara  qarşı  ehtiyatlı  münasibəti  məhz  onun 
uzaqgörənliyindən  irəli  gəlirdi.  İyirmi  il  ərzində,  dörd  Osmanlı  yürüşünün  şahidi 
olan və həmin yürüşlərin xalq üçün böyük münasibətlərini görən Səfəvi hökmdarı 
əslində başqa cür hərəkət edə bilməzdi, əks təqdirdə, hərbi cəhətcə qızılbaşlardan 
üstün olan Osmanlıların yürüşləri təzələnə bilərdi. 
II  Səlim  və  I  Şah  Təhmasib  arasında  mövcud  olan  dinc  yanaşı  yaşamaq 
münasibətindən  məlumat  verən  Y.  Mahmudov,  o  vaxtlarda  Səfəvi  hökmdarının 
Osmanlı dövlətinə qarşı heç də tamamilə passiv mövqedə dayanmadığını, Türkiyə 
əleyhinə yenidən yaranmaqda olan Avropa ölkələri hərbi siyasi ittifaqının nüfuz və 
qüdrətinin  məxfi  şəkildə  Şah  Təhmasib  tərəfindən  səylə  öyrənildiyini  nəzərə 
çatdırır. Məlum olduğu kimi Amasya sülhündən sonra Osmanlı imperiyası özünün 
Avropa  cəbhəsindəki  əməliyyatlarını  genişləndirmiş.  Kipr  uğrunda  Venesiya 
respublikası  ilə  müharibəyə  başlamış,  Almaniya  və  Dalmasiyaya  da  qoşun 
                                                 
*
 1562-ci ildə diplomatik missiya ilə Səfəvi sarayına göndərilmiş diplomatiya Antoni Cenkinson. 


  
 
90 
 
yollamışdı. Belə bir şəraitdə, Venesiya şah Təhmasibə gizli məktub yollayaraq, ona 
Qərb  dövlətlərinin  köməyi  ilə  Türkiyəyə  qarşı  müharibəyə  başlamağı  təklif 
etmişdi. Y. Mahmudovun məlumatına görə, Venesiya respublikasının məktubunda 
göstərilirdi ki, Türkiyəyə qarşı  ―əgər  Səfəvi dövləti şərqdən, Venesiya və başqa 
xristian  dövlətləri  isə  qərbdən  eyni  vaxtda  hücuma  başlasalar,  Türkiyə 
döyüşçülərini iki cəbhəyə  ayırıb. məğlubiyyətə  uğratmaq mümkün ola  bilər. Belə 
olan təqdirdə şah Təhmasib əvvəllər Osmanlı imperiyası tərəfindən ədalətsiz işğala 
məruz  qalan  Səfəvi  torpaqlarını  geri  qaytarar‖.  Məktubun  sonunda  Venesiya 
hökuməti Səfəvi hökmdarını tezliklə Türkiyəyə hücum etməyə çağırır və vəd edirdi 
ki,  ―başqa  xristian  dövlətləri  ilə  birlikdə  ümumi  düşməni  suda  və  quruda 
darmadağın etmək üçün bütün güc və qüvvəsini sərf edəcəkdir‖.
169
 
Məgər Venesiyanın Şah Təhmasibə yolladığı bu məktubda yazılanlar həmin 
dövlət  tərəfindən  vaxtı  ilə  Uzun  Həsənə  yollanan  məlum  təkliflərlə  həmahəng 
səslənmirmi?  Şübhəsiz  ki,  Şah  Təhmasib  kimi  ehtiyatlı  bir  hökmdar  Venesiyanın 
həmin təklifi ilə düşünülməmiş şəkildə razılaşa bilməzdi. İkinci tərəfdən isə həmin 
təklif müəyyən mənada Şah Təhmasibi şirnikləndirməyə də bilməzdi. Lakin ―Qərb 
diplomatiyasının  mahiyyətini  yaxşı  anlayan  şah  Təhmasib‖
170
  Amasya  sülhünü 
pozmağa  iqdam  etmədi,  çünki,  şübhəsiz  ki,  Şah  Təhmasib  Venesiya-Ağqoyunlu 
münasibətlərindən  xəbərdar  idi.  O  yaxşı,  bilirdi  ki,  Uzun  Həsənin  döyüşündə  II 
Məhəmmədə məğlubiyyətinin əsas səbəbi ona vəd edilən hərbi silah və ləvazimatın 
vaxtında  Venesiyadan  gətirilib  çıxarılmaması  idi.  Ona  bu  da  məlum  oldu  ki,  iki 
əzəmətli  imperiyanı  –  Səfəvilər  dövlətini  və  Türkiyənin  bir-biriləri  ilə 
döyüşdürmək,  nəticədə  isə  onların  hər  ikisini  zəiflətmək  Avropa  dövlətləri  üçün 
faydalı idi. 
Tezliklə Venesiya respublikası Şah Təhmasibə ikinci məktubunu da yolladı. 
Həmin məktubu ―uzun illər Konstantinopolda yaşamış‖, ―Türkiyə üzrə mütəxəssis‖, 
―cənab  Türk  (II  Səlim  –  Ş.F.)  və  cənab  Sufi  (Şah  Təhmasib  –  Ş.F.)  arasındakı 
ziddiyyətlər  müfəssəl  məlumatı  olan‖  Venesiya  senatının  katibi  Vinçesko 
d'Alessandri  Səfəvi  sarayına  gətirmişdi.  Bu  məktubda  elə  birinci  məktubun 
məzmununda  idi.  Orada  əlavə  olaraq  vəbər  verilirdi  ki,  Venesiya  əleyhinə  Kiprə, 
həmçinin  Almaniya  və  Dalmasiyaya  qoşun  göndərən  Türkiyə  asanlıqla  məğlub 
edilə bilər, belə ki, ―başqa xristian hökmdarları da Türkiyə əleyhinə müharibə üçün 
öz ordularını hazırlamaqdadırlar, Roma papası və İspaniya kralı isə, artıq öz hərbi 
qüvvələrini Venesiya qüvvələri ilə birləşdirmişlər‖.
171
  
Bu  Venesiya  diplomatının  məlumatına  görə,  o,  şahın  üçüncü  oğlu  Heydər 
Mirzə  ilə  görüşmüş,  söhbət  vaxtı  Səfəvi  şahzadəsi  ona  demişdi  ki,  tezliklə  onun 
şahla görüşü təşkil ediləcəkdir, lakin bu şərtlə ki, həmin görüş ―ciddi bir sirr olaraq 
qalmalı  və  heç  kəs  aparılacaq  söhbətdən  xəbərdar  olmamalıdır‖.
172
  Bu  bir  daha 
təsdiq  edir  ki,  Səfəvi  hökmdarı  Osmanlı  imperiyası  ilə  sülh  münasibətlərini 
qoruyub  saxlamağa  cəhd  edir,  onun  əleyhinə  Qərb  dövlətləri  ilə  açıq  danışıq 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə