59
torpaqlar uğrunda ciddi-cəhd göstərirdilər. Məhz buna görə də, Osmanlı sərdarları,
adət üzrə, qış fəslini Ərzurumda keçirir, baharda yenidən özlərinin sultan
tərəfindən təyin edilən yerlərinə qayıdırdılar. Osmanlılar qızılbaşlarlın hücumları
nəticəsində Şirvanda ara-sıra öz mövqelərini itirirdilərsə də, yeni qüvvə toplayıb
sonradan həmin yerləri geri alırdılar. H. 990 (m. 1582)-cı ilən Gəncə hakimi
İmamqulu xan Qacar Şah Məhəmməd Xudabəndə tərəfindən 4 xan, 30 sultan, 3
min qorçi və 50 minlik bir qoşunla Şamaxıya göndərilmiş, bəzi yerləri tutmuş,
Şabran yaxınlığında olan Niyazabadda Rumeli döyüşçülərinin sərdarı Yaqub bəylə
döyüşmüş, məğlub olaraq geri çəkilmişdi. 991-ci ilin rəbiüs-sani ayının 18-də (12
may 1583) isə İmamqulu xanla ―islam döyüşçüləri‖ osmanlılar arasında yeni döyüş
olmuşdu. İbrahim Peçəvinin məlumatına görə, ―İmamqulu xanın qoşununda ibn
Bürhan da vardır. O, Şirvan bəylərindən olub, sonra düşmənlər (qızılbaşlar – Ş.F.)
tərəfinə keçmişdi‖.
73
Şübhəsiz ki, burada adı çəkilən ibn Bürhan yuxarıda haqqında
bəhs etdiyimiz Əbu Bəkr Mirzədir.
*
Zəbt etdikləri və sonradan dəfələrlə əldən verdikləri böyük şəhərləri
qorumaq üçün Osmanlılar qalalar tikir, böyük qarnizonlar saxlayırdılar. Belə
qalalardan biri də 40 gün ərzində tikilən və cəmadüs-sani ayının 15-də (7 iyul
1583) tamamlanan Şamaxı qalası olmuşdur.
74
Dərbənd bəylərbəyiliyi isə aşağıdakı 8 sancaqdan ibarət idi: Dəmirqapı,
Şabran, Axtı, Quba, Müskür, Kürə, Çıraq, Rustov.
75
Osmanlı imperiyasının razılığı ilə Şirvanda belə bölgü işi aparılmasına
baxmayaraq, orada əldə edilən qələbəni saxlamaq üçün bu işə həvəslə girişə
biləcək bir şəxs tapmaq çətinlik yaratmışdı. Şirvandakı Osmanlı qoşunlarına
başçılıq etmək əvvəlcə Diyarbəkir Mustafa paşaya təklif olunmuşdursa da, onlar bu
vəzifədən boyun qaçırmış, nəhayət sərdar Lələ Mustafa paşa həmin vəzifəni
Özdəmiroğlu Osman paşanın öhdəsinə qoymuşdu.
76
Osmanlı məmurları Şirvanda əhalinin siyahıya alınması ilə də məşğul olub,
orada Osmanlı vergi sistemi üzrə fəaliyyətə başladılar. 1582-ci ilin sonlarında III
Murad təkcə Şirvanı deyil, bütün Azərbycanı ələ keçirmək niyyəti ilə ölkəyə yeni
yürüşlər təşkil etdi.
*
Sonralar Şah Məhəmməd Xudabəndə Şirvanda qalan türklərlə
döyüşmək üçün bir neçə dəfə qoşun yolladısa da, lakin İsgəndər bəy Münşinin
göstərdiyi kimi, Osman paşa onlara qarşı durmağa müvəffəq oldu.
77
*
Əbu Bəkr Mirzə 1602-ci ildə vəfat etmiş, ondan sonra varisi qalmadığı üçün Şirvanşahlar dövlətinin
bərpası uğrunda daha da bir cəhd göstərilməmişdir. (Bax: Bəkir sidqi Kütükoğlu. Göstərilən əsər, səh.
124-127).
*
Osmanlı ordusunun Azərbaycana bu yeni yürüşləri ilə əlaqədar bir sıra tədqiqatçıların səhv fikirləri
vardır. Şərəfxan Bidlisinin əsərinə istinad edərək, 1582-ci ildən sonrakı Osmanlı yürüşlərində guya
Krım tatarlarının da iştirak etmələri xüsusunda məlumat verən İ.P.Petruşevskinin səhv fikri S.B.
Aşurbəyli. Şirvanşahlar dövləti, səh. 281-282/. Halbuki, O. Ə. Əfəndiyev tarixçi İ. Peçəvi və tədqiqatçı
B. Donra istinad edərək, yuxarıda göstərilən yeni Osmanlı yürüşlərində tatarların iştirakını təkzib
etmişdir.
60
―Sultan döyüşçülərinin ələ keçirdikləri yerlər və məmləkətlərin əhalisi
qızılbaş zəbtindən çıxıb, bizim sarayın yolladığı adamların əlində olmalıdır: Təbriz,
Qaracadağ ətrafı, Gəncə və Qarabağa mənsub olan yerlər, Şirvan torpaqları,
Gürcüstan nahiyəsi, Nəhavənd və ona mənsub yerlər, Luristan və onun
tabeliyindəki torpaqlar, sultan sarayının müvəkkillərində və Osmanlı dövlətinin
etibarlı adamlarının ixtiyarında qalmalıdır. Sərhədlərin yenidən müəyyən olunması
üçün Ban bəylərbəyisi ızır paşa və ali dərgaha yaxın adam olan Hüseyn təyin
edildi‖.
78
Bu məktubun ardınca III Murad elə həmin məsələ xüsusunda yeni bir namə
yollayıb, artıq sərhədlərin müəyyənləşdirilmiş olduğunu Səfəvi hökmdarına
bildirirdi.
79
Beləliklə, 1590-cı ilin may ayının 21-də bağlanan Səfəvi-Osmanlı sülh
müqaviləsinin şərtlərindən birinə görə Şirvan vilayəti başqa Azərbaycan torpaqları
kimi Osmanlı imperiyasının tərkibinə qatıldı. Həmin ərazi XVII əsrin başlanğıcına
qədər türk hakimiyyəti altında qalmışdır. Şirvan 1590-cı ildən sonra on ildən çox
Türkiyə tərəfindən idarə olumuşdusa da, bu vilayət öz keçmiş müstəqilliyinə
qaytarmaq üçün müəyyən cəhdlər edilmişdir. Belə ki, 1602-ci ildə Şirvan taxt-
tacının Şirvanşahlar nəslindən olan son iddiaçısı Əbu Bəkr Mirzə bu məsələdə ona
kömək göstərilməsi üçün I Şah Abbasa müraciət etmişdi.
80
SƏFƏVİ DÖVLƏTİ VƏ OSMANLI İMPERİYASI
XV əsrin müxtəlif dövrlərində Qaraqoyunlularla və Şirvanşahlarla sülh,
Ağqoyunlularla gah sülh, gah da müharibə şəraitində yaşayan və həmin dövlətlərdə
öz ictimai-iqtisadi, siyasi, dini və hərbi münasibətlərin ardıcıl davam etdirən
Osmanlı dövləti XV əsrin II yarısından başlayaraq, əvvəlcə Səfəviyyə dərviş və
şeyxləri, sonradan isə (XVI əsrdə) Səfəvi padşahları ilə qarşılıqlı münasibətlərdə
olmuşdur. Bütün XVI əsr boyu davam edən həmin münasibətlər əsasən rəqabət
xarakteri daşımışdırsa da, Osmanlı-Səfəvi əlaqələrində, dinc yanaşı yaşamaq, bir-
birilərinə müxtəlif məqsədlər daşıyan diplomatik elçilər yollamaq, məktublar,
hədiyyələr göndərmək məqamları da az olmamışdır.
XVI əsr Səfəvi-Osmanlı münasibətlərinin şərhinə başlamazdan əvvəl, bütün
müsəlman Şərqində bərqərar olmuş islam dinin iki cərəyanından – şiəlik və
sünnilikdən bəhs etməmək olmaz. Məmlük sultanları Osmanlı və Səfəvi
hökmdarlarının islam dininin qayda-qanunları pozmaqda günahlandırın, Qahirəni
bütün islam dünyasının baş şəhəri sayır. Məhəmməd peyğəmbərin və böyük
müsəlman imamlarının vəsiyyət bildirirdilər.
1
Məlumdur ki, şiəlik ideyaları VII əsrdən etibarən meydana çıxmışdır.
Həmin ideyaların ən dolğun şərhi XII əsr müəllifi Məhəmməd əş-Şəhristani
tərəfindən onun ―Kitab əl-miləl və-n-nihəl‖ kitabında təfsilatla verilmişdir.
2
Dostları ilə paylaş: |