Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə23/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   19   20   21   22   23   24   25   26   ...   65

  
 
47 
 
nüfuz dairəsinə bölünmüş, bu və ya dögər hökmdarlar öz el-obasının taleyini o iki 
şəxsə tapşırmış, onların itaətində durmuşdular.  
Azərbaycanın  şimalında  yerləşən  Şirvanşahlar  dövləti  üzərində  də  ciddi 
təhlükə  görünməyə  başladı.  Belə  bir  şəraitdə,  dövrünün  görkəmli  dövlət  xadimi 
olan I İbrahim qüvvələr nisbətini düzgün qiymətləndirdi və Sultan Əhmədin əksinə 
olaraq Osmanlıların deyil,  Teymyurilərin tərəfini tutdu.

Sultan Əhməd isə  ―zülm 
və  sitəmlə  məşğul  olan‖  və  ―tez  mənim  dərgahıma  gəl‖

deyib  ona  hökm  edən 
Teymura rədd cavabı verərək itaətsizlik göstərmişdi.

Tarixçi nizaməddin Şaminin 
nməlumatına görə, XIV əsrin sonunda Əmir Teymur yola düşmüş və gürcü knyazı 
Baqrata  islam  dinini  qəbul  etdirmiş,  sonra  ―o  ətrafda  şan-şöhrəti  əmirlər  arasında 
müstəsna  mövqeyi  olan  Şirvanat  məliki  Şeyx  İbrahimi‖  də  öz  yanına  çağırmış, 
―Şabran və Şamaxı vilayəti‖ Teymurilərin itaəti altına girmişdi.

Şərəfəddin  Əli  Yəzdi  özünün  ―Zərəfnamə‖  əsərində  ―valiye-Şirvanat‖, 
―hakime-Şirvanat‖  adlandırdığı  I  İbrahimin  ağıl  və  rəftar  cəhətcə  ―zəmanə 
məliklərinin  hamısından  üstün‖  olduğunu  xüsusi  nəzərə  çatdırır.

məhz  bu 
xüsusiyyətinə  görə  də,  Dərbəndin  ―yaxşı  mühafizə  olunması‖  qüdrətli  özbək 
hökmdarı tərəfindən Şirvanşaha tapşırılmışdı.

Əmir  Teymuri  fərmanı  ilə  hərbi  yürüşlər  vaxtı  Şirvan  qoşunu  cağatay 
ordusunun  tərkibində  olmalı,  müharibədə  iştirak  etməli  idi.  Doğrudan  da,  Şeyx 
İbrahim Teymurun bir çox hərbi yürüşlərində onu müşayiət etmiş, Şirvan qoşunu 
cağatay  ordusunun  tərkibində  hərəkət  etmişdi.

I  İbrahimin  havadarlığı  sayəsində 
Əmir Teymurla münasibətini yaxşılaşdırıb, yenidən atası Seydi Əli Orlatın irsi olan 
Şəki  taxt-tacına  yiyələnən  Seydi  Əhməd  də  öz  qoşunu  ilə  Teymurun  xidmətində 
durmuş, onun Türkiyə hücumunda iştirak etmişdi.

 
I  İbrahim  Teymuru  müşayiət  edərək  Osmanlıların  da  daim  maraq  dairəsi 
altında  olan  Hələbə  də  getmiş  (803;1400),  az  sonra  öz  ölkəsinə  qayıdaraq,  məhz 
Teymuri himayəsinə bel bağladığı üçün oranı arxayınca idarə etməyə başlamışdı.

   Şirvanşah  İbrahimin  Teymurla  bir  ittifaqla  əvvəlcə  Toxtamışın,  sonra  isə 
İldırım Bayazidin qoşunlarının məğlubiyyətində iştirakı sonrakı hadisələrdə böyük 
rol  oynadı.  Əvvəla,  Qızıl  Ordanın  keçmiş  əzəməti  sarsıldı  və  onun  Şirvana  olan 
viranedici  yürşülərinə  son qoyuldu. İkincisi,  Zaqafqasiya  ərazisində  mövcud olan 
bütün böyük və  kiçik dövlətləri öz təsiri altına almaq istəyən Osmanlı imperiyası 
qarşısında  Teymuri  himayəsinə  arxalanan  Şirvanşahlar  dövlətinin  timsalında 
müəyyən sədd yarandı.
10 
   
Məlum  olduğu  kimi,  Teymurla  nifaqda  olan  Sultan  Əhməd  yalnız  Rum 
Sultanı İldırım Bayazidə deyil, həmçinin əzəmətli Qaraqoyunlu əmiri Qara Yusifin 
hərbi gücünə də arxalanırdı. Teymurun onların üzərinə hücumu ilə əlaqədar olaraq 
Qara  Yusif  və  İldırım  Bayazid  arasında  elçi  gediş-gəlişi  və  rəsmi  yazışma 
olmuşdur. Özbək hökmdarının hücumundan qorunmaq məqsədilə Rum sultanından 
kömək istəyən  Qara  Yusifə  göndərdiyi cavab  məktubunda  İldırım Bayazid özbək 


  
 
48 
 
yürüşənə  qarşı  öz  tədbirlərindən  xəbər  verərək  (―Rum  mirmiranına  və  bu  diyarın 
başqa sərdarlarına fərman edib buyurdum ki, Teymur yaxınlaşarsa, bizim  müzəffər 
əsgərlər  ona  çatsınlar,  aləmi  onun  zülmündən  təmizlənsinlər‖),
11 
eyni  zamanda 
Qara  Yusifdən  xahiş  edir  ki,  ―gərək  o  cənab  da  (yəni  Qara  Yusif  –  Ş.F.)  Şirvan. 
Gilan,  Kürdüstan  və  Luristan  hakimləri  ilə  birləşib,  qəflət  etmədən  onlarla 
(Teymurilərlə - Ş.F.) müharibəyə başlayalar‖.
12 
Firidun  bəyin  ―münşəati-səlatin‖  əsərindəki  məktubdan  götürdüyümüz 
həmin  məlumatdan,  yəni  Qara  Yusifin  həmçinin  Şirvan  hakimindən  də  kömək 
istəyərək  Teymurilərə  qarşı  müharibəyə  başlaması  üçün  Sultan  Bayazidin  etdiyi 
xahişdən  elə  çıxmamalıdır  ki,  bu  Osmanlı  sultanı  Teymurla  Şirvanşahın 
münasibətindən  bixəbərdir.  Şübhəsiz  ki,  hər  iki  hökmdar  bir-birilərinin  dost  və 
düşmənlərini  yaxşı  tanıyırdılar.  Lakin  çox  güman  ki,  Sultan  Bayazid  yuxarıda 
etdiyi  xahişlə  Şirvan  hakimi  I  İbrahimi  öz  tərəfinə  çəkmək  niyyəti  güdmüşdür. 
Buna  baxmayaraq,  sonradan  məlum  olduğu  kimi,  Şirvanşah  Türkiyəyə  qarşı 
yürüşdə Sultan Bayazidin və onun müttəfiqləri Sultan Əhməd və Qara Yusif deyil, 
əmir  Teymurun  tərəfini  tutmuşdur.  Lakin  Teymurilər  və  Osmanlılar  yenə  də 
özlərinə  yeni  müttəfiqlər  cəlb  etmək  istəyində  qalmaqda  idilər.  Belə  ki,  Sultan 
Bayazidə  ikinci  məktubda  Teymur  və  Osmanlı  sultanının  Təbrizə  girib  özbək 
ordusu  ilə  döyüşmək  niyyətini  rişxəndlə  qarşılayaraq,  bunu  xülya  adlandırır.
13 
Sultan  Bayazid  isə  ona  cavabında  bildirir:  ―yazmısınız  ki,  bizim  Təbrizə  gedib, 
orada sizinlə döyüşməyimiz qəribə bir işdir. Əgər biz Kəfədən
*
 və Şirvandan oraya 
(yəni  Təbrizə  -  Ş.F.)  hücuma  keçsək,  bizə  kim  mane  ola  bilər,  bir  halda  ki, 
qıpçaqlar sizdən inciyərək bizimlə müttəfiq olmuşlar‖. 
Əmir  Teymurun  vəfatında  sonra  (1405)  Azərbaycanda  hakim  olan  Qara 
Yusiflə Şirvanşah I İbrahimin münasibəti ilk vaxtlarda yuxarıda göstərildiyi kimi o 
qədər  də  yaxşı  olmamışdır,  lakin  sonralar  onların  arasında  ikitərəfli  razılaşma 
yaranmış,  Şirvanşah  Şirvanı  yenə  də  müstəqil  idarə  etmişdisə  də,  Qaraqoyunlu 
hökmdarından  asılı  vəziyyətdə  olmuşdur.  Amma  Teymurdan  sonra  Xorasan  taxt-
tacına  sahiblənən  Şahrux  bütün  Azərbaycanı  öz  əlinə  almaq  istəyir  və  bu 
məqsədini  həyata  keçirməyə  hazırlaşırdı.  Bu  təhlükədən  xəbər  tutan  Qara  Yusif 
Xacə  Bəhram  Naxçıvani  ilə  yeni  Osmanlı  hökmdarı  I  Sultan  Məhəmmədə 
göndərdiyi məktubda Şahruxun niyyətini və onun ―Rusiyadan və qıpçaq çölündən 
keçib,  Şirvanın  Babül-Əbvabına  (Dərbəndə  -  Ş.F.)  gələcəyini  və  oradan  da 
Azərbaycana  yollanacağını‖
14 
sultana  bildirməklə  Türkiyə  ilə  dinc  münasibətdə 
olan Şirvanın da təhlükə altında qalacağını xəbər verirdi. 
H.  820  (m.1417)-ci  ildə  vəfat  edən  Şirvanşahın  I  İbrahimdən  sonra 
Şirvanşahlar  taxtına  əyləşən  Əmir  Xəlilullah  (Sultan  Xəlil)  da,  öz  atası  kimi, 
                                                 
*
 Heydər Evoğlunun münşəatında: Gəncədən (Bax: Əbdülhüseyn Nəvai. Əsnad, səh. 102.). 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə