Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə43/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   39   40   41   42   43   44   45   46   ...   65

  
 
87 
 
müsəlmanlığınızla  məşhursunuz.  Gərək  qızılbaşi-bədməaşın  izaləsi  üçün  siz  də 
cidd-cəhd edəsiniz. Sizin də bu işdə lazımi qədər səyiniz olmalıdır‖.
154
 
Sultan  Süleymanın  başqa  özbək  hakimi  İbrahim  Sultana  göndərdiyi 
məktubda da Şah Təhmasibin ―əhdə və vədə xilaf hərəkətləri‖ pislənmişdir: ―Belə 
niyyət etdik ki, o bədxasiyyət tayfanın (qızılbaşların - Ş. F.) mövcudluğuna qılınc 
gücü  ilə  son  qoyulsun,  dünya  xalqı  şər  və  zərərə  mübtəla  olmasın.  Siz  də,  islam 
qeyrəti ilə bu məsələdə səyinizi göstərin, o tərəflərdəki din adamları və müsəlman 
əsgərləri  ilə  hücuma  keçərək,  o  fəsad  əhlinin  məmləkətini  talan  edib,  xarabazara 
çevirin‖.
155 
Deməli,  müharibə  niyyəti  doğrudan  da  gerçəkləşə  bilərdi,  amma  sonradan, 
Sultan Süleyman ―belə cəngin ona fayda verməyəcəyini‖ (Hüseyn Mircəfəri) bilib. 
Şah  Təhmasibin  başqa  tələblərinə  də  əməl  etdi.  969-cu  ilin  zilqədə  ayının  14-də 
(1562-ci  il  16  iyul)  200  nəfərlə  Qəzvinə  gələn  Xosrov  paşa  şah  tərəfindən 
ehtiramla  qarşılandı,  iyulun  23-də  Sultan  Bayazid  və  onun  dörd  oğlu  Sultan 
Səlimin etibarlı adamı Əli ağa tərəfindən qətlə yetirildi.
156
 Sultan Bayazidin Bursa 
şəhərində olan beşinci, üç yaşlı ən kiçik övladı da sultanın hökmü ilə öldürüldü
157
 
və beləliklə, böyük bir münaqişəyə son qoyuldu. Şahzadə Sultan Bayazidin Səfəvi 
dövlətilə  qaçması  ilə  əlaqədar  olan  1559-1562-ci  il  hadisələrindən  belə  qənaətə 
gəlmək  olur  ki,  Osmanlı  şahzadəsi  geri  qaytarılmasaydı,  ya  Azərbaycan-Türkiyə 
müharibəsi  yenidən  başlanacaq,  ya  da  Sultan  Bayazid  ola  bizsin  ki,  Səfəvi 
hakimiyyətini öz əlinə keçirəcəkdi.
158 
Bu  hallardan  hər  ikisi,  şübhəsiz  ki,  arzuolunmaz  bir  məsələ  idi.  Sultan 
Bayazidin  Səfəvi  sarayına  fərarı  üç  ilə  yaxın  müddətdə  bu  ölkələr  arasındakı 
vəziyyəti 
gərginləşdirmişdisə  də,  nəticə  etibarilə  diplomatik  əlaqələrin 
genişlənməsinə  səbəb  olmuşdu.  Şah  Təhmasibin  Sultan  Səlimə  yazdığı  bir 
məktubda  o  şahzadə  ―fərzənde-ərcümənd‖  (―əziz  fərzənd‖)  adlandırılmış,  onunla 
özü  arasında  ―atalıq  və  oğulluq  rabitəsindən‖  bəhs  edilmişdir.
159
  Tərəflər 
arasındakı  yazışmalarda  1555-ci  il  Amasya  sülhünün  şərtlərinə  qeydsiz-şərtsiz 
əməl edilmə zərurəti bir daha göstərilir. Belə ki, Sultan Süleymanın məktublarının 
birində həmin müqavilə yenidən nəzərə çatdırılır: ―Nizamnamədə yazıldığına görə, 
o  tərəfin  təbəələrindən  bu  tərəfə  gələnlərə  sərhəd  əmirləri  sərhədi  keçməyə  icazə 
verməyib  geri  qaytarırlar.  Buna  görə  də,  ölkəmizi  qoruyan  sərhəd  əmirləri  və 
məhrusə  vilayətlərin  qoruyucularına  əmr  edildi  ki,  o  tərəfin  icazəsi  olmadan 
gələnlərin yolları bağlansın, heç kim sərhədi keçməsin və geri qaytarılsın. [Amma] 
o  humayun  padşah  tərəfindən  göndərilən  etibarlı  şəxslər  ehtiramla  
qarşılanacaqlar‖.
160
 
Qeyd etmək lazımdır ki, ―Sultan Bayazid əhvalatı‖ həll edildikdən sonra hər 
iki  ölkə  başçıları  arasında  yenə  sülh  əhvali-ruhiyyəsi  bərpa  olunmuş,  qızılbaş 
böyükləri Məsum bəy Səfəvi, Sevindik bəy Qorçibaşı, Şahqulu Xəlifə Möhrdar və 
Osmanlı  vəzirləri  arasında  bir-birlərinə  dostluq  məktubları  yazılmışdır.
161 
Sultan 


  
 
88 
 
Süleyman  da,  Şah  Təhmasibə  ―əgər  sizin  tərəfinizdən  bizə  qarşı  vəziyyət 
pisləşməzsə,  aramızda  nəsilbənəsil  müxalifət  olmayacaq,  yalnız  dostluq  hökm 
sürəcəkdir‖ yazırdı.
162
 Doğrudan da, III Sultan Muradın hakimiyyətinə qədər buna 
əməl olundu və Sultan Süleyman və Sultan Səlimin ―Şərq diyarı‖ ilə işləri olmadı 
və  tam  qətiyyətlə  1555-1578-ci  illəri  Səfəvi-Osmanlı  münasibətlərinin  ən  dinc 
dövrlərindən  saymaq  olar.  Lakin  İranın  qatı  şiələri  tərəfindən  bəzən  sünnilik  və 
Osmanlılar əleyhinə təbliğat aparılır, şiəliyin yenidən Türkiyə ərazisində yayılması 
xüsusunda  məsələ  qaldırılırdı.  Əlbəttə,  bütün  bunlardan  Sultan  Süleyman  vaxtlı-
vaxtında  xəbərdar  olurdu.  Bu  barədə  Şah  Təhmasibə  göndərilən  bir  sultan 
məktubunda deyilir:  ―Bizə  məlum olduğuna  görə, o diyarda (Səfəvi səltənətində - 
Ş.  F.)  aşkar  olan  və  tüğyan  əlamətləri  görünən  şəxslər  vardır.  Onların  hər  biri 
rəiyyət  oğlu  rəiyyət  ikən  nemətə  ağ  oldular.  Madam  ki,  o  diyarda  elə  fitnəkarlar 
vardır,  aramızda  ixtilaf  baş  verəcəyinə  heç  bir  şübhə  yoxdur.  Hüsn-rəftarımızın 
səməri  və  ittifaqımızın  nəticəsi  bunu  tələb  edir  ki,  o  bədfəal  tayfa  gərək 
yubandırılmadan mənim dərgahıma göndərilsin‖.
163 
Osmalı  hökmdarı  tərəfindən  belə  təhdidamiz  məktub  alan  Şah  Təhmasib, 
görünür  ki,  yenə  də  ona  xas  olan  ehtiyatkarlığı  və  tədbirli  hərəkəti  sayəsində 
sultanın qəzəbini yatırmağa nail olmuş, münasibətlər pozulmamışdı. 
Osmanlıların  ən  uzun  hakimiyyət  sürən  padşahı  Sultan  Süleyman  1566-cı 
ilin  sentyabr  ayının  24-də  Belqradda  vəfat  etdi.  Atasının  ölüm  xəbərini  eşidən 
Səlim  dərhal  İstanbula  gəldi  (h.  974-cü  ilin  rəbiül-əvvəl  ayının  9-u;  m.  1566-cı  il 
sentyabrın 24-ü). Osmanlı dövlət başçıları onun sultan olmaq tələbini qəbul edib, 
əlini  öpdülər.  Sultan  Səlim  iki  gündən  sonra  Belqrada  yollandı,  Yolda  atasının 
vəfatı  və  özünün  cülusu  barədə  İran,  Fransa  və  Venesiya  padşahlarına  məktublar 
yollayan Səlim öz sultanlığını rəsmən elan etdi.
164
 Onun Şah Təhmasibə  yolladığı 
məktub ―dostanə‖ ifadələrlə zəngindir. 
Yeni Osmanlı sultanından məktub alan Şah Təhmasib dərhal ona ―şahanə və 
pedəranə‖ (Ə. Nəvai) namə  göndərib, atasının ölümü  münasibətilə təsəlli, özünün 
cülusuna  görə  isə  təhniyət verdi.  Məktub artıq bir neçə  diplomatik səfərdə  olmuş 
Şahqulu Sultan Qacar tərəfindən yeni sultana təqdim edildi.
165 
Şahqulu  Sultanın  Türkiyəyə  bu  səfərindən  məqsəd,  həmçinin,  1555-ci  il 
sülh sazişini təzələmək idi. 
Türkiyədə  Şahqulu  Sultanın  Osmanlı  hökmdarına  təqdim  etdiyi  1500 
sətirlik  şah  məktubunda  yeni  Osmanlı  sultanı  ―İkinci  İsgəndər  Zülqərneyn‖ 
adlandırılmış, onun şərəfinə şer və nəsrlə çoxlu təriflər deyilmişdir. Şah Təhmasib 
yeni  Osmanlı  sultanının  xarici  siyasətinin  doğru  istiqamətə  yönəldiyindən  şad 
olduğunu  bildirərək,  Sultan  Səlimə  yazır:  ―Sizin  tərəfinizdən  göndərilən  Sənan 
Kəndxuda  və  Ərzurum  bəylərbəyisi  Əli  paşa  gəlib  xəbər  gətirdi  ki,  sizdər  firəng 
kafirləri  ilə  cahada  getmişlər  və  istəyirlər  ki,  Firəngistanı  xəbis  kafirlərin 
vücudlarından  təmizləyələr,  öz  ataları  [Sultan  Süleyman]  kimi,  onlarıl  kilsə  və 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə