Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə34/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   30   31   32   33   34   35   36   37   ...   65

  
 
69 
 
məktub  isə  sanki  birincinin  davamı  kimi  yazılmışdır.  Qızılbaş  hökmdarı  həmin 
məktubda  Osmanlı  sarayına  yolladığı  elçi  heyətinin  geri  qayıtmadığından  narahat    
olduğunu bildirir, Kəmaləddin Hüseyn bəydən və Bayram ağadan ibarət olan yeni 
elçilərinin  ―masal  düşən  kimi‖  geri  qaytarılmalarını  xahiş  edir.  Bu  məktubun 
diqqəti cəlb edən yerlərindən biri də, Çaldıranda məğlubiyyətinə baxmayaraq, Şah 
İsmayılın  öz  qürurunu  qoruyub  saxladığını  ifadə  edən  cümlələridir.  Şah  öz 
məğlubiyyətinin  səbəbini  həmin  döyüşə  əhəmiyyət  verməyərək,  yaxşı  hazırlıq 
işləri aparmamasında və ―tale qismətində‖ görür. (―O vaxtlarda mən öz əsgərlərimi 
ətraf  yerlərdən  çağırmadım,  bir  neçə  mülazimim  və  diyarbəkir  ətrafından  gələn 
adamlarımla  zərurət  üzündən  Sizin  qarşınıza  çıxdış‖)
58 
Şah  İsmayıl  sultanı  sülhə 
dəvət  edərək  (―dindar  sultanlar  arasında  başlanan  müxalifət  din  və  imanın 
zəifləməsinə küfr və üsyan əhlininsə cürət və cəsarətinə səbəb olur‖),
59 
onun yanına 
yollanan  qızılbaş  elçilərinin  məqsədlərinin  yalnız  ―əlbirliyin  əsasının  qoyulması, 
aradakı düşmənçilik və biganəlik götürülməsi nəzərə çatdırır.
60
  
Osmanlı-Qızılbaş  sülhünün  yaranmasından  ötrü  Misir  dövlətinin  Sultanı 
Qansu Quri də bərk canfəşanlıq edirdi. O, Şah İsmayılla özünün yaxşı münasibətdə 
olduğunu  nəzərə  alaraq,  Sultan  Səlimə  İrana  yeni  hücum  etməməsini  məsləhət 
görür,  çünki  ―yeni  döyüşdə  Şah  İsmayıl  Uzun  Həsənin  Sultan  Əbu  Səidlə  etdiyi 
hərəkəti edə bilər, qarşıya çıxmaz, türk qoşunu dağa-daşa dağılar və qəfil hücumla 
məğlub  olar‖.
61
  Nəticədə,  Osmanlılarla  məmlüklərin  Hələb  yaxınlığındakı  döyüşü 
zamanı  Qansu  Quri  məhv  edilir  (24  avqust  1516)  və  Sultan  Səlim  bu  qələbəni 
dərhal ―Misir fəthnaməsi‖ adı altındakı bir məktubla Şirvanşah II İbrahiminə xəbər 
verir. Məktubda məmlük qoşunları ilə 4 ay ərzində 8 döyüş etdiyini bildirən Sultan 
Səlim  ―qızılbaşlar  üzərinə  hücumun  kafirlər  üzərinə  cahaddan  daha  zəruri‖ 
olduğunu yazaraq, şiə-sünni münasibətlərinin barışmazlığına işarə edir.
62
 
Xəzər  dənizi  və  Kür  çayı  arasındakı  torpaqların  (Dərbənd  də  daxil 
olmaqla)
63
  irsi  sahibi  olan  Şirvanşahlar  Türkiyə  sultanının  əldə  etdiyi  Misir 
fəthindən  çox  sevindiyini  və  bütün  Şirvan  vilayətinin,  həmçinin  Şəki,  Qumuq  və 
Qaytaq  əhalisinin də əzəmətli padşahın (Sultan Səlimin - Ş.F.)   cahangirliyindən 
xoşhal  olduqlarını    bildirir.  Bu,  Osmanlı  sultanına  Şirvan  hökmdarının  yazdığı 
cavabın diplomatik tərəfidir. II İbrahimin bu məktubu yazmaqdan əsas məqsədi isə 
aşağıdakı  cümlələrdən  bilinir:  ―Daraye-əcəm  və  padşahe-əkrəm  (Əcəm  Darası  və 
kəramətli  padşah  -  Ş.  F.)  Şah  İsmayıl  Səfəvi  Sultanın  bizə  göndərdiyi  məktubdan 
xəbər  tutub  mənə  bildirdi  ki,  bu  səadətxah  bəndə  hər  iki  dövlətarasında  sülh 
yaranması  üçün vasitəçi olsun. Amma sizin dövlətinizin qulu   (yəni II İbrahim - 
Ş.F.) bu təklifi qəbul etməkdən boyun qaçırdı‖.
64
 Şirvanşahın - guya Şah İsmayılın 
təklifindən  boyun  qaçırmağıma  inanmaq  çətindir,  çünki  məlum  olduğu  kimi, 
                                                 
  Məktubda  Qaytağın  genişliyinə  işarə  edilərək,  o  yer  ―Qaytaqekuhi‖  və  ―Qaytaqe-dəşti‖  (―Dağ 
Qaytağı‖ və ―Çöl Qaytağı‖) adı ilə qey edilmişdir. (Bax: Firidun bəy, Münşəati-səlatin, I cild, səh. 444). 


  
 
70 
 
Şirvan  dövləti  Şirvanşah  tərəfindən  müstəqil  idarə  olunduğuna  baxmayaraq, 
Səfəvilərə ilbəil xərac verir və onlardan  vassal asılılığında idi. Belə olan halda, heç 
cür inanmaq mümkün deyil ki, Şah İsmayılın etdiyi təkliflə Şirvanşah razılaşmaya 
bilərdi  (onun  lap  Sultan  Səlim  kimi  əzəmətli  bir  müttəfiqi  olsa  da!).  Odur  ki,  II 
İbrahim yeni bir diplomatik fənd işlədir. O, belə yazmaqla, sonrakı cümlələrindən 
göründüyü  kimi,  sultandan    məsləhət    almaq,  yəni  özü  tərəfindən  vasitəçi  olmaq 
təklifinin  sultanın  icazəsi  olmadan  qəbul  edilməyəcəyini  bildirmək  məqsəd 
güdmüşdür.  ―Mənə  çatan  xəbərdən  bildim  ki,  [Şah  İsmayıl]  sizə  elçi  göndərmək 
fikrindədir.  Məlumdur  ki,  o,  bu  bəndəni  vasitəçi  edəcək.  Əgər  Sultan  [həmin 
vasitəçiliyi]  qəbul  etməzsə,  bu  [hərəkət]  böyük  bir  qovğaya  səbəb  olacaq‖.
65
 
Demək, Şirvanşah həm sultanın etibarını qazanmaq, həm də yeni qırğının qarşısını 
almaq və ―böyük qovğa‖dan qurtulmaq naminə müdrik addım atır. 
Şah İsmayılın sülh səhdinə baxmayaraq, Sultan Səlim yumşalmaq bilmir. O, 
Şirvanşaha cavabında ―mən gərək o tayfanın vücudunu iti qılıncımla yer üzündən 
siləm. Buna görə də, o tərəfə  yürüş etmək fikrindənyəm‖
66
  yazaraq, ―ətrafda olan 
başqa  hörmətli  əmirlərlə  də  məsləhətləşəcəyini  və  sonra  fitnə-fəsadı‖  aradan 
götürəcəyini bildirir.
67
 
Növbəti  cavab  məktubunu  sultana  yollayan  Şirvanşah  bu  dəfə  hətta  ona 
yalvarır  (―sizin  hücum  edəcəyiniz  məlum  oldu.  Bunu  etməyin,  ey  islamın 
pənahı!‖
68
 
Şirvanşahdan başqa  Gilan hakimi Əmirə  Dibaca  və  Mazandaran hökmdarı 
Məhəmməd  ağaya  məktublar  göndərib,  Şah  İsmayıla  qarşı  ittifaq  təklifini  irəli 
sürməklə  öz  planını  onlara  bildirən  (―Mən  daim  fitnə-fəsadın  aradan  götürülməsi 
barədə  düşünürəm‖)
69
  Sultan  Səlim  Səfəvi  dövlətinə  olduqca  böyük  bir  yürüş 
planlaşdırır.
*
  Əslinə  qalsa,  elə  Şah  İsmayılın  özü  də  Osmanlı  sultanının 
məqsədindən  hali  olduğu  üçün  bir  sıra  diplomatik  fəaliyyətə  başlayır.  O,  ilk 
növbədə, Almaniya, İsveçrə, Venesiya və Macarıstanla yeni danışıqlarına girir. Elə 
həmin dövlətlərin özləri və başqa Avropa dövlətləri də, Osmanlı imperiyasının get-
gedə genişləndiyini görərək, bərk təşvişə düşmüşdülər. Şah İsmayılın bu dövlətlərə 
müraciətindən  sonra,  onlar  Səfəvilərin  əli  ilə  Osmanlılara  zərbə  vurmaq  qərarına 
gəldilər.  1519-cu  ildə  artıq  yeni  müharibə  təhlükəsi  gerçəkləşməkdə  idi. 
Nikosiyada  Venesiya  Respublikasının  canişini  olan  Alvikos  d'Armer  iyulun  7-də 
Hələbdən  aldığı  xəbər  barədə  öz  respublikasına  məlumat  verib,  ―Böyük  Türkün 
ordusunun Sufinin üzərinə hücuma hazırlaşdığını‖
70
 yazırdı. 
Hələ  1518-ci  ildə  Almaniya  imperatoru  V  Karla  məktub  göndərərək,  ona 
―müştərək düşmənimiz olan Osmanlı türklərinə qarşı siz qərbdən, mən isə şərqdən 
                                                 

Həmin  yürüş  1525-1526-ci  illər  üçün  planlaşdırılmışdı.  Lakin  o  zaman  Almaniya-Macarıstan 
müharibəsi  baş  verdiyi  və  Türkiyənin  Fransa  ilə  əlbir  olaraq  Almaniya  və  Avstriyaya  qarşı  hərbi 
yürüşlərdə iştirakı səbəbindən ―Şərq səfəri‖ bir neçə illiyə təxirə salındı (Bax: F. Kırzıoğlu. Göstərilən 
əsər. səh. 127).  


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə