Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə33/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   29   30   31   32   33   34   35   36   ...   65

  
 
67 
 
Göstərdiyimiz  bu  səbəblərdən  başqa,  Osmanlı  ordusunun  qonşu  ―Şərq 
diyarına‖ hücuma  aparılmasında  ordudakı  yeniçərilərin (qeyri-müsəlman Osmanlı 
piyada  döyüşçüləri  –  Ş.F.)  böyük  qarət  ələ  keçirmək  üçün  hərbi  yürüşə  çıxmaq 
istəyi  də  müəyyən  rol  oynamışdır.  Osmanlı  diyarında  yeni  sultanın  hakimiyyətə 
gəlməsi  ilə  əlaqədar  orada  yaranan  hərc-mərcliyi  bilən  ―Sufeyi-kamil‖  (―Kamil 
sufi‖),  yəni,  şah  İsmayıl  dərhal  Nurəli  Xəlifə  Rumlunu  ―sadiq  sufiləri  bir  yerə 
toplamaq‖ üçün Anadoluda elə atəş törətdi ki, evlərlə bərabər adamlar da yandı. O, 
üstünə  yeriyən  Osmanlı  qoşununu  məğlub  edib,  Toqatı  tutdu,  ―Sufeyi-kamil‖in 
adına xütbə oxutdu. Nurəli Xəlifə Ədirnədən Qazçayırı adlı yerə gəldikdə, hətta öz 
atası  Sultan  Bayazidə  və  qardaşı  Səlimə  qarşı  üsyan  edən  Sultan  Murad  da  10 
minlik qoşunu ilə qaçıb ona birləşdi.
44 
Yenidən Toqata qayıdıb şəhəri yandıran bu 
birləşmiş  ordu  Nikşəhrə  gəldi.  Orada  Sultan  Murad  Xəlifədən  ayrılıb,  Təbrizə  - 
Şah İsmayılın yanına getdi. Nurəli Xəlifə isə Ərzincana gedib, 15 minlik bir orduya 
qalib  gəldi.  Sultan  Səlimin  Qızılbaş  dövləti  üzərinə  təcili  hücuma  keçmək 
niyyətinin  başqa  bir  səbəbi  də  məhz  bunda  idi.  O,  yenicə  taxta  çıxdığı  üçün  öx 
qüvvəsini gərək həm ―özününkülərə, həm də biganələrə‖ göstərəydi.
45 
O.Ə.Əfəndiyevin  qeydinə  görə,  Səfəvi  dövlətinin  hərbi-siyasi  tarixində 
Çaldıran  döyüşü  mühüm  mərhələ  olmuşdur.  Bu  döyüş  Kiçik  Asiyada  yaşayan 
şiələrdən  kömək  ala  biləcəkləri  xüsusunda  Səfəvilərin  ümidini  yanlış  olduğunu 
göstərdi.
46
  Döyüşdən  əvvəl  Sultan  Səlimin  güclü  hazırlıq  işi  apardığının  əksinə 
olaraq Şah İsmayıl ―İsfahan boyalarında ov etməklə‖ məşğul idi.
47
 
Azərbaycana hücum  ərəfəsində Sultan Səlim bir-birinin ardınca üç  məktub 
göndərir.  Həmin  məktubların  hamısı  təhqiramiz  xitab  və  hədə-qorxu  ilə  doludur. 
Osmanlı  sultan  qızılbaş  şahının  əlindən  bərk  yanıqlı  idi.  Məlumdur  ki,  bir  çox 
ölkələrin, o cümlədən də Şərq ölkələrinin diplomatiyasına xas cəhətlərdən biri də, 
taxta yeni cülus edən hökmdarın başqa yaxın və uzaq dövlət başçıları tərəfindən də 
rəsmən tanındığına baxmayaraq, hələ Şah İsmayıl onu təbrik etməmiş, beləliklə də 
yaxın  bir  qonşu  kimi  onunla  siyasi  əlaqə  yaratmaq  cəhdində  olmamışdı.
48
  Təbiət 
etibarilə kin-küdurətli bir şəxs olan Sultan Səlim Azərbaycana qoşun çəkməklə bu 
hərəkətin əvəzini Şah İsmayıldan çıxmalı idi. Məhz elə buna görə də Sulktan Səlim 
birinci  məktubunda  qızılbaş  hökmdarının  da  müqabil  olaraq  özü  tərəfindən  şah 
kimi  tanınmadığını  bildirmək  məqsədilə  ona  ―Əmir  İsmayıl‖  deyə  müraciət 
etmişdir.
49
 Sonra o, həmin məktubda Səfəvi hökmdarını şəriətə müxalif əməllərdə 
günahlandırır,  onun  və  ona  uyanların  qətlinin  vacib  olduğunu  bildirir.  Lakin 
məktubdan  göründüyü  kimi,  Sultan  Səlim  iki  dövlət  arasındakı  ixtilafın  döyüşsüz 
də  həll  oluna  biləcəyinə  işarə  edərək  (―Əgər,  sən  tövbə  edib,  əlindəki  ölkəni 
Osmanlı  ölkəsi  saysan,  çox  yaxşı,  yox,  əgər  belə  hərəkət  etməsən,  Allahın  istəyi 
nəsə  o  da  olacaqdır‖),
50
  onu  döyüşdən  çəkindirməyə  cəhd  etmişdir,  çünki  həmin 
döyüşün  məsuliyyətini  başa  düşmüş,  ola  bilsin  ki,  özünün  qələbə  çala  biləcəyinə 
tam arxayın olmamışdı.  


  
 
68 
 
Şahdan cavab almayan sultan ona ikinci məktubunu yollayır. Müqabil tərəf 
yenə  susur.  Üçüncü  məktub  yazılır,  Osmanlı  ordusu  Ərzincandan  Azərbaycana 
doğru daha da  irəliləyir, nəhayət sultanın üç  məktubuna şahın bir cavab məktubu 
gəlir. Şah İsmayıl Sultan Səlimə bildirir ki, Qızılbaş və Osmanlı dövlətləri arasında 
heç də elə böyük ixtilaf yoxdur, onların münasibətlərinin pisləşməsinə Əlaüddövlə 
Zülqədər (qonşu hakim) səbəb olmuşdur. Bu məktubun yazı tərzindən görünür ki, 
Şah İsmayıl da döyüşdən çəkinir və arada sülh yaranacağına  ümid edir. Məhz bu 
niyyətlə  də  o,  Şahqulu  ağanın  elçi  sifətilə  Osmanlı  sultanının  hüzuruna 
göndərildiyini bildirir. ―Bu məktubu dostcasına yazdıq və Sizə qarşı çıxmaq üçün 
hazırlığa  başladıq. İndi,  istədiyinizi edin. Əli övladları ilə  savaşanların özləri  yox 
olmalıdır!..‖
51
 
Biz  Çaldıran  döyüşü  ilə  əlaqədar  mənbə  və  ədəbiyyatların  verdikləri 
məlumatların  təhlili  ilə  məşğul  olarkən,  belə  qənaətə  gəldik  ki,  hərbi  təchizat  və 
qüvvə  cəhətincə  Osmanlılardan  xeyli  zəif  olan  Qızılbaşlar  gərək  həmin  döyüşə 
çıxmayıb gözləmə mövqeyi tutaydılar. Əgər belə olsaydı, Osmanlılar elə onsuz da 
öz  torpaqlarına  dönmək  məcburiyyətində  qalacaqdılar,  çünki  Azərbaycana  yürüş 
edən iki yüz minlik böyük bir ordunun yad ölkədə qalması üçün heç bir şərait yox 
idi.  Sultan  Səlimin  bu  xüsusda  Sevindik  adlı  bir  xana  yolladığı  ―Çaldıran 
fəthnaməsi‖ndə açıq-aşkar belə yazılmışdır: ―O zalım və qəddarın (Şah İsmayılın - 
Ş.F.)  şərindən  ətraf  əmin  olmadığı  üçün  bu  vilayətlərdə  qışlamaq  çox  zor 
olduğundan  Osmanlı  mülkünə  dönmək  lazım  gəldi‖.
52
  Lakin  Osmanlı  qoşununun 
geri dönmə  labüdlüyünə  baxmayaraq, Sultan Səlim özünün qələbəsindən olduqca 
qürurlanmış,  elə  həmin  gün  oğlu  Süleymana,  Krım  xanına,  Gürcüstan  hakiminə, 
zülqədər  əmirinə,  kürd  bəyinə  və  ―Şərq  hakimlərindən  onunla  gizli  dostluq 
münasibətində olan bir bəyə‖ fəthnamələr yollamış,
53
 hətta Əhməd adlı bir paşanı 
Təbrizə hakim təyin etmişdi.
54
 
Sentyabr  ayının  14-də  Təbrizi  tərk  edən  Sultan  Səlim  Naxçıvan  və 
Bayburdu  keçib  öz  məmləkətinə  daxil  oldu.  O,  bir  neçə  min  Azərbaycan 
sənətkarını da köçürüb özü, ilə İstanbula apardı.
55
 Ə. Nəvainin    məlumatına görə, 
Sultan 
Səlim 
1515-ci 
ilin  baharında  yenidən  Azərbaycana  hücum  
planlaşdırmışdı.
56
  Yəqin  ki,  elə  buna    görə  də,  o,  qızılbaşlarla  nifaq  mövqeyində 
durur, onlarla sülhə gəlmək istəmirdi. Sultan Səlim Amasyada olduğu zaman, Şah 
İsmayılın  yolladığı  səfarət  heyəti  qiymətli  hədiyyələrlə  saraya  gəlib,  Osmanlı   
döyüşçülərinin əsir götürdükləri Taclı xanımı geri istəmişdilərsə də, sultan nəinki 
şahın bu xahişinə əməl etməmiş, hətta səfirləri zindana atmış, məlikə Taclını qoşun 
qazisi  Səfər  Çələbi  Tacizadəyə  vermiş,
57
  beləliklə  də,  qızılbaşlara  olan  düşmən 
münasibətini bir daha nəzərə çatdırmışdı. 
Çaldıran  döyüşündən  sonra  Şah  İsmayıl  iki  məktub  yazaraq,  Osmanlılarla  
bir  neçə dəfə  sülh bağlamağa cəhd etdisə də, bu cəhdlərin müsbət nəticəsi olmadı. 
Onun  o  vaxtlarda  sultana  yolladığı  məktubların  birincisi  əlimizdə  yoxdur.  İkinci 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə