73
pərvərdigar bütün mövcüdatın böyüyüdür. O, ―Kəlame-şərifdə (Quran – Ş.F.)
buyurmuşdur ki, kafirlərlə cahad və qəza etdiyiniz vaxt özünüzü təhlükəyə atmayın.
Pərvərdigar bir halda ki, bizim kafirlərlə
*
döyüşdüyümüz vaxt belə təhlükəli
hərəkəti qadağan etmişdir, mən döyüş fitvası verərək necə ola bilər ki,
müsəlmanları təhlükəyə atım?‖ Şah Təhmasib belə dəlil gətirməklə yanaşı, eyni
zamanda qızılbaş və Osmanlı qoşnlarının tənasübünü də nəzərə çatdırmağı
unutmur: ―İndi bizim bir nəfərimiz Sizin on nəfərinizin müqabilində nə edə bilər?
Belə olan halda biz necə Allahın əmrinə qarşı çıxaq və bilərəkdən özümüzü oda
yaxaq? Adam gərək divanə, ya da sərxoş olsun ki, faydasız döyüşə başlasın‖.
82
Göstərmək lazımdır ki, el baş vəzir İbrahim paşa da, qızılbaşlarla
döyüşməyi məsləhət bilmədiyinə baxmayaraq, bu barədə fikrini sultana bildirməyə
qorxduğundan, Şah Təhmasibin zövcəyi Bəyimə məktub yazmış, sanki döyüş
tərəfdarı olmamışdır. Lakin Sultan Süleymanın fikri qəti idi. Təbrizdə girdiyinə
baxmayaraq, bir həftədən sonra Azərbaycandan çıxmağa məcbur olan Osmanlı
qonşunu Bağdada yollandı.
83
Osmanlı qoşununun Azərbaycana birinci yürüşü və onun səbəbləri barədə
Sultan Süleymanın Krım hökmdarı Mengli Gəray xana bir məktubu vardır. Orada,
Krım xanına məlumat verilir ki, ―İslam etiqadını möhkəmləndirmək naminə‖ Şərq
diyarına hücum edən osmanlı qoşununun qorxusundan guya Şah Təhmasib
Xorasana qaçmağa məcbur olmuşdu.
84
Əslində isə bildiyimiz kimi, bu belə
olmamışdır. Sultanın bu yürüşü başlamazdan əvvəl Şah Təhmasib Xorasanı tutan
özbəklər üzərinə hücuma keçmiş, Azərbaycanın idarəsini Musa bəy Mosulluya
tapşırmışdı.
85
Demək, Sultan Süleyman tərəfindən Krım xanına verilən məlumat
düzgün deyildir.
Tarixçi Həsən bəy Rumlu bildirir ki, bu hadisədən bir il sonra Sultan
Süleyman ikinci dəfə Azərbaycan üzərinəı hücum etsi.
86
Lakin birinci yürüş kimi,
Sultanın ikinci yürüşü də uğursuzluqla nəticələndi. Şah Təhmasibi bu dəfə də
döyüşə cəlb edə bilməyən Sultan Süleyman Türkiyəyə qayıtmış, onun ardınca
hücuma başlayan qızılbaşlar isə Van və Ərciş qalalarını ələ keçirmişdilər.
87
Sultan Süleymanın qızılbaş torpaqlarında qala bilmədiyini nəzərə çatdıran
Əbdülhüseyn Nəvai yazır: ―Mərkəzi Avropada Vyana şəhərini tutan və İstanbuldan
İsveçrəyə qədər ölkələri zəbt edən Sultan Süleyman İranla bacarmadı, Avropada
hökmranlıq edən ən qüdrətli türk sultanı İranla bacarmadı‖.
88
Lakin bu heç də o demək deyildi ki, Türkiyə Azərbaycana hücum etmək
cəhdindən tamamilə əl çəkmişdi, Sultan Süleymanın ―Şərq diyarı‖na üçüncü
yürüşünün əsas təhrikçisi və səbəbkarı Şah Təhmasibin qardaşı, 1538-ci ildən bəri
*
Sünni Osmanlılar işə qızılbaşları kafir adlandırdıqları kimi, qızılbaşlar da sünni özbəklər, məhz
məzhəb baxımından, kafir sanırdılar: ―Həzrət xandgar kəmfürsətlik edib, mən Herat tərəfindən və özbək
hərbindən qayıdarkən, bizim ölkəmizə hücum etdi (Bax: Şah Təhmasib. Təzkirə, səh. 32.).
74
Şirvanda bəylərbəyi olan, 1547-ci ildə isə Şirvanda uğursuz müstəqillik cəhdindən
sonra İstanbula qaçan Əlqas Mirzə olmuşdur.
89
Əlqasın qızılbaşlara xəyanəti və
bunun səbəbləri barədə Şah Təhmasibin özünün maraqlı mülahizəsi vardır.
―Təzkirə‖də Səfəvi hökmdarı Əlqasın İstanbula fərar etməsinin iki səbəbini
göstərir ki, həmin səbəblərin ikincisi həqiqətə uyğundur. Şah yazır: ―Əlqas yaği
oldu‖.
90
Qardaşınının ona qarşı çıxmasını ürək ağrısı ilə xatırlayan Səfəvi hökmdarı
bu hadisənin başvermə səbəbləri üzərində xeyli düşündükdən və bu məsələni
götür-qoy etdikdən sonra sözünə davam edir: ―Onun mənə yağı olması (xəbəri)
yayılmazdan əvvəl mən Əliağa Ağcasaqqalı onun yanına göndərdim ki, o, müxalif
olub, üzünü rəhm silləsindən qaçırmasın. Amma o, Əliağanın nəsihətinə heç də
qulaq da asmadı. Öz adına xütbə oxutdurub, sikkə kəsdirdi.
*
Çərkəzə qaçdı.
Oradan mənə məktub yazdı ki, ―bəs mən həzrət xandgarın yanına gedirəm, görün
Sizin başınıza nə oyun alacağam!..‖
91
Əlqasın xəyanətinin ikinci səbəbini belə izah
edən Şah Təhmasib Türkiyə Sultanının Azərbaycana hücumunun heç bir əsası
olmadığını və bu işdə Əlqasın yalnız bəhanə olduğunu bildirir: ―Gərək həzrət
xandgar əvvəlcə onun (Əlqasın – Ş.F.) idrak və əqlini imtahana çəkəydi və sonra
onun sözünə əməl edib bu tərəfə gələydi. Bundan başqa, gərək həzrət, Əlqasın
günahını öyrənəydi. Əgər mən razılaşmasaydım, istədiyini edəydi. Belə olan
surətdə o, mənim üstümə qəzəblə gəlsəydi də haqlı olardı‖.
92
Şah Təhmasibin
dövlətlərarası ixtilafları nizama salmaq barədə mülahizəsi belədir. Lakin Sultan
Süleyman h. 955 (m. 1548)-ci ilin baharında, Həsən bəy Rumlunun məlumatına
görə Osmanlı imperiyasına tabe olan bütün ölkələrdən – Macarıstan, Anadolu,
Bosniya, Serbiya, Qaraman, Ərəb və Kəfədən böyük qoşunlar çağırıb üçüncü dəfə
Azərbaycana yürüş etdi.
93
―İranı asanlıqla tuta biləcəyi barədə‖
94
Sultan Süleymanı əmr edib onu
üçüncü dəfə Şərq yürüşünə çıxmağa şirnikləndirən Əlqas Mirzə də yanılmışdı,
Sultan Süleyman da. Həsən bər Rumluya görə, Şah Təhmasib qətiyyən
fəaliyyətsizlik edib gözləmə mövqeyində durmur, ―qızılbaş dilavərlərini rumluların
dörd bir tərəfinə kəşfiyyata göndərir, qazilər Rum əsgərlərini ordubazarda dara
çəkirdilər‖. Qızılbaşların belə müqavimətinə ―pərişan və heyran‖ qalan Sultan
Süleyman qayıdarkən, Təbriz əhalisi onun döyüşçülərinə hücum etmişdi.
95
Lakin
üçüncü Şərq yürüşünə Təbrizdə cəmi dörd gün qalıb heç bir qələbə əldə etmədən
geri qayıtmağa məcbur olan Sultan Süleyman bu yürüşün nəticələrini ―zəfər və
qələbə‖ adlandırmış, hətta bunu Qərb dövlətlərinə edə bildirmək üçün Fransa kralı
II Henrixə bir namə də yollamışdı: ―Məlum olsun ki, ovbaş qızılbaş tayfası şiə
*
Qeyd: Əlqas Mirzə doğrudan da Şirvanda öz xütbə oxutdurmuş, lakin Şah Təhmasibin fikrinin əksinə,
sikkə kəsdirməmişdir. Bunu elə Əlqas Mirzənin özü sultan Süleymana yazdığı bir məktubda belə qeyd
edir: ―ümidvaram ki, o İsgəndərməkan və Süleymanın sultan (I Süleyman – Ş.F.) bu bəndənin halına
acıyacaq, mövrusi ona verəcək, dinar və dirhəmi onun adı ilə kəsdirəcəkdir‖ (Bax: Ə.Nəvai, Şah
Təhmasib Səfəvi, səh. 172.).
Dostları ilə paylaş: |