http://www.amu.edu.az
28 sentyabr 2018-ci il
6
Çin 2020-ci ildə
orqan transplantasiya
üzrə dünyada birinci
olacaq.
AZƏRTAC xəbər verir ki, bunu
Çin Orqan Bağışlama və Trans-
plantasiya Milli Komitəsinin di-
rektoru Xuan Ciefu deyib.
Sian şəhərində işə başlayan 3-cü Çin
beynəlxalq orqan bağışlama konfran-
sında çıxış edən komitə direktoru bildi-
rib ki, bu il ölkədə könüllü olaraq orqan
bağışlamaq üçün müraciət edənlərin
sayı 615 minə yaxınlaşıb.
Cari il ərzində Çində orqan trans-
plantasiyası üzrə 54 min 956 uğurlu
cərrahiyə əməliyyatı aparılıb.
Çin orqan transplantasiyası üzrə
dünyada birinci olacaq
m Qohumları Altsheymer
xəstəliyindən əziyyət çəkən
David Vidal Andres adlı 27
yaşlı ispaniyalı “Cuidum
Purple” şirkəti ilə birlikdə
dünyada yeganə Altsheymer
“tərcüməçisi” yaradıb.
AZƏRTAC xəbər verir ki,
Altsheymerin əlamətləri
nəticəsində xəstələr və onlara
baxanlar arasında münaqişə
yarandığı mürəkkəb psi-
xoloji anda “tərcüməçi”nin
köməyindən istifadə etmək olar.
Məsələn, əgər yaşlı ana oğlunu
tanımırsa və onun kim olduğunu so-
ruşursa, “tərcüməçi” ona məlumat
verir və unutqanlığının səbəbinin
xəstəliklə əlaqəli olduğunu xatırla-
dır.
Bu əlavəni “Google”da yükləmək,
ondan smartfon və planşet vasitəsilə
ödənişsiz istifadə etmək olar.
m
Avstriyanın paytaxtı Vyanada
Epilepsiya ilə Beynəlxalq Mübarizə Li-
qası (International League against Epi-
lepsy) tərəfindən təşkil edilən Epilepto-
logiya üzrə 13-cü Avropa Konqresində
Azərbaycan Tibb Universitetinin nev-
rologiya kafedrasının əməkdaşı, Epilep-
siya ilə Beynəlxalq Mübarizə Liqasının
Azərbaycan Bölməsinin katibi, t.ü.f.d.
Şəhla Məlikova da iştirak etmişdir.
Ş.Məlikovanın «Epilepsiyalı qadınlar-
da hamiləliyin nəticələri» mövzusunda
poster prezentasiyası konqres iştirakçı-
ları tərəfindən maraqla qarşılanmışdır.
Konqresdə 100-dən çox ölkəni təmsil
edən 2500-dən çox nevroloq iştirak et-
mişdir. Konqresin sessiyaları və məruzələri
dünyanın 200-dən artıq ən qabaqcıl epi-
leptoloqları tərəfindən aparılmışdır (Sa-
muel Wiebe, Alla Guekht, Meir Bialer,
Eugen Trinka, Emilio Perucca, Simon Shor-
von, Helen Cross, Torbjörn Tomson, Fede-
rico Vigevano, Michel Baulac, Matthew
Walker, Charlotte Dravet, Philippe Ryvlin,
Martin Brodie, Christian Elger və başqa-
ları). Epilepsiyanın müxtəlif aspektlərinə
dair bir çox maraqlı məruzələr konqres
iştirakçıların nəzərinə çatdırılmışdır.
A.Strzelczyk, F.Rosenow (Almani-
ya), A.Schiefecker (Avstriya), S.Rüeggin
(İsveçrə) təqdim etdiyi «Refrakter və su-
perrefrakter epileptik status» (Refrac-
tory and superrefractory status Epilep-
ticus) adlı sessiyyada refrakter epileptik
status zamanı lakosamid, brivasetam
preparatlarının istifadəsi barədə ma-
raqlı məlumatlar verilmişdir. Epilepsiya
əleyhinə preparatların teratogenliyinə
(Teratogenicity of antiepileptic drugs)
həsr olunmuş sessiyada R.Fennel (ABŞ),
M.Bialer (İsrail), T.Tomson (İsveç), S.Şorvon
(Böyük Britaniya) tərəfindən maraqlı
məruzələr təqdim olunmuşdur. Hamiləlik
planlaşdıran epilepsiyalı qadınlarda epi-
lepsiya əleyhinə preparat seçimində
ehtiyatlı olmaq tövsiyə olunmuşdur, la-
motridjin və levetirasetam isə daha az
teratogen effektə malik olan epilepsiya
əleyhinə preparatlar kimi göstərilmişdir.
C.Baumgartner (Avstriya), P.Marusic (Çexi-
ya), P.Kahane (Fransa) tərəfindən təqdim
edilmiş videosessiya (Advanced teaching
video session: Seizure semiology – adult:
Illustrating the new ILAE seizure classifi-
cation for focal seizures) zamanı Epilepsi-
ya ilə Beynəlxalq Mübarizə Liqasının yeni
təsnifatına uyğun olaraq böyüklərdə fo-
kal tutmaların semiologiyası (avtonom və
emosional, tonik və klonik, hiperkinetik
və koqnitiv tutmalar) nümayiş etdirilmiş-
dir.
İspaniyalı gənc dünyada yeganə
Altsheymer “tərcüməçisi” yaradıb
Əməkdaşımız Epileptologiya üzrə 13-
cü Avropa Konqresində iştirak edib
1959-cu ildə N.Nərimanov adına
Tibb İnstitutunun əczaçılıq fakültəsini
bitirərək bir müddət Sumqayıt və
Bakı şəhərinin apteklərində işləyən
F.Təhməzov 1960-cı ildə əczaçılıq
fakültəsinin Elmi Şurasının tövsiyəsi
əsasında dərman formalarının tex-
nologiyası üzrə aspiranturaya daxil
olmuş və 1963-cü ildə aspiranturanı
başa vurmuşdur. 1965-ci ildə disser-
tasiya müdafiə edib əczaçılıq elmləri
namizədi elmi dərəcəsi almışdır. 1965-
ci ilin fevralından Azərbaycan Tibb
Universitetində işləyən F.Təhmazov
əvvəlcə aspirantura şöbəsi üzrə ins-
pektor, istehsalat təcrübəsinin rəhbəri,
dərman texnologiyası kafedrasının as-
sistenti, baş müəllimi, 1968-ci ildən isə
dosenti vəzifəsində çalışıb.
F.Təhmazov dosent işlədiyi müddətdə
kafedranın tədris işlərinə rəhbərlik
etmiş, laboratoriya məşğələləri üçün
metodik işləmələr, dərs vəsaitləri və
dərslik çap etdirmişdir.
Tədris-metodik işlərlə yanaşı, elmi
axtarışlarla da məşğul olan Fərman
müəllim kafedranın və fakültənin icti-
mai həyatında da yaxından iştirak et-
mişdir.
O, 1983-1992-ci illərdə əczaçılıq
fakültəsinin dekan müavini, sonra deka-
nı, 1990-2000-ci illərdə dərman forma-
larının texnologiyası kafedrasının mü-
diri vəzifələrində çalışmışdır. Eyni za-
manda Azərbaycan Əczaçılarının Elmi
Cəmiyyəti idarə heyətinin, Baş Apteklər
İdarəsi attestasiya komissiyasının üzvü
olmuşdur.
F.Təhmazov kafedranın və fakültənin
ictimai işində fəallıq göstərdiyinə görə
professor-müəllim heyəti və tələbələr
arasında hörmət və nüfuza malikdir.
0, 58 elmi məqalə, metodişləmə, dərs
vəsaiti və dərsliyin müəllifidir.
Əczaçılıq texnologiyası, idarəçiliyi
kafedrasının əməkdaşları Fərman
Təhmazovu 85 illik yubileyi münasibəti
ilə səmimi qəlbdən təbrik edir, ona
möhkəm cansağlığı, gümrahlıq, şərəfli
həyat yollarında uğurlar arzulayırlar!
Əczaçılıq texnologiyası, idarəçiliyi
kafedrasının əməkdaşları
Bu günlərdə həyatının 48 ilini Tibb
Universitetində elmi-pedaqoji işə həsr et-
miş əczaçılıq texnologiyası və idarəçiliyi
kafedrasının sabiq dosenti Fərman Əlibala
oğlu Təhmazovun 85 yaşı tamam oldu.
Fərman Təhməzov-85
Şərəfli həkimlik, alim
lik, pedaqoji fəaliyyətlə
uzun illər məşğul olan
Azərbaycan Tibb Uni
versitetinin nevrologi
ya kafedrasının dosenti
Mahirə Məmməd qızı
Məm mədova respublika
da uşaq nev
rologiyası
xidməti yaranan ilk
illərdən etibarən bu peşəyə
sahiblənənlərdən biridir.
Bu il ATU-nun nevrolo-
giya kafedrasının dosenti
Mahirə Məmmədovanın 70
yaşı tamam oldu. O, peşəsini,
sənətini sevməsi, xəstələrə
daim diqqət yetirməsi, onla-
ra şəfa verməsi, insanlığı və
xeyirxahlığı ilə seçilir. Tibb
Universitetində işlədiyi
müd dətdə biliyini, bacarı-
ğını böyük mehribanlıq və
qayğıkeşliklə tələbələrin
təhsilinə həsr etmişdir.
Qeyd edək ki, Mahirə
Məmmədova 10 iyun 1948-
ci ildə Ağstafa şəhərində
anadan olmuşdur. 1966-
cı ildə Bakı şəhərinin 27
saylı məktəbini bitirib, elə
həmin il Azərbaycan Dövlət
Tibb İnstitutunun pediatri-
ya fakültəsinə daxil olmuş
və 1972-ci ildə institutu
bitirdikdən sonra 5 saylı
Birləşmiş Uşaq Yoluxucu
Xəstəliklər Xəstəxanasının
poliklinika şöbəsində
sahə pediatrı işləmişdir.
1973-cü ildə Uşaq Nevro-
loji Xəstəxanasının ordi-
natoru, 1974-cü ildə ADTİ-
nin II sinir xəstəlikləri
kafedrasında baş labo-
rant, asisstent, 1996-cı
ildən etibarən isə dosent
vəzifəsində çalışır.
Kafedrada işlədiyi
müddətdə özünü sa-
vadlı həkim, müəllim kimi
göstərmiş, klinika əmək daş -
larının və tələbələrin hör -
mə tini qazanmışdır. 19 86-cı
ildə namizədlik dis
serta-
si
ya
sını müdafiə etmiş-
dir. O, 1 mo noqrafiyanın,
Azər baycan dilində “Uşaq
sinir xəstəlikləri” dərs-
li
yinin, 3 metodik tövsi-
yə
nin həmmüəllifi, 1
sə mə rələşdirici
təklifin,
108 elmi işin müəllifidir.
Dərs deməyə başladığı gün-
dən tələbələrə qarşı həmişə
mehriban, səmimi, yaxın bir
insan kimi xoş münasibət
bəsləmişdir. M.Məmmədova
daim kafedranın, fakültənin
və universitetin ictimai
işlərində fəal iştirak edir.
1989-cu ildən Azərbaycan
Respublikasının Nevroloqlar
Və Tibbi Genetiklər Assosi-
asiyasının elmi katibi, 1995-
2012-ci illərdə pediatriya
fakültəsinin elmi şurasının
katibi, 2008-2015-ci illərdə
Nevrologiya və Psixiatriya
üzrə problem komissiyası-
nın, 2004-cü ildən etibarən
psixonevrologiya ixtisası
üzrə ilkin müdafiə şurasının,
Nevroloqlar Beynəlxalq Fe-
derasiyasının, Epilepsiya ilə
Beynəlxalq mübarizə Liqası
və Azərbaycan Nevroloqlar
Assosiasiyasının üzvüdür.
M.Məmmədova həm çi-
nin iş yoldaşları ilə də yaxşı
münasibətdədir. Ona uzun
ömür, can sağlığı, gələcək
fəaliyyətində böyük uğurlar
arzulayırıq.
Nevrologiya kafedrasının
əməkdaşları
Mahirə Məmmədova – 70