Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə31/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   27   28   29   30   31   32   33   34   ...   65

  
 
63 
 
Bayaziddən  də  bizim  təvəqqemiz  budur  ki,  öz  köməyini  əsirgəməsin  və  allahın 
pənahı  ilə  yer  üzü  o  cəmaətin  (qızılbaşların  –  Ş.F.)  zəlalətindən  xilas  olsun  və 
Bayanduriyyə  xilafəti  (hakimiyyəti  –  Ş.F.)  ələ  alsın‖  yazan  Əlvənd  Mirzə  öz 
narahatlığını  Osmanlı  sultanına  bildirir.
21 
―Qızılbaşların  ortaya  gəlmələri  ilə 
zülmətin  çoxaldığı  və  nurun  azaldığını‖  bildirən  Sultan  Bayazid  özünün  növbəti 
məktubunda  ―lakin  günəşin  qabağında  çıraq  işığının  əhəmiyyəti  yoxdur‖  yazaraq, 
Əlvənd Mirzəyə ürək-dirək verib, ona öz köməyini vəd edir.
22
 
Bütün  bu  hadisələr  Səfəvilərin  şiə  məzhəbini  əldə  əsas  tutaraq,  böyük 
hakimiyyətə yetmək uğrunda etdikləri cidd-cəhdləri nümayiş etdirir. Şeyx Cüneyd, 
Şeyx Heydər və Şeyx Sultanəlinin məğlubiyyətə uğraması demək deyildi. Qızılbaş 
tayfaları və Səfəvilərin tərəfdarları sünni hökmdarlarına qarşı çıxmaq üçün əlverişli 
şərait  gizləməyə  başladılar.  Ağqoyunlu  dövləti  daxilində  baş  verən  yeni  saray 
münaqişələri  qızılbaşlara  13  yaşlı  İsmayılın  rəhbərliyi  ilə  yeni  fəaliyyətləri  üçün 
imkan  yaratdı.  1500-1501-ci  illər  arasında  İsmayıl bütün Azərbaycanı özünə  tabe 
edə bildi.
23
 
Qeyd etmək lazımdır ki, Səfəvilərin Anadoludakı müridləri hələ İsmayıl şah 
olmazdan  əvvəl  də  tez-tez  Ərdəbilə  ziyarətə  gedir,  şiəyilin  torpaqlarında  təbliği 
üçün  böyük  səy  göstərirdilər.  Onlara  verilən  ―Bunca  zəhmət  çəkib,  Ərdəbilə 
getmək əvəzinə Məkkəyə gedib həzrəti-rəsulu ziyarət etsəniz daha yaxşı olmazmı?‖ 
sualına sufilər ―biz dirinin yanına gedirik, ölünün yox‖ cavabını verirdilər‖.
24
 
Azərbaycan  torpaqlarını  ələ  keçirib,  orada  Səfəvi-Qızılbaş  dövləti  qurmaq 
ideyası  ilə  müxtəlif  təşəbbüslərə  faciəli  uğursuzluqlarından  sonra  bu  yola  qədəm 
qoyan  İsmayılı  yalnız  Ərdəbil  sufiləri  deyil,  habelə  bütün  İran,  İraqi-Ərəb, 
Kürdüstan və  əsasən (Kiçik Asiya) imam-şiələri və  dərvişləri qızğınlıqla  müdafiə 
etdilər.
25
  
Özündən  əvvəlki  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlət  başçıları  kimi  Şah 
İsmayıl da hakimiyyətə gələn zaman Təbriz şəhərini özünə paytaxt etmişdir.  
Səfəviyyə-Qızılbaş  cərəyanının  yeni  mürşidi  olan  Şah  İsmayıl  özünün 
saysız-hesabsız  müridləri  tərəfindən  get-gedə  ilahiləşdirilirdi.  İsmayılın  başqa 
məmləkətlərdə  olan  müridləri  bir-biri  ilə  qarşılaşanda  ―Salam  əleykum‖  əvəzinə 
―Şah‖  deyirdilər,  hətta  xəstələrini  yoxlamağa  gedənlər  belə,  dua  əvəzinə  ―Şah‖ 
sözünü  təkrar  edirdilər.
**
  Bu  haqda,  alman  tədqiqatçısı  Valter  Hinsin  də  maraqlı 
qeydi  vardır.  O  yazır  ki,  müstəsna  şəxsiyyətlərin  qəhrəman,  yarı  məbud  hətta 
məbud sayılmaları bəşəriyyət qədər köhnə olan bir məsələdir.
26
 
                                                 
**
  İsmayılın  1501-ci  ildə  taxta  çıxması  haqqında  geniş  məlumat  vardır,  lakin  türkmən  tədqiqatçısı 
O.Ekayev İsmayılın 1499-cu ildə taxta əyləşdiyi barədə yanlış məlumat verir (Bax: O.Экаев. Усиление 
проникновение  шиизма  в  Хорасан  XV—XVI  вв.  «Материалы  IV  Всесоюзной  конференции 
востоковедов. Восток: Прошлое и будущее народов,» Москва, 1991, стр. 220). 
 


  
 
64 
 
XVI əsrin əvvəllərində İran əhalisinin əksəriyyətini sünnilər təşkil edirdilər. 
Ərdəbil şeyxləri tərəfindən aparılan şiə təbliğatı təkcə İranda deyil, Azərbaycanda 
və  Kiçik  Asiyada  –  türkdilli  əhali  arasında  da  böyük  əks-səda  doğurdu  və  özünə 
çoxlu tərəfdar topladı.
27
 Frank Babingerin Venesiya səyyahlarının əsərlərinə əsasən 
verdiyi  məlumata  görə,  XV  əsrin  sonu  –  XVI  əsrin  əvvəllərində  Kiçik  Asiya 
əhalisinin artıq beşdə dörd hissəsi şiələrdən ibarət idi.
28
 
Yuxarıda yazdığımız kimi, şiə-qızılbaş hərəkatının yayılması türk sultanı II 
Bayazidi bərk həyəcana salmışdı. O, nə yolla olursa-olsun şiəliyin qarşısını almağa 
çalışır,  qonşu  hakimləri  də  buna  dəvət  edirdi.  Ağqoyunlu  şahzadə  və  mirzələri 
arasında  ixtilafın  get-gedə  dərinləşdiyini  görən  II  Bayazid  vaxtı  itirmədən  kürd 
Hacı  Rüstəmə  məktub  yazaraq,  Ağqoyunlu-Qızılbaş  münasibətlərindən  narahat 
olduğunu bildirir, bu xüsusda ondan məlumat soruşur. Kürd Hacı Rüstəmin cavabı 
türk sultanının təşvişini bir qədər də artırır.
29
  
Şah İsmayıl, şübhəsiz ki, böyük bir şiə dövləti qurmaq niyyətində olmuşdur, 
lakin  o,  hələlik  bu  işi  onun  məzhəb  rəqibi  olan  başqa  qüdrətli  hökmdarları  özünə 
qarşı  qaldırmaqla  görmək  istəmirdi.  Sultan  Bayazidə  tezliklə  şah  İsmayıldan  bir 
məktub  gəldi. Səfəvi hökmdarı türk  sultanından  ―Rum ölkəsində  yaşayan qızılbaş 
mürid  və  əqidə  sahiblərinə  Ərdəbili  ziyarət  etmələri  üçün  icazə‖  istəyir,  yollarda 
yerli  hakim  və  valiləri  zəvvarların  gediş-gəlişlərinə  mane  olmamaları  üçün  tədbir 
görülməsini  nəzərə  çatdırır.  Hələ  çox  gənc  olan,  lakin  belə  surətlə  qələbələr  əldə 
edən,  yalnız  Azərbaycanda  deyil,  Rumda  və  başqa  ölkələrdə  də  yüz  minlərlə 
tərəfdarı olan Şah İsmayıla etiraz edə bilməyən sultan ona müsbət məzmunlu cavab 
məktubu yollayır.
30 
İ.P.Petruşevskinin  bir  qeydində  II  Bayazidin  təbəələri  olan  Səfəvi  dərviş 
təriqəti  müridlərinə  onların  Ərdəbili  ziyarət  etmələri  xüsusunda  icazə  verilməsi 
sultanın  belə  ziyarətin  siyasi  deyil,  dini  xarakter  daşıdığını  güman  etməsi  ilə 
əsaslandırılır ki,
31
 zənnimizcə, bu düzgün mülahizə deyil. Heç də təsadüsi deyil ki, 
gənc  İsmayıl  hələ  şah  olmazdan  əvvəl  II  Bayazid  müxtəlif  qüdrət  və  iqtidar 
sahibləri  ilə  məktublaşır,  əlaqədə  olduğu  bütün  nüfuzlu  şəxslərin  Səfəvilərə  qarşı 
çıxmağa təhrik edir, onlara öz köməyini vəd edirdi. O, Misir və Suriyanı məmlük 
sultanı  Qansu  Qiru  (1501-1516)  ilə  qızılbaşlar  arasında  hərbi  ittifaq  bağlana 
biləcəyindən  qorxuya  düşərək,  dərhal  məmlük  hökmdarına  məktub  yollayıb  onu 
qızılbaş  hərəkatının  Ön  Asiya  dövlətləri  üçün  təhlükəli  ola  biləcəyindən  hali 
edirdi.
32
  
Gənc Osmanlı şahzadəsi ilə gənc Səfəvi hökmdarı arasında vəziyyət, onsuz 
da,  gərgin  idi.  Şah  İsmayıl  taxta  çıxdığı  vaxtdan  etibarən  Bayburd,  Ərzincan  və 
başqa Anadolu torpaqlarına öz qızılbaş xəlifələrini göndərərək, o yerlərin əhalisini 
öz  tərəfinə  çəkməyə  çalışırdı.  Həsən  bəy  Rumlu  yazır  ki,  Rum  diyarında  yerli 
xalqın bəzi nüfuzlu nümayəndələri, o cümlədən Qaraca İlyas ―Rum sufilərinin bir 
dəstəsi ilə gəlib‖ ona qoşuldu.
33
 Fəxrəddin Kırzıoğlunun məlumatına görə, şahzadə 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə