57
Dəmirqapı qalasının kutvalı olan qızılbaş Çıraq Xəlifəni həbs edərək, onun
adamlarından 300 nəfərinin başlarını kəsdilər. ―Sonra, iki minə yaxın sünni igidlər
başlarına göy və qara papaqlar geyərək (qızılbaş papaqlarının əksinə olaraq – Ş.F.)
Osmanlıların hərbi düşərgəsinə getdilər, Osmanlı başçılarına qiymətli hədiyyələr
verərək Çıraq Xəlifəni və onun başqa adamlarını qətlə yetirdilər‖.
63
Osmanlılar Şirvan vilayətinin maliyyə məsələləri ilə məşğul olmağa
başladılar. Bu işin icrası Gümüşzadə Mustafa Çələbiyə tapşırılırdı.
64
Onun xüsusi
hazırladığı təhrir dəftərlərinə vilayətdən yığılan 247 yük yarım aldığı
ağca pul
*
səbt
olundu. Şirvan vilayətində olan bütün torpaqların qeydiyyatı isə Zal Məhəmməd
Çələbiyə tapşırıldı. 700 min ağca gəliri olan bütün xass (xassə) torpaqları
*
Şamaxı
bəylərbəyisinə verildi. Ondan başqa 14 sancaqbəyiyə də ―xass‖ torpaq sahələri
təhkim edildi.
65
Nəzərdə tutmaq lazımdır ki, Osmanlı sərdar, vəzir və döyüşmülərinin
Şirvanın mərkəzi hissələrində daimi qalması heç də xətərsiz deyildi. Ara-sıra
hücumlara məruz qalan ―Şirvan bəylərbəyisi Osman Özdəmiroğlu bu qərara gəldi
ki, islam döyüşçülərinin Dəmirqapıda qalmaları məsləhətdir‖.
66
Osman paşa Özdəmiroğlu Dərbənddə qalmaqda, heç də başqa Şirvan
şəhərlərindən əl çəkmək niyyətində deyildi. O, tezliklə Şamaxıya 15 min noqay
döyüşçüsü yolladı. Peçəvinin məlumatına görə, təxminən 15 min Dağıstan
döyüşçüsü də Şamxal bəyin başçılığı altında oraya göndərildi.
67
Qeyd etmək lazımdır ki, III Murad özünün əsas qüvvələrini qızılbaşların öz
əllərində saxladıqları başqa zəngin və münbit Azərbaycan və İran ərazilərinə
yönəltmək məqsədi ilə Şirvanı, əsasən, tatarların gücü ilə saxlamaq niyyətində idi.
Krım xanı bu qədər var-dövlət əldə etdikdən sonra daha Şirvanda qalmayıb, öz
ölkəsinə qayıtmaq qərarına gəldi. Özü qayıdaraq, oğlu Qazi Gərayı Şirvanda
saxladı. Sultan onun bu əməlindən incidi, xan isə öz mülkündən və başından
məhrum oldu‖.
68
Amma məlumdur ki, bundan sonra da Krım xanları Osmanlı
sultanlarına onların sədaqətli vassalları kimi öz xidmətlərini göstərməkdə idilər.
**
*
Ağca və yaxud axça –vəzni 0,33 qramdan 1,2 qrama qədər olan gümüş pul. Göstərilən dövrdə 120
ağca – 1 quruş, 270-360 ağca isə bir altuna bərabər idi. 1687-ci ildən başlayaraq ağca rəsmən quruşla
əvəz edildi (Bax: İbrahim Peçəvi. Göstərilən əsər, Z.M.Bünyadovun ―Şərhlər‖i, səh. 97.).
*
Şah və şah ailəsinə məxsus olan torpaqlara ―xass‖, yaxud ―xassı‖ torpaqlar deyilirdi. K.Röhrborna
görə isə, əksinə, şah torpaqları ―xalisə‖, dövlət torpaqları ―xassə‖ adlanırdı (Bax: Ə.Ə.Rəhmani.
Göstərilən əsər, səh. 125,228.).
**
Qeyd: Krım tatarları h. 880 (m. 1475)-ci ildən Sultan Məhəmməd Fatehin vəziri Gədük Əhməd
paşanın zindanda dustaq olan Krım xanı Mengli Gərayı azad edib hakimiyyətə gətirdiyi ildən
başlayaraq həmişə (rusların 1783-cü ildə bu sülaləni məhv etmələri qədər) Osmanlı sultanlarına onların
Avropa xristianları və Səfəvi hökmdarlarına qarşı apardıqları döyüşlərə həmkarlıq etmişlər. H. 1188 (m.
1774)-ci ildə Osmanlıların Rusiya tərəfindən müstəqillik əldə etdi. Lakin bu hal uzun sürmədi. Rus
çariçası II Yekaterinanın qoşunları Krımı zəbt etib, son Krım xanı Şahin Gəray xanın hakimiyyətinə son
qoydular. Yuxarıda adı çəkilən Məhəmməd Gəray xan isə II Məhəmməd Gəray xandır ki, o h. 985-992
(1577-1584)-ci illərdə hakimiyyət sürmüşdür. Ondan sonra qardaşı II İslam Gəray xan (h. 986: m. 1578-