28 sentyabr 2018-ci il
http://www.amu.edu.az
5
ATU-nun mətbuat xidməti
Görüş zamanı fakül-
tənin dekanı, dosent
Anar Ağayev “Elekton
Universitet”in yara-
dılması və əhəmiyəti
ilə bağlı tələbələrə
geniş məlumat ve-
rib. Bildirib ki, bu
ildən etibarən I
kurs tələbələri ilk
dəfə olaraq, elekt-
ron sistemlə təhsil
alan tələbə olacaqlar və onların
dərsə davamiyyəti, mənimsəmə
göstəriciləri, bu və digər məqamlar
elektron jurnalda öz əksini tapacaq.
Tələbə kodunu pəncərəyə daxil
etməklə elektron jurnal vasitəsilə
özü haqqında məlumatlar əldə
edə biləcək. Valideynlər də kodu
daxil etməklə öz övladları barə-
də məlumatı heç bir əziyyət
çəkmədən, problemsiz öyrənə bilə-
cəklər.
A.Ağayev həmçinin elektron jur-
nal vasitəsi ilə tələbələrin müəl-
limlərinin fəaliyyətini qiymət-
ləndirmək imkanları da əldə edə-
cəyini bildirib.
Universitetdə aparılan islahatlar-
la bağlı məlumat verən dekan bu
ildən etibarən 40 faiz və 40 faizdən
artıq mühazirələrdə iştirak etməyən
tələbələrin imtahanlara vəsiqə qa-
zanmayacağını da qeyd edib.
Dekanlıq nümayəndələri tələbə-
lərə təhsil aldıqları müddətdə Uni-
versitetin daxili nizam-intizam qay-
dalarına riayət etməyi və bir-birləri
ilə dostluq münasibətləri qurmağı
tövsiyə ediblər.
Dekan sonda bu cür görüşlərin
əhəmiyyətinə toxunaraq, davamlı
olacağını vurğulayıb.
Sentyabrın 26-da ictimai
səhiyyə fakültəsinin dekanlıq
nümayəndələrinin fakül tənin I
kurs tələbələri ilə növbəti görü-
şü olub.
Tədris Cərrahiyyə
Klini
kada tibbin ayrı-
ayrı sahələri ilə yanaşı,
tibbi cihazlar üzrə də
mütəmadi olaraq təlimlər
keçirilir.
Əsasən rezident-neona-
toloqların qatıldığı növbəti
belə təlimlərdən biri də
sentyabrın 21-də klinika-
nın nəzdində fəaliyyət
göstərən Tibbi Cihaz-
lara Nəzarət və Xidmət
Şöbəsində oldu. Tibbi ci-
hazlar üzrə mütəxəssis Cəmil Həsənov
neonatoloji funksiyaya malik “CPAP” ci-
hazı haqqında təlim iştirakçılarına ətraflı
məlumat verdi və cihazın işləmə prose-
sini əyani şəkildə göstərdi.
Mövzuya dair təlimin 5 mərhələdə
aparılacağını söyləyən mütəxəssis ciha-
zın təyinatı və strukturunu, istifadə qay-
dalarını izah edərək bildirdi ki, təlimat
kitabçası ilk növbədə istifadəçilər üçün-
dür və onu oxumaq hər bir istifadəçinin
borcudur. O, təqdim olunan cihazın
xüsusiyyətləri və imkanları barədə də
danışaraq cihazdan istifadə zamanı ya-
rana biləcək əsas çətinliklərə toxundu,
qarşıya çıxan problemlərin həlli yollarını
diqqətə çatdırdı.
Cihazın hissə və detallarının sterilizasi-
yasının necə aparılmasından da söz açan
mütəxəssis qeyd etdi ki, bu həkimlərin
işi olmasa da, texniki bilgilərin zənginliyi
əlavə üstünlükdür və hansı detalın ha-
rada, hansı temperaturda sterilizasiya
ediməyini hər bir həkimin bilməsi, eyni
zamanda tələb etməsi çox zəruridir.
Təlim zamanı avadanlıqların bir-
birindən fərqinə, oxşar cəhətlərinə də
aydınlıq gətirən C.Həsənov rahat da-
şınmayan avadanlıqların neonatologi-
ya şöbəsində körpələrin sayına görə
yerləşdirilməsinin vacibliyini də vurğu-
ladı.
Təlimin gedişində ortaya çıxan suallar
da mütəxəssis tərəfindən cavablandırıl-
dı.
Tibbi cihazlar üzrə təlim
Görüşdə çıxış edən fakültə
dekani, dosent Səid Əhmədov
tələbələrin bir həftə ərzində
dərslərə davamiyyəti, tədris za-
manı baş verən neqativ halların
cavablandırılması, eləcə də yeni
innovasiya qaydaları haqqında
danışaraq tələbələri dərslərinə
qarşı daha məsuliyyətli olma-
ğa çağırıb. O, tələbələri təhsil
müddətində yaradılan şəraitdən
səmərəli istifadə etməyə, univer-
sitetin daxili nizam-intizam qay-
dalarına düzgün riayət etməyə,
dərslərini maksimum dərəcədə
öyrənməyə və bir-birilə yaxın
dostluq münasibətləri qurmağa səsləyib.
Dekan S.Əhmədov tələbələrə bildirib ki,
bu ildən etibarən tələbələrimiz elektron
jurnal vasitəsilə müəllimlərin fəaliyyətini,
davranışını qiymətləndirə biləcəklər. O,
vurğulayıb ki, bu sistem tam şəffaflığa
təminat verir. Tələbələr jurnalda yaradılan
xüsusi pəncərəyə daxil olmaqla imtahan
prosesinin gedişi və müəllimlər barədə su-
alları da cavablandıra biləcəklər.
Sözünə davam edən dekan yeni yaradılan
“aralıq imtahanı” haqqında da tələbələrə
geniş məlumat verib və bu imtahan prose-
sinin qayda-qanunlarını ətraflı izah edərək
bildirib ki, bu üsulun tətbiq edilməsi ancaq
və ancaq tələbələrin xeyrinədir.
Sonra dekan S.Əhmə-
dov tədris zama
nı
tələbələrin üzləşdiyi
bir sıra müxtəlif prob-
lemlərə də aydınlıq
gətirib, tələ bələrin bəzi
suallarını, o cümlədən,
bəzi müəllimlərin onla-
ra məcburi kitab satışı
ilə bağlı şikayətlərini də
cavablandırıb. Maraq-
lı təkliflərlə çıxış edən
tələbələri diqqətlə
dinləyən dekan qarşıda
duran digər məsələlərə
də toxunub.
Səslənən bütün prob lemlərin nəzərə alı-
nacağını və öz həllini tapacağını söyləyən
dekan tələbələrlə keçirilən bu görüşün çox
maraqlı, eyni zamanda məhsuldar olduğu-
nu qeyd edərək bildirib ki, gələcəkdə də
belə görüşlərin davam etdirilməsi ümumi
işimizin xeyirinədir.
Dekanlıq nümayəndələrinin tələbələrlə görüşləri davam edir
Bu günlərdə Azərbaycan Tibb Univer-
sitetinin stomatologiya fakültəsinin
rəhbərliyinin bütün qruplar üzrə görü-
şü keçirilib. Görüşdə fakültənin dekanı
Səid Əhmədov, fakültənin dekan müavi-
ni Kamran Babayev və fakültənin elmi
məsləhətçisi Qələndər Aslanov iştirak
ediblər.
Azərbaycan Tibb Universitetinin
şüa diaqnostikası və terapiyası ka-
fedrasının əməkdaşı, radioloq Gü-
nel Qəmbərova orta yaşlı qadınlara
mütəmadi olaraq mammoqrafiya
müayinəsindən keçməyi məsləhət
görür və bu müayinənin daha erkən
mərhələlərdə süd vəzi xərçəngini
aşkarlamağa imkan verdiyini bildirir:
“Bəzi qadınlar müayinə zamanı radiasi-
ya təsirinə məruz qalmaqdan narahat
olurlar. Qeyd edək ki, çağdaş mammoq-
rafiya yalnız standart döş qəfəsi rent-
gen müayinəsindən 0.06 qr aşağı doz
ekspozisiya vermiş olur. Bu, insanın 3
saatlıq təyyarə uçuşu zamanı aldıgı şü-
aya bərabərdir. Yəni bu dozanın insan
orqanizminə ziyanı yoxdur”.
G.Qəmbərova ATU-nun Tədris Terapev-
tik Klinikasında müasir standartlara cavab
verən rəqəmsal mammoqrafiya cihazı ilə
bütün növ prosedurların icra olunduğunu
bildirir. Həkim bütün xanımlara müraciət
edərək vaxtında müayinə olunmağı
məsləhət görür.
Qeyd edək ki, artıq Dünya Səhiyyə
Təşkilatı, Amerika Tibb Assosiasiyası, Ma-
ma-ginekoloqların Amerika Konqresi,
Avropa və Amerika Radioloqlar Assosiasi-
yası, Onkoloji Cəmiyyət, Milli Onkologiya
Şəbəkəsi mammoqrafiya müayinəsinin
süd vəzi xəstəliklərinin erkən aşkarlanma-
sında qızıl standart (”Gold standart”) me-
tod olduğunu israrla vurğulayırlar.
Qadınlarda xərçəngi erkən aşkarlamağın yolları
Zəmanəmizin ən qorxulu xəs-
təlik lərindən biri xərçəng xəs-
təliyidir. İnsanlar bu diaqnoza
ölüm diaqnozu kimi yanaşır.
Lakin bilmək lazımdır ki, erkən
aşkarlanmış onkoloji xəstəliklər
çox vaxt tam müalicə olunur.
Xüsusilə qadınlar üçün bu möv-
zu daha çox aktualdır. Sadəcə
vaxtında müayinə olunmaq la-
zımdır.